tük

is. cheveu m, poil m ; plume f, duvet m ; ~ basmaq couvrir (se) de cheveux

tüğyan
tükənmə
OBASTAN VİKİ
Tük
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Tük kökləri
Tük kökləri — Saç folekulu bir məməli dəri orqanıdır. Dərinin dermal qatında yerləşir və hər biri fərqli bir funksiyaya malik olan 20 fərqli hüceyrədən ibarətdir. Saç folekulu hormonlar, immun hüceyrələr arasında kompleks qarşılıqlı təsir nəticəsində saç böyüməsini tənzimləyir. Bu mürəkkəb qarşılıqlı təsir saç kökünü bədənin müxtəlif yerlərində fərqli tük növləri əmələ gətirir. Məsələn, terminal saçlar baş dərisində uzanır, lanugo tükləri uşaqlıqdakı və bəzi yeni doğulmuş uşaqların döllərinin bədənini örtür. Tüklərin böyüməsi ayrı -ayrı mərhələlərdə baş verir. Birinci mərhələ anagen adlanır və aktiv böyümə mərhələsidir, telogen istirahət mərhələsidir, katagen saç folekul fazasının geriləməsidir, ekzogen aktiv saç tökülmə mərhələsidir və nəhayət kenogen boş saçlar arasındakı fazadır. İnsan saç funksiyası uzun müddətdir ki, maraq mövzusudur və cəmiyyətdə, inkişaf biologiyasında və tibbdə vacib bir mövzu olmağa davam edir. Bütün məməlilər içərisində insanlar, bədənin digər hissələrində saç böyüməsi ilə müqayisədə baş dərisində ən uzun saç böyüməsi mərhələsinə sahibdirlər. Əsrlər boyu insanlar estetikanı saç dərisinin saç düzümü və üslubu ilə əlaqələndiriblər və bu, tez -tez cəmiyyətdəki sosial və ya mədəni normaları çatdırmaq üçün istifadə olunur.
Tük tökən kremlər
Tük tökən kremlər və ya kimyəvi depilyasiya, arzuolunmaz tüklərdən müvəqqəti olaraq xilas olmaq üçün tətbiq edilən kosmetik məhsullardır. Bir qrup depilyasiya üsuludur. Tüklərin zülallar quruluşunu dağıdaraq tökülməsini təmin edir.
Kiçik tükcüllüt
Kiçik tükcüllüt (lat. Lymnocryptes minimus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin tükcüllüt cinsinə aid heyvan növü.
Tükbaş qurd
Tükbaş qurd (lat. Trichocephalus trichiurus) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Ağımtıl rəngdədir, uzunluqları 3,0 – 5,5 sm çatır. Bədənin ön tərəfi sap şəklində nazikləşmişdir.. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. İnsanın geniş yayılmış parazit qurdlarından biridir. Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar.Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s. Bağırsağın selikli qişasının dərinliyinə keçir və elə buna görə də bağırsaqdan çətin qovulur. Tükbaş çox geniş yayılmışdır. Yoluxma tükbaşın yumurtaları düşmüş suyu və ya qidanı qəbul etməklə baş verir (xüsusilə yaxşı yuyulmamış tərəvəzlə).
Tükcüklü atpıtrağı
Tükcüklü atpıtrağı (lat. Arctium tomentosum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Arctium lappa var. tomentosum (Mill.) A.Gray Arctium minus f. tomentosum (Mill.) Moldenke Lappa bardana subsp. tomentosa (Mill.) Čelak. Lappa tomentosa (Mill.) Lam.
Tükcüklü damotu
Tükcüklü gücotu
Tükcüklü gücotu (lat. Agrimonia pilosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü.
Tükcüklü itburnu
Tükcüklü itburnu (lat. Rosa tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada, Qafqazda, Kiçik Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m olan iynəli koldur. Budaqları uzun, düz və ya bir az qövsvari əyilmiş, çiçək saplaqları göy çöküntülü, tikansızdır. Yalançı zoğların uzunluğu 1,2 sm-dək və eni 0,6 sm, hər tərəfdən tükcüklü, kənarları vəziciklidir. Yarpaqları cüt olmayan lələkvari, tünd yaşıl, çox tükcüklü, uzunluğu 7-9 sm-dir. Xırda yarpalqarı 5-7 ədəd, uzunluğu 2-4 sm, uzunsov-ovaldan ellipsvari və yumurtavariyədək, ucu biz bəzən küt, kənarları cüt vəzicikli-dişlidir. Saplaqları tükcüklü, vəziciklidir. İynələri təxminən eyni, çox vaxt düz, bünövrəsində enlidir.
Tükcüklü palıd
Tükcüklü palıd (lat. Quercus lanata) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Hündürlüyü 30 m-ə çatan həmişəyaşıl ağacdır. Himalay dağlarında bitir.
Tükcüklü qıfotu
Tükcüklü sarmaşıq
Tükcüklü sarmaşıq (lat. Convolvulus subhirsutus) — sarmaşıq cinsinə aid bitki növü.
Tükcüklü söyüd
Tükcüklü söyüd (lat. Salix lanata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Yarımnövləri == Salix lanata subsp. lanata Salix lanata subsp.
Tükcüklü tozağacı
Tükcüklü tozağacı (lat. Betula pubescens) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Tükcüklü tıs-tıs
