Universitet

lat. universitat – toplu, məcmu 1) darülfünun; 2) tərkibində bir neçə fakültə cəmləşən elmi-tədris müəssisəsi; 3) tərkibində müxtəlif ictimai və təbiyyat-riyaziyyat şöbələri (fakültələri) olan elmi təmayüllü ali məktəb. Məsələn, Bakı Dövlət Universiteti.
Universal
URL
OBASTAN VİKİ
Dublin Universitet Kolleci
Dublin Universitet Kolleci (irl. An Coláiste Ollscoile, Baile Átha Cliath) — İrlandiyanda, Dublin şəhərində yerləşən və ölkənin ikinci ən böyük ali təhsil müəssisəsi. Dublin Universitet Kollecinin tarixi 1854-cü ildə yaradılmış İrlandiya Katolik Universiteti ilə bağlıdır. Həmin dövrdə irlandiyalı katoliklərə katolik azadlığından sonra daha yüksək dərəcəli təhsil vermək üçün kardinal Pol Kallenin rəhbərliyi altında universitet yaratmaq ideyası irəli sürülür. XIX əsrdə İrlandiyada konfessional (dini) təhsil məsələsi mübahisəli idi. Katolik məktəblər iyerarxiyası Qoluey, Belfast, Kork şəhərlərində yerləşən "Allahsız kolleclər"ə təsir göstərmək, Dublin Triniti Kollecini katolik alternativi ilə təmin etmək niyyətində idilər. Dublin Triniti Kolleci anqlikan (İngiltərədə protestant dininin bir qolu) yönümlü ali məktəb olsa da, 1780-ci ildən burada katoliklər də təhsil almağa başlayır, lakin universitetin dini sənədində katoliklərin kollecin rəhbər orqanlarında vəzifə tutmasının istisnası haqqında göstəriş öz əksini tapır. 1850-ci ildə İrlandiyanın Törls şəhərində Katolik Universitet yaratmaq haqqında qərar qəbul olunur. Nəticədə, 1854-cü ildə İrlandiyada yeni Katolik Universiteti yaradılır və müqəddəs Con Henri Nyumen universitetin birinci rektoru təyin olunur. Daha sonra universitetin 3 binası fəaliyyətə başlayır: Maykl Flannerinin nəzarəti altında Sent-Patrik və ya Universitet binası, Ceyms Kuinnin rəhbərliyi altında Sent-Lourens və Nyumenin şəxsi nəzarəti altında Sent-Meri binaları.
Universitet
Universitet (lat. Universitas – birgəlik, ümumilik), köhnə mənbələrdə Darülfünun — ali məktəb olub konkret fundamental və tətbiqi sahələr üzrə mütəxəssislərin hazırlanması ilə məşğuldur. Bundan əlavə universitetlərdə elmi işlər də aparılır. Müasir universitetlər elmi pedaqoji vəhdət kimi fəaliyyət göstərirlər, onların nəzdində bir neçə ixtisas üzrə tədris işlərini həyata keçirən fakültələr olur. Universitetlər tədris planlarının hazırlanmasında və həyata keçirilməsində, elmi işlərin aparılmasında sərbəstliyə və akademik dərəcələrin (diplom və doktor dərəcələrinin) verilməsində üstünlüklərə malikdirlər. Azərbaycanda universitetlərin strukturu keçmiş SSRİ-də yaradılmış və bu günə kimi qalmaqdadır. Bu xarici ölkələrdə olanlardan nisbətən fərqlidir. Qədimdə ümumi biliyin və saxlanması və tətbiqi üçün cavabdeh olan, xalqın elitar qrupun təhsili fərdi şəkildə atalar və ya şəxsi muəllimlər tərəfindən yerinə yetirilmişdir. Böyüməkdə olan nəsl elə bir başa iş zamanı öz peşəsinə yiyələnir və lazımı biliklərə sahib olurdular. Məktəb mədəniyyətinin başlanğıcında təsadüf olunan bu hal qədim Misir dövləti üçün xarakterik idi.
Narxoz (universitet)
Narxoz universiteti (qaz. Нархоз университеті) — Qazaxıstanda bir universitet, İqtisadiyyat, iş, maliyyə və hüquq sahələrində təhsil verən Almatı şəhərində. 1963-cü ildə yaradılan, 2016-cı ildən indiki adını daşıyır. Universitetə ​​təlim, tədqiqat mərkəzləri, elmi və təhsil şöbələri, Qazaxıstanın bölgələrindəki 5 nümayəndəlik, iqtisadi kollec daxil olmaqla 4 peşə məktəbi daxildir. 1963-cü ildə SSRİ Hökümətinin 9 May 1963-cü il tarixli fərmanı ilə Almatı Xalq Təsərrüfatı İnstitutu quruldu. 1991-ci ildə Qazaxıstan Respublikası Hökumətinin qərarı ilə Almatı Xalq Təsərrüfatı İnstitutu Qazaxıstan Dövlət İqtisad Universitetinə çevrildi. 1993-cü ildə Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə KSPEU Qazaxıstan Dövlət İdarəetmə Akademiyasına (KSAU) çevrildi. 1999-cu ildə Astana şəhərində KSAM-ın (indiki Qazaxıstan İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universiteti) filialı olan İqtisadiyyat və Maliyyə İnstitutu açıldı. 2000-ci ildə KSAM Qazaxıstanın görkəmli dövlət xadimi, siyasi və ictimai xadimi, mütəfəkkir və iqtisadçı Turar Rıskulovun şərəfinə adlandırıldı. 2001-ci ildə Qazaxıstan Respublikası Hökumətinin Fərmanı ilə Akademiya Turar Rıskulov adına Qazaxıstan İqtisad Universitetinə çevrildi.
