Aydın Talıbov
Aydın Veysəl oğlu Talıbov (d. 13 mart 1965, Siyaqut kəndi, Naxçıvan MSSR) — "Veysəloğlu" Şirkətlər Qrupunun prezidenti , "Tərəqqi" medalı laureatı.
== Həyat və fəaliyyəti ==
1965-ci il martın 13-də Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində anadan olub.
1989-cu ildə İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "İnşaat texnologiyası" fakültəsi üzrə fərqlənmə diplomu ilə bitirib.İşgüzar fəaliyyəti dövründə biznes, marketinq üzrə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə bir sıra konfranslarda, ABŞ, Böyük Britaniya, Yaponiya və digər ölkələrdə retail sahəsində konfranslarda və biznes inkişafı seminarlarında iştirak edib.
Aydın Talıbov universitetdən məzun olduqdan sonra 3 il ərzində Naxçıvan MR-da Dövlət Plan Komitəsində və Nazirlər Kabineti yanında Əsaslı Tikinti-İnkişaf qurumlarında müxtəlif vəzifələrdə çalışıb.Aydın Talıbov 1994-cü ildən bizneslə məşğuldur. Hazırda fəaliiyətini qurucusu və rəhbəri olduğu Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri kimi davam etdirir.
Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın gündəlik tələbat malları (FMCG) sektorunda 16 minə yaxın əməkdaşı olan, daima birincilik, yenilikçilik, dürüstlük, əməkdaşlıq, sosial məsuliyyət və müştəri məmnuniyyəti kimi dəyərlər üzərində qərarlaşan biznes şəbəkəsidir. Şirkətlər Qrupuna Azərbaycanda "Veysəloğlu", Türkiyədə fəaliyyət göstərən "VT" (Veyseloglu Turkey) və Gürcüstandakı "VG" (Veyseloglu Georgia) distribüsiya şirkətləri, eləcə də "ULDUZ" şokolad fabriki, "XONÇA" şirniyyat evi, "AVT LOGISTICS", "AVT Construction", "AVT Nəqliyyat", "V-Trade" topdansatış, "Vesta-Horeca" şirkətləri, həmçinin "ENTRÉE Azərbaycan" kafe, "ARAZ" supermarketlər və "OBA" marketlər şəbəkələri daxildir.
== Bizneslər ==
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan təsisatlar:
Aydın Talıbov 1994-cü il 5 noyabr tarixində Türkiyədən TİR ilə Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk idxalı həyata keçirərək, "Veysəloğlu" distribusiya biznesinin əsasını qoyub. 2001-ci ildə ortaqları ilə birgə qənnadı sahəsində "Milli brend" statusunu qazanan, əsasən şokolad konfetləri, karamellər, şokolad qutuları, draje məhsulları istehsal edən "ULDUZ" şokolad fabrikini yaradıb.