TACİKİSTAN

таджикистан
TACİKCƏ
TACİR
OBASTAN VİKİ
Tacikistan
Tacikistan (tac. Тоҷикистон) və ya rəsmi adı ilə Tacikistan Respublikası (tac. Ҷумҳурии Тоҷикистон) — Mərkəzi Asiyada dövlət. Tacikistan dənizə çıxışı olmayan ölkələrdən biridir və ərazisi Pamir dağlarının ətəklərində yerləşir. Şimalda Qırğızıstan, cənubda Əfqanıstan, qərb və şimal-qərbdə Özbəkistan, şərqdə isə Çinlə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Düşənbə şəhəridir, ümumi sahəsi 143,100 kvadrat kilometrdir. Tacikistan həm də keçmiş postsovet ölkəsidir. Tacikistanın ərazisi əsasən dağlıqdır. Şimalda Fərqanə vadisi, şimal-qərbdə və ölkənin mərkəzində Türküstan, Zərəfşan, Hissar, Alay sıra dağları. Cənub-Şərqdə İsmayıl Səməni piki olan Pamir dağları yerləşir.
Ermənistan–Tacikistan münasibətləri
Tacikistan—Ermənistan münasibətləri — Tacikistan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyinin üzvüdür. İkitərəfli münasibətlər 12 oktyabr 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə əvvəllər Sovet ittifaqının müttəfiq respublikalarından olmuşdur. İki ölkənin heç birinin digəri ərazisində rezident səfirləri yoxdur. Tacikistan Rusiyanın Moskvadakı səfirliyi vasitəsilə Ermənistanda təmsil olunur. Ermənistan Respublikasının Türkmənistandakı səfirliyi həm də Tacikistanda akreditə olunmuşdur. == Göstəricilər == == Tarix == Respublika başçılarının görüşləri ölkələr arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Ermənistanın ikinci Prezidenti Robert Köçəryan 2002-ci ilin aprelində Tacikistana rəsmi səfər edir. Tacikistan lideri Emoməli Rəhmonun rəsmi səfərləri 2003 və 2005-ci illərdə baş tutur.
Gürcüstan–Tacikistan münasibətləri
Gürcüstan–Tacikistan münasibətləri — Gürcüstan Respublikası və Tacikistan arasındakı mövcud ikitərəfli münasibətlər. İkitərəfli münasibətlər 4 avqust 1994 tarixində qurulmuşdur. 1991-ci ilə qədər hər iki ölkə Sovet İttifaqının bir hissəsi idi. Bu gün onlar Ümumdünya Ticarət Təşkilatının, Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Ümumdünya poçt ittifaqı, UNESCO, Yer Müşahidələri Qrupu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdürlər və eyni zamanda Birləşmiş Millətlər Təşkilatının həqiqi üzvüdürlər. == Fərqləndirici xüsusiyyətlər == == Tarix == Yarandıqlarından bəri münasibətlərin postsovet dövlətləri arasındakı münasibətlərə xas olan stereotipə görə qurulduğuna inanılır. İqtisadiyyatdan mədəniyyətə və elmə qədər bir sıra əməkdaşlıq sahələri hər iki tərəf üçün faydalıdır. 2003-cü ilin may ayında Özbəkistanın paytaxtı Daşkənddə Tacikistan lideri Emoməli Rəhmon Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze ilə görüşür. Görüşdə dövlət başçıları müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək istədiklərini bildirir. Münasibətlərin hüquqi bazası bir neçə sənəddən ibarətdir: 4 avqust 1994-cü il tarixində imzalanmış Diplomatik əlaqələrin qurulması haqqında Protokol və iki idarələrarası razılaşma. Tərəflər ondan çox sənədin layihəsini nəzərdən keçirir.
Qazaxıstan–Tacikistan münasibətləri
Qazaxıstan–Tacikistan münasibətləri — Qazaxıstan və Tacikistan arasındakı iki tərəfli diplomatik münasibətlər 7 yanvar 1993-cü ildə qurulmuşdur. Hər iki ölkə əvvəllər Sovet respublikaları idi. İndi BMT, MDB, KTMT, ŞƏT kimi regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Astanadakı Tacikistan səfirliyi 1993-cü ilin iyunundan fəaliyyət göstərir. Düşənbədəki Qazaxıstanın diplomatik nümayəndəliyi 1998-ci ilin aprelindən fəaliyyət göstərir, lakin 2001-ci ilin yanvarında səfirlik statusu almışdır. Tacikistanın başçısı Emoməli Rəhmon 1993-cü ildə Qazaxıstanın paytaxtına rəsmi səfər etmişdir. Bu səfər zamanı Tacikistan Respublikası ilə Qazaxıstan Respublikası arasında əlaqələrin əsaslarına dair Saziş imzalanmışdır. Tacikistan liderinin Qazaxıstana növbəti səfərləri 1995 və 2008-ci illərdə baş tutub. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Tacikistana rəsmi səfərləri 2000-ci ilin iyununda və 2007-ci ilin sentyabrında baş vermişdir. 1995-ci ildə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya qurulur Komissiyanın 1998, 2001, 2004, 2006, 2007, 2008, 2009, 2010, 2011-ci illərdə Qazaxıstan və Tacikistanın paytaxtlarında keçirilmiş iclasları iki ölkə arasındakı münasibətlərdə mühüm rol oynadı.
Qırğızıstan-Tacikistan sərhədi
Qırğızıstan–Tacikistan sərhədi — 984 km uzunluğa malikdir və Özbəkistanla üçlü nöqtədən Çinlə üçlü nöqtəyə qədər uzanır. Sərhəd Tacikistanın şimalında Fərqanə Vadisində başlayır. Sərhəd qərbə doğru uzanır, Çorku şəhəri yaxınlığında kəskin bir tacik qabarıqlığı ilə, Tacik dənizinə çatır. Ancaq Tacikistan ərazisinin incə bir zolağı su anbarı ilə sərhəd arasında uzanır. Sərhəd Türküstan silsiləsi ilə yanaşı, şərqdə Çin ilə sərhəddə olan Alai və Trans-Alai silsilələri boyunca uzanır. Sərhəd boyunca Qırğızıstan ərazisinin içərisində yerləşən iki anklav (Vorux və Kayraqaç) var. Rusiya XIX əsrdə əvvəllər müstəqil olan Kokand, Xivə və Buxara əmirliyini özlərinə tabe edərək Orta Asiyanı fəth edir. Oktyabr İnqilabından və SSRİ-nin qurulmasından sonra Orta Asiyanı milli ərazi sərhədləri çərçivəsində etnik respublikalara bölmək qərara alınır. 25 fevral 1924-cü ildə Sov.İKP MK Siyasi Bürosu və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Orta Asiyada milli-ərazi sərhədlərini davam etdirəcəklərini elan edir. Bu proses bölgənin əsas millətlərindən hər biri üçün (qazaxlar, türkmənlər və özbəklər) üç alt komitə ilə Orta Asiya KP MK Siyasi Bürosunun Xüsusi Komitəsi tərəfindən nəzarət edilməli idi.