Səyyar universitet
Səyyar universitet (pol. Uniwersytet Latający) — üç müxtəlif gizli ali təhsil müəssisəsinin qeyri-rəsmi adı. Bunlardan birincisi 1885-ci ildən 1905-ci ilədək Polşa Çarlığında, o birilər 1977-dən 1981-dək Polşa Xalq Respublikasında fəaliyyət göstərmişdilər. PXR dövründə fəaliyyət göstərən iki müəssisə 1885-ci ildən Polşa Çarlığında fəaliyyət göstərmiş və 1905-ci ildən sonra rəsmi Elmi kursları cəmiyyətinə (pol. Towarzystwo Kursów Naukowych), o da öz növbəsində 1918-ci ildə Azad Polyak Universitetinə çevrilmiş gizli birinci Səyyar universitetlə mənəvi əlaqənin mövcudluğuna iddialıydılar. “Səyyar universitet” adı təhsil müəssisələrinin qanuni yerlərinin olmadığı və tələbələr üçün mühazirələrini daim müxtəlif konspirativ yerlərdə keçirdiklərindən gizli vəziyyətindən irəli gəlirdi.. Belə təhsil müəssisələrinin yaradılmasının məqsədi polşalı gənclərə hakim iqtidarın qoyduğu ideoloji tələb və çərçivələrin nəzarətində olmayan təhsil vermək imkanının yaradılması idi. XIX əsrdə Polşada geniş almanlarşdırma və ruslaşdırma siyasəti aparılırdığından burada əsas diqqət polyak özünüdərkinə aid elmi fənnlərin tədrisinə yetirilirdi . Polşa Çarlığı dövründə Səyyar universitetin yaradılması və təşkili təcrübəsi 1939-1944-cü illərdə alman işğalı zamanı polşalı professor-müəllim heyətinə buna bənzər ali kursların təşkilində yardımçı olmuşdur. İkinci dünya müharibəsi illərində gizli ali kurslar Gizli Polşa dövləti quruluşunun və mülki müqavimətin əsas elementlərindən biri idi.
Azərbaycan Universitet Kolleci
Azərbaycan Ali Təhsil İnstitutu (fars. موسسه آموزش عالی آذرآبادگان‎) və ya Azərbaycan Universitet Kolleci (ing. University College of Azarabadegan) — İranın Urmiya şəhərində özəl biznes məktəbi. Məktəb 2006-cı ildə təsis olunmuşdur.
Bizim Universitet (1969)
Bizim universitet qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illiyinə həsr olunmuşdur. == Məzmun == Film S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illiyinə, onun tarixinə və müasir həyatına həsr olunmuşdur.
London Universitet Kolleci
London Universitet Kolleci (ing. University College London) — Londonun mərkəzində, Qover küçəsində (ing. Gower street) yerləşən London Universitetinin ilk və ən iri məktəbi. Əsası 1826-cı ildə qoyulan və London Universiteti adlanan məktəb İngiltərədə yaradılmış üçüncü ali təhsil ocağı hesab olunur. Kollec Britaniyanın "Universitetlərin Rassel Qrupu", "G5" adlanan elit universitetləri sırasına, Avropa Universitetləri Assosiasiyasına və Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. London Universitetinin digər məktəbləri ilə birlikdə, London Universitet Kolleci (LUK) Oksford və Kembric Universitetləri ilə yanaşı "Qızıl üçbucaq" adlı üçlük yaradır. London Universitet Kollecinin ştatına 53 London Kral Cəmiyyəti, 51 Britaniya Akademiyası, 15 Kral Mühəndislik Akademiyası və 117 Tibb Elmləri Akademiyasının üzvləri daxildir. Ali məktəbin keçmiş və indiki tələbələri, fakültə üzvlərindən 29u Nobel mükafatına layiq görülmüşdür (fəxri məzunlar və elmi işçilər nəzərə alınarsa, 40 Nobel mükafatı laureatı). İki məzun və hal-hazırkı fakültə üzvlərindən biri Riyaziyyat üzrə Filds medalına layiq görülmüşlər. Böyük Britaniya universitetləri arasında dövlət büdcəsindən maliyyələşən (araşdırmalara ayrılan büdcə hissəsindən) universitetlərin ilk üçlüyünə daxil olan LUK (UCL) son illərdə ABŞ-nin Yel Universiteti ilə birgə multidisiplinar əməkdaşlığa başlamışdır.
Qarissa Universitet Kolleci
Qarissa Universitet Kolleci (ing. Garissa University College) — Keniyanın Şimal-Şərq əyalətin Qarissa adlı şəhərində yerləşən ali təhsil müəssisəsi.
Universitet bulvarı (Səmərqənd)
Universitet bulvarı (Səmərqənd) (özb. Universitet xiyoboni) — Səmərqənd şəhərinin mərkəzi küçələrindən biri. Əvəlki adları Abramov bulvarı və Maksim Qorki adına bulvar olmuşdur. Küçə Səmərqənd şəhərinin ən tarixi və görməli yerlərindən sayılır. Əsasının qoyulması XIX əsrin sonlarında Səmərqənd şəhərinin Rusiya imperiyası tərəfindən işğalından sonraya təsadüf edir. Bu səbəbdən küçədə əsasən XIX əsr və XX əsr binaları çoxluq təşkil edir. Universitet Bulvarı Səmərqəndin mərkəzi hissəsində yerləşir. Universitet Bulvarının ortasında hündür ağaclar parkı var. Bu park sayəsində küçə iki hissəyə ayrılır. Bulvar Registan, Bustonsaroy, Şoxrux Mirzo, Mustakillik, Bəxtiyora Həmidov, Abdurahmon Cami, Orzu Mahmudov, Nurabad və Usman Yusupov küçəsləri ilə kəsiçir.
Yeddi Milli Universitet
Yeddi Milli Universitet (yap. 国立七大学) — Yaponiya İmperatorluğu tərəfindən 1877-ci və 1939-cu illərdə yaradılmış 9 universitetdən hazırda Yaponiyada yerləşən 7 universitetə verilən ümumi ad. Digər iki universitetdən 1-i Koreyada, digər 1-i isə Tayvanda yerləşir. Hokkaydo Universiteti; Kyoto Universiteti; Kyusyu Universiteti; Naqoya Universiteti; Osaka Universiteti; Tohoku Universiteti; Tokio Universiteti.
Bar-İlan adına Universitet
Bar-İlan adına Universitet (BIU, ivr. ‏אוניברסיטת בר-אילן‏‎) — Ramat-Qanda, İsraildə universitet. 1955-ci ildə yaradılıb və dini sionizm hərəkatının lideri Meir Bar-İlanın şərəfinə adlandırılıb. Universitet dini yəhudi təhsil ilə adi ali təhsili birləşdirmək üçün yaradılıb. == Fakültələr == İudaika Hüquq İctimai elmlər Humanitar elmlər Dəqiq elmlər Biologiya Universitetdə pedaqogika, sosial işçilər, biznes və mühəndis məktəbləri vardır. Universitet tərkibində həmçinin fizika, tibbi kimya, riyaziyyat, beyin tədqiqatları, psixloji tədqiqat, iqtisadiyyat, musiqişünaslıq, arxeologiya, yəhudi hüququ (Qalaxa) və nanotexnologiya elmi-tədqiqat institutları vardır.