Tükcüklü tıs-tıs (lat. Acantholimon puberulum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub Qərbi Asiya, Türkiyədə təbii yayılmışdır. Türkiyə ərazisində təsvir olunmuşdur. == Botaniki təsviri == Yaşıl yarpaqları qısa budaqlıdır. Yarpaqları demək olar ki, oturaq, məxməri tükcüklüdür. Aşağı yarpaqları yastı, qalanları isə az və ya çox dərəcədə nazik və çılpaq olub, bizvaridir. Oxları tükcüklü olub, qısa, nadir hallarda uzunluğu yarpaqların uzunluğuna bərabərdir. Sünbülü qısa olub, 3-5 sünbülcükdən ibarətdir. Çiçəkaltlıqları bütünlüklə və ya əsasən otvaridir.
Tükcüklü yağıotu
Tükcüklü yağıotu (lat. Epilobium hirsutum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin onaqrakimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 50-150 sm, gövdəsi düz, çox budaqlanmış, aşağı hissədə az tilli, yuxarı hissədə dəyirmidir, uzun bizvari tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Payızda uzun, qalın, pulcuğabənzər yarpaqları olan lətli budaqlar əmələ gətirən qalın kökümsovu vardır. Yarpaqları (təpə yarpaqlarından başqa) qarşı-qarşıya düzülmüşdür, oturaqdır, uzunsov və ya uzunsov neştərvaridir, gövdənin həcmini artırandır, sivri dişlidir, dişcikləri qabağa əyilmişdir, hər iki tərəfdən uzun nazik tüklərlə örtülmüş və uzunluğu 3-12 sm, eni isə 1-3 smdir. Çiçəkləri təkdir, yuxarı yarpaqların qoltuğunda yerləşmişdir. Tac enli qıfşəkillidir, alqırmızı rəngdədir, iridir; ləçəkləri dəyirmi əksinə yumurtaşəkilli olub, iki bölümlüdür, uzunluğu 10-18 mm-dir, eni də eyni ölçüdədir. Qutucuq qismən tüklüdür, uzunluğu 4-8 (10) sm, eni 2 mm-ə qədərdir. Toxumları qonur rəngli olub, üzərində sıx məməciklər yerləşmiş, təpə hissədə dəyirmi, aşağıya doğru isə daralmış formadadır, uzunluğu 2,5 mm, eni 0,5 mm-dir. İyun-sentyabr aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir.
Tükcüklü üskükotu
Tükcüklü üskükotu (lat. Digitalis lanata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik və ya ikiillik ot bitkisi olub, hündürlüyü 50–80 sm-ə bərabərdir. Birinci il çətiri, kökətrafı neştərşəkilli yarpaqları, ikinci il isə düzqalxan gövdəsi – aşağı hissəsindəki çılpaq, yuxarı hissəsində isə sıx, qalın tükcüklü budaqları inkişaf edir. Kökətrafı və gövdənin neştərşəkilli aşağı yarpaqları, tükcüklü bütövkənarlı, uzunluğu 6–12 sm, eni isə 1,5–3,5 sm olub, yuxarı yarpaqları oturaq, neştərşəkilli, zirvəsi itiuclu, tədricən azalaraq çiçək altlığına keçir. Zirvədəki çiçək fırçası uzun, çoxtərəfli, çox qalın və sıxdır. Çiçək tacının uzunluğu 20–30 mm, şarşəkilli, orta ölçülü qanadlı, aşağı dodağı kürəyəbənzərdir. Çiçəyi qonur-sarı rəngdən, göyümtül rəngə qədər olmaqla, damarlıdır. Kasacığı zəngşəkilli və 5 bölümlüdür. Yarpaqları kip, dolğun, azacıq dəricikli, uzunsov-neştərşəkilli, küt və ya itiuclu, adətən kənarlı, az tükcüklü və ya xırda dişcikli, aydın görünən iri damarının uzunluğu 6–12(20) sm, eni isə 1,5–3,5 sm-dir.
Tükcüklü şişmeyvə
Tükcüklü şişmeyvə (lat. Phlojodicarpus villosus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şişmeyvə cinsinə aid bitki növü.
Tükcüklü şəkərqamışı
Tükcüklümeyvə alışan
Tükcüklümeyvə alışan (lat. Dictamnus dasycarpus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) Liou & Y.H.Chang Dictamnus fraxinella f. dasycarpus (Turcz.) Regel === Heterotipik sinonimləri === Dictamnus albus var.
Tükcüklüçiçək gəvən
Tükcüklüçiçək gəvən (lat. Astragalus dasyanthus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı, yatmış, düzqalxan və ya azca qalxan olub, uzunluğu 40 sm-dir. Yarpaqları növbəli, cüt olmayan lələkyarpaqlı, saplaqlı, uzunluğu 12-20 sm olmaqla, 12-14 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları demək olar ki, oturaq, uzunsov-oval və ya uzunsov-neştərşəkilli, uzunluğu 15-20 mm, eni isə 6 mm-dir. Yalançı zoğu neştərşəkilli və itiucludur. Hamaşçiçəkləri sıx, başcıqlı, adətən 15-20 mm, açıq sarı, kəpənəkçiçək taclı olmaqla, zəngvari kasacığı vardır. Bitkinin çiçək tacının bütün hissəciklərində ağımtıl və ya sarımtıl tükcüklər vardır. Yuxarı və orta dağlıq ərazilərində, bozqır zonalarda və pöhrəliklərdə yayılmışdır.
Tükcüllüt
Tükcüllüt (lat. Lymnocryptes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Tüklü (Anadolu) palıd
Tüklü albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Tüklü böyürtkən

Digər lüğətlərdə