Qırğızıstan–Tacikistan münasibətləri
Qırğızıstan–Tacikistan münasibətləri — Tacikistan Respublikası ilə Qırğız Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İkitərəfli əlaqələr 14 yanvar 1993-cü ildə quraşdırılmışdır. İki ölkə arasında sərhəd məsələləri ilə bağlı olaraq toqquşmalaar baş verir. 1997-ci ilin martında Düşənbədə Qırğızıstan səfirliyi açılır. Bişkekdə Tacikistan səfirliyi fəaliyyət göstərir. Tacikistan Respublikasının başçısı Emoməli Rəhmon 1993-cü ilin yanvarında, 1998 və 2013-cü ilin mayında Qırğızıstanda olmuşdur. Qırğızıstan Respublikasının ilk prezidenti Əsgər Akayev 1996-cı ilin iyulunda və 2004-cü ilin mayında Tacikistana səfər edir. Qırğızıstanın ikinci prezidenti Qurmanbek Bakıyev 2008-ci ilin may ayında Tacikistanın Sogd vilayətinə səfər edir. Dövlətlər Birləşmiş Millətlər Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyi kimi bir çox beynəlxalq və regional təşkilat çərçivəsində əməkdaşlıq edirlər. Qırğızıstan Milli Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-may aylarında iki respublika arasında ticarət dövriyyəsi 11 milyon ABŞ dolları təşkil edib.
Qırğızıstan–Tacikistan sərhədi
Qırğızıstan–Tacikistan sərhədi — 984 km uzunluğa malikdir və Özbəkistanla üçlü nöqtədən Çinlə üçlü nöqtəyə qədər uzanır. Sərhəd Tacikistanın şimalında Fərqanə Vadisində başlayır. Sərhəd qərbə doğru uzanır, Çorku şəhəri yaxınlığında kəskin bir tacik qabarıqlığı ilə, Tacik dənizinə çatır. Ancaq Tacikistan ərazisinin incə bir zolağı su anbarı ilə sərhəd arasında uzanır. Sərhəd Türküstan silsiləsi ilə yanaşı, şərqdə Çin ilə sərhəddə olan Alai və Trans-Alai silsilələri boyunca uzanır. Sərhəd boyunca Qırğızıstan ərazisinin içərisində yerləşən iki anklav (Vorux və Kayraqaç) var. Rusiya XIX əsrdə əvvəllər müstəqil olan Kokand, Xivə və Buxara əmirliyini özlərinə tabe edərək Orta Asiyanı fəth edir. Oktyabr İnqilabından və SSRİ-nin qurulmasından sonra Orta Asiyanı milli ərazi sərhədləri çərçivəsində etnik respublikalara bölmək qərara alınır. 25 fevral 1924-cü ildə Sov.İKP MK Siyasi Bürosu və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Orta Asiyada milli-ərazi sərhədlərini davam etdirəcəklərini elan edir. Bu proses bölgənin əsas millətlərindən hər biri üçün (qazaxlar, türkmənlər və özbəklər) üç alt komitə ilə Orta Asiya KP MK Siyasi Bürosunun Xüsusi Komitəsi tərəfindən nəzarət edilməli idi.
Tacikistan Milli Muzeyi
Tacikistan Milli Arxeologiya Muzeyi (tac. Осорхонаи миллии бостоншиносии Тоҷикистон) — Tacikistanın paytaxtı Düşənbədə yerləşir. Muzey xüsusilə Pəncəkənd freskaları ilə məşhurdur. Tacikistan Milli Arxeologiya Muzeyi 1934-cü ildə SSRİ Elmlər Akademiyasının Tacikistan bazasının Xalq Təsərrüfatı Nailiyyətləri və Ekspedisiya Tədqiqatları Sərgisi əsasında yaradılmışdır. Həmin dövrdə muzeydə cəmi 530 eksponat var idi. Zamanla muzeyin kolleksiyası arxeoloji və etnoqrafik tapıntılarla, o cümlədən keramika, metal, silahlar, zərgərlik, numizmatika, əlyazmalar, heykəltəraşlıq, məişət əşyaları, tikmələr, Tacikistan xalqlarının təsviri incəsənəti və mədəniyyəti abidələri ilə doldu. Muzeydə region tarixinin müxtəlif dövrlərinə aid tək və təsadüfi tapıntıların toplandığı numizmatika şöbəsi yaradılmışdır. Əvvəlcə muzeyin bütün kolleksiyası Tacikistan SSRİ Elmlər Akademiyasının Tarix İnstitutunun dar otaqlarında və zirzəmilərində (anbarlarında) yerləşirdi. Tacikistan Respublikası müstəqillik əldə etdikdən sonra müxtəlif qeyri-hökumət təşkilatları və xarici ölkələrin səfirlikləri muzeyin təchiz olunması üçün qrantlar ayırmağa başlayıblar. 4 aprel 1996-cı ildə muzey 2001-ci ildə açılmış Tacikistan Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Tacikistanın Milli Qədim Əsərlər Muzeyi adlandırıldı.
Tacikistan Xalq Cəbhəsi
Tacikistan Xalq Cəbhəsi (tac. Фронти халқии Тоҷикистон; rus. Народный фронт Таджикистана) —Tacikistanda vətəndaş müharibəsi zamanı hökumət tərəfində vuruşan könüllülərdən ibarət siyasiləşdirilmiş və hərbiləşdirilmiş hərəkat. Cəbhənin tərkibində 8,000-ə qədər döyüşçü xidmət edirdi. 1992-ci ilin iyununda meydana çıxmış və bu müddət ərzində Birləşmiş Tacikistan Müxalifətinə qarşı döyüşməyə başlamışdır. Hərəkatın təsisçiləri Sanqak Səfərov və Səfərəli Kencayevdir. Tezliklə Tacikistan hakimiyyəti daxilində populyarlıq qazanmış, 1992-ci ilin payızına qədər Sovet Ordusu və DTK veteranları, yerli milislər, habelə hüquq-mühafizə orqanlarının əməkdaşları Xalq Cəbhəsinə qoşulmuşdular. Cəbhənin rəhbərliyi sonralar keçmiş DTK işçilərinin çoxluğuna görə Yuri Andropovun adını daşıyan "Yurçiki" kimi tanınmağa başlamışdır. Sonradan, 1992-ci ilin sonunda keçmiş prezident Rəhman Nəbiyevin tərəfdarlarının əksəriyyəti Xalq Cəbhəsinə qoşulmuşdur. 1992-ci ilin dekabrında Emoməli Rəhmonun (Tacikistan Ali Şurasının sədri) başçılığı ilə yeni hökumət Xalq Cəbhəsi və konstitusional hökuməti dəstəkləyən qüvvələr əsasında "Tacikistan Respublikası Silahlı Qüvvələrinin yaradılması haqqında" qərar imzalamışdır.
Tacikistan İslam İnstitutu
Tacikistan İslam İnstitutu (Tİİ), (Tam adı: "İmam Əzəm adına Tacikistan İslam İnstitutu". Муассисаи давлатии таълимии «Донишкадаи исломии Тоҷикистон ба номи Имоми Аъзам») — Tacikistan Respublikasında İslam elmləri istiqaməti üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi. Hal-hazırda institutun rektoru "Zakirzoda Nusratullah Məlik"dir. İmam Tirmizi adına İslam Mədrəsəsi 06.05.1997-ci ildə Tacikistan Respublikası Hökuməti yanında Dini İşlər üzrə Komitə ilə razılaşdırılaraq, Tacikistan Respublikası Müsəlmanları Cəmiyyətinin 218 nömrəli qərarı ilə keçmiş Müftilik İdarəsi ləğv edildikdən sonra dövlət qeydiyyatına alınıb. İnstitut öz təhsil proqramlarını Tacikistan Milli Universiteti, Elmlər Akademiyası, Təhsil Universiteti, Misir Beynəlxalq Əl-Əzhər Universiteti, Respublika Təhsil Nazirliyi və Dini İşlər üzrə Komitənin ekspertlərinin köməyi ilə hazırlayıb, icra edir. Bu institutun buraxılış imtahanları Dini İşlər üzrə Komitə, Elmlər Akademiyası, İslam İnstitutu və Tacikistan Milli Universitetinin professorlarından ibarət komissiyanın nəzarəti altında keçirilir. İnstitutda kitabxana, 2 böyük tədris zalı, internetlə təchiz olunmuş kompüter tədris mərkəzi, ərəb və ingilis dillərinin tədrisi üçün xüsusi kabinlər, ailəyə uyğunlaşma mərkəzi fəaliyyət göstərir. Həmçinin, Rusiya Federasiyasının səfirliyi rus dilinin tədrisi üçün yüksək şəkildə təchiz olunmuş sinif otağı təşkil etmişdir. Bu İnstitut rus dilində dinin tədrisi üçün Rusiyanın Slavyan Universiteti ilə əməkdaşlıq edir. Fakültələr: İslam elmləri Şərq filologiyası Kafedralar: Quran və hədis elmləri İslam hüququ Ərəb dili və ədəbiyyatı Tarix və dinşünaslıq Sosial elmlər Təbii və informatika elmləri Dillər Pedaqogika və milli irs Hazırda bu institutda 815 nəfər təhsil alır, onlardan 74-ü qızdır.
Tacikistan Konstitusiyası
Tacikistan Respublikasının Konstitusiyası — Tacikistan Respublikasının əsas qanunu. Tacikistan Konstitusiyası 6 noyabr 1994-cü ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmişdir. Əsas qanun 10 fəsil və 100 maddədən ibarətdir. Birinci fəsil: Konstitusiya quruluşunun əsasları. İkinci fəsil: İnsan və vətəndaş hüquqları, azadlıqları, əsas vəzifələri. Üçüncü fəsil: Ali Məclis (Parlament). Dördüncü fəsil: Prezident. Beşinci fəsil: Hökumət. Altıncı fəsil: Yerli hakimiyyət orqanları və özünüidarə. Yeddinci fəsil: Dağlıq Bədəxşan Muxtar Vilayəti.
Tacikistan MSSR
Tacikistan Muxtar Sovet Sosialist Respublikası (rus. Таджикская Автономная Социалистическая Советская Республика) — Sovet İttifaqı tərkibində Özbəkistan SSRİ daxilində mövcud olmuş muxtar qurumdur.
Tacikistan Prezidenti
Tacikistan prezidentlərinin siyahısı — 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini qazanan Tacikistanın, dövlət başçılarının siyahısı. Tacikistan Prezidenti, Tacikistan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Tacikistan Prezidenti vəzifəyə, Tacikistan Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 1994-cü ilin 16 noyabr tarixində təsis edilən vəzifəni, həmin gündən etibarən Emoməli Rəhmon icra edir.
Tacikistan Respublikası
Tacikistan (tac. Тоҷикистон) və ya rəsmi adı ilə Tacikistan Respublikası (tac. Ҷумҳурии Тоҷикистон) — Mərkəzi Asiyada dövlət. Tacikistan dənizə çıxışı olmayan ölkələrdən biridir və ərazisi Pamir dağlarının ətəklərində yerləşir. Şimalda Qırğızıstan, cənubda Əfqanıstan, qərb və şimal-qərbdə Özbəkistan, şərqdə isə Çinlə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Düşənbə şəhəridir, ümumi sahəsi 143,100 kvadrat kilometrdir. Tacikistan həm də keçmiş postsovet ölkəsidir. Tacikistanın ərazisi əsasən dağlıqdır. Şimalda Fərqanə vadisi, şimal-qərbdə və ölkənin mərkəzində Türküstan, Zərəfşan, Hissar, Alay sıra dağları. Cənub-Şərqdə İsmayıl Səməni piki olan Pamir dağları yerləşir.
Tacikistan SSR
Tacikistan Sovet Sosialist Respublikası (tac. Республикаи Советии Сотсиалистии Тоҷикистон) — Sovet İttifaqı respublikalarından biri. 16 oktyabr 1929-cu il tarixindən 9 sentyabr 1991-ci il tarixinədək mövcud olmuşdur.
Tacikistan Talibanı
Təhrik-i-Taliban Tacikistan (tac. муаллифики Toliboni Tajikistan, fars. تحریک طالبان تاجیکستان‎; mənası –Tacikistan Taliban Hərəkatı, TTT) — Tacikistan islamçı silahlı qrupu. Əfqanıstan–Tacikistan sərhədində fəaliyyət göstərir. 2022-ci ildə Əfqanıstanın Bədəxşan şəhərində Məhəmməd Şaripov tərəfindən yaradılmışdır. "Təhrik-i-Taliban Tacikistan" Bədəxşanda Tacikistan vətəndaşı və keçmiş "Camaat Ənsarullah" döyüşçüsü, əsl adı Məhəmməd Şaripov olan Mehdi Arslan tərəfindən yaradılmışdır. Məqsədi Əfqanıstanda olduğu kimi Tacikistanda da islam əmirliyi yaratmatdır. Şaripov Tacikistanda terrorçular siyahısındadır. TTT əsasən Əfqanıstandan olan və əvvəllər əsas "Taliban"ın tərkibində olan taciklərdən ibarətdir. Hal-hazırda onun 250-yə yaxın üzvü var.
Tacikistan bayrağı
Bayraq qırmızı, ağ və yaşıl üfüqi zolaqlardan ibarət üçrənglidir. Mərkəz hissədə ağ zolağın içərisində yuxarı hissəsi 7 kiçik qızılı sarı rəngli beşguşəli ulduzla əhatə olunmuş qızılı sarı rəngli tac yerləşir. Qırmızı rəng millətin vəhdətini, qələbəni və günəşin doğmasını ifadə edir. Qırmızı rəng həm də keçmiş sovet dövründə fəhlələri və torpağı müdafiə etmək üçün canlarını fəda etmiş olan döyüşçüləri simvollaşdırır. Ağ rəng təmizliyi, mənəviyyatı, dağların qarını və buzunu, pambığı ifadə edir. Yaşıl təbiətin səxavətini, bərəkətli dərələri, İslam dinini və Novruz bayramını simvollaşdırır. Tacik adı xalq etimologiyasında farsca tâj sözü ilə əlaqəli olduğundan, tac simvolu Samaniləri və tacik xalqını simvollaşdırır. Fars mifologiyasında kamillik və xoşbəxtliyi ifadə edən yeddi rəqəminin əhəmiyyətinə görə Tacikistan bayrağında yeddi ulduz vardır.
Tacikistan coğrafiyası
Ərazisi 143 min km², əhalisi 7,1 mln. (2007) nəfərdir. Tacikistan Dənizə çıxışı olmayan dövlətlərdən biridir və ərazisi Pamir dağlarının ətəklərində yerləşir. Qərb və şimal-qərb tərəfdən Özbəkistanla, şimal tərəfdən Qırğızıstanla, şərq tərəfdən Çinlə və cənub tərəfdə isə Əfqanıstanla həmsərhəddir. Paytaxtı Düşənbə şəhəridir. MDB-nin iqtisadi cəhətdən ən zəif inkişaf etmiş ölkəsidir. Tacikistanın ərazisi əsasən dağlıqdır. Şimalda Fərqanə vadisi, şimal-qərbdə və ölkənin mərkəzində Türküstan, Zərəfşan, Hissar, Alay sıra dağları. Cənub-Şərqdə İsmayıl Səməni piki olan Pamir dağları yerləşir. Pamir dağları ərazisinin böyük hissəsini tutur.
Tacikistan futbolu
Tacikistan gerbi
Tacikistan Respublikasının Dövlət Gerbi Tacikistan SSR-nın dövlət gerbinin modifikasiya olunmuş variantıdır. Rusiya inqilabı baş verməzdən əvvəl Tacikistanın da daxil olduğu Türküstan ərazisində yalnız bir emblemdən istifadə olunmuşdur. Tacikistan da daxil olmaqla region dövlətlərinin heç birinin özünə məxsus olan dövlət gerbi yox idi. Ölkədə Sovet hökuməti təsis olunduqdan sonra isə 1992-ci ilə qədər digər bütün Sovet dövlətlərində oxşar olan dövlət gerbi mövcud olmuşdur. Müstəqil Tacikistanın ilk dövlət gerbi Tacikistanla mədəni əlaqələri olan tarixi Fars dövlətinin də rəmzi olmuş, üzərində "Şir və Günəş" simvolu olan emblem 1992-1993-cü illərdə qəbul edilmişdir. Hazırkı dövlət gerbi isə 1992-ci ilin sonunda hakimiyyətə gələn Emoməli Rəhmonun dövründə qəbul olunmuşdur.
Tacikistan himni
Tacikistan dövlət himni — kompozisiyanın adı «Суруди миллӣ» (Sürudi Milli; yəni "milli marş"). Dövlət himni kimi 1994-ci ildən istifadə olunur. Sözlərinin müəllifi — Gülnәzәr Keldi, bəstəkarı — Sulaymin Yudakov. Bizim sevgili diyarımız‚ Səni gördüyümüz üçün fəxr edirik‚ Sənin xoşbəxtliyin və fərəhin sonsuz olsun‚ Biz qədim dövrlərdən bəri bu günə çatdıq‚ Sənin bayrağını göylərə yüksəldirik‚ yüksəldirik! Çox yaşa‚ ey vətən Mənim müstəqil Tacikistanım! Sən qədim dövrün bir simvolusan‚ Bizim şərəfimiz və ləyaqətimiz Sənin övladların üçün sonsuz bir cahan var. Sənin baharın heç vaxt bitməyəcək. Biz sənə sadiq qalacağıq‚ sadiq qalacağıq. Çox yaşa‚ ey vətən Mənim müstəqil Tacikistanım! Sən hamımızın Anasısan.
Tacikistan mətbəxi
Tacikistan mətbəxi — Orta Asiyada yerləşən Tacikistan Respublikasının mətbəxi. Tacik xalqının müasir həyatında cəlbedici məqamlardan biri onların bugünkü dövrdə də məişətdə öz milli adət-ənənələri və geyimləri ilə yanaşı milli mətbəxlərini qoruyub saxlamasıdır. Bu gün də taciklər milli yeməklərə üstünlük verirlər. Tacik xalqının kulinariya incəsənəti əsrlər boyu formalaşmışdır. Tacik milli mətbəxi digər Orta Asiya milli mətbəxi ilə eynilik təşkil etsə də, öz xüsusiyyəti, özünəməxsus texnologiyası ilə digərlərindən fərqlənir. Tacik mətbəxinin xarakterik xüsusiyyəti burada böyük miqdarda ət məhsullarından və balıqdan istifadə olunmasıdır. Daha çox qoyun və keçi ətindən istifadə olunur. Toyuq ətindən yeməklər azlıq təşkil edir, ördək və qaz ətindən isə, demək olar ki, istifadə olunmur. Tacik milli mətbəxinin digər xüsusiyyəti yüksək səviyyədə düyü və lobyadan istifadədir. Qida rasionuna un məmulatları: qoğal, kökə və başqaları daxildir.
Tacikistan rublu
Tacikistan rublu yaxud rubl (tacik. rubl) — 1995-ci il 10 may tarixindən 2000-ci il 29 oktyabr tarixinə qədər Tacikistanın rəsmi valyutası. Formal olaraq 100 təngə. Keçmiş Sovet Sosialist Respublikalarında olduğu kimi Tacikistan hətta müstəqilliyinin əldə etdikdən sonra da sovet rublundan istifadəyə davam etmişdir. 1993-cü il 26 iyul tarixində rus rublunun yeni versiyası tədavülə buraxıldı və sovet pullarının Rusiya Federasiyasına axınına son qoyuldu. Tacikistanda bu pullardan 1994-cü il 8 yanvar tarixinə qədər istifadə edilmişdir. 1994-cü il 1 yanvar tarixindən başlayaraq Tacikistan hüdudlarında ödəniş vasitəsi kimi 1993-cü ildə tədavülə buraxılan rus rublu qəbul edildi. Buna qədər 1993-cü ilin noyabrında milli tacik ornamentləri ilə rus pullarının dəyişdirilməsinin mümkünlüyü məsələsinə baxıldı. 1995-ci ilin mayın 10-da rus rublu tacik rublu ilə əvəz edildi: 1 tacik rublu 100 rus rubluna bərabər idi. Başlanğıcda tacik rublundan pul kuponu kimi istifadə edilməsi təklif edilirdi.
Tacikistan şəhərləri
Tacikistanın Paytaxtı Ərazi Mərkəzləri Digər şəhərlər Keçmiş şəhərlər Qafurov — 1978-ci ildən şəhərdir. Hal-hazırda Şəhər Tipli Qəsəbə. Hisar — 1993-də şəhərdir — 2005 ci il. Hal-hazırda Şəhər Tipli Qəsəbə. Novabad — 1950-də şəhərdir — 1959cu il il. Hal-hazırda Şəhər Tipli Qəsəbə. Pənc — 1953-cü ildən şəhərdir. Hal-hazırda Şəhər Tipli Qəsəbə. Şurab — 1952 — 2007 ci il. Hal-hazırda Şəhər Tipli Qəsəbə.
Tacikistan əhalisi
MKİ-ə əsasən Tacikistan Republikası əhalisinin sayına görə dünyada 239 ölkə arasında 96-cı yerdə dayanmaqdadır. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir. 20-27 yanvar 2000-ci il əhali siyahıyaalınmasının yekunlarına əsasən : ümumi əhalinin rəsmi sayı 6,127,493 nəfərdir (cəmi 120 etnik qrup). taciklərin rəsmi sayı 4,898,382 nəfərdir. özbəklərin rəsmi sayı 936,703 nəfərdir (qeyri-rəsmi məlumata əsasən 1,500,000 nəfər). rusların rəsmi sayı 68,171 nəfərdir (qeyri-rəsmi məlumatlara əsasən 45,000-50,000-dən çox deyil). qırğızların rəsmi sayı 65,515 nəfərdir. laqayların rəsmi sayı 51,001 nəfərdir. türkmənlərin rəsmi sayı 20,270 nəfərdir. tatarların rəsmi sayı 18,939 nəfərdir.
Ali Məclis (Tacikistan)
Tacikistanın Ali Məclisi «Məclisi Ali» (tac. Маҷлиси Олии Ҷумҳурии Тоҷикистон) — Tacikistan Respublikasının ən yüksək qanunverici və təmsil edən dövlət hakimiyyətinin orqanı olan parlament. == Tərkibi == Tacikistan parlamenti iki palatadan ibarətdir: Aşağı — Nümayəndələr Palatası (tac. Маҷлиси намояндагон). Yuxarı — Milli Şura (tac. Маҷлиси миллӣ). Tacikistan Respublikasının Konstitusiyasına görə Məclisi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə seçilən 63 millət vəkilindən ibarətdir. 22 nümayəndə proporsional əsaslarla, 41 nəfər isə birmandatlı dairələrdə seçilir. Məclis Məclisi daimi və peşəkar əsasda fəaliyyət göstərir. Ən azı 25 yaşı olan bir vətəndaş Tacikistan Respublikasının Məclisi Namoandagon Məclisi Oli -nə deputat seçilə bilər.
Novruz bayramı Tacikistanda
Tacikistanda Novruz martın 20-də başlayır, 3-4 gün davam edir – uşaqlar qapı döyüb bayram payı istəyir, amma qapını döyüb gizlənmək yoxdur. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür - ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir. Pul vermək təzə yaranma adətdir.
Qırğızıstan-Tacikistan sərhəd toqquşmaları (2021)
Qırğızıstan-Tacikistan sərhəd toqquşmaları — Qırğızıstan-Tacikistan sərhədində Qırğızıstan və Tacikistan qüvvələri arasında 28 aprel 2021-ci ildə su qaynaqları üzərində nəzarət səbəbindən başlayan bir sıra silahlı toquşmalar. Qırğızıstanın Batken vilayətinin Köktaş kəndində başlanan və daha sonra ordularında ortaya qarışması ilə genişlənən münaqişə. 29 aprel tarixində qarşıdurmalar nəticəsində hər iki tərəfdən 6 nəfər ölmüş və 10.000 nəfər bölgədən təxliyə edilmişdir. 29 aprel tarixində atəşkəs elan edilmişdir.
Rusiya-Tacikistan (Slavyan) Universiteti
Rusiya-Tacikistan (Slavyan) Universiteti (RTSU) — dövlətlərarası ali peşə təhsili müəssisəsi. Tacikistan Respublikası və Rusiya Federasiyasının birgə yurisdiksiyasındadır. Düşənbədə yerləşir. Rusiya Federasiyası və Tacikistan Respublikasının dövlət universitetləri statusuna malikdir. Rusiya Federasiyası ilə Tacikistan Respublikası arasında 25.05 tarixli Dostluq və Əməkdaşlıq Müqaviləsinə uyğun olaraq 5 aprel 1996-cı ildə Tacikistan Respublikası Hökumətinin 141 saylı Fərmanı ilə qurulmuşdur. 1993 il. Təsisçilər Rusiya Federasiyası Hökuməti və Tacikistan Respublikası Hökumətidir. Universitetin əsas hədəflərindən biri, dəyişən dünyaya, sosial-iqtisadi vəziyyətə və inkişaf etməkdə olan bazarın konyunkturasına dinamik reaksiya verməyə imkan verən, gələcək mütəxəssislərin peşə hazırlığına müasir fikirlərin, prinsiplərin, tədris texnologiyalarının tətbiqi, təhsil tərəfdaşları ilə istehlakçıları arasındakı əlaqə. Mütəxəssislərin hazırlanması Rusiya Federasiyasında müəyyən edilmiş Dövlət təhsil standartlarına uyğun təhsil proqramları əsasında aparılır. 1996-cı ildə mütəxəssis hazırlığı universitetin iki fakültəsində — humanitar və iqtisadi və hüquq fakültələrində aparıldı (1997-ci ilə qədər Humanitar Elmlər Fakültəsi 1998-ci ilə qədər rus filologiyası, jurnalistika, dilçilik, tarix, beynəlxalq münasibətlər və mədəniyyətşünaslıq üzrə mütəxəssislər hazırladı.
Sədrəddin Ayni adına Tacikistan Dövlət Pedaqoji Universiteti
Sədrəddin Ayni adına Tacikistan Dövlət Pedaqoji Universiteti (tac. Донишгоҳи давлатии омӯзгории Тоҷикистон ба номи С. Айнӣ) — Tacikistan Respublikasının ali təhsil müəssisəsi. Düşənbədə yerləşir. Tacikistan Respublikasının dövlət ali təhsil peşə qurumu statusuna malikdir. Sədrəddin Ayni adına Tacikistan Respublikası Təhsil Nazirliyinin səlahiyyətindədir. Universitet Tacikistan Respublikasının, əsasən təhsil sistemi üçün müəllim və tərbiyəçilər hazırlayan aparıcı universitetlərdən biridir. Universitetdə tələbələrin təhsili 34 ixtisas üzrə aparılır. 2012-ci ildə TDPU-da 8000-dən çox tələbə təhsil almışdır və 585 müəllim çalışmışdır. 1931-ci ildə qurulmuşdur. Universitetin keçmiş adları — Stalinabad Pedaqoji İnstitutu, T.Q.Şevçenko adına Düşənbə Pedaqoji İnstitutudur.
Tacikistan-Çin sərhədi
Tacikistan-Çin sərhədi 477 km (296m) uzunluqdadır və Qırğızıstan ilə yoldan, şimal-cənub xətti boyunca müxtəlif dağ silsilələri və Pamir silsiləsinin Əfqanıstanla keçid nöqtəsinə qədər uzanır. Tacikistandan keçid məntəqəsinə gedən yol Murqab kəndindən keçir və dəniz səviyyəsindən 4365 metr yüksəklikdə yerləşir. Qışda məntəqənin bu hissəsi çoxlu qarla örtülür, bu da hərəkət etməyi çətinləşdirir. Xüsusilə ilin qış fəsli üçün insanlar və nəqliyyat vasitələrini il boyu keçməyə imkan verən yollar da daxil olmaqla müvafiq infrastruktur qurulmuşdur. Tacikistan-Çin sərhədi Tacikistan Respublikası ilə Çin Xalq Respublikası arasında keçən dövlət sərhədidir. Sərhəd Tacikistanın cənub tərəfdən deyil, şərqdən keçməsinə baxmayaraq, "MDB və Postsovet məkanının cənub sərhədi" nin bir hissəsidir. İki ölkənin dövlət sərhədinin ümumi uzunluğu 494.95 kilometrdir. Demək olar ki, bütün sərhəd bir tərəfdən Tacikistanın Dağ-Bədəxşan Muxtar Bölgəsindəki Pamir dağ silsiləsi boyunca, digər tərəfdən Çinin Sincan Uyğur Muxtar Vilayətinin cənub-qərb hissəsində keçir. 1991-ci ildə Tacikistan müstəqil olduqdan sonra, SSRİ-Çin sərhədinin bir hissəsini miras aldı. 2011-ci ildə Tacikistan, Pamir dağlarında 1,122 km² (433 kv m) ərazini Çin Xalq Respublikasına verərək, 130 illik mübahisəyə son qoyaraq 1999-cu ildə bağladığı müqaviləni ratifikasiya etdi.
Tacikistan Aqrar Universiteti
Şirinşo Şotemor adına Tacikistan Aqrar Universiteti (qısaca TAU; tac. Донишгоҳи аграрии Тоҷикистон ба номи Ш. Шотемур) — Tacikistanın ən böyük universitetlərindən biri, ölkənin aqrar sənaye kompleksinin, təhsilin və elmin inkişafı mərkəzlərindən biridir. 1931 -ci ildə Xucənd şəhərində qurulan Tacikistan Respublikasının paytaxtı Düşənbədə yerləşir . Rektor - kənd təsərrüfatı elmləri doktoru, professor Maxmaderov Usmon Mamuroviç tac. Усмон Махмадёрзода (27 yanvar 2020 -ci ildən). Mərkəzi Asiya Sovet respublikalarında kənd təsərrüfatı sektorlarının bölgü bölgüsü nəzərə alınmaqla mühəndislik, texniki və kənd təsərrüfatı bilikləri olan yüksək ixtisaslı kadrlara olan ehtiyac dar ixtisaslar üzrə mütəxəssislər hazırlayan ixtisaslaşdırılmış universitetlərin yaradılmasını zəruri edir. Bu məqsədlə, 1931 -ci ildə Tacikistan SSR-in şimalındakı Mərkəzi Asiya Dövlət Universitetinin (MADU) əkinçilik fakültəsinin bazasında Xocent , Mərkəzi Asiya Meyvə və Tərəvəz İnstitutu quruldu. Müəllimləri 205 tələbəyə və işləyən fakültənin 336 tələbəsinə dərs deyən 13 ixtisaslaşdırılmış kafedra yaradıldı. Respublikanın kənd təsərrüfatı sahələrinin inkişaf perspektivlərinə uyğun olaraq, 1934-cü ildə institut yenidən təşkil edildi və Tacikistan Kənd Təsərrüfatı İnstitutu (TKTİ) adlandırıldı və 1944 -cü ildə maddi -texniki bazanı yaxşılaşdırmaq və respublikanın bütün bölgələrindən mütəxəssislərin hazırlanmasını genişləndirmək və kənd təsərrüfatının yüksəlməsi məqsədi ilə Tacikistan SSR Xalq Komissarları Sovetinin qərarı ilə institut Stalinabad (indiki - Düşənbə) şəhərinə köçürüldü. Heyvandarlıq və ipəkçilik kimi inkişaf etməkdə olan sahələr üçün kadr təmin etmək məqsədi ilə 1943 -cü ildə aqronomiya fakültəsinin bazasında 1947 -ci ildə zootexnik fakültəsinə çevrilən (1976-cı ildən - zoopark mühəndisliyi fakültəsi) zootexnika şöbəsi yaradıldı.
Tacikistan Dövlət Ticarət Universiteti
Tacikistan Dövlət Ticarət Universiteti — Tacikistan Respublikasının ali təhsil müəssisəsi. Düşənbədə yerləşir. 24 iyun 1987-ci ildə SSRİ Nazirlər Sovetinin Fərmanı ilə Düşənbədəki Səmərqənd Kooperativ İnstitutunun təlim və məsləhət mərkəzi əsasında, Novosibirsk Sovet Kooperativ Ticarət İnstitutunun Düşənbə filialı olaraq yaradıldı. 1991-ci ildən — Tacikpotreb birliyi Tacikistan Dövlət Kooperativ Ticarət İnstitutu. 1993-cü ildən — Tacikistan Dövlət Kooperativ Ticarət İnstitutu. 12 ixtisas üzrə təlim. Təxminən 6 min tələbə (2007) təhsil alır və 170 müəllim (2007) fəaliyyət göstərir. 2001-ci ildən bəri Xujanda filial fəaliyyət göstərir — Tacikistan Dövlət Ticarət Universitetinin İqtisadiyyat və Ticarət İnstitutu. Rektor — Kurbonzoda M.R. Universitet 1987-ci ildə Düşənbədə qurulub. Sovet vaxtında Tacikistan Kooperativ İnstitutu adlanırdı.