Ben-Qurion adına universitet
Negevdə Ben-Qurion adına Universitet (ivr. ‏אוניברסיטת בן-גוריון בנגב‏‎; ing. Ben-Gurion University of the Negev, qısaca BGU) — İsrailin Beer-Şeva şəhərində yerləşən ali təhsil müəssisəsi. Kampusları həmçinin Sde Boker və Eylatda vardır. İsrailin cənubunda bir neçə akademik kolleci himayə edir, məsələn, Pinxas Sapira adına kollec, Beer-Şeva mühəndis kolleci və s. 2010-cu ildə tələbələrin sayı 18 347 idi. == Universitetin tərkibi == Universitet İsrailin ən böyük təhsil və tədqiqat mərkəzlərindən biri sayılır. Universitetin aşağıdakı fakültələri vardır: Təbiət elmləri fakültəsi Mühəndis fakültəsi Humanitar və ictimai elmlər fakültəsi Sağlamlıq və tibb fakültəsi İdarəetmə məktəbi Səhranı öyrənən beyməlxalq institut Dərin təhsil Kraytman məktəbi Universitetin tərkibində həmçinin aşağıdakı böyük tədqiqat institutları vardır: Neqevedə biobiotexnologiya milli institutu Ceykob Blauşteyn adına səhraları öyrənmə institutu (Albert Kats adına səhraları tədqiqat beynəlxalq məktəbi daxil olmaqla) İsrail və sionizmi öyrənmək üzrə Ben-Qurion tədqiqat institutu.
Bizim universitet (film, 1969)
Bizim universitet qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illiyinə həsr olunmuşdur. == Məzmun == Film S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illiyinə, onun tarixinə və müasir həyatına həsr olunmuşdur.
Liman Şəhərlərinin Universitet Liqası
Liman Şəhərlərinin Universitet Liqası (ing. Port-City University League və ya qısaca ing. PUL) — dünyanın böyük liman şəhərlərində yerləşən universitetlərin beynəlxalq birliyi. 2006-cı ildə təsis edilmişdir. İlk ümumi yığıncağı da elə həmin il Yaponiyanın Yokohama şəhərində keçirilmişdir. 2014-cü ilin dekabr ayına olan məlumata görə liqaya 12 ölkədən 15 ali məktəb üzvdür.
Qarissa Universitet Kollecinə hücum
Qarissa Universitet Kollecinə hücum (ing. Garissa University College attack) - Keniyanın Şimal-Şərq əyalətinin Qarissa adlı şəhərində baş vermiş silahlı hücum. Terror aktı bölgədə aktiv olan Əş-Şəbab terror təşkilatı tərəfindən Qarissa şəhərində fəaliyyət göstərən Qarissa Universitet Kollecinin tədris binasına təşkil edilmişdir. Hadisə nəticəsində 148 nəfərin həlak olduğu, 78 nəfərin isə yaralandığı açıqlanıb. Qarissa şəhəri Keniyanın Şimal-Şərq əyalətinə daxildir və əyalətin mərkəzi şəhəri hesab olunur. Şəhərin Somali sərhəddinə olan məsafəsi təxminən 200 kmdir. Qarissada əyalətin idarə mərkəzləri, hərbi düşərgələr və polis mərkəzləri yerləşir. Əl-Qaidənin Somalidə olan qolu olaraq qəbul edilən Əl-Şahab tərəfindən Keniyanın Somali ilə sərhəd ərazilərindən təşkil edilən intiqam hücumları zamanı son iki il ərzində 200 nəfərdən çox şəxs həlak olmuşdur. Əl-Şahab Keniya hökümətini beynəlxalq güclərlə əlbir olaraq onlara qarşı birləşməkdə günahlandırmaqdadır. Əl-Şahab tərəfindən xüsusi ilə Keniyanın turizm bölgələri hədəf alınır.
The New School (Universitet)
Yeni məktəb (The New School) — Nyu-York şəhərində özəl universitet.
Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası
Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1964-cü ildə Oksfordda yaradılmışdır. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Hal-hazırda 316 üzvü var. Qurumun əsas məqsədi ali təhsil müəssisələrinin beynəlxalq missiyalarının və təhsil keyfiyyətini yüksəltməkdir. Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında və YUNESKO-da məsləhət hüququna malikdir. Mənzil-qərargahı Nyu-York şəhərində United Nations Plaza-da yerləşir. Hər üç ildən bir universitetlərin rəsmi şəxslərinin iştirakı ilə assosiasiyanın toplantısı keçirilir. UPBA 1964–cü ildə Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, Puerto-Riko, Filippin və Liberiyadan olan universitet rəhbərlərinin iştirakı ilə yaradılmışdır. Açılış konfransı isə 1965-ci ilin iyun ayında İngiltərənin Oksford şəhərində baş tutmuşdur.
Universitet başçıları şurası (İsrail)
Universitet başçıları şurası (ivr. ‏ועד ראשי האוניברסיטאות‏‎) — İsraildə universitetlərarası təşkilat. Tərkibinə İsraildə fəaliyyət göstərən yeddi İsrail universiteti daxildir. Şura Israildəki ali təhsil sahəsində bütün ali məktəblər üçün ümumi olan siyasət, təhsil haqqının və müəllimlərin əmək haqqının, abituriyentlərin qəbulunun kriteriyalarının, beynəlxalq elmi əlaqələrin maliyyələşdirilməsinin həddinin müəyyən edilməsi, diplomların tanınması və s. məsələlərlə məşğul olur. Şuraya psixoloji qəbul imtahanları keçirən və 1981-ci ildə yaranan İsrail imtahan və qiymət mərkəzi tabedir. Şura hər kvartalda dərc olunan, şuranın və universitetlərin fəaliyyətini əks etdirən «Akademiya» Arxivləşdirilib 2009-09-15 at the Wayback Machine jurnalı buraxır. Şuranın 2012-ci ildən prezidenti professor Menahem Ben-Sassondur (Qüdsdə Yəhudi Universitetinin prezidenti). prof. İtshaq Apeloyq (Yitzhak Apeloig) (2004—2009) prof.
