türkəsayalıq
türkiyəli
OBASTAN VİKİ
FOX (Türkiyə)
NOW — "The Walt Disney Company" adlı şirkətin tabeliyində olan, Türkiyədə yayımlanan televiziya kanalıdır. TGRT kanalının bağlanmasından sonra həmin kanalın tezliyində 24 fevral 2007-ci il tarixində yayıma başlamışdır. 24 yanvar 2024-cü il tarixində Disneyin FOX üçün aldığı ad haqqının dolması səbəbi ilə Türkiyədə 12 fevral 2024-cü il tarixindən etibarən NOW adını almışdır. == Tarixçə == "TGRT" İhlas Holdinqin tabeliyində olan "Huzur Radyo TV A. Ş." şirkətinə aid telekanal idi. 17 dekabr 2004-cü ildə İhlas Holdinq kanalın satıldığını açıqladı. Nəticədə şirkətin 56,5%-i satılmış oldu. "TGRT" kanalını satın alan ABŞ-nin media şirkətlərindən biri "News Corporation"ın sahibi Rupert Keit Murdoç idi. Daha sonra "News Corporation" digər hissədarları ilə də razılaşaraq bu şirkətin bütün hissələrini satın aldı. İhlas Holdinq "TGRT" kanalını satsa da, "TGRT Haber" və "TGRT Belgesel" kanallarını satmadı. "News Corporation" şirkəti bu işi Ahmet Ertegün vasitəsilə həll etdi.
Jandarma (Türkiyə)
Jandarma — (türk. Jandarma Genel Komutanlığı), Türkiyədə el və mahal bələdiyyə sərhədləri xaricində qalan yerlər ilə polis təşkilatı olmayan yerlərdə özünə 2803 saylı Jandarma Təşkilatı Vəzifə və Səlahiyyətləri Qanunu ilə 2559 saylı Polis Vəzifə və Səlahiyyət Qanununda və digər qanunlarda verilən vəzifələri yerinə yetirən Əsgəri təhlükəsizlik və qolluq qüvvətidir. Bu qurum Türkiyə sahəsnin 92 %-ini əhatə etməkdədir. Jandarmanın vəzifəsi təhlükəsizlik və asayiş ilə cəmiyyət nizamının qorunmasını təmin etmək, digər qanun və nizamların özünə verdiyi vəzifələri yerinə yetirməkdir. Jandarma personalı; zabit, ehtiyat zabit, mütəxəssis jandarma, mütəxəssis ərbaş, əsgəri şagird, ərbaş və çatlar ilə vətəndaş məmur və işçilərdən ibarətdir. Hərbi vəziyyət, Səfərbərlik və Döyüş hallarında lazımlı olan hissəsi ilə Türkiyə Silahlı Qüvvələri əmrinə girər, qalan hissəsi ilə Jandarma Ümumi Komandanlığı əmrində normal vəzifələrinə davam edər. Barış vəziyyətində təhlükəsizlik və asayiş vəzifələrindən ötəri Türkiyə Cümhuriyyəti Daxili İşlər Naziriyinə qarşı məsul olan Jandarma, silahlı qüvvələrlə əlaqədar vəzifələri təhsil baxımından isə Baş qərargah başçılığına qarşı məsuldur.2015-ci il 13 avqust tarixindən Jandarma Ümumi Komandanı vəzifəsinə ordu generalı Qalib Mendi təyin edilmişdir. == Haqqında == Jandarma emblemi qurulduğu 1839 tarixindən bu günə qədər 6 dəfə dəyişmişdir. Edilən ən son dəyişiklik 2004-cü ildə bugünkü istifadə edilən emblemde olan 1846 — quruluş ilinin 1839 — şəklində dəyişdirilməsidir. 2803 Saylı Jandarma Təşkilat, Vəzifə və Səlahiyyətləri Qanunu lazımınca Jandarmanın Vəzifələri; Mülkü, Ədliyə, Əsgəri və Digər Vəzifələr olmaq üzrə dörd ana başlıq altında toplanmaqdadır.
Türkiyə
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
MTV Türkiyə
MTV Türkiyə - 23 oktyabr 2006 tarixində yaradılan musiqi kanalı.
NTV (Türkiyə)
NTV (Nərgiz TV) – Türkiyənin ilk xəbər kanalı. Təqaüddə olan siyasətçi və biznesmen Cavit Çağlar tərəfindən qurulmuş və ilk yayımını 1 noyabr 1996-cı il tarixində etmişdir. 1999-cu ilin yanvarında "Doğuş Qrupu" tərkibinə qatılmışdır. 2000-ci ildən ABŞ-nin MSNBC kabel televiziya kanalı ilə əməkdaşlıq edir.
Nickelodeon (Türkiyə)
Nickelodeon (Türkiyə) — 10 dekabr 1997-ci il fəaliyyətə başlayan rəqəmsal peyk və kabel televiziyası.Kanal Türkiyə və Şimali Kipr Türk Respublikasında 24 saat Türk dilində fəaliyyət göstərir. Nickelodeon Sonic Nickelodeon Azerbaycan Nickelodeon Rusya Nickelodeon Turkey Nickelodeon, 10 dekabr 1997-ci ildə Türkiyənin RTV şirkəti tərəfindən açıldı və Discovery Channel Türkiyə ilə təkrar dolduruldu. 2001-ci ildə Multi Channel Developers Nickelodeonun lisenziyasını əlinə aldı və bununla da 24 saatlıq bir kanal halına gəldi. 31 mart 2010-cu ildə Nickelodeon yeni identlər və yeni bir loqotiplə böyük bir rebrend keçirdi. 22 may 2010-cu ildə Nickelodeon və MTV Türkiyə, çox güman ki, fikir ayrılığı səbəbindən Digitürkdən götürüldü. 2 iyun 2010-cu ildə MCD və Viacom arasındakı mübahisə səbəbiylə Nickelodeon və MTV Türkiyənin saytları bağlandı. 31 avqust 2011-ci ildə Viacom MCD-nin iki kanalın lisenziyasını dayandırdı və bununla da yerli kanallar bağlandı. Nickelodeon və MTV Avropa daha sonra D-Smart-da ingilis dilində yayımlanmağa başladı. 2012-ci ilin fevralında Viacom Digiturk ilə razılaşdı və Nickelodeon və MTV-ni Türkiyəyə gətirdi. 1 Mart 2012-ci il tarixindən başlayaraq Nickelodeon bu gün yenə də türk dilində yayımlanır.
