TAXT-TAC
TAXTA-PARA
OBASTAN VİKİ
Taxta
Taxta və ya ağac — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Taxta biti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.
Taxta şirni
Taxta şirni — Karameləoxşar Azərbaycan şirniyyatı. Tərkibinə şəkər tozu, limon turşusu daxildir, ətirləndirici kimi gülab, qızılgül yağından, üyüdülmüş fındıqdan, vanilindən və keşniş toxumundan, müstəlif yeyinti boyalarından istifadə olunur. Taxta şirni rafinad qənd kimi yalnız dişləmə çay içmək üçün bişirilirdi. Keçmiş dövrlərdə taxta şirni ən çox kəndlərdə, kasıb əhali arasında geniş yayılmışdır. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
"Taxta ayaq" əməliyyatı
"Taxta ayaq" əməliyyatı 1985-ci ilin sentyabrında 3 İsrail vətəndaşının Kiprdə öldürülməsi İsrail hökumətini bu işə görə məsuliyyəti öz üzərinə götürən Fələstin Azadlıq Təşkilatının (FAT) Tunisdəki mənzil-qərargahına hücum etməyə vadar etmişdi. Əməliyyat "Taxta ayaq" adı altında 1 oktyabr 1985-ci ildə həyata keçirilmişdi. 8 ədəd F-15, 8 ədəd F-16 markalı qırıcı-bombardmançı təyyarələrin hücumu ilə müşayiət olunan əməliyyat zamanı FAT-ın Tunis qərargahı dağıdılmış, 60-a yaxın üzvü həlak olmuşdu. Tunis rəhbərliyi ölənlər arasında dinc əhalinin olduğunu bildirdikdən sonra, sadiq müttəfiqi ABŞ da daxil olmaqla, dünya ictimaiyyəti İsraili bu işə görə sərt tənqid etmişdi. BMT isə zərərə görə Tunisə ödəniləcək reparasiya məsələsi qaldırdı. FAT buna "Akille Laura" gəmisini ələ keçirib, bir neçə nəfəri öldürməklə cavab vermişdi.
Xosrovun taxta çıxması
Xosrovun taxta çıxması — I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, atası öldükdən sonra üsyan qaldıran əyan Bəhram Çubinə qarşı dura bilmir və mübarizə meydanından qaçır. O, Bərdəyə, Şirinin yanına gəlir. Lakin, Xosrovun bütün yalvarışlarına cavab olaraq Şirin ona xatırladır ki, başqaları onun taxtını tutduğu halda, Xosrovun eyş-işrətə uyması qəhrəmana yaraşan hərəkət deyil. Ancaq atasının taxtını geri aldığı təqdirdə Şirin Xosrovun arvadı ola bilər. Bu məğruranə və haqlı sözlər Xosrova təsir edir. O, Rum məmləkətinə gəlib ordan hərbi kömək aldıqdan sonra qayıdır, Bəhram Çubinə qalib gəlir və taxt-taca sahib olur. Miniatürün sağ tərəfində iki düzbucaq içərisində Şirinin dili ilə Xosrova müraciət edilən beyt yazılmışdır: Miniatürdə izdihamlı təntənə şəraitində gənc şahın yenidən taxta çıxması mərasimi təsvir olunur.
Xorvat Zaqoryesinin taxta oyuncaqları
Xorvat Zaqoryasının taxta oyuncaqları (xorv. Drvene igračke Hrvatskog zagorja) — ənənəvi xorvat uşaq oyuncaqları. 19-cu əsrdən bəri Xorvat Zaqoryası bölgəsində xalq sənətkarları tərəfindən hazırlanır. 2009-cu ildə Xorvat Zaqoryasında taxta oyuncaqları xalq sənətkarlığı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Oyuncaq istehsalı Mariya Bistritsa və Qornya Stubitsaş şəhərlərinin ətrafındakı kəndlərdə başladı və hələ də davam edir. Bistriçki Laz, Stubiçki Laz, Qorniya Stubitsa, Mariya Bistritsa, Tuqonitsa və Turnişçe oyuncaqlar istehsalının əsas mərkəzləridir. Tütək, treşotka (təkərli quş formasında oyuncaqlar), tambura, taxta heyvanlar (adətən atlar), fit, avtomobillər, yük maşınları, qatarlar, təyyarələr, kuklalar üçün uşaq mebelləri və s. kimi təxminən 50 oyuncaq modeli hazırlanır. Oyuncaqların xüsusiyyətlərindən biri onun əsasən kişilər tərəfindən əl ilə hazırlanması və qadınlar tərəfindən rəngləndirilməsidir. Hamısı əllə düzəldiyindən tamamilə eyni olan oyuncaqlar olmur.