Vazgen Sarkisyan adına Hərbi Universitet
Vazgen Sarkisyan adına Hərbi Universitet Ermənistan Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən bir ali təhsil müəssisəsidir. Missiyası sülh və müharibədə müdafiə tapşırıqlarını yerinə yetirməyə qadir zabitləri hazırlamaq və yetişdirməkdir.
Sloveniya Milli və Universitet Kitabxanası
Sloveniya Milli və Universitet Kitabxanası — Sloveniyanın ən mühüm təhsil və mədəniyyət müəssisələrindən biridir. O, paytaxt Lyublyana şəhərinin mərkəzində, 1936–1941-ci illər arasında memar Joje Plesnik tərəfindən layihələndirilmiş binada yerləşir. Bina Plesnikin ən böyük əsərlərindən biri hesab olunur. Nəşrlərin məcburi surətinin çıxarılması haqqında qanuna əsasən, Sloveniyadakı naşirlər öz nəşrlərinin hər hansı bir nüsxəsini milli və universitet kitabxanalarına təqdim etməlidirlər. 2011-ci ildə kitabxanada təqribən 1.307.000 kitab, 8.700 əlyazma və müxtəlif mətn, vizual və multimedia məhsulları var idi və kitabxana təxminən 7.900 dövri nəşrə abunə olmuşdur. Təxminən 1774-cü ildə, Yezuit Ordeninin ləğvindən sonra, Yezuit və bir neçə monastır kitabxanasının qalıqları üzərində Lisey Kitabxanası yaradıldı. İmperator Mariya Terezanın fərmanı ilə də təsis edildi. Lisey Kitabxanasına nəşrlərin nüsxələrinin verilməsi 1807-ci ildə Avstriya məhkəməsinin yalnız Karniolada nəşr olunan qərarı ilə məcburi oldu, Fransa işğalının qısa bir dövrü istisna olmaqla, kitabxana bütün İlliriya əyalətlərindən nüsxələri aldı. 1919-cu ildə kitabxana Dövlət İstinad Kitabxanası kimi tanındı və Sloveniyanın hər yerindən nüsxələri toplamağa başladı. Elə həmin il Lyublyana Universiteti (ilk Sloveniya universiteti) yaradıldı və kitabxana da onun ehtiyaclarına xidmət etməyə başladı.
Cuba Universiteti
Cuba Universiteti (ing. University of Juba) — Cənubi Sudanın aparıcı ali məktəbi, həmçinin Cuba Milli Universiteti kimi tanınır. Cuba şəhərində yerləşir, dərslər ingilis dilində keçilir. Cuba universiteti Sudanın cənub bölgələrində əhalinin ali təhsil almaları üçün yaradılıb. Sudanda ikinci vətəndaş müharibəsi zamanı universitet fəaliyyətini Xartumda davam etdirirdi. 2006-cı ildə Sudan hökuməti universitetinin adını Cuba Milli Universiteti adlanmasına razılıq verdi.
Cəlal-Abad Dövlət Universiteti
Cəlal-Abad Dövlət Universiteti (rus. Жалалабатский Государственный Университет – ЖаГУ, qırğ. Жалал-Абад мамлекеттик Университет) — 2 aprel 1993-cü ildə Qırğızıstanın Cəlal-Abad şəhərində mövcud təhsil müəssisələri əsasında qurulmuşdur. Aşağıdakı sahələrdə ali təhsil üçün nəzərdə tutulmuş dövlət müəssisəsidir: tibb, elektronika, enerji, tikinti, aqrar-sənaye kompleksi. Cəlal-Abad Dövlət Universitetində təxminən 10.000 tələbə təhsil alır, 15-i elmlər doktoru və professor, 116 elmlər namizədi və dosent olmaqla 700-dən çox müəllim çalışır. Üstəlik Hindistan, İran, İsrail, Qazaxıstan, Nepal, Pakistan, Fələstin, Suriya, Türkiyə, Türkmənistan, ABŞ və Özbəkistan kimi ölkələrdən təxminən 1000 tələbə var. Aşağıdakı 54 sahə üzrə ali təhsilli və 12 istiqamət üzrə orta peşə təhsili alan mütəxəssislərin hazırlanması. Cəlalabad Dövlət Universitetinin Tibb Fakültəsi Qırğızıstan Respublikası Səhiyyə və Elmi Təhsil Nazirliyinin tabeliyindədir. Cəlal-Abad Dövlət Universiteti, 2 aprel 1993-cü ildə Qırğızıstan Respublikasının Prezidenti tərəfindən elektronika, enerji, inşaat, tibb, təhsil və digər sahələrdə əsas və tam ali təhsilli mütəxəssislər yetişdirmək üçün hazırlanmış aqrosənaye kompleksi üçün mütəxəssis olmaq , dövlət təhsil müəssisəsi olaraq açılmışdır. Cəlalabad Dövlət Universiteti (JAGU) 2 aprel 1993-cü ildə mövcud təhsil müəssisələri əsasında qurulmuşdur.
Cənub Federal Universitetinin əsas korpus binası
Cənub Federal Universitetinin əsas korpus binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 105 ünvanında yerləşən bina. Bina 1914-1917-cu illərdə inşa edilmişdir. Onun memarı Qeorqi Nikolayeviç Vasilev olmuşdur. Bina Cənub Federal Universitetinin əsas korpus binası yerləşir. Cənub Federal Universitetinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bina gəlirli bina olaraq don taciri və meşə təsərrüfatçısı Q. Y. Kistovun olmuşdur. Bina Bolşoy Sadovnaya küçəsində yerləşir. Binanın tikintisinı 1914-cu ildə başlanılmışdır. Birinci Dünya müharibəsi zamanı bina artilleriya briqadası tərəfindən icarərəyə götürülmüşdür. Oktyabr inqilabı və Rusiyada olan vətəndaş müharibəsi zamanı bina «Donsovqorxoz» adlı qurumun balansında olur.
Cənub Federal Universitetinin əsas korpusu
Cənub Federal Universitetinin əsas korpus binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 105 ünvanında yerləşən bina. Bina 1914-1917-cu illərdə inşa edilmişdir. Onun memarı Qeorqi Nikolayeviç Vasilev olmuşdur. Bina Cənub Federal Universitetinin əsas korpus binası yerləşir. Cənub Federal Universitetinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bina gəlirli bina olaraq don taciri və meşə təsərrüfatçısı Q. Y. Kistovun olmuşdur. Bina Bolşoy Sadovnaya küçəsində yerləşir. Binanın tikintisinı 1914-cu ildə başlanılmışdır. Birinci Dünya müharibəsi zamanı bina artilleriya briqadası tərəfindən icarərəyə götürülmüşdür. Oktyabr inqilabı və Rusiyada olan vətəndaş müharibəsi zamanı bina «Donsovqorxoz» adlı qurumun balansında olur.