Qaraman (Türkiyə)
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
SAT (Türkiyə)
SAT — Su Altı Taaruz SAS — Su Altı Savunma Dünyanın ən yaxşı xüsusi təyinatlılarından sayılan Türkiyənin məşhur Su Altı Taaruz (SAT) və Su Altı Savunma (SAS) xüsusi təyinatlıları istənilən şəraitdə, həm su altında, həm də üstündə əməliyyatlar aparmağa qadir birlik kimi özünü doğruldub. Ekranlarda ilk dəfə 1996-cı ildə görünən, SAT komandoları baş nazir Tansu Çillərin "o əsgər gedəcək, o bayraq enəcək", — deməsindən sonra kiçik qayıqlarla Kardak adasına yaxınlaşıb, oradakı qayalıqlara qaldırılmış yunan bayrağını endirdilər. Kardakda yenidən Türk bayrağı dalğalandı. İş o yerə çatdı ki, kiçik bir SAT komando qrupu ərazidəki yunan hərbi gəmilərinə təhdid yaratdı. Məsələ beynəlxalq səviyyəyə çıxdı. Sonradan SAT komandolarından biri mətbuata müsahibəsində bildirmişdi ki, Kardak əməliyyatını uğurla reallaşdıran SAT qrupu ərazidəki 2 yunan hərbi gəmisini zəbt etmək üçün komandanlığın əmrini gözləyirmiş. SAT-çılara 1999-cu ildə PKK-nın lideri Abdullah Öcalanı İmralıya aparmaq həvalə olundu. Bir neçə il əvvəl isə SAT/SAS birliyi İsrailin Livana təcavüzü zamanı Beyrutdakı 200 nəfər türkün bu ölkədən təxliyyəsini həyata keçirməklə öz adını dünyanın hərb tarixinə yazdı. Türkiyə SAT-ı özünü dünyaya duyurduğundan xarici hərbi nəşrlərdə "dünyanın ən təhlükəli əsgərləri" adlanmağa başlayıb. İlk dəfə 1963-cü ildə amerikanlar tərəfindən Sovetlər Birliyinə qarşı yaradılmış SAT/SAS birliyi elə hazırlanmışdı ki, lazım gəldikdə dənizin içində qurulmuş "məftil çəpərlərin" o biri tərəfinə keçməklə təhlükələrə anında qarşılıq verməli idi.
HSBC (Türkiyə)
HSBC Bank A.Ş. — Türkiyədə fəaliyyət göstərən bank. "The Hongkong and Shanghai Banking Corporation"ın Türkiyədəki törəmə şirkətidir və baş ofisi İstanbulda yerləşir. == Tarixi == "HSBC" 1990-cı ildə "Midland Bank A.Ş." adı altında təsis edilmişdir. 2001-ci ildə "Demirbank" ilə birləşmiş və adı "HSBC" olaraq dəyişmişdir. 20 noyabr 2003-cü ildə İstanbuldakı qərargah binası bombalanmışdır.
Türkiyə Superliqası
Super Liqa (türk. Süper Lig) — Türkiyənin ən üst səviyyə futbol liqası. Bir mövsümdə 19 futbol klubunun yer aldığı liqada, hər komanda bir-birilə 2 dəfə olmaqla mübarizə aparır və qaliblər dairəvi sistem vasitəsilə seçilir. Mövsümü 1-ci və 2-ci yerdə tamamlayan klublar UEFA Çempionlar Liqasında, 3-cü, 4-cü yerdə tamamlayan və Türkiyə Kubokunu qazanan klublar isə UEFA Kubokunda çıxış etmə şansı qazanır. 9 ay davam edən Super Liqa, avqust və may ayları da daxil olmaqla 34 həftə və 306 matç davam edir. 2015–16 mövsümünün sona çatması ilə liqa UEFA ölkələri sıralamasında 11-ci yerdə qərarlaşmışdır. 1959-cu ildə İstanbul, Ankara və İzmir regional liqalarından cəmi 16 komandanın iştirakı ilə təşkil edilmişdir. Türkiyə 1. Futbol Liqası 1962–63 mövsümündə, 2001–02 mövsüm başında istifadə ediləcək olan Super Liqanın adı, bu dövrdə sponsor sponsor adı əlavə edildikdən sonra liqanın başında müxtəlif sponsorların dəstəyi səbəbiylə istifadə edildi. Zamanla iştirakçıların sayı və format baxımından müxtəlif dəyişikliklərə məruz qaldı.
Ordu (Türkiyə)
Ordu, əvvəllər Kotyora (yun. Κοτύωρα) və Bayramlı — Türkiyədə Ordu ilində yerləşən port şəhəri.
Türkiyə Kürdistanı
Türkiyə Kürdüstanı (kürd. Kurdistana Tirkiyê) və ya Şimali Kürdüstan (kürd. کوردستانا باکورئ/Bakurê Kurdistanê) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad. Paris Kürd İnstitutunun təxminlərinə görə, Türkiyədə 20.000.000-a yaxın kürd yaşayır. Kürdlər Türkiyənin cənub-şərqi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya), Cənubi Kürdüstan (İraq) və Şərqi Kürdüstan (İran) aiddir. Vilayətin idarəedici bir kimliyi yoxdur və Türkiyə dövləti onu izah edərkən "Kürdüstan" sözünü istifadə edilməsini qınayır, rədd edir. Türkiyə Kürdüstanı termini kürd millətçiliyi ilə əlaqəlidir. Bu isə onu Türkiyə daxilində mübahisəli bir termin edir. Buna görə də, termin birmənalı deyil və mühitindən asılı olaraq, fərqli mənalar verir.
Türkiyə geologiyası
Türkiyə geologiyası — milyonlarla il ərzində Kiçik Asiya yarımadasını formalaşdıran və hələ də formalaşmaqda olan müxtəlif tektonik prosesləri əhatə edir, bunun bariz nümunəsi tez-tez baş verən zəlzələlər və vulkan püskürmələridir. Türkiyənin kifayət qədər mürəkkəb relyefi var. Mərkəzi dağ silsiləsi iki dağ silsiləsi arasında sıxılmış bir plitə əmələ gətirən gənc çöküntülərlə örtülmüş sıldırımlardan və çökəkliklərdən ibarətdir. Türkiyədə çay dərələri və dar sahil zolağından başqa heç bir ovalıq yoxdur. Ölkə ərazisinin demək olar ki, 85%-i 450 metrdən artıq yüksəklikdə yerləşir. Ölkə üzrə orta hündürlük 1128 metr səviyyəsində dəyişir. Türkiyənin Asiya hissəsində düzənliklərə nadir hallarda rast gəlinir. Onlar da əsasən Qızılirmaq çayının deltası, Antalya və Adana sahil düzənlikləri, Gediz və Böyük-Menderes çaylarının vadiləri və bəzi çökəkliklərlə (Tuz gölü) məhdudlaşır. Türkiyənin yer səthinin 80%-dən çoxunun qeyri-bərabər, dağlıq relyefə malik olması kənd təsərrüfatının inkişafını məhdudlaşdırır. Ən çox dağlıq relyef ölkənin şərq hissəsində, Ermənistan, Azərbaycan və İranda ən yüksək hündürlüyə çatan iki böyük dağ silsiləsinin (Pont dağları və Tavr dağları) birləşdiyi Kiçik Asiya yüksək dağlarının sərhədində müşahidə olunur.