Kələm taxtabitisi
Kələm taxtabitisi (lat. Eurydema ventralis) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar dəstəsinin Qalxancıqlar fəsiləsinə aid olan növ. Qara rəngli, beli və qanadları qırmızı naxışlı böcəklərdir. Yetkin fərdin ön kürəciyi qırmızı rəngdə olmaqla, üzərində 6 qara ləkə vardır. Qalxancıq və qanadüstlüyündə zolaq, qara və qırmızı rəngdə naxışlar vardır. Qarıncıq üst tərəfdən qırmızıdır. Uzunluğu 8–10 mm-dir. Yumurtası silindrvari, çəlləkşəkillidir. Yanlarında yumru ləkələr vardır. Böyüklüyü 1 mm-dir.
Mərmər taxtabiti
Mərmər taxtabiti — (lat. Halyomorpha halys Stal.) Yarımsərtqanadlılar dəstəsinin (Hemiptera) bağacıq-taxtabitilər (Pentatomidae) fəsiləsinə aiddir. İngilis dilli ədəbiyyatda "brown marmorated stink bug" adlandırılır. Qəhvəyi mərmər iyili zərərverici orijinal rənginə görə belə adlandırılıb. Mərmər taxtabitinin bədəni armudşəkillidir, azca yastılaşmışdır, bədən uzunluğu 12–17 mm-dir. Həşəratın rəngi qəhvəyidir, baş və döş hissədə qeyri-adi naxışlar vizual görünüşdə mərməri xatırladır. Bədənin alt hissəsi ağ, yaxud açıq qəhvəyi rəngdədir, bəzən boz və ya qara nöqtəlidir. Bığcıqlarının son iki buğumunda ağ zolaqlar vardır. Ətrafları qəhvəyi olub ağ zolaqlıdır. Aprel ayından başlayaraq həşəratlar qışladıqları yerlərdən çıxırlar və 1–2 həftə ərzində qidalanmaq üçün sahib bitkilərini axtarırlar.
Taxtabaşı
Taxtabaşı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Taxtabaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Taxtabaşı kəndi Başlıbel kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Taxtabaşı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. Yaşayış məntəqəsini 1935-ci ildə həmin rayonun Xallanlı kəndindən çixmiş ailələr salmışlar. Kənd Taxta düzünün (keçmiş Ağdərə rayonu ərazisindədir) baş tərəfində yerləşdiyinə görə belə adlanır. Taxta burada "dağlıq yerdə, yüksəklikdə düz yer", baş isə coğrafi termin olub, burada "üst tərəf, yuxarı tərəf" mənasındadır. Kəndin adı yerli əhali arasında bəzən Xallanlı Taxtabaşısı da adlanır. Kənd dağətəyi ərazidə yerləşir. Sünbüllü yurd, Gülnazoğlu yurdu, Qərvənd yurdu, Hacı Pənahın yurdu, Buzxana yurdu, Boğaz yurdu, Gicitkanlı yurd, Çala yurd, Şurabad yurdu, Çullu yurd, Solaxayıçala yurdu, Köhnə binələr yurdu, Mahmudun yurdu, Ləzgi yurdu, Məndilin yurdu, Səlim bəyin yurdu.
Taxtabiti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.
Taxtacan armudu
Taxtacan armudu (lat. Pyrus takhtadzhianii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Vətəni cənubi Ermənistandır. Boz qabıqlı ağacdır. Budaqları əsasən iynəsiz yarpaqları yumurtavari və ya yumru-rombvari, uzunluğu 5 sm-də və eni 3 sm-dəkdir. Meyvələri iri, uzunluğu 5 sm-dək, armudvari, qonurdur. Quraqlığa, tüstü və qaza davamlıdır, torpağa tələbkar deyil, duzluluğa dözür, quru qayalı yamaclarda təsadüf edilir. Naxçıvan MR-da təbii halda rast gəlinir. Çiçəkləmə və meyvə əmələ gətirmə dövründə dekorativ görünüşünə görə tək qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Meyvəsindən qida da, kompot cem, mürəbbə hazırlanır, müxtəlif xəstəliklərin müalicəsində istifadı olunur.
Taxtacan quşarmudu
Taxtacan quşarmudu (lat. Sorbus takhtajanii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Azərbaycan, İran, Qafqaz, Ermənistan, Ön Asiyada və Türkiyədə bitir. Bu növ Asiya quşarmudları üzrə mütəxəssis N.S.Qabrielyan tərəfindən akademik Armen Leonoviç Taxtacanın şərəfinə təsvir edilmişdir. Hündürlüyü 5-7 m-dək, alçaqboy, hamar qabıqlı, az budaqlanan ağacdır. Dişcikli, iki rəngli yarpaqları ilə gözəldir, üstü tünd yaşıl, alt tərəfi ağ tükcüklərlə sıx örtülümşdür. Çiçəkləri ağ, meyvələri narıncı və ya qırmızıdır. Yavaş böyüməsi ilə fərqlənir. May-iyunda çiçəkləyir, meyvələri avqustda yetişir. Qışa davamlıdır, meyvə verir, calaqla və s.
Taxtacan tıs-tısı
Taxtacan tıs-tısı (lat. Acantholimon takhtajanii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Qafqaz, Şimal-Qərbi Asiya, Türkiyənin Ərzurum əyaləti, Şimal-Şərqi Anadoluda təbii halda yayılmışdır. Sıx, yarımkürəşəkilli yastığa malik, diametri 15-40 sm olan alçaq koldur. Budaqları sıx yerləşmişdir. Sərt yarpaqları 1-2 (1,5-2,5) mm enində, 1-3 (1,5-4) sm uzunluqda olub, bozumtul-yaşıl rəngli, çılpaq, yastılaşmış üç hissəli və xətvari şəkillidir. Çiçək qrupu 8-15 sm uzunluqda olub, oxu demək olar ki, düz və ya bir qədər əyilmişdir. Çiçəkaltlıqları qırmızımtıl və çılpaqdır. Xarici çiçəkaltlıqları yumurtavari, itiuclu, ensiz haşiyəli olub, daxili çiçəkaltlıqların (1/2) 2/3-3/4 hissəsinə bərabərdir. Daxili çiçəkaltlıqları bir-birinə bərabərdir.
Taxtadüz (Maku)
Taxtadüz (fars. تخته دوز‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 324 nəfər yaşayır (59 ailə).
Taxtagöl
Taxtagöl — Qobustan rayonu ərazisində göl. Göl Qigil çayının (Sumqayıt çayının qolu) sağ sahilində, 1300 m. yüksəklikdə yerləşir. Şirin sulu, axarlı göldür. Hidronimin tərkibindəki taxta komponenti qədim Azərbaycan sözü olub, "yüksəklikdəki düzən", "düzəngah", "düz yer", "dərələr arasındakı suayrıcı" mənalarını bildirir. Bu komponent türkmən dilində (taqtat, taqta) də "düzən, düzəngah" mənalarını kəsb edir. Hidronim taxta sözü və göl coğrafi terminindən ibarət olub, "yüksəklikdəki düzənde göl" mənasındadır.
Taxtakörpü
Taxtakörpü qəsəbəsi — Ağcabədi rayonunda əsasən Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbə. Taxtakörpü SES — Samurçay və Taxtakörpü su anbarı üzərində su-elektrik stansiyası. Taxtakörpü su anbarı — Samur-Abşeron suvarma sisteminə aid su anbarı. Taxtakörpüçay — Zəngəzurda, indiki Ermənistanda çay.
Taxtakörpü SES
Taxtakörpü SES (tam adı: Taxtakörpü su-elektrik stansiyası) — Samurçay, Taxtakörpü su anbarı üzəində su-elektrik stansiyası olub, Şabran şəhərinin yaxınlığında yerləşir. Taxtakörpü SES-də ümumi gücü 25 meqavat olan üç hidroaqreqat quraşdırılmışdır. Stansiya sərfiyyata nəzarət hovuzuna malikdir. Buraya su xüsusi ötürücü vasitəsilə verilir. Hovuzdakı dörd qapıdan üçü elektrik enerjisinin alınması məqsədilə suyun turbinlərə verilməsinə xidmət edir. Həmin hovuzdan dəryaçaya sutullayıcı inşa edilmişdir. Taxtakörpü-Ceyranbatan kanalında gələcəkdə təmir aparılmasına ehtiyac olarsa və ya digər zəruri hallar yaranarsa, hovuzdakı normadan artıq su sutullayıcı vasitəsilə dəryaçaya yönəldiləcəkdir. Su-elektrik stansiyası və açıq paylayıcı qurğuda əsasən Almaniya, Çexiya və digər xarici ölkələrdən gətirilən avadanlıq quraşdırılmışdır. Tikinti-quraşdırma işlərini əsasən yerli mütəxəssislər yerinə yetirmişlər. Bu prosesin reallaşmasına Almaniya, Çexiya və Türkiyədən dəvət olunan mütəxəssis və quraşdırıcılar da cəlb edilmişlər.
Taxtakörpü qəsəbəsi
Taxta Körpü qəsəbəsi və ya Laçın obaları — Ağcabədi rayonunda əsasən Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbə. Bura 1990-cı illərə qədər Laçınlıların qışlaq ərazisi olmuşdur. 18 may 1992-ci ildə Laçın rayonu erməni silahlıları tərəfindən işğal edildikdən sonra rayon əhalisi əsasən burada məskunlaşmışdır. Ərazi Laçın Qaçqınlarının Taxta Körpü Düşərgəsi kimi də tanınır. Laçın Rayon İcra hakimiyyəti də bu qəsəbədə yerləşir. Taxtakörpü qəsəbəsində 2 hektarlıq sahədə Heydər Əliyev parkı salınmışdır. Qəsəbədə Təcili tibbi yardım məntəqəsi, Laçın Petrol yanacaqdoldurma məntəqəsi, Kapitalbankın şöbəsi fəaliyyət göstərir.
Taxtakörpü su anbarı
Taxtakörpü su anbarı — Samur-Abşeron suvarma sisteminə aid su anbarı. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Azərbaycan Respublikasının Şabran rayonu ərazisində inşa edilmişdir. İnşasına 2007-ci ildə başlanmışdır. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sifarişçisi olduğu həmin layihəni "Azərkörpü" – indi Avropa-Asiya İnşaat Korporasiyası "Evrascon" Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik etdiyi konsorsium həyata keçirmişdir. Taxtakörpü su anbarına suyun verilməsinə başlanması münasibətilə rəsmi mərasim 2013-cü il iyulun 19-da keçirilmişdir. Samurçaydan götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür. Açılış mərasimi 28 sentyabr 2013-cü ildə keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir.
Taxtakörpü çayı
Taxtakörpüçay — Zəngəzurda, indiki Ermənistanda çay. Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Gəvik dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Xırdaçay və Salvartıçay ilə, aşağı məhəllənin orta hissəsində isə Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Taxtakörpü çayı Salvartıçay və Xırdaçaydan fərqli olaraq, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında o qədər də mühüm rol oynamırdı. Qədim İpək yolunun bir qolu da Naxçıvandan Culfaya, oradan həmin rayonun Ərəfsə kəndinə, Gəviyi aşdıqdan sonra isə Sisian mahalındakı Ərəfsə kəndi vasitəsilə Qarakilsəyə, oradan da Gorus və Qubadlı vasitəsilə Qarabağa, Qafan vasitəsilə də Cənubi Azərbaycana gedirdi. Qədim İpək yolunun qalıqları indi də qalmaqdadır. Müsafirlərin çaydan keçidinin asanlaşdırılması üçün meşənin orta hissəsində Taxtakörpü çayı üzərindən daşdan aşırımlı körpü salınmışdır. Həmin körpünün qalıqları günümüzədək gəlib çatmışdır. Görünür elə bu səbəbdən də çaya Taxtakörpü adı verilmişdir. Taxtakörpüçayın bir adı da Abuzər çayıdır. Çayın başlanğıc hissələrində meşə başında mədənlər vardır.
Taxtakörpüçay
Taxtakörpüçay — Zəngəzurda, indiki Ermənistanda çay. Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Gəvik dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Xırdaçay və Salvartıçay ilə, aşağı məhəllənin orta hissəsində isə Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Taxtakörpü çayı Salvartıçay və Xırdaçaydan fərqli olaraq, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında o qədər də mühüm rol oynamırdı. Qədim İpək yolunun bir qolu da Naxçıvandan Culfaya, oradan həmin rayonun Ərəfsə kəndinə, Gəviyi aşdıqdan sonra isə Sisian mahalındakı Ərəfsə kəndi vasitəsilə Qarakilsəyə, oradan da Gorus və Qubadlı vasitəsilə Qarabağa, Qafan vasitəsilə də Cənubi Azərbaycana gedirdi. Qədim İpək yolunun qalıqları indi də qalmaqdadır. Müsafirlərin çaydan keçidinin asanlaşdırılması üçün meşənin orta hissəsində Taxtakörpü çayı üzərindən daşdan aşırımlı körpü salınmışdır. Həmin körpünün qalıqları günümüzədək gəlib çatmışdır. Görünür elə bu səbəbdən də çaya Taxtakörpü adı verilmişdir. Taxtakörpüçayın bir adı da Abuzər çayıdır. Çayın başlanğıc hissələrində meşə başında mədənlər vardır.
Taxtalar
Taxtalar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Taxtalar kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. Kəndin əhalisi 532 nəfər təşkil edir.
Taxtalar bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Taxtalı məscid
Taxtalı məscid (rus. Тахталы-Джами, ukr. Тахтали Джамі, krımtat. Tahtalı Cami, türk. Tahtalı Cami) — Ukraynada, Krımın Bağçasaray şəhərində XVIII əsrə aid məscid. 1707-ci ildə I Səlim Girayın qızı Bəyxan Sultanxani tərəfindən tikilmişdir. İsmayıl Qaspıralı küçəsində yerləşir. Məscidin memarlığında şəhərin köhnə üslubu dominantdır. Bu üslubu köhnə Bağçasarayın demək olar ki, hər yerindən görmək olar. Məscid taxta lövhələrdən tikilmişdir, sonra divarları çəkərkən daş bloklarla örtülmüşdür.
Taxtamukaysk rayonu
Taxtamukaysk rayonu (adıq Тэхъутэмыкъуае район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Taxtamukaysk auludur. Taxtamukaysk rayonu, Adıgey Respublikasının şimal-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 463.60 km²-dir. Bura 2 şəhər və 5 kənd yaşayış məntəqəsi daxildir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şərqdə Teuçejsk rayonu, cənub-şərqdə Qoryaşi Klyuç şəhər dairəsi, cənub və qərbdə Severski rayonu, şimalda Krasnodar şəhər dairəsi. Krasnodar şəhər dairəsi ilə təbii sərhəd rolunu Kuban çayı oynbayır. Rayon respublikanın düzənlik zonasında yerləşir. Ərazisi şimalda bir qədər parçalanmış və zəif dalğalı, tədricən cənubdan təpəli əraziyə çevrilir. Cənub-şərqdən şimal-qərbə qədər ümumi bir hündürlük aralması müşahidə edilir.
Taxtanəkəran
Taxtanəkəran — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Toponim taxta komponenti və kəran isə talışca "kənd", "evlər" sözlərindən ibarətdir (Taxtalı evlər kəndi). Elşən Baxşıyev (1973–1994). İlqar İbrahimov (əsgər) (2002–2020).
Taxtaxanı dağı
Taxtaxanı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1651,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkesin qolunun qərbə istiqamətlənmiş Elti şaxəsinin cənub yamacında zirvə. Biləv kəndindən 2,75 km cənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı, kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Daşbaşı asimmetrik antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb yamacından antiklinalın tağını yaran şimal-qərb istiqamətli əks-fay qırılması keçir.

Digər lüğətlərdə