Tacikistan Elmlər Akademiyası
Tacikistan Respublikasının Milli Elmlər Akademiyası — Tacikistan Respublikasının ali elmi müəssisəsi. Respublikanın paytaxtı — Düşənbədə yerləşir. 14 aprel 1951-ci ildə SSRİ Elmlər Akademiyasının Tacik bölməsi əsasında Tacikistan SSR Elmlər Akademiyası olaraq quruldu. Akademiyanın ilk həqiqi üzvləri Tacikistan SSR Nazirlər Soveti tərəfindən təsdiq edildi: Sədrəddin Ayni, Mirzo Tursun-Zadə, İ. N. Antipov-Karatayev, B. Q. Qafurov, B. N. Niyazmuxamedov , S. İ. Pleşko, A. A. Semyonov, N. V. Smolski, S. M. Yusubova, H. A. Yuldaşev, A. Y. Yakubovski. Akademiyanın 3 şöbəsi və 20 tədqiqat institutu var: Fizika-Riyaziyyat, Kimya və Geoloji Elmlər Bölümü (tədqiqat institutları: riyaziyyatçılar; S. U. Umarov adına fiziki və texniki; astrofizika; V. İ. Nikitin adına kimya; geologiya; zəlzələyə davamlı tikinti və seysmologiya; su problemləri, hidroenerji və ekologiya;), Bioloji və Tibbi Elmlər Bölümü (tədqiqat institutları: botanika; E. N. Pavlovski adına zoologiya və parazitologiya; bitki fiziologiyası və genetikası; qastroenterologiya; akademik X. Y. Yusufbəyov adına Pamir Bioloji İnstitutu), Sosial Elmlər Bölümü (tədqiqat institutları: A. Doniş adına tarix, arxeologiya və etnoqrafiya; A. Rudaki adına dil və ədəbiyyat; iqtisadiyyat; şərqşünaslıq və yazılı irs; A. M. Baxovəddinov adına fəlsəfə, humanitar elmlər, demoqrafiya, dövlət və hüquqlar) , habelə Pamir filialı (2 institutu özündə birləşdirir), Xucand Elmi Mərkəzi, Xatlon Elmi Mərkəzi və bir sıra digər elmi qurumlar, Doniş nəşriyyatı, İndira Qandi adına Mərkəzi Elmi Kitabxana. (rəsmi saytdakı siyahıya görə) Sədrəddin Ayni (1951–1954) Sultan Umarov (1957–1964) Məhəmməd Əsimov (1965–1988) Sabit Neqmatullayev (1988–1995) Ulmas Mirsəidov (1995–2005) Mamadşo İlolov (2005–2013) Farxod Rəhimov (6 dekabr 2013-cü ildən) Akademiya islahatı Tədqiqat fəaliyyətini optimallaşdırmaq üçün 16 sentyabr 2010-cu ildə Tacikistan Hökuməti respublika Elmlər Akademiyasının struktur və inzibati islahatları haqqında qərar qəbul etdi. Bu qərara görə Elmlər Akademiyasının Geologiya İnstitutu və Zəlzələ Mühəndisliyi və Seysmologiya İnstitutu Tacikistan Respublikası Elmlər Akademiyası Geologiya, Zəlzələ Mühəndisliyi və Seysmologiya İnstitutuna birləşdirildi; Botanika İnstitutu və Bitki Fiziologiyası və Genetika İnstitutu — Tatarıstan Respublikası Elmlər Akademiyası Botanika, Fiziologiya və Bitki Genetikası İnstitutuna; Dövlət və Hüquq İnstitutu və Fəlsəfə İnstitutu. A. Baxovəddinova — Tatarıstan Respublikası Elmlər Akademiyasının Fəlsəfə, Politologiya və Hüquq İnstitutunda; Demoqrafiya İnstitutu və İqtisadiyyat İnstitutu — Tatarıstan Respublikası Elmlər Akademiyası İqtisadiyyat və Demoqrafiya İnstitutuna; Şərqşünaslıq və Yazılı İrs İnstitutu və Dil və Ədəbiyyat İnstitutu. 2015-ci ildə Tacikistan Respublikası Elmlər Akademiyasına 2 elmi işçi işləyən 16 elmi institut daxil idi .
Çin–Tacikistan münasibətləri
Çin-Tacikistan münasibətləri — Çin və Tacikistan arasında ikitərəfli diplomatik əlaqələr. İki ölkə arasımnda sərhədin uzunluğu 414 km təşkil edir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə Tacikistanın müstəqillik əldə etməsindən sonra yaranmışdır. 2014-cü ildə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 777 mln dollar və ya Tacikistanın ÜDM 14,6%-i olmuşdur. Mərkəzi Asiya dövləti olan Tacikistanın ixracatı isə cəmi 39 milyon dollar olmuşdur. Bu isə olduqca kiçik bir rəqəmdir. SSRİ dağıldıqdan sonra Çin sərhədlər haqqında yeni anlaşmanın imzalanması və demarkasiya xəttlərinə yenidən baxılmasının vacid olduğunu bəyan etmişdir. 13 avqust 1999-cu ildə iki ölkə arasında «Tacikistan-Çin dövlət sərdəddi haqqında» yeni müqavilə imzalanır. Müqaviləyə görə Tacikistan Karzak aşırımı rayonundakı mübahisəli əraziləri öz torpağı olaraq təsdiqlənir, amcaq bunun əvəzinə Markansu bölgəsindəlki 200 km² ərzini Çinə verməli olur. Digər ərazi mübahisəsi isə sahənin iki ölkə arasında tən bölünməsi yolu ilə həll edilir.
Mahmud Xudaverdiyev (Tacikistan)
Mahmud Xudaverdiyev (tacik :Махмуд Худойбердиев; 18 oktyabr 1964 – ehtimal ki, 2001) — Tacikistanda üsyançıların lideri. O, əvvəlcə Tacikistan prezidenti Emoməli Rəhmonun müttəfiqi olsa da, sonralar müxalifətçi olmuşdur. Xudaverdiyev Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü və Sovet Ordusunun keçmiş mayorudur. O, həmçinin Tacikistan ordusunun birinci briqadasının komandiri vəzifəsində çalışmışdır. == Həyatı == 1964-cü il oktyabrın 18-də Qorqontəpə şəhərində inşaatçı ailəsində anadan olmuşdur. O, yarı özbək və yarı tacikdir. 1985-ci ildə Almatı Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirdikdən sonra Əfqanıstanda Sovet qoşunlarının məhdud kontingentinin tərkibində 70-ci Əlahiddə Mühafizə Motorlu Atıcı Batalyonunun 1-ci motoatıcı batalyonunun kəşfiyyat taqım komandiri kimi xidmət etmişdir. O, bu əsnada yaralanmışdır. 1990-cı ildə Tacikistana getmişdir. Xudaverdiyev Sovet İttifaqının yenidən qurulmasını dəstəklədiyini bildirmişdir.
Tacikistan Milli Arxeologiya Muzeyi
Tacikistan Milli Arxeologiya Muzeyi (tac. Осорхонаи миллии бостоншиносии Тоҷикистон) — Tacikistanın paytaxtı Düşənbədə yerləşir. Muzey xüsusilə Pəncəkənd freskaları ilə məşhurdur. Tacikistan Milli Arxeologiya Muzeyi 1934-cü ildə SSRİ Elmlər Akademiyasının Tacikistan bazasının Xalq Təsərrüfatı Nailiyyətləri və Ekspedisiya Tədqiqatları Sərgisi əsasında yaradılmışdır. Həmin dövrdə muzeydə cəmi 530 eksponat var idi. Zamanla muzeyin kolleksiyası arxeoloji və etnoqrafik tapıntılarla, o cümlədən keramika, metal, silahlar, zərgərlik, numizmatika, əlyazmalar, heykəltəraşlıq, məişət əşyaları, tikmələr, Tacikistan xalqlarının təsviri incəsənəti və mədəniyyəti abidələri ilə doldu. Muzeydə region tarixinin müxtəlif dövrlərinə aid tək və təsadüfi tapıntıların toplandığı numizmatika şöbəsi yaradılmışdır. Əvvəlcə muzeyin bütün kolleksiyası Tacikistan SSRİ Elmlər Akademiyasının Tarix İnstitutunun dar otaqlarında və zirzəmilərində (anbarlarında) yerləşirdi. Tacikistan Respublikası müstəqillik əldə etdikdən sonra müxtəlif qeyri-hökumət təşkilatları və xarici ölkələrin səfirlikləri muzeyin təchiz olunması üçün qrantlar ayırmağa başlayıblar. 4 aprel 1996-cı ildə muzey 2001-ci ildə açılmış Tacikistan Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Tacikistanın Milli Qədim Əsərlər Muzeyi adlandırıldı.
Tacikistanda vətəndaş müharibəsi
Tacikistan Vətəndaş Müharibəsi may 1992-də Tacikistanın Garm və Dağlıq Bədəxşan Muxtar Vilayətidə bəzi İslamçı təbəqəsinin, Rəhman Nəbiyevin başçılıq etdiyi hökumətə qarşı başlatdığı qiyam nəticəsində ortaya çıxan vətəndaş müharibəsi. Müxalif təbəqə Birləşmiş Tacik Müxalifəti adı altında toplanmış, Özbəkistan və Rusiya isə hərbi olaraq Tacikistan hökumətinə dəstək vermişdi. 27 iyun 1997-də Moskvada imzalanan sülh sazişlə sona çatan müharibədə 50.000–100.000 qədər adamın öldüyü, 1,2 milyon adamın isə miqrasiya etdiyi təxmin edilir. Tacikistanda hökumət qüvvələri ilə keçmiş müdafiə nazirinin müavini Əbdülhəlim Nəzərzadənin tərəfdarları arasında toqquşmalar 2015-ci ilin sentyabr aylarında da davam etmişdir. Hökumət qüvvələrinin Ramit dərəsində keçirdyi əməliyyat zamanı azı 14 nəfər qiyamçı öldürülüb. Çoxlu sayda silah-sursat müsadirə edən hökumət qüvvələri Nəzərzadənin 31 tərəfdarını da həbs edib. Hücumlara cümə günü prezident tərəfindən vəzifəsindən çıxarılan müdafiə nazirinin keçmiş müavini Əbdühəlim Nəzərzadə rəhbərlik edir. Bu birbaşa dövlət çevrilişinə cəhd kimi qiymətləndirilsə də, Əbdülhəlim Nəzərzadə sosial şəbəkələr vasitəsilə yayımlanan məktubunda dövlət çevrilişinə cəhd etmədiyini və ona qarşı repressiyaların prezident İmoməli Rahmon tərəfindən başladıldığını deyib.
Tacikistan Sovet Sosialist Respublikasının bayrağı
Tacikistan Sovet Sosialist Respublikasının bayrağı, qırmızı rəngdəki bayrağın fonunda sağ yuxarı küncdə sarı rəngdə oraq və çəkic ilə qırmızı ulduz simvollarının və onlardan bir az aşağıda ağ, yaşıl və qırmızı zolaqların yerləşdirildiyi Tacikistan Sovet Sosialist Respublikasının rəsmi bayrağıdır. Bayraq 1/2 qırmızı, 1/5 ağ, 1/10 yaşıl və 1/5 qırmızı zolaqlardan ibarətdir. Bu zolaqlar respublikanın fars mədəniyyətini vurğulamaq üçün xüsusi ilə seçilmişdir. Bayraq M. P. Şlıkov tərəfindən hazırlanmış və 20 mart 1953-cü ildə Tacikistan SSR-in Ali Soveti tərəfindən rəsmi olaraq Tacikistan SSR-in dövlət bayrağı kimi qəbul edilmişdir. Qırmızı rəng respublikanın ittifaqını və fəhlə inqilabının kommunist aspektini, ağ rəng Tacikistanın kənd təsərrüfatının əsasını təşkil edən pambıq istehsalını, yaşıl rəng isə digər kənd təsərrüfatı məhsullarını ifadə etmişdir. Tacikistan Oktyabr inqilabından sonra Buxara əmirliyinin tərkibində idi. İnqilabdan sonra Buxara Xalq Sovet Respublikasının tərkibinə daxil olmuş və sonradan muxtar respublikaya çevrilmişdir. Tacikistan SSR-in birinci bayrağı 1929-cu ildə hazırlanmış və sonradan müxtəlif dəyişikliklərə məruz qalmışdır; Tacikistan 9 sentyabr 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra, keçmiş Tacikistan SSR-nin bayrağı 1992-ci ilin noyabr ayında yeni Tacikistan bayrağı qəbul edilənə qədər rəsmi olaraq istifadə olunmağa davam edilmişdir. Tacikistan bayrağını dəyişdirən sonuncu sovet respublikasıdır.
Tacikistanda Yeni il
Yeni il Tacikistanda — Tacikistanda təntənə ilə qeyd olunan bayram Tacikistanda əsl Yeni il bayramı Novruz hesab olunsa da, yeni təqvim ilinin başlanması da bayram edilir. Eyni zamanda bu bayram tacik xalqının ənənələrinə uyğun formada qeyd edilir. Tacikistanda Şaxta babanı "Bobbi Barfi", Qar qızı isə "Barfak" adlandırırlar. Bunlar uşaqların ən sevimli personajlarındandır. Ölkədə Yeni il tətili yanvar ayının 1-dən 4-ə qədər elan edilir. Tacikistanda Yeni il həm də ailəvi bayram hesab olunur. Məsələn, ailələr süfrələrə müxtəlif, fərqli yeməklər düzər və ailə üzvləri süfrə arxasına toplaşarlar. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?

Digər lüğətlərdə