Türkiyə millətçiliyi
Türkiyə milliyətçiliyi və ya türk milliyətçiliyi (türk. Türk milliyetçiliği) — türk xalqını milli, etnik və ya dil qrupu olaraq təbliğ edən və şöhrətləndirən siyasi ideologiya. Osmanlı imperiyasının süqutundan sonra Mustafa Kamal Atatürk hakimiyyətə gəlmişdir. O, türk dilini yad təsirdən "təmizləmək" məqsədi ilə dil islahatı həyata keçirmişdir. Atatürk 1935-ci ildən Türkiyənin siyasi və təhsil dairələrində Günəş dil nəzəriyyəsini də təbliğ etmişdir. Hüseyn Cahid Yalçın və Rüfət Osman bəy kimi dövrün türk tədqiqatçıları da erkən şumerlərin prototürk olması fikrini irəli sürmüşlər. Türkiyə milliyətçiliyi ilə əlaqəli ideologiyalar arasında etnik və ya irqi əsasçılıq və ya milli mistisizmin bir forması olan türkçülük və ya turançılıq, türk milliyətçiliyini islam kimliyi ilə birləşdirən türk-islam sintezi, türk millətini XI əsrdə səlcuqluların Anadolunu fəth etməsindən sonra inkişaf etmiş ayrı bir varlıq hesab edən anadoluçuluq və dünyəvi, vətəndaş milliyətçisi kamalçılıq daxildir. Atatürk tərəfindən həyata keçirilən Türkiyə Respublikasının quruculuq ideologiyasında milliyyətçilik onun altı əsas sütunundan biri kimi göstərilmişdir. 1930-cu illərdə kamalçılıq onun dedikləri və yazıları əsasında hər şeyi əhatə edən dövlət ideologiyasına çevrilmişdir. Kamalçıların milliyyət tərifi Türkiyə Respublikası Konstitusiyasının 66-cı maddəsinə inteqrasiya edilmişdir.
Türkiyə pasportu
Türkiyə pasportu — Türkiyə vətəndaşlarının beynəlxalq səyahətlərində istifadə etdikləri sənəddir və ilk dəfə 15 iyul 1950-ci il tarixli 5682 saylı pasport qanunu ilə istifadə müntəzəm olaraq həyata keçirilmişdir. Pasportlar əhali müdirliyi tərəfindən verilir. 2010-cu il iyunun 1-dən verilən pasportlar biometrik pasport xüsusiyyətinə malikdir və on ilədək etibarlıdır. Türkiyənin yetkinlik yaşına çatmış nüfusunun %14'ü pasport sahibidir. 2022-ci ilin mayında Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu 2022-ci ilin avqustunda istifadə olunacaq pasportlardakı çiplərin yerli istehsal ediləcəyini, Turkey yerinə Türkiyə yazılacağını, yaşıl pasportun etibarlılıq müddətinin 5-dən 10 ilə artacağını bildirmişdi. Xidməti, xüsusi və ya diplomatik pasport müraciəti üçün 5682 saylı pasport qanununda göstərilən şərtlərə cavab verməyən şəxslər adi pasport üçün müraciət edə bilərlər. Bu pasportu il və rayon əhali müdirliyindən əldə etmək olar. 25 yaşdan aşağı təhsil alan tələbələr, təhsil üçün xaricə gedəcəklər, uçuş heyətinin heyəti, mədəni, kommersiya və ya sosial məqsədlə təhsil almaq istəyənlər və ya magistratura və ya doktorantura təhsili almaq və xaricə getmək istəyənlər Milli Təhsil Nazirliyinin icazəsi, idman, səyahət, mədəniyyət, ticarət və sosial fayda üçün rektorluq, dekanlıq, peşə liseyi müdirliyinin icazəsi ilə sosial müavinətlə xaricə gedənlər təhsil haqqı ödəmədən ümumvətəndaş pasportu ala bilərlər. Xüsusi pasportlar; Türkiyə Böyük Millət Məclisinin keçmiş üzvləri, keçmiş nazirlər və birinci, ikinci və üçüncü dərəcəli kadrlar və ya bu kadrlar qarşılığında göstəriləcək və ya T. C. Pensiya Fonduna aidiyyəti olan və müqavilə əsasında işə götürülən dövlət qulluqçularına və digər dövlət vəzifəli şəxslərinə pensiya ayırmaları bu dərəcələrdən çıxılmaqla; xarici ölkələrə diplomatik pasportun verilməsini tələb edənlərdən başqa hər hansı rəsmi vəzifə üçün getdikdə və ya öz hesabına verilir. Bank tənzimləmə və nəzarət şurasının və əmanət əmanətlərinin sığortalanması fondu şurasının üzvləri üçün T. R. pensiya fonduna bağlı olmaq və bu dərəcələrdən pensiyaların kəsilməsi tələb olunmur.
Əliağa (Türkiyə)
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Türkiyə hiphopu
Türkiyə hip-hopu (türk. Türkçe rap) — hip-hop musiqi janrının növü.
Türkiyə repi
Türkiyə hip-hopu (türk. Türkçe rap) — hip-hop musiqi janrının növü.
Hizbullah (Türkiyə)
"Kürd Hizbullahı" (kürd. Hizbullahî Kurdî), həmçinin "Türkiyə Hizbullahı" və ya sadəcə "Hizbullah" (ərəb. حزب الله‎, Allahın partiyası) — Türkiyənin cənub-şərqində fəaliyyət göstərən yarımhərbi kürd qruplaşması. . Qruplaşmanın ideologiyası kürdçü sünni islamdır. Adı Livanda eyniadlı şiə təşkilatından fərqləndirmək üçün başqa formada qeyd edilir. Qrupun əvvəlcə Türkiyə kəşfiyyatı tərəfindən solçu və dünyəvi PKK-ya qarşı mübarizə aparmaq üçün yaradıldığı, lakin sonradan nəzarətdən çıxdığı güman edilir. Qrupun fəaliyyəti Türkiyə hakimiyyətini təhdid etməyə başlayanda darmadağın edilmiş və 2000-ci illərin əvvəllərindən praktiki olaraq terror fəaliyyətini dayandırmışdı, lakin onun əvəzində yeni qruplar yaranmışdır.
Türkiyə Hizbullahı
"Kürd Hizbullahı" (kürd. Hizbullahî Kurdî), həmçinin "Türkiyə Hizbullahı" və ya sadəcə "Hizbullah" (ərəb. حزب الله‎, Allahın partiyası) — Türkiyənin cənub-şərqində fəaliyyət göstərən yarımhərbi kürd qruplaşması. . Qruplaşmanın ideologiyası kürdçü sünni islamdır. Adı Livanda eyniadlı şiə təşkilatından fərqləndirmək üçün başqa formada qeyd edilir. Qrupun əvvəlcə Türkiyə kəşfiyyatı tərəfindən solçu və dünyəvi PKK-ya qarşı mübarizə aparmaq üçün yaradıldığı, lakin sonradan nəzarətdən çıxdığı güman edilir. Qrupun fəaliyyəti Türkiyə hakimiyyətini təhdid etməyə başlayanda darmadağın edilmiş və 2000-ci illərin əvvəllərindən praktiki olaraq terror fəaliyyətini dayandırmışdı, lakin onun əvəzində yeni qruplar yaranmışdır.
Batman (Türkiyə)
Batman — Türkiyənin Batman ilinin inzibati mərkəzi.
Türkiyə Vikipediyası
Türkcə Vikipediya (türk. Türkçe Vikipedi)— Vikipediyanın türk dilində olan bölməsidir. Türk dillərində olan ən çox məqaləli bölmədir. 9 dekabr 2012 — 200 000 Rüfət Əhmədzadə. “Eurovision”dan məyus olan ermənilər bayraqlarını qaldırmaq üçün “Wikipedia”nı seçiblər. 17.05.2011.
Türkiyə faunası
Türkiyə faunası— Türkiyə sərhədləri daxilində yaşayan heyvanlar aləminin bütün üzvləridir. Çoxlu müxtəlif heyvan növlərinə sahib olması ilə diqqət çəkir. Bunun əsas səbəbi Anadolunun Asiya ilə Avropa arasında yerləşməsidir. Digər mühüm amil odur ki, müxtəlif iqlim xüsusiyyətlərinə malik coğrafi bölgələrə malik olduğundan onun bitki örtüyü digər Yaxın Şərq ölkələrindən daha zəngindir (850 cins altında toplanmış 9000 növ bitki). Buna görə fərqli iqlim və qida ehtiyacları olan bir çox heyvan növü özünə uyğun yaşayış yerləri tapa bilir. Beləliklə, Türkiyədə təkcə Aralıq dənizi faunasının deyil, həm də Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq, Qafqaz və Ərəbistan yarımadası faunasının tipik növləri mövcuddur. Bundan əlavə, Avropa ölkələri ilə müqayisədə daha çox məməli heyvan növlərinə sahibdir, bu da türk faunasını nə tipik bir Avropa faunası, nə də tipik bir Yaxın Şərq faunası kimi təsnif edilməməsi deməkdir. Türkiyə faunasına aid 160 məməli, 466 quş, 120 sürünən, 22 qurbağa, 127 şirin su balığı və 384 dəniz balığı daxil olmaqla cəmi 1279 onurğalı növü tanınır. Amma bu növlərin bəziləri nəsli tamamilə kəsilmək üzrədir, bəziləri isə təhlükə altındadır.
Türkiyə çayları
Türkiyənin çaylarının siyahısı Yalak çayı Kocasu çayı (Uluabad gölündən sonra Koca çayı) Qaraərik çayı Aliova çayı Emet Suyu Simav çayı Kara çayı Kadıköy çayı Kocaafşur çayı Madra çayı Hənifə çayı Gölcük çayı Dombay çayı Killer çayı Dəyirmancıq çayı Keçi çayı Simav çayı Nilüfər çayı Gönen çayı Biga çayı Can çayı Yakacık çayı Mərmər çayı Uludərə Birgos çayı Koca çayı 1. Anadolu yaxasından tökülənlər Karamenderes çayı Tuzla çayı Havran çayı Bakırçay (Güzelhisar su bəndi) Gediz çayı Koca çayı Bağ çayı Büyük çayı Kiçik Menderes çayı Böyük Menderes çayı Kufi çayı Banaz çayı Yaver çayı/Demirler çayı Dandalaz çayı Akçay Çine çayı Qamış çayı Qarpızlı su bəndi) Madran çayı Koca çayı Azmak çayı 2. Avropa yaxasından tökülənlər i. Maritsa çayı Arda Tunca Erithropótamos (Luda Reka) Diavolorrema ii. Ergene çayı Vize (Ana) çayı Sakızköy (Poyralı) çayı Çorlu Suyu (çayı) Çiftlik çayı (cənub) Çiftlik çayı (şimal) Ana çayı Şeytan Büyük çayı Akar çayı Teke çayı (Süloğlu su bəndi) Kaysan çayı (Kadıköy su bəndi) iii.
Türkiyə gürcüləri
Türkiyə gürcüləri (türk. Türkiye Gürcüleri; gürc. ქართველები თურქეთში, kartvelebi turketshi) — etnik gürcü olan və ya onların törəmələri olan Türkiyə vətəndaşları və sakinləri. 1965-ci il siyahıyaalınmasında gürcü dilini birinci dil olaraq bilənlər mütənasib olaraq ən çox Artvin (3,7%), Ordu (0,9%) və Kocaelidə (0,8%) idi. Gürcülər əsasən iki böyük regionda cəmləşsələr də, onlar Türkiyənin hər tərəfinə səpələnmiş vəziyyətdə yaşayırlar: Qara dəniz sahili – Giresun, Ordu, Samsun, Sinop, Amasya və Tokat illərindədir. Çveneburi gürcüləri (xüsusilə Fatsa, Ünye, Ordu, Terme və Çarşambada) öz dillərini və adət-ənənələrini böyük ölçüdə qoruyub saxlayırlar. Türkiyənin şimal-qərbi – Düzce, Sakarya, Yalova, Kocaeli, Bursa və Balıkəsir illərindədir. "Magnarella" 1979-cu ildə Türkiyədə yaşayan gürcülərin sayının 60,000-dən çox olduğunu təxmin etmişdir. İmerxevililər (gürc. იმერხეველები) gürcü dilinin imerxevi dialektində danışan gürcülərin etnoqrafik altqrupu.
Dəyanət işləri üzrə rəhbərlik (Türkiyə)
Dəyanət işleri üzrə rəhbərlik — 3 mart 1924-cü il tarixində Şəriət və Vəqflər Nazirliyinin yerinə qurulan, İslam dininin inancları, ibadətləri və əxlaqi prinsipləri ilə əlaqəli işlərin aparılması, cəmiyyəti din haqqında maarifləndirmə və ibadət yerlərinin idarə olunması ilə məşğul olan qurum. Mustafa Kamal Atatürkün əmri ilə 429 saylı qanuna əsasən Türkiyə Cümhuriyyətinin Baş Nazirliyinə bağlı bir təşkilat olaraq quruldu. 9 iyul 2018-ci ildə ölkənin prezidentlik sisteminə keçməsi ilə təşkilat da Cümhuriyyət başçılığının tabeliyinə keçdi. Konstitusiyanın 136-cı maddəsində belə bir bənd yer alır: 2020 üçün illik büdcəsi 11.519.609.000 Tl təşkil edir.
Efiopiya–Türkiyə münasibətləri
Türkiyə—Efiopiya münasibətləri — Türkiyə Cümhuriyyəti ilə Efiopiya Federal Demokratik Respublikası arasında ikitərəfli diplomatik əlaqələr rəsmi olaraq 1925-ci ildə qurulmuşdur. == Haqqında == Efiopiya 1959-cu ildə Ankarada bir səfirlik açdı, lakin 1976-cı ildə iqtisadi çətinliklər səbəbindən onu bağlamaq məcburiyyətində qaldı. 2006-cı ildə yenidən açıldı. Osmanlı İmperatorluğunun 1910–1912-ci illərdə Harar şəhərində fəxri konsulu var idi. 1912-ci ildə Addis Ababada bir konsulluq açıldı. 1925-ci ildə Türkiyə Cümhuriyyəti, müvəqqəti işlər vəkili müvəqqəti işlər vəkili başçılığında bu şəhərdə bir konsulluq açdı. Türkiyə, Efiopiyada səfirlik açan altıncı ölkə oldu. Bu gün iki ölkə arasında həm siyasət sahəsində, həm də iqtisadi sahədə dostluq və sabit münasibətlər qurulmuşdur. Bir çox Efiopiya hökumət naziri Türkiyəyə rəsmi səfərlər etdi. Efiopiya xarici işlər nazirinin müavini və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən rəsmi səfərdə olmuşdur.
Ermənistan-Türkiyə müharibəsi (1920)
Ermənistan-Türkiyə müharibəsi (1920) — Rusiya imperiyasının dağılmasından sonra yaranmış erməni-daşnak hökumətinin işğalçılıq siyasəti nəticəsində baş vermiş müharibə. Müharibənin başlanmasında böyük dövlətlərin antitürkiyə siyasəti də az rol oynamamışdı. Versal-Vaşinqton sisteminin tərkib hissəsi kimi Paris sülh konfransında (1919-20) hazırlanmış Sevr sülh müqaviləsi (1920) Osmanlı imperiyasının bölüşdürülməsini nəzərdə tuturdu. Müqavilənin imzalanmasına Birinci dünya müharibəsinin (1914-18) qalib dövlətləri ilə yanaşı, Ermənistan (Ararat) Respublikası da cəlb edilmişdi. Müqaviləyə görə Türkiyənin Van, Bitlis, Ərzurum və Trabzon vilayətlərinin bir hissəsi erməni-daşnak hökumətinə verilməli idi. Türkiyə Böyük Millət Məclisi ölkənin ərazisini bölüşdürən bu müqaviləni rədd etmiş, sultan da onu ratifikasiya etməmişdi. Ermənistan isə Türkiyəyə qarşı əsassız ərazi iddialarını həyata keçirmək üçün müharibəyə başladı. 1920-ci il iyunun 18-də daşnaklar Oltu şəhərini tutdular. Rusiya hökuməti Ermənistanla may-iyun və Türkiyə ilə iyul-avqust aylarında Moskvada keçirilən konfranslarda hadisələrə müdaxilə etməyə çalışdı. Lakin hər iki tərəf onun təkliflərini qəbul etmədi.
Ermənistan–Türkiyə müharibəsi (1920)
Ermənistan-Türkiyə müharibəsi (1920) — Rusiya imperiyasının dağılmasından sonra yaranmış erməni-daşnak hökumətinin işğalçılıq siyasəti nəticəsində baş vermiş müharibə. Müharibənin başlanmasında böyük dövlətlərin antitürkiyə siyasəti də az rol oynamamışdı. Versal-Vaşinqton sisteminin tərkib hissəsi kimi Paris sülh konfransında (1919-20) hazırlanmış Sevr sülh müqaviləsi (1920) Osmanlı imperiyasının bölüşdürülməsini nəzərdə tuturdu. Müqavilənin imzalanmasına Birinci dünya müharibəsinin (1914-18) qalib dövlətləri ilə yanaşı, Ermənistan (Ararat) Respublikası da cəlb edilmişdi. Müqaviləyə görə Türkiyənin Van, Bitlis, Ərzurum və Trabzon vilayətlərinin bir hissəsi erməni-daşnak hökumətinə verilməli idi. Türkiyə Böyük Millət Məclisi ölkənin ərazisini bölüşdürən bu müqaviləni rədd etmiş, sultan da onu ratifikasiya etməmişdi. Ermənistan isə Türkiyəyə qarşı əsassız ərazi iddialarını həyata keçirmək üçün müharibəyə başladı. 1920-ci il iyunun 18-də daşnaklar Oltu şəhərini tutdular. Rusiya hökuməti Ermənistanla may-iyun və Türkiyə ilə iyul-avqust aylarında Moskvada keçirilən konfranslarda hadisələrə müdaxilə etməyə çalışdı. Lakin hər iki tərəf onun təkliflərini qəbul etmədi.
Ermənistan–Türkiyə münasibətləri
Ermənistan–Türkiyə münasibətləri — Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlər erməni soyqırımını tanımaq, Ermənistanın Qars müqaviləsini ratifikasiya etməkdən imtina etməsi və Türkiyənin Qarabağ münaqişəsində Azərbaycana dəstək verməsi ilə çətinləşir. İki dövlət arasında 311 km uzunluğa malik sərhəd olmasına baxmayaraq bağlıdır. == Osmanlı imperiyasında ermənilər == Ermənistan XV-XVI əsrlərdə Osmanlı İmperiyasının tərkibində idi. Ermənilərlə osmanlılar arasında münasibətlər qarışıq olmuşdur. Osmanlı hökmdarları Konstantinopolda erməni Patriarxlığının yaradılmasına təşəbbüs göstərmişdilər. Şəhərin erməni əhalisi artmırdı və sultanın dəstəyindən istifadə etməyərək daha pis vəziyyətdə idi. Kəndlərdə yaşayan ermənilər tez-tez yerli idarədən əziyyət çəkirdilər. Bundan əlavə cizyə kimi əlavə vergi ödəməli olurdular. Oğlan övladlarını isə döyüşçü olmaq üçün sultana verirdilər (Yeniçəri). Ancaq XVII əsrin əvvəllərindən Osmanlı İmperiyası zəyifləmələ başladı.
Ermənistan–Türkiyə sərhədi
Türkiyə–Ermənistan sərhədi (türk. Ermenistan–Türkiye sınırı, erm. Հայաստան–Թուրքիա սահման) — Türkiyə və Ermənistan arasında dövlət sərhədi. Sərhədin uzunluğu 311 km-dir və şimalda Gürcüstanla sərhəd qovşağından cənubda Azərbaycanla sərhəd qovşağına qədər uzanır. == Təsvir == Sərhəd şimaldan Gürcüstanla sərhədin Arpi gölünün qərb hissəsindəki kəsişməsindən başlayır və Ermənistanın dağlıq əraziləri boyunca bir sıra qeyri-bərabər xətlər boyunca cənuba uzanır. Qərbi Arpaçay çayına çataraq çaydan cənubdan Araz çayı ilə birləşməyə qədər davam edir və daha sonra şərqə sonra cənub-şərqə axan Arazı izləyir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kəsişmə nöqtəsinə qədər uzanır. == Tarix == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır.
Finlandiya–Türkiyə münasibətləri
Finlandiya—Türkiyə münasibətləri (türk. Finlandiya-Türkiye ilişkileri) — Finlandiya ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər. == Tarixi == 21 fevral 1918-ci ildə Türkiyə Finlandiya müstəqilliyini tanıdı və ölkələr arasında diplomatik münasibətlər 20 may 1920-ci ildə quruldu. Finlandiyanın Ankarada səfirliyi, İstanbulda fəxri baş konsulluğu və Bələk, Bodrum və İzmirdə bir sıra fəxri konsulluqları mövcuddur. Türkiyənin Helsinki şəhərində bir səfirliyi vardır. Türkiyə və Finlandiya ikili vətəndaşlığı olan insanlar, bəzi hallarda Türkiyə ərazilərində problem yaşayırlar. Finlandiya Avropa İttifaqının üzvüdür və Türkiyə bu quruma üzv olmaq üçün namizəddir. Hər iki ölkədə NATO üzvüdür. == Ticarət əlaqələri == Türkiyə Finlandiya hərbi məhsullarının ən böyük idxalçılarından biridir. 2017-2018-ci illərdə Finlandiya silah ixracatında Türkiyənin payı% 13,2 idi, 2014-cü ildə bu göstərici% 3,3 (2014-2018-ci illərdə satışlar 7,4 milyondan 17 milyon avroya yüksəldi).
Fortis Türkiyə Kuboku
Ziraat Türkiyə Kuboku — Türkiyə Futbol Federasiyası 1961-ci ildən başlayan UEFA Kuboklar Kubokunda Türkiyəni təmsil etmək məqsədilə 1962–1963 mövsümündə Türkiyə Çempionatının bütün dəstələrində yer alan 66 komandanın iştirakı ilə ilk Türkiyə Kubokunu təşkil etmişdir. Turnir 1980–1981 mövsümündən Federasiya Kuboku adı ilə təşkil edilmişdir. 1992–1993 mövsümündən etibarən isə Türkiyə Kuboku adı bərpa olunmuşdur. Qalatasaray 18 dəfə bu kuboku qazanaraq ən çox Türkiyə Kubokunun sahibi ünvanını qazanmışdır. 2009-cu ildən etibarən kubokun adı "Ziraat Türkiyə Kuboku" olmuşdur. == Bütün finallar == Qeyd: Altay oyuna çıxmadığı üçün Qalatasaray texniki qələbə qazandı. Püşk ilə Altay qələbə qazandı.
Fransa–Türkiyə münasibətləri
Türkiyə–Fransa münasibətləri — Fransa və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. == Tarix == 1839-1876-cı illərdə Osmanlı İmperiyasında modernləşmə islahatları dövrü baş verir. Bu da Türkiyə tarixində Tanzimat adlanır. Fransız dili modernləşmədə mühüm rol oynayır: siyasətçilər və diplomatlardan əlavə, müasir Türk ədəbiyyatının müxtəlif mərhələlərində yazıçılar Qərbə istinad nöqtəsi olaraq fransız dilindən istifadə edir. Türk məktəblərində fransız dili ilk xarici dil kimi yayılması əslində bu yaxınlara qədər davam etmişdir. Hal-hazırda ingilis dili türklər arasında öyrənilən əsas xarici dilə çevrilmişdir. Bununlada fransız dili sıxışdırılıb çıxarılır. 2004-cü ildə Fransa Prezidenti Jak Şirak Fransanın Türkiyənin Avropa İttifaqına daxil olması ilə əlaqədar bir referendum keçirəcəyini və Aİ-nın daha da genişlənməsinin də xalqın səsverməsi ilə mümkün olacağını açıqlayır. 2007-ci ildə Fransa Prezidenti Nikolya Sarkozi “Türkiyənin Avropa Birliyi daxilində yeri yoxdur” ifadəsini işlədir və sözünə davam edir: “Mən demək istəyirəm ki, Avropa sərhədlərini müəyyənləşdirməlidir və yeri olmayan Türkiyədən başlayaraq bütün ölkələrin Avropaya üzv olmaq imkanı yoxdur.”. 2018-ci ildə Fransa Prezidenti Emmanuel Makron bu kəlmələri işlədir:"Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinə gəlincə, son hadisələrin və qərarların Türkiyənin Aİ-na üzvlüyündə hər hansı bir irəliləyiş gətirmədiyi açıqdır".
Futbol üzrə Türkiyə Kuboku
Ziraat Türkiyə Kuboku — Türkiyə Futbol Federasiyası 1961-ci ildən başlayan UEFA Kuboklar Kubokunda Türkiyəni təmsil etmək məqsədilə 1962–1963 mövsümündə Türkiyə Çempionatının bütün dəstələrində yer alan 66 komandanın iştirakı ilə ilk Türkiyə Kubokunu təşkil etmişdir. Turnir 1980–1981 mövsümündən Federasiya Kuboku adı ilə təşkil edilmişdir. 1992–1993 mövsümündən etibarən isə Türkiyə Kuboku adı bərpa olunmuşdur. Qalatasaray 18 dəfə bu kuboku qazanaraq ən çox Türkiyə Kubokunun sahibi ünvanını qazanmışdır. 2009-cu ildən etibarən kubokun adı "Ziraat Türkiyə Kuboku" olmuşdur. == Bütün finallar == Qeyd: Altay oyuna çıxmadığı üçün Qalatasaray texniki qələbə qazandı. Püşk ilə Altay qələbə qazandı.
Gürcüstan–Türkiyə münasibətləri
Türkiyə–Gürcüstan münasibətləri — Gürcüstan Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 273 km-dir. == Tarixi == 16 dekabr 1991-ci ildə Türkiyə Gürcüstanın müstəqilliyini tanımışdır. 21 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanmış, bundan sonra paytaxtlarda səfirliklər açılmışdır. Osmanlı İmperiyasının keçmişdə Gürcüstanı işğal etməsinə baxmayaraq, Gürcüstan Prezidenti Eduard Şevardnadze Türkiyəni iqtisadi və diplomatik tərəfdaş kimi tanımışdır. Gürcülər Türkiyə ilə sərhədin açılmasından istifadə edərək ən yaxın kapitalist qonşusu ilə güclü ticarət fəaliyyətini inkişaf etdirməyə başladılar. 1992-ci ildə Gürcüstan mərkəzi ofisi Türkiyədə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına qatılır. 1992-ci ilin dekabrında Türkiyə buğda və digər malların satın alınması üçün Gürcüstana 50 milyon dollar kredit verdi və bu ölkədəki özəl investisiyaları stimullaşdırmağa başladı. 1990-cı illərin əvvəllərində Gürcüstan Türkiyə ilə ölkələr arasında mövcud dövlət sərhədinin tanınması da daxil olmaqla bir neçə diplomatik müqavilə imzaladı.
Gürcüstan–Türkiyə sərhədi
Türkiyə–Gürcüstan sərhədi — Gürcüstan və Türkiyə arasında dövlət sərhədi. Ümumi uzunluğu 273 km-dir və qərbdən Qara dəniz sahillərindən şərqdə Ermənistanla sərhəd qovşağına qədər uzanır. == Təsviri == Gürcüstan-Türkiyə sərhədi qərbdən, Gürcüstanın kiçik Sarpi kəndinin cənubundakı Qara dəniz sahillərindən başlayır və daha sonra nizamsız bir zəncir boyunca şərqə uzanır. Sonra Aktaş gölündən keçərək Ermənistanla sərhəd qovşağına enərək cənub-şərqə geniş şəkildə əyilir. Bu sərhədin qərbİ Gürcüstanın muxtariyyatı olan Acarıstana məxsusdur. == Tarixi == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalaYır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Hindistan–Türkiyə münasibətləri
Türkiyə—Hindistan münasibətləri — Hindistan və Türkiyə arasındakı beynəlxalq əlaqələrdir. 1948-ci ildə Hindistan və Türkiyə arasında diplomatik münasibətlər qurulduğundan bəri, siyasi və ikitərəfli münasibətlər ümumiyyətlə isti və anlayışla xarakterizə olunur, baxmayaraq ki, Hindistanın rəqibi olan Pakistanın Türkiyənin dəstəyi ilə ara sıra gərginliklər davam edir . Hindistanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu var. Türkiyənin Yeni Dehlidə səfirliyi və Mumbayda baş konsulluğu var. 2015-ci il tarixindən etibarən Hindistan və Türkiyə arasındakı ikitərəfli ticarət 6,26 milyard ABŞ dolları təşkil etmişdir. == İkitərəfli ticarət əlaqələri == İkitərəfli yeni bir mərhələyə qədəm qoydu və hər iki tərəf ticarət əlaqələrini qarşılıqlı faydalı və davamlı şəkildə genişləndirmək məqsədi ilə ikitərəfli əməkdaşlıq proqramlarının inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Bununla birlikdə, dünyanın ikinci ən sıx ölkəsi olaraq, Hindistanın 1990-cı illərdən bəri qlobal iqtisadiyyatda və beynəlxalq siyasətdə əhəmiyyət qazanmaqda irəliləməsi Türkiyəni Cənubi Asiya üçün yeni bir strategiya hazırlamağa sövq etdi. Türkiyə, Pakistan və Banqladeş ilə ənənəvi olaraq yaxşı münasibətlərini qoruyaraq, Hindistanın Cənubi Asiyadakı siyasətinə üstünlük verməyə başladı. Son illərdə ortaq strateji hədəflər üzündən iki ölkə arasındakı münasibətlər istiləşdi və təhsil, texnologiya və ticarət sahələrində ikitərəfli əməkdaşlıqda artım oldu. 18 mart 2012-ci il tarixində, Türkiyənin Hindistandakı səfiri Burak Akçapar, Türkiyənin Hindistandan uçuşları ikiqat artırmaq və daha dörd əlaqə nöqtəsi açmaq istədiyini açıqladı.
Hürriyət (Türkiyə qəzeti)
Hürriyet — Türkiyədə çap olunan gündəlik qəzet. 1 may 1948-ci ildə Sədat Simavi tərəfindən təsis edilmişdir. Hal-hazırda Dəmirörən Holdinqin tərkibindədir. 6 noyabr 2016-cı il etibarilə Türkiyədə ən çox tiraja sahib olan qəzetdir. Hürriyətin İstanbul, Ankara, İzmir, Adana, Antalya və Trabzonda regional ofisləri, o cümlədən Türkiyədə və xaricdə 52 ofisi və 600 müxbirdən ibarət xəbər şəbəkəsi var. Əvvəllər Doğan Media Qrupunun (Doğan Yayın Holdinq) idarəçiliyində olub.
Hərbi Dəniz Məktəbi (Türkiyə)
Ali Hərbi Dəniz Məktəbi , 1773-cü Əlcəzairli Qazi Həsən Paşa tərəfindən , İstanbul, Kasımpaşada "Mühendishane-i Bahr-i Hümayun" adı altında qurulmuş və 1985-ci ildən etirbarən İstanbul Tuzlada yerləşən Türk Dəniz Qüvvələri üçün zabit yetişdirən təhsil ocağıdır. Məzumiyyət törənləri hər il 31 Avqustda keçirilən Ali Hərbi Dəniz Məktəbində Türk Dəniz Qüvvələrinin tərkibində olan birliklərdə xidmət etmək üçün zabit hazırlamaqdadır. Məktəbdə sənaye, elektronika-elektrotexnika, kompüter, maşınqayırma, kommunuikasiya, beynəlxalq münasibətlər və gəmi inşaatı mühəndisliyi ixtisasları vardır. Bundan əlavə Pusula (Kompas) adında bir də tələbə jurnalı mövcuddur.
Kamerun–Türkiyə münasibətləri
Türkiyə—Kamerun münasibətləri — Kamerun ilə Türkiyə arasındakı ikitərəfli əlaqələr. == Diplomatik münasibətlər == Başlanğıcda, Türkiyə ilə Kamerun arasındakı münasibətlər Əhmədu Ahidjonun prezidentliyi dövründə gərginləşmişdi, bu zaman polis və təhlükəsizlik aparatı onun düşməni sayılan insanları yox etmək üçün istifadə edildi. Kamerunu daha çox söz və mətbuat azadlığı ilə daha azad və demokratik etməyə çalışan Prezident Paul Biye dövründə ikitərəfli münasibətlər xeyli yaxşılaşdı. Bu müddət ərzində, Türkiyə Kameruna məktəblər inşa etməsində kömək etdi , bu da bir çox Afrika ölkəsinə nisbətən Kamerunda daha çox məktəbdə oxuyan uşaqların olmasına kömək etdi. Lakin münasibətlər 1984-cü ildə baş verən çevriliş cəhdindən sonra müxalifətə qarşı təzyiqlərdən sonra pisləşdi . Neftin qiyməti və tələbi düşdükdən sonra, neft ixracatından çox asılı olan Kamerun iqtisadiyyatı böhrana girdi. 1987-ci ilə qədər Kamerun, borclu olan yoxsul ölkələr qrupuna daxil oldu və bu da iqtisadi inkişaf üçün əlavə fondlar əldə etməyə imkan verdi . Türkiyə Kameruna iqtisadi yardım göstərməkdə Beynəlxalq Valyuta Fondu, Dünya Bankına qatıldı. == İstinadlar == == Ədəbiyyat == Адамс, Мелинда. «Национальные механизмы и авторитарная политика: пример Камеруна».
Kanal D (Türkiyə)
Kanal D — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur. == Tarixçə == "Kanal D" Ayxan Şəhənk - Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRT və ATV olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan "Kanal D" 1993-cü il sentyabrın 16-da test yayımına başlamış, 1993-cü il dekabrın 19-da isə əsas yayıma keçmişdir. Kanalın səhmləri 1994-cü ildə Aydın Doğana verilmişdi. Həmin il kanalın loqotipi də dəyişdi. 2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir.
Kinoda Türkiyə qadını
Kinoda Türkiyə qadını — Türkiyə kinosunda Türkiyə aktrisa və qadın rejissorlar. Türkiyə kinosunun birinci filmi 1914-cü ildə çəkilmişdir, lakin aktyor heyətində qadınların da iştirak etdiyi ilk Türkiyə filmi 1919-cu ildə çəkilmişdir. Türkiyə kinosunun ilk qadın baş rol ifaçısı 1923-cü ildə Bedia Müvahhit olmuşdur.
Kipr–Türkiyə münasibətləri
Kipr–Türkiyə münasibətləri — Türkiyə Respublikası və Kipr arasında ikitərəfli diplomatik münasibətlər. == Tarix == 1960-cı ildə Böyük Britaniya Kiprə müstəqillik vermək məcburiyyətində qalır. 1963-cü ildə Kipr Prezidenti III Makarios, ölkə konstitusiyasına adanın yunan icması ilə müqayisədə Kipr türklərinin hüquqlarını məhdudlaşdıracaq olan dəyişiklikləri təklif edir. Bu təklif Türkiyə səlahiyyətlilərinin qarşı reaksiyasına səbəb olur. Kipr türklər prezidentin təklifini rədd edir və nəticədə adadakı yunanlarla türklər arasında qarşıdurmalar meydana gəlir. 1974-cü ildə Yunanıstandakı qara polkovniklər Kiprdə gizlin EOKA təşkilatının çevrilişini dəstəkləyir və Prezident III Makarios ölkədən qaçmaq məcburiyyətində qalır. Türkiyə Kipr türlərinin hüquqularını qorumaq məqsədiləadanın şimal-şərqini ələ keçirir. 1983-cü ildə Rauf Denktaş, yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Respublikasının qurulduğunu elan edir. Şimali Kipr Türk respublikasının müstəqilliyinin elan edilməsindən sonra Yunanistan hökuməti Avropa İttifaqı üzvlərini Türkiyənin birliyin tam hüquqlu üzvü kimi qəbul etməzdən əvvəl Kipr böhranını həll etməli olduğuna inandırır. Ankara belə bir açıq siyasi şərtin iqtisadi birliyə uyğun olmadığını bildirir.
Kosovo–Türkiyə münasibətləri
Türkiyə–Kosovo münasibətləri — Kosovo Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. == Tarix == 17 fevral 2008-ci il tarixində Kosovo Respublikasının Serbiyadan müstəqilliyinin birtərəfli elan edilməsi baş verir. 18 fevral 2008-ci ildə Türkiyə Kosovo Respublikasının müstəqilliyini tanıyır. Türkiyə hökumətinin Kosovo Respublikası ilə yaxın ictimai-siyasi, mədəni, iqtisadi və hərbi əlaqələr qurmağa yönəlmiş siyasəti sayəsində iki ölkə arasında əlaqələr dostluq münasibətləri çərçivəsindədir. 2011-ci ildə Qellap İnstitutu Kosovo Respublikasının əhalisi arasında bir sorğu keçirdi, nəticəyə görə kosovalıların 85%-inin Türkiyəni dost bir ölkə kimi gördüyü məlum oldu. Türkiyə Albaniya və Qərbin ənənəvi, bununla yanaşı Kosovo Respublikasının müstəqilliyini dəstəklədiyinə görə əsas müttəfiqi olaraq görülür. Kosovalı albanların əksəriyyəti yalnız Kosovo Respublikasının pasportlarına sahibdirlər, bu baxımından Türkiyə viza rejimi olmadan ziyarət edə biləcəkləri nadir ölkələrdən biridir. Türkiyə Kosovo ilə Serbiya arasındakı barışıq danışıqlarını rəsmən dəstəkləyir. Üstəlik Kosovo Respublikasının NATO və Aİ-na qoşulması üçün siyasi dəstək də verir. 2013-ci ilin oktyabr ayında, Kosovo Respublikasına rəsmi dövlət səfəri zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan türkləri və kosovalıları ortaq bir tarix, mədəniyyət, sivilizasiya birləşdirdiyini və bu iki xalqın qardaş olduğunu söyləyir.
Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu
Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu — 27 iyul 1983-cü ildə "Erməni İnqilab Ordusu"nun Lissabondakı (Portuqaliya) Türkiyə səfirliyinə hücumu. Terror aktının nəticəsində 7 nəfər həlak olmuşdur o cümlədən 5 nəfər terrorçu, 1 nəfər portuqaliyalı polis və Türkiyə səfirliyinin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlu. Şahidlərin ifadələrinə əsasən həmin günün səhəri saat 10.30 da səfirliyin qarşısına iki ford markalı avtomobil yaxınlaşır, onlardan biri səfirliyin qarşısında dayanır digəri isə səfirliyin dayanacağında. Maşınlar səfirliyi qoruyan portuqaliyalı polisin diqqətini cəlb edir, iki gün əvvəl həmin maşında qələn naməlum şəxslər viza almaq istədiklərini bildirmişdilər, onların sənədlərini soruşanda, tələsik oranı tərk etmişdilər. Polis əməkdaşı dünənki maşının yenidən gəldiyini səfirliyə xəbər verir, özü isə terrorçuların olduğu avtomobilə yaxınlaşır. Bu zaman terrorçulardan biri atəş açaraq polisi yaralıyır, lakin səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşının cavab atəşi ilə atəş açan terrorçu öldürülür. Səfirliyin binasına daxil ola bilməyəcəklərini görən terrorçular səfirliyin yanında yerləşən səfirin igamətkahına daxil olaraq səfirliyin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlunu və onun 17 yaşındakı oğlu Atasayı qirov götürürlər. Terrorçular qirovları saxladıqları otağı minalayaraq, hücum olacağı təqdirdə oranı partladmaqla hədələyirlər. Hadisə ilə bağlı Portuqaliya hökumətinin təcili iclası keçirilir, və qirovları azad etmək üçün yeni yaradılmış xüsusi təyinatlı polis dəstəsindən istifadə etmək qərara alınır. Lakin xüsusi təyinatlılar əməliyyata başlamadan əvvəl terrorçular bombanı işə salırlar.
Livan–Türkiyə münasibətləri
Livan—Türkiyə münasibətləri — Livan ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər. == Tarixi == Soyuq müharibə dövründə ölkələr arasında praktik olaraq heç bir əlaqə yox idi. Bunun səbəblərindən biri, nəticədə bu ölkədə Vətəndaş müharibəsinin başlamasına səbəb olan Livandakı daxili siyasi qeyri-sabitlik idi. Sonra Livan bu ölkənin xarici siyasətinə təsir göstərməyə başlayan qonşu Suriyadan asılı vəziyyətə düşdü. 2005-ci ildə Suriya qoşunları Livanı tərk etdi və ölkənin Türkiyə ilə əlaqələri xeyli yaxşılaşdı. 2006-cı ildə Türkiyə İsrail və Livan arasındakı münaqişənin həllində fəal vasitəçi rolunu oynadı. 2010-cu ilin noyabrında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Livanla Strateji Əməkdaşlıq və Koordinasiya Şurasının yaradılması barədə Siyasi Bəyannaməni imzaladı. === İranla rəqabət === Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında olan Türk hökuməti, Livandakı tarixi travma və Livandakı Türk irsi təhdidinə mənfi əsaslarla İranın dəstəklədiyi Şiə hərbiləşdirilmiş və siyasi qrup Hizbullahı götürdü. Beləliklə, Türkiyə Livan daxilində İran nüfuzunu zəiflətmək üçün Livanla daha sıx əlaqələr qurmağa çalışdı. Suriya Milli Ordusuna qarşı vuruşan Suriyaya gələn Hizbullah döyüşçülərinin axını həm də Türkiyəni İranın Livandakı rolunu zəiflətmək üçün Livanla daha yaxın əlaqələr axtarmağa sövq edir.
Liviya–Türkiyə münasibətləri
Türkiyə–Liviya münasibətləri — Türkiyə Respublikası ilə Liviya arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == XVI əsrin ortalarında Osmanlı İmperiyası Liviyanın sahil bölgələrini fəth etdi və bu ölkənin cəmiyyətinə böyük təsir göstərdi. Osmanlı Tripolitaniyası qeyri-sabitliyi ilə seçilməsinə baxmayaraq yüksək dərəcədə bir muxtariyyətə sahib idi. 18-ci əsrdə Əhməd Karamanlı, Liviyanı Osmanlı İmperiyasının nəzarəti altında idarə edən Karamanlı sülaləsini qurdu. Liviya onun hakimiyyəti altında Osmanlı İmperiyasının ən çiçəklənən bölgələrindən birinə çevrildi, lakin itayətsizliyi Osmanlılar arasında düşmənçilik yaratdı.. Ancaq varisləri Əhməd qədər uğurlu olmadılar və sülalə XVIII əsrin sonunda təsirini itirməyə başladı və Amerika Birləşmiş Ştatları tərəfindən başladılan Bərbər müharibələri, Karamanlı sülaləsinin tamamilə çökməsinə səbəb oldu. İtaliya-Osmanlı müharibəsi (1911-1912) bitdikdən sonra Liviya İtaliyanın nəzarətinə keçdi. 1947-ci ildə Türkiyə ilə Liviya əlaqələrini bərpa edir. 1951-ci ildə Liviya Krallığı qurulur və Türkiyə ilə isti münasibətləri davam etdirir. 1969-cu ildə Liviyada kral Məhəmməd İdris əl-Sənusi müalicə üçün Ankarada olduğu zaman qansız bir hərbi çevriliş baş verir.

Digər lüğətlərdə