TUMURCUQLU
TUNEL
OBASTAN VİKİ
Tunc
Tunc — misin qalay, alüminium, berillium və digər kimyəvi elementlərlə ərintisi. Tuncda sink ya tamamilə olmur, ya da onda əsas legirləyici element kimi işlədilir. Misin sinklə ərintisinə bürünc deyilir. Qalaylı (əsas legirləyici elementi qalay olan) və qalaysız (xüsusi) tunclar var. Qalaysız tunclar ikili (alüminiumlu, berilliumlu, kadmiumlu və s.) və çox komponentli olur. Deformasiya edilən və tökmə tunclara ayrılır. Yüksək antikorroziya və antifriksion xassələri, plastikliyi, möhkəmliyini çox olması və bərkliyi ilə seçilir. Qalaylı tuncdan buxar-su armaturu, podşipnik (yataq), oymaq, bədii məmulat və s., qalaysız tuncdan isə kimyəvi aktiv mühitdə, yüksək temperaturda və s. şəraitdə işlədilən məmulatlar hazırlanır.
Tunc dövrü
Tunc dövrü — e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmiş tarixi dövr. Bu dövr 3 yerə bölünür:Erkən, Orta, Son Tunc dövrü. Erkən Tunc dövrü: Xış əkinçiliyi yarandı. Köçəri maldarlıq yarandı. Bu dövrdə birinci böyük ictimai əmək bölgüsü baş verdi. ..əkinçilik maldarlıqdan ayrıldı. Bu dövrdə fiziki güc tələb edən xış əkinçiliyi, metalişləmə kimi işlər yarandı. Kişi əməyinə tələbat artdı . Beləcə anaxaqanlığını ataxaqanlığı (patriarxat) əvəz etdi.
Alacahöyük tunc standartları
Alacahöyük tunc standartları Alacahöyük yaşayış yeri ərazisindəki hökmdar qəbirlərindən aşkarlanmış tunc standartlar seriyasıdır. Kult məqsədilə istifadə edildiyi düşünülən standartların arabalara bərkidilməsi ehtimal olunur. == Kəşfi == 1935–1939-cu illərdə türk arxeoloqlar Hamit Zübeyir Koşay və Rəmzi Oğuz Arık Çorum ilinin Alaca kəndi yaxınlığında yerləşən Alacahöyük yaşayış yerində arxeoloji tədqiqat işləri aparmışlar. Tədqiqatlar zamanı erkən tunc dövrünə aid 14 məzar aşkarlanmışdır ki, bunlar da "hökmdar məzarları" və ya "kral məzarları" adlandırılmışdır. Bu məzarlarda və onların ətrafında aparılmış tədqiqatlar zamanı çoxsaylı artefaktlar, o cümlədən iyirmi bürünc standart aşkarlanmışdır. == Təsvir == Arxeoloq Uinfrid Ortmann (ing.) standartları iki əsas qrupa ayırır. Qruplardan biri fərdi heyvanlardan, digəri isə disk və üzüklərdən (heyvan təsvirləri ilə və ya təsvirlərsiz) təşkil olunmuşdur. O, standartları formalarına və məzmununa görə qruplara bölmüşdür. Fərqi heyvanlar maral və ya öküzlərdir. Dörd ayaq üzərində təsvir olunmu heyvan fiqurlarının ayaqları aşağı uzanaraq birləşir və ehtimal ki, bu hissədə standartlar taxta özülə bərkidilirdi.
Tunc Allahın yükü
Tunc Allahın yükü (rus. Бремя бронзового бога) — Vahid Məmmədlinin “Tunc Mələk” və “Tunc Mələyin yolu” romanlarından ibarət, dünyada ilk qansız döyüş romanı olan dilogiyası. Vahid Məmmədli ədəbi yaradıcılığa ilk dəfə Rusiya Mədəniyyət Fondunun (RMF) “Qrifon” nəşriyyatında nəşr olunan “Tunc Allahın yükü” əsəri ilə başlamışdır. Əsərin RMF tərəfindən nəşr olunması və tez bir zamanda bestsellerə çevrilməsi onunla əlaqədardır ki, əsər dünya ədəbiyyatında tamamilə yeni bir janrda, qansız döyüş romanı janrında yazılmışdır. Əsərin tez bir zamanda tanınması Rusiyanın və Avropanın ən böyük nəşriyyatı olan “Eksmo” nəşriyyatının diqqətini cəlb etmiş, 2006-cı ildə onun “Tunc Mələk” əsərini “Cəllad tələsməyi sevmir” adı ilə “Rus bestselleri” seriyasında çap edib. Dilogiyanın hər iki romanı “İnsanın öz ağlından başqa onun qəlbinə və beyninə heç nə və kimsə hakim kəsilə bilməz” düşüncəsinə əsaslanır. Əsər qəhrəmanı Tunc Mələyin müharibə gedən İraqda istənilən situasiyada – yaraqlı terrorçuların milyonlarla pul tələb etmək üçün oğurladıqları biznesmen və jurnalisti azad etməsi, var-dövlət hərisliyindən ən yaxın adamlarını, polis əməkdaşlarını öldürənlərin, öz uğursuzluğunun qisasını yaşlı təqaüdçüdən alan qatilin aşkara çıxarılması üçün, böyük bir qoşunun qarşısında, hər addımda təhlükəylə üzləşsə də, bir güllə belə atmadan, qan tökmədən yalnız yüksək intellekti və ağlının gücü ilə bütün çətinlikləri dəf etməklə, tanımadığı, müxtəlif millətdən, dindən olan insanları xilas edib Tunc Mələk adını alan detektiv analitikin fəaliyyətindən bəhs edir. Hər iki romanın qayəsini təşkil edən, müəllifin “Bu dünyada heç kim mələk deyil, başqaları üçün özlərini fəda edənlər mələklərdən də üstündürlər” sözləri, təsadüfi deyil ki, dünyanın bir çox yerlərində müdrik kəlamlar toplularında, saytlarında yer alır. Dilogiyanın yalnız xeyirxahlığı və ağlının gücü ilə hər kəsə qalib gələn qəhrəmanı Tunc Mələk romanı bir detektiv, döyüş romanından çox, dünyanın bir çox mütərəqqi fəlsəfə və dünyagörüş məktəblərindən qaynaqlanan möhtəşəm ədəbiyyat nümunəsi kimi oxuculara sevdirir.
Avropa Tunc dövründə
Avropanın Tunc dövrü — tunc artefaktlar və tunc alətlərdən istifadə ilə səciyyəvidir. Tunc dövrü Neolit və Mis dövrlərindən sonra başlayır və onun ardınca Dəmir dövrü gəlir. Bu dövr eramızdan əvvəl 3200-cü ildə Egey Tunc mədəniyyəti dövründən başlayır və eramızdan əvvəlki II minilliyi bütünlükdə əhatə edir, mərkəzi Avropada isə eradan əvvəl VIII əsrə qədər davam etmişdir. Arsenik bürünc bəzi ərazilərdə eramızdan əvvəl IV minillikdən, qalay bürüncün tətbiqinə qədər istehsal edilmişdir. Qalay tunc folqa artıq Cənub-Şərqi Avropada Xalkolit dövründə kiçik miqyasda istehsal edilirdi, Serbiyadakı Pločnikdən təxminən e.ə. 4650-ci, eləcə də eramızdan əvvəl 4000-ci ilə aid Bolqarıstan və Serbiyadan olan 14 digər artefakt, erkən qalay bürüncünün Yaxın Şərqdə ilk qalay tunc ərintilərindən 1500 il əvvəl Avropada müstəqil şəkildə inkişaf etdiyini göstərir. Bu tunc istehsalı Balkanlarda 500 il, lakin V minilliyin sonunda yoxa çıxmış, "e.ə. V minilliyin sonlarında şimal-şərqi Bolqarıstan və Frakiyada böyük mədəni komplekslərin dağılması" ilə eyni vaxta təsadüf etmişdir. Təxminən 1500 il sonra kassiterit qalaydan istifadə edilən qalay tuncları yenidən istifadə edilməyə başlanmışdır.
Azərbaycanın tunc kəmərləri (son tunc-ilk dəmir dövrü)
Azərbaycanın tunc kəmərləri (son tunc-ilk dəmir dövrü) — Cənubi Qafqazda, xüsusilə Azərbaycan ərzisində tapılmış son tunc-erkən dəmir dövrünə aid tunc kəmərlərin tədiqi və öyrənilməsi. Azərbaycan dünyada qədim insanların məskunlaşdığı, həmçinin, qədim mədəniyyətlərin yaranıb, ətraf regionlara yayıldığı ərazilərdən biridir. Arxeoloji ədəbiyyatda Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tanınan son tunc-ilk dəmir dövrü Azərbaycanın qədim tarixinin öyrənilməsində xüsusi rol oynayır. Bu dövrdə cəmiyyətin həyatındakı əsaslı dəyişikiliklər, təsərrüfatın bütün sahələri — əkinçilkik, maldarlıq, metallurgiya,metalişləmə və digər sənətkarlıq sahələrinin inkişaf edərək,yüksək səviyyəyə çatmasına rəvac verdi. Azərbaycan xalqının metalişləmə sənətkarlığının inkişaf etməsində xammal ehtiyatının zənginliyi mühüm rol oynamışdır. E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Xocalı-Gədəbəy mədəniyyətinin yaradıcıları metaldan,xüsusilə tuncdan müxtəlif əşyalar, silahlar,əmək alətləri, yüksək bədii tərtibata malik bəzək və geyim aksesuarları istehsasl etmişlər ki, onlarında içərisində nadir incəsənət əsərləri sayılan tunc kəmərlər xüsusi yer tutur. Tunc kəmərlərin üzərində olan kompazisiyalar qədim Azərbaycanda yaşamış tayfaların zəngin dünyagörüşünü, estetik zövqünü, ibtidai dini təsəvvürlərini və s. özündə əks etdirir. Kəmərlərin üzərindəki təsvirlər müxtəlif heyvan, insan rəsmlərindən, döyüş, ov, təbiət səhnələrindən, həmçinin astral işarələrdən, müxtəlif həndəsi fiqur və naxışlardan ibarətdir.
Naxçıvan orta tunc dövrü mədəniyyəti
Naxçıvan orta tunc dövrü mədəniyyəti — E.ə. 3-2-ci minilliklərdə Naxçıvanda yayılan arxeoloji mədəniyyət. E.ə. 3-cü minilliyin sonunda Azərbaycanın cənub rayonlarında baş verən sosial-iqtisadi dəyişikliklər Naxçıvanı da əhatə etmiş və bu ərazidə boyalı qablarla xarakterizə edilən yeni bir mədəniyyət formalaşmışdır. Azərbaycanın Orta Tunc dövrü abidələrindən aşkar olunan arxeoloji materiallar regional xüsusiyyətlərinə görə bir-birindən kəskin şəkildə fərqlənir. Bu dövrün arxeoloji abidələri həm tipoloji, həm də regional xüsusiyyətlərinə görə xarakterizə edilmişdir. Orta Tunc dövrünün abidələri başlıca olaraq iki böyük qrupa bölünür. Birinci qrupa boyalı qablarla, ikinci qrupa isə qara cilalı, basma naxışlı keramika ilə xarakterizə edilən abidələr daxildir. Boyalı qablar mədəniyyətinin arxeoloji abidələri. Bu mədəniyyətə aid abidələr Azərbaycanda başlıca olaraq Naxçıvan və Urmiya hövzəsini əhatə etmişdir.
Allium tuncelianum
Allium tuncelianum (lat. Allium tuncelianum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Bəxtiyar Tuncay
Bəxtiyar Tuncay — türkoloq, publisist, ssenarist. == Həyatı == Bəxtiyar Tuncay (Şahverdiyev Bəxtiyar Adil oğlu) 1960-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirib. Hazırda AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsində elmi işçidir. == Yaradıcılığı == Qədim və orta əsrlər Azərbaycan tarixi və mədəniyyətinin, həmçinin ümumtürk tarixi və mədəniyyətinin tədqiqatçılarındandır. Qafqaz albanlarına məxsus türkcə yazılı mənbələri üzə çıxarmiş, alban türkcəsinin lüğətini tərtib etmişdir. Tarix, mədəniyyət və ideoloji mövzuda çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Azərbaycan tarixi mövzusunda film ssenariləri yazmışdır. == İctimai-siyasi fəaliyyəti == 1980-ci illərin axırlarında Azərbaycanda milli azadlıq ideyası ilə fəaliyyət göstərmiş "Çənlibel" təşkilatının yaradıcılarından və bu dövrdə formalaşmış milli azadlıq hərəkatının aparıcı şəxslərindən olmuşdur. == Kitabları == XXI əsrin perspektivləri: Azərbaycandan baxış.
Mert Tunco
Mert Tunco (17 may 1995-ci ildə anadan olub) — Türkiyəni təmsil edən kişi badmintonçu.
Tuncay Dilci
Tuncay Dilci (15 iyun 1969, Pınarbaşı, Kayseri ili) — Türkiyə akademiki, pedaqoqu, yazıçısı və redaktoru. Bundan əlavə, o, davranışşünas alim və Rəqəmsal Asılılıqla Mübarizə Assosiasiyasının prezidentidir. Dilci 2019-cu ildə professor doktor adını almışdır. Tuncay Dilçi 15 iyun 1969-cu ildə Türkiyədə, Kayseri vilayətinin Pınarbaşı rayonunda anadan olmuşdur. O, ibtidai təhsilini Pınarbaşı rayonunda, orta təhsilini isə Kadı Bürhanəddin Orta Məktəbində almışdır. Dilci 1989-cu ildə Kayseri Liseyindən, 1994-cü ildə Dəclə Universiteti və 19 May Universitetindən məzun olmuşdur. O, 1994–2003-cü illərdə Türkiyənin Təhsil Nazirliyinə tabe olan məktəblərdə müəllim və direktor vəzifələrində çalışmışdır. Dilci 2001-ci ildə Fərat Universitetinin Sosial Elmlər İnstitutunda təhsilin idarə edilməsi və nəzarəti üzrə magistr dərəcəsi almışdır. O, 2003-cü ildə Qaziantep Universiteti Müəllim Rüfət Təhsil Fakültəsi Təhsil Elmləri Bölməsində müəllim işləmiş, 2009-cu ildə Fərat Universiteti Sosial Elmlər İnstitutu Təhsil Proqramları və Tədris Bölməsində doktorluq dərəcəsi almışdır. Dilci 2010-cu ilin yanvar ayından Sivas Cümhuriyyət Universiteti Təhsil Fakültəsi Təhsil Elmləri Bölməsində dosent doktoru adı ilə işə başlamışdır.
Tuncay Şanlı
Tuncay Şanlı (16 yanvar, 1982 Sakarya ili) – boyu 1.82 sm, çəkisi 70 kq – hücuma meyilli yarımmüdafiəçi. 2002-2003 mövsümündə Sakaryaspordan transfer edilib. Türkiyə çempionatında Fənərbaxçadakı ilk rəsmi oyununu 11 sentyabr 2002-ci ildə Qaziantəpspor-a qarşı keçirib. 19 noyabr 2002-ci ildə İtaliya ilə rəqib meydanında Ümid Milli Komandasının keçirdiyi oyunda italyanların qapısına vurulan 3 qoldan 2-sinin müəllifidir (İtaliya 0 – Türkiyə 3). Ondan 1 gün sonra yenə İtaliya ilə rəqib meydanında oynanılan oyunda baş məşqçi Şenol Şünəşin istəyiylə Türkiyə yığmasının əsas heyətində oyunun sonuna 3 dəqiqə qalmış meydana çıxıb və təhlükəli vəziyyət formalaşdırıb. Bu onun Türkiyə yığması heyətində ilk oyunu olub.
Tunceli
Tuncəli — Türkiyənin Tuncəli ilinin inzibati mərkəzi.
Tunceli ili
Tunceli ili — Türkiyədə il.
Tunceli məzar daşları
Tuncəli ətrafında, xüsusilə Ulukale yaxınında Ağqoyunlu və Qaraqoyunlu dövrlərindən qalma məzar daşları var. Bu məzar daşları XV-XVII əsrlərdə bölgədə edilmiş qoç və at motivli məzar daşlarının ən erkən nümunələridir. Ağqoyunlu və Qaraqoyunlu dövrlərinə aid məzar daşları kafi şəkildə nəşr olunmamışdır. Bölgəyə hakim olan Ağqoyunlular buradakı varlıqlarını göstərən sənədlərdir. Bu cür məzar daşları blok daşlar oyularaq meydana gətirilmişdir. Əksəriyyətlə qoyun və at motivləri işlənmişdir. Ayrıca blok halında şaquli sütunlar olaraq da məzar daşları edilmişdir. Bu daşlarda diqqəti çəkən bir nöqtə isə üzərlərində bir yazı və ya kimə aid olduqlarını ifadə edən bir məlumatın olmamasıdır. Tuncəli məzar daşları Səlcuqluların Ahlat məzar daşları ilə şəkil və forma olaraq yaxınlıq göstərməkdədir. Ancaq Ahlat məzar daşlarında kitabələr olmasına baxmayaraq, buradakı məzar daşlarında yazıya yer verilməmişdir.
Tuncer Gülənsoy
Tuncer Gülənsoy (türk. Tuncer Gülensoy) — Türkiyənin məşhur dilçi alimi, türkoloq, elmlər doktoru, professor Tuncer Gülənsoy 30 yanvar 1939-cu ildə Türkiyənin Uşak şəhərində anadan olmuşdur. Atasının dövlət qulluğu vəzifəsi olduğundan o, ibtidai təhsilini müxtəlif məktəblərdə almışdır. Əvvəlcə Uşak Qazi Mustafa Kamal ilk okulu, daha sonra Əhməd Midhət Əfəndi İbtidai məktəbi (1951), Uşak Liseyində (1959) oxumuşdur. Ankara Universiteti Türk Dili və Ədəbiyyatı bölümünü (1963) bitirmişdir. Bir müddət Uşak ilçəsinin kəndlərində əvəzedici müəllim işləmiş, Türk Kültürü Araşdırma İnstitutunda elmi araşdırıcı kimi işləmişdir (1963-1970, 1972-1973). 1967-ci ildə professor Əhməd Temirin rəhbərliyi altında doktorluq dissertasiya üzərində işləməyə başlamışdır. 1970-ci ilin yanvarında müdafiə etdiyi “Monqolların gizli tarixi”ndə hal şəkilçiləri və cümlələrdə istifadəsi” adlı dissertasiya işi ilə filologiya elmləri doktoru adını almışdır. Daha sonra Ankara Universitetinə assistent kimi fəaliyyətə (1974). 15 oktyabr 1976-cı ildə o, Amerika Birləşmiş Ştatlarının Texas ştatındakı Texas Tech Universitetinə (Lubbock-Texas) qonaq professor kimi getmiş və prof.
Tuncəl Kurtiz
Tuncəl Tayanç Kurtiz (1 fevral 1936, Kocaeli, Türkiyə – 27 sentyabr 2013, İstanbul, Türkiyə) — Türk kino və teatr aktyoru, rejissor, prodüser və ssenarist. Tuncəl Kurtiz türk kino və teatr oyunçusu, rejissor, prodüser, ssenaristdir. Atası Selanik doğulan bir Türk bürokratı, anası Boşnakdır. Universitetdə qısa bir müddət hüquq fakültəsində, daha sonra isə filologiya, fəlsəfə, psixologiya və sənət tarixi hissələrində oxudu; ancaq heç birindən məzun olmadı. İlk dəfə 1959-cu ildə Dormen Teatrında aktyorluğa başlamış olan sənətçi, kino filmlərində rol aldı. Sürü filmiylə zirvəyə çıxan sənətçinin, təbiətlə iç içə yaşamağı sevdiyi ifadə edilər. 1981 Antaliya Qızıl Portağal Film Festivalında ən yaxşı ssenari mükafatını Nurəddin Sezər ilə birlikdə qələmə aldığı Gül Həsən filminin ssenarisiylə qazanmışdır. 2006-da Hacı, 2007-də Üsyankar adlı TV seriallarında oynadı. 2009-cu ilin başında viziona girən olan Payız Sancısı filmində Kamil Əfəndi xarakterini canlandırmışdır. Eyni il nəşrə başlayan Ezel adlı serialda Ramiz Karaeski obrazını canlandırmış və məşhurluğunu daha da artmışdır.
Tuncəli
Tuncəli — Türkiyənin Tuncəli ilinin inzibati mərkəzi.
Tuncəli ili
Tunceli ili — Türkiyədə il.
Tuncəli məzar daşları
Tuncəli ətrafında, xüsusilə Ulukale yaxınında Ağqoyunlu və Qaraqoyunlu dövrlərindən qalma məzar daşları var. Bu məzar daşları XV-XVII əsrlərdə bölgədə edilmiş qoç və at motivli məzar daşlarının ən erkən nümunələridir. Ağqoyunlu və Qaraqoyunlu dövrlərinə aid məzar daşları kafi şəkildə nəşr olunmamışdır. Bölgəyə hakim olan Ağqoyunlular buradakı varlıqlarını göstərən sənədlərdir. Bu cür məzar daşları blok daşlar oyularaq meydana gətirilmişdir. Əksəriyyətlə qoyun və at motivləri işlənmişdir. Ayrıca blok halında şaquli sütunlar olaraq da məzar daşları edilmişdir. Bu daşlarda diqqəti çəkən bir nöqtə isə üzərlərində bir yazı və ya kimə aid olduqlarını ifadə edən bir məlumatın olmamasıdır. Tuncəli məzar daşları Səlcuqluların Ahlat məzar daşları ilə şəkil və forma olaraq yaxınlıq göstərməkdədir. Ancaq Ahlat məzar daşlarında kitabələr olmasına baxmayaraq, buradakı məzar daşlarında yazıya yer verilməmişdir.
İradə Tuncay
İradə Tuncay (9 noyabr 1959, Bakı) — Azərbaycan yazıçısı, publisist, Ədalət qəzetinin baş redaktoru. Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. İradə Tuncay 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. 1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının gənclik və ədəbi-dram baş redaksiyasında redaktor, 2002-ci ildən “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. “Space” televiziyasında bir neçə filmin ssenari müəllifi və rejissoru olub. 2006-cı ildən “Ədalət”qəzetinin baş redaktorudur. ”Mətbuatın inkişafında yardıma görə” və “Media açarı” mükafatlarına layiq görülüb.2015-c il 15 iyul ölkə başçısının imzaladığı sərəncam əsasında Əməkdar Jurnalist fəxri adına layiq görülüb. 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. Tanınmış şair Məmməd Arazın qızı, yazıçı-jurnalist, millət vəkili Aqil Abbasın həyat yoldaşıdır.
Tuncer Bakırhan
Tuncer Bakırhan (1970, Qayadibi[d], Qars ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı, DEM Partiyasının həmsədri. Tuncer Bakırhan 1970-ci ildə Qars ilinin Susuz ilçəsində anadan olub. İbtidai və orta təhsilini Qarsda alıb. Bursa Uludağ Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Siyasi fəaliyyəti ərzində HEP, DEP, HADEP, DEHAP, DTP, BDP, HDP və DEM üzvü olub. 2003-2005-ci illərdə DEHAP sədri olub. 2014-cu ildə Siirt bələdiyyəsinin sədri seçilib. 2016-cı il noyabrın 16-da “PKK/KCK üzvü olmaq” ittihamı ilə həbs edilib və əvəzinə qəyyum təyin edilib. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Siirt ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. 15 noyabr 2023-cü ildə HEDEP həmsədri seçilib.

Digər lüğətlərdə