Cənubi Florida Sankt-Peterburq Universiteti
Cənubi Florida Sankt-Peterburq Universiteti ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universiteti'nə bağlı olan bir universitetdir. USF-St. Pete olaraq da tanınır. 1965-ci ildə qurulmuşdur və Sankt-Peterburq şəhərinin tam mərkəzində yerləşir . 3,422 bakalavr və təxminən 500 magistr tələbəsi vardır.
Cənubi Florida Universiteti
Cənubi Florida Universiteti (ing. University of South Florida) — Amerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən dövlət universitetidir. Universitetin əsas kampusu Floridanın Tampa şəhərinin şimalında, digər kampuslar isə Floridanın Sarasota, Sankt-Peterburq və Leykland kimi başqa şəhərlərində yerləşir. Universitet Carneige Dərnəyinin apardığı sorğu nəticəsində ən çox araşdırma aparılan universitet kateqoriyasında yer alır. 1956-cı ildə qurulan Cənubi Florida Universiteti Florida Universiteti və Mərkəzi Florida Universitetindən sonra Florida əyalətində üçüncü ən böyük universitet olaraq göstərilir. Eyni zamanda, universitetə 2007-ci ilin payızında 45.24 tələbə qeydiyyat olmuşdu.. Tələbə sayı baxımından da Amerikanın doqquzuncu ən böyük universiteti xüsusiyyətini daşıyır. Cənubi Florida Universiteti, Carnegie Dərnəyinə görə İctimai İnteqrasiya universiteti xüsusiyyətini daşıyan bir universitetdır. Həmçinin, universitetin biomolekulların təyin edilməsi məqsədi ilə qurmağa çalışdığı texniki mərkəz üçün ayırdığı 8 milyon ABŞ dolları pul, Florida Texnologiya, Araşdırma, Kurs quruluşu tərəfindən bu tərz bir iş üçün ayrılan ən geniş büdcə olaraq göstərilmişdir. Princeton Review adlı Amerikan təhsil qurumu universiteti Amerikanın ən yaxşı 366 universiteti arasında göstərmişdir.
Cənubi Florida Universiteti Sankt-Peterburq
Cənubi Florida Sankt-Peterburq Universiteti ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universiteti'nə bağlı olan bir universitetdir. USF-St. Pete olaraq da tanınır. 1965-ci ildə qurulmuşdur və Sankt-Peterburq şəhərinin tam mərkəzində yerləşir . 3,422 bakalavr və təxminən 500 magistr tələbəsi vardır.
Cənubi Florida Universiteti Sarasota-Manatee
Cənubi Florida Universiteti Sarasota-Manatee — ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universitetinin bir kampusudur. 1975-ci ildə qurulmuşdur. 40-dan çox bakalavr fakültəsi və bir çox magistr fakültəsi universitetdə mövcuddur. İdarəetmə, Mühəndislik, Dil-ədəbiyyat, Tibb bacısı kimi fakwltələri var.
Cənubi Kaliforniya Universiteti
Cənubi Kaliforniya Universiteti (ing. University of Southern California) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən ali təhsil müəssisəsi. Xarici tələbələr ölkə universitetlərindən ən çox bu universitetdə təhsil alırlar. Universitetin Mühəndislik fakültəsi zəngin beynəlxalq əməkdaşlıq təcrübəsinə malikdir və bu sahədə kadrların hazırlanması üzrə ən yaxşı mərkəzlərdən biri kimi məşhurdur.
Cənubi Koreyanın SKY universitetləri
SKY üç məşhur Kore universitetinin adının birləşməsindən yaranmışdır. Seul Milli Universiteti, Koreya Universiteti və Yonsey Universiteti. Statistikaya əsasən Koreyadakı dövlət məmurlarının 46 faizi, CEO-ların isə 50 faizi məhz SKY universitetlərinin məzunu olurlar. Eyni zamanda hər il universitetlərə qəbulda abituriyentlərin ən çox qəbul olmaq istədiyi universitet də məhz SKY universitetləri olur. Lakin bu o demək deyil ki, ən çox qəbul göstəriciləri məhz bu universitetlərdir. Əksinə SKY universitetlərində qəbul şərtləri həddindən artıq ağır olduğu üçün qəbul olunan tələbə sayında azlıq hər zaman onlara məxsus olur. Bəzi hallarda SKY universitetlərini “elitlərin universitetləri” adlandırmaqları da buradan irəli gəlir. Koreyanın nüfuzlu şəxslərinin övladları birmənalı şəkildə bu universitetlərdə təhsil alır. Belə deyək, əgər siz bu universitetlərdən birində oxuyursunuza, artıq 1-0 öndəsiniz və uğurlusunuz. Çünki SKY universitetlərində həqiqətən də profesional olmaq istəyənlər təhsil alır.
Cənubi Qazaxıstan Dövlət Universiteti
Muxtar Əvəzov adına Cənubi Qazaxıstan Dövlət Universiteti (CQDU) (qaz. М. О. Әуезов атындағы Оңтүстік Қазақстан мемлекеттік университеті (ОҚМУ)) (əvvəllər — Qazaxıstan Kimya Texnologiyaları İnstitutu, Cənubi Qazaxıstan Texniki Universiteti) — 76 texniki və humanitar ixtisas üzrə təhsil verən Çimkent şəhərində yerləşən dövlət nəznində olan ali təhsil müəssisəsi. 1943-cü ildə qurulmuşdur. Böyük Vətən Müharibəsinin dövründə, SSRİ Xalq Komissarları Sovetinin 19 iyun 1943-cü il tarixli qərarı ilə 679B saylı Qərara uyğun olaraq İnşaat Materialları Texnoloji İnstitutunun yaradılması qərara alındı. Həmin il 29 iyun tarixində SSRİ Xalq Komissarlığı yanında Ümumittifaq Ali Təhsil Komitəsi və SSRİ Tikinti Materialları Komissarı “Qazaxıstan SSR-in Çimkent şəhərində Texnoloji Tikinti Materialları İnstitutunun təşkili haqqında” əmr verdi. Sovetskaya küçəsindəki (indiki Kazbek B) pedaqoji məktəbin binası universitetə ​​verildi. Əslində, institutun açılışında böyük bir töhfə verən, inşaat sahəsinə ehtiyac duyulan ixtisaslı mütəxəssislərin təcili olaraq ən yüksək orqanlara çatdırılmasıdır. 1940-cı il 30 mart 2012-ci ildə Almatı vilayətinin Taldıkorqan rayonunun Erkin kəndində anadan olmuşdur. Huak qəbiləsindən gəldi. 1958-59-cü illər Ukrayna SSR Dneprodzerjinskdəki 8 nömrəli texniki məktəbdə təhsil almışdır.
Cənubi Çin Texnologiya Universiteti
Cənubi Çin Texnologiya Universiteti (çin. 华南理工大学) — Çin Xalq Respublikasının Quançjou şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1952-ci ildə qoyulmuşdur.
Dalyan Texnologiya Universiteti
Dalyan Texnologiya Universiteti (çin. 大连理工大学) — Çin Xalq Respublikasının Dalyan şəhərində yerləşən ali təhsil müəssisəsi. Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
Debretsen Universiteti
Debretsen Universiteti (ing. University of Debrecen, mac. Debreceni Egyetem) — Macarıstanın ikinci ən böyük şəhəri olan Debreçendə yerləşən və ölkənin ən böyük və qədim universitetlərindən biridir. Debretsen Universiteti 30.000-dən çox tələbəni və 14 fakültəni 6 kampusda birləşdirən Macarıstanın ən böyük ali məktəblərindən biridir. Universitet Macarıstanın ən nüfuzlu ali məktəblərindən biridir və “Research Excellence” (Tədqiqat Mükəmməlliyi) titulunu daşıyır. Universitetin iki əsas kampusu var və hər ikisi də Debretsendədir. Ən qədim əsas kampusda İncəsənət, İnformatika, Tibb, Musiqi fakültələrinin departamentlərinin çoxu və botanik bağ yerləşir. “Kassai-road campus" adlı yeni kampusda isə Hüquq və İqtisadiyyat fakültələrinin bir çox binaları yerləşir. Bu iki kampusdan başqa, şəhərdə universitetin bir çox kiçik binaları da fəaliyyət göstərir. Məsələn, Fizika departamentləri və Atom Tədqiqatı İnstitutu “mini kampus” şəklində bir binadadılar və ya Aqronomiya fakültəsi.
Debreçen Universiteti
Debretsen Universiteti (ing. University of Debrecen, mac. Debreceni Egyetem) — Macarıstanın ikinci ən böyük şəhəri olan Debreçendə yerləşən və ölkənin ən böyük və qədim universitetlərindən biridir. Debretsen Universiteti 30.000-dən çox tələbəni və 14 fakültəni 6 kampusda birləşdirən Macarıstanın ən böyük ali məktəblərindən biridir. Universitet Macarıstanın ən nüfuzlu ali məktəblərindən biridir və “Research Excellence” (Tədqiqat Mükəmməlliyi) titulunu daşıyır. Universitetin iki əsas kampusu var və hər ikisi də Debretsendədir. Ən qədim əsas kampusda İncəsənət, İnformatika, Tibb, Musiqi fakültələrinin departamentlərinin çoxu və botanik bağ yerləşir. “Kassai-road campus" adlı yeni kampusda isə Hüquq və İqtisadiyyat fakültələrinin bir çox binaları yerləşir. Bu iki kampusdan başqa, şəhərdə universitetin bir çox kiçik binaları da fəaliyyət göstərir. Məsələn, Fizika departamentləri və Atom Tədqiqatı İnstitutu “mini kampus” şəklində bir binadadılar və ya Aqronomiya fakültəsi.
Dehli Universiteti
Dehli Universiteti (ing. University of Delhi, hind. दिल्ली विश्वविद्यालय) — Hindistanın Dehli şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1922-ci ildə qoyulmuşdur. Universitetin zəngin kitabxana fondu var. "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.
Delft Texnologiya Universiteti
Delft Texnologiya Universiteti (nid. Technische Universiteit Delft) — Niderland Krallığının ən böyük və qədim dövlət universitetlərindən biri; Beynəlxalq standartlara və normalara uyğun müasir maddi-texniki bazaya malik ali təhsil ocaqlarından biri. Universitet 8 yanvar 1842-ci ildə Niderlandda mühəndis və ticarətçi yetişdirən Kral Akademiyası adı ilə kral II Vilhelm tərəfindən yaradılmışdır. Kral Akademiyanın əsas məqsədi Niderland Krallığının müstəmləkələrində fəaliyyət göstərən "Ost-Hind" holland şirkətində çalışmaq üçün dövlət qulluqçuları hazırlamaq idi. Akademiyanın ilk direktoru ilk Lipkens adlanan holland optik teleqrafının konstruktoru Antuan Lipkens təyin edilmişdir. Akademiyada ilk tələbə təşkilatı 1848-ci il martın 22-də yaradılıb. 1863-cü il mayın 23-də "Niderlandda texniki təhsilin tətbiqi haqqında" qanun qəbul olunur. Bir il sonra iyunun 20-də kralın sərəncamına əsasən Kral Akademiyasının adı dəyişdirilərək Delft Politexnik Məktəbi olur. Yeni yaradılmış məktəbin məzun mühəndisləri XIX əsr sənayeləşdirmə dövrünün əsas iştirakçılarına çevrilirlər. 1905-ci il mayın 22-də məktəbin akademik təhsilini vurğulamaq üçün Delft Politexnik Məktəbinin adı Delft Texniki İnstitutu adı ilə əvəz olunur.
Deyvis Kaliforniya Universiteti
Deyvis Kaliforniya Universiteti (ing. University of California, Davis və ya qısaca: UCD, UC Davis) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Deyvis şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin tarixi 1905-ci ildən başlayır.
Don Dövlət Aqrar Universiteti
Don Dövlət Aqrar Universiteti — Şimali Qazqaz regionunda yerləşən ali təhsil mərkəzi. İnzibati baxımdan Rostov vilayəti, Persianov qəsəbəsində yerləşir. Ali təhsil mərkəzinin əvvəlki adı Don kənd təsərrüfatı universiteti idi. Don Dövlət Aqrar Universiteti Rusiyanın aparıcı universitetlərindən biridir. Təhsil mərkəzi 1907-ci ildə təsis edilmişdir. 1962-ci ildə ali təhsil mərkəzinin direktoru professor Panteleymon Efimoviç Ladan seçilir (1908—1983). 1980-ci ildə Don kənd təsərrüfatı universitetinin direktoru Vladimir İvanoviç Stepanov təyin edilmişdir (1938—2002). 2002-ci ildə isə Don Dövlət Aqrar Universitetinin direktoru Anatoli İvanoviç Baranikov təyin edilmişdir. 2013-cü ilin sentyabrından isə bu vəzifəni Aleksandr İvanoviç Klimenko icra edir. Don Dövlət Aqrar Universitetində 6000 tələbə təhsil alır.
Donduk Qadınlar Universiteti
Dongduk Qadın Universiteti(Kor: 동덕여자대학교, ing: Dongduk Women's University)—Cənubi Koreyanın Seul şəhərində Koreyanın müstəqilliyi uğrunda mübarizə fəalı Cho Dong-Shik tərəfindən qurulmuş özəl bir universitetdir.Dongduk Qadın Universiteti (DQU) 1950-ci ildə qurulan Dongduk Qızlar Məktəbinin əsasında yaradılıb. Dongduk Qadınlar Universiteti 1950-ci ildə dörd illik tədris ocağı kimi Dongduk Qızlar Məktəbinin (동덕 여자 대학) əsasında qurulmuşdur. 1967-ci ildə indiki ünvana köçmüşdür. Kollec 1980-ci ildə doktorantura açmaq üçün icazə almış və 1987-ci ildə bir universitet statusu qazanmışıdr. Universitetin mövcud statusu 2003-cü ildə aparılan struktur dəyişikliyi və akademik heyət seçimi nəticəsində formalaşmışdır. DQU səkkiz kollec, altı bölmə, 18 ixtisas, 16 ixtisas mərkəzi və yeddi aspirantura məktəbindən ibarətdir. Təxminən 7500 tələbə və 350 müəllim heyətinə malikdir. DQU dünyanın ondan artıq ölkəsinin 23 universiteti ilə beynəlxalq mübadilə müqavilələri bağlamışdır. DQU xaricdə təhsil proqramları təklif edir. Hər il tələbə və təcrübə mübadiləsi aparan səkkiz ölkənin 19 universiteti ilə beynəlxalq mübadilə proqramları həyata keçirir.
Drezden Texniki Universiteti
Drezden Texniki Universiteti (alm. Technische Universität Dresden‎) — Almaniyanın Drezden şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1828-ci ildə qoyulmuşdur. Bu ali təhsil müəssisəsi Almaniyanın 9 aparıcı texniki ali məktəbinin birliyi olan TU9 ittifaqının üzvüdür.
Dubrovnik Universiteti
Dubrovnik Universiteti (xorv. Sveučilište u Dubrovniku, lat. Universitas Studiorum Ragusina) — Xorvatiyanın Dubrovnik şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Vesna Vrtiprahdır. Xorvatiyanın ən gənc universiteti olan Dubrovnik Universitetinin əsası 2003-cü ildə qoyulmuşdur. Belə ki, həmin ilin 1 oktyabr tarixində Xorvatiya Təhsil və Texnologiya Nazirliyinin təklifi ilə Xorvatiya Respublikasının Hökuməti yekdil qərarına əsasən Dubrovnik Universitetinin yaradılması ilə bağlı Akt qəbul edildi. Beləliklə Dubrovnik Universiteti hüquqi status əldə edir və bundan sonra 16 noyabr 2003-cü il tarixində Dubrovnik Ticarət Məhkəməsinin Qeydiyyatına daxil edilmişdir. Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur. Universitetin 7 departamenti var: Balıqçılıq Departamenti Elektrik Mühəndisliyi və İnformasiya Texnologiyaları Departamenti İqtisadiyyat və Biznes Departamenti Mühəndislik Departamenti Dəniz Departamenti Kütləvi Kommunikasiya Departamenti İncəsənət və Bərpa Departamenti Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanaları bunlardır: Texniki və Bio-texniki Elmlər Kitabxanası Sosial Elmlər Kitabxanası Turizm Sənədləri və İnformasiya Mərkəzi 2010/2011 tədris ilində universitetdə 1,975 tələbə təhsil almışdır; müəllimlərin, peşə və elmi fəaliyyətdə məşğul olanların sayı isə 151 nəfər idi.
Dunauyvaroş Universiteti
Dunauyvaroş Universiteti (ing. University of Dunaújváros, mac. Dunaújvárosi Egyetem) — Budapeşt yaxınlığında Dunauyvaroş şəhərində yerləşən ali məktəbdir. Son 15 ildə tələbələrin sayı artıb və hal-hazırda burada 3500 yaxın tələbə təhsil alır. 2006-cı ildən bəri universitet əcnəbi tələbələr üçün beynəlxalq proqramlar təklif edir. 1 yanvar 2017-ci ilə kimi Dunauyvaroş Kolleci (macarca "Dunaújvárosi Főiskola", ingiliscə "College of Dunaújváros") adlanırdı. Dunauyvaroşda 1953-cü ildə Metallurgiya və Mexaniki Mühəndislik Texnikumun əsası qoyulmuşdu. Məqsəd, Dunay Dəmir sənayə fabrikini (Dunaferr Rt) lazımi mütəxəssislərlə təmin etmək idi. 1969-cu ildən bəri bir çox gənc mütəxəssislər institutda aldığı təhsil əsasında metallurgiya və mexaniki mühəndislik sahələrində ixisaslaşdılar və sənayə təcrübəsi qazandılar. Daha sonra Dunaferr Rt-in əhatəsi genişləndi, artıq texniki müəllimlik, mühəndis müəllimliyi kursları və informasiya texnologiyası kursları keçən kadrlar, 1990-cı ili əvvəllərindən isə iqtisadiyyat, texniki menecment, material mühənidisliyi və 2003-cü ildən kommunikasiya və mədəniyyət menecmentliyi üzrə də təhsil alanların da cəlb edilməsi başlanıldı.
Dyuk Universiteti
Dyuk Universiteti (ing. Duke University) — ABŞ-nin Şimali Karolina ştatının Darem şəhərində yerləşən özəl tədqiqatlar universiteti. Tarixi 1838-ci ildən başlayan bu ali məktəb 1924-cü ildə tütün maqnatı Vaşinqton Dyukun şərəfinə Dyuk Universiteti adlandırılıb. Dyuk Universitetinin tarixi Şimali Karolina ştatının Randolf qraflığında (hazırkı Triniti şəhəri) yerləşən Braun Məktəb Evinin təsis olunduğu 1838-ci ildən başlayır. Bu məktəbin adı Dyuk Universiteti adlandırılana qədər dörd dəfə dəyişir (Braun Məktəb Evi-1838–1841, Birləşmiş İnstitut Akademiyası-1841–1851, Normal Kollec-1851–1859, Triniti Kollec-1859–1924 və 1924-cü ildən Dyuk Universiteti). 1841-ci ildə Şimali Karolinada Birləşmiş Cəmiyyət İnstitutu və müqəddəs ata Brantli Yorkun rəhbərlik etdiyi bir qrup metodist və kvakerlər (İngiltərə və ABŞ-də kilsə mərasimlərini inkar edən xristian dini təriqətin üzvləri) tərəfindən təşkil olunan Braun Məktəb Evinin Birləşmiş İnstitut Akademiyası adlandırılması ilə bağlı xartiya buraxılır. Şimali Karolina ştatının Qanunvericilik Məclisi 1851-ci ildə akademiyanın Normal Kollec adlandırılması, 1853-cü ildə isə ona dərəcə verilməsi haqqında qərar qəbul edir. 1859-cu ildə məktəbin adı dəyişdirilərək Triniti Kollec adlandırılır, devizi isə "Bilik və Din" qəbul olunur. 1887-ci ildə Yel Universitetinin məzunu olmuş iqtisadçı Franklin Krouvel Triniti Kollecinin prezidenti təyin olunur. Krouvel tədris proqramlarını ciddi şəkildə nəzərdən keçirir.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (universitet)
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ya tam adı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) (rus. Московский государственный институт международных отношений (университет) Министерства иностранных дел Российской Федерации) — Rusiya Federasiyasında beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi. İnstitutun nəzdnində 4 elmi-tədqiqat institutu, 8 fakültə fəaliyyət göstərir. Hazırda 6000 tələbəsi vardır. İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti. Qasım-Comərd Tokayev — Qazaxıstan Respublikasının 2-ci prezidenti.
Bosniya və Herseqovina Milli və Universitet Kitabxanası
Bosniya və Herseqovina Milli və Universitet Kitabxanası ― Bosniya və Herseqovinanın Sarayevo şəhərində yerləşən əsas kitabxanası. Kitabxananın binasının rəsmi açılışı 20 aprel 1896-cı ildə olmuşdur. 1992-ci il avqustun 25-də kitabxana binası yanır və 700 əlyazma, inkunabula və digər qiymətli ədəbiyyat nümunələri oğurlanır. Bundan sonra binanın təmiri 4 mərhələdə; 1996-1997, 2000-2004, 2012, 2013-cü ildə həyata keçirilir və nəhayət 2014-cü il mayın 9-da restavrasiyadan sonra kitabxananın təmtəraqlı açılış mərasimi baş tutur.
M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitet
M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti (başq. М. Аҡмулла исемендәге Башҡорт дәүләт педагогия университеты (М. Аҡмулла исемендәге БДПУ)) — dövlət tabeliyində olan ali təhsil mərkəzi. Bugünkü gündə Başqırdıstan Dövlət Pedaqoji Universiteti 5 institut, 7 fakültə, 43 kafedraya sahibdir.. Başqırdıstan Dövlət Pedaqoji Universiteti öz mövcudluğu dönəmində 40 mindən çox mütəxəsis yetişdirmişdir. Ölkənin 20 ən yaxşı ali təhsil mərkəzlərindən biridir. Universitet "Auditoriya" qəzeti və "Başqırdıstan pedaqoji jurnalı" buraxır. M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti 9 yanvar 1967-ci ildə institut olaraq təşkil edilmişdir. Ölkədə ilk müəllimlər institutu 1909-cu ildə təşkil edilmişdir. 1919-cu ildə həmin tədris ocağı Xalq Təhsili İnstitutuna çevrilir. Onun tərkibinə sosial-tarix, biologiya-coğrafiya, fizika-riyaziyyat və dil-ədəbiyyat fakültələri daxil idi.
N.E. Jukovski adına Milli Aerokosmik Universitet - Xarkov Aviasiya İnstitutu
N.E. Jukovski adına Milli Aerokosmik Universitet və ya Xarkov Aviasiya İnstitutu (ukr. Національний аерокосмічний університет ім. М. Є. Жуковського «Харківський авіаційний інститут») - Ukraynanın aparıcı təhsil müəssisələrindən biridir, hansı ki, aviasiya və kosmik texnikanın tədqiqi və istehsalı sahəsi üzrə mütəxəssisləri hazırlayır. Xarkov Aviasiya İnstitutu 1930-cu ildə yaradılıb. Əvvəlcə onun tərkibinə iki fakültə, təyyarə və motor istehsalı fakültələri, daxil idi. İnstitutun yarandığı zaman onun cəmi 12 müəllim və 69 tələbəsi var idi. Amma institut tez inkişaf edirdi, və artıq 1932-ci ildə, XAİ-nun müəllimləri və tələbə-diplomçuları tərəfindən hazırlanmış - Avropada ilk yığılan şassisinə sahib olan - XAİ-1 sərnişin təyyarəsi havaya qalxdı. 1937-ci ilin noyabrından XAİ-da birinci raketləri layihələşdirən reaktiv qrup işləməyə başladı. 40-cı illərin başlanğıcına yaxın - institutda artıq təxminən 1000 tələbə var idi, eksperimental dizayn bürosu işləyirdi və fəal elmi araşdırmalar aparılırdı. İnstitutun ixtisaslaşması daimi genişlənirdi, yeni fakültələr açılırdı.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (universitet)
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ya tam adı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) (rus. Московский государственный институт международных отношений (университет) Министерства иностранных дел Российской Федерации) — Rusiya Federasiyasında beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi. İnstitutun nəzdnində 4 elmi-tədqiqat institutu, 8 fakültə fəaliyyət göstərir. Hazırda 6000 tələbəsi vardır. İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti. Qasım-Comərd Tokayev — Qazaxıstan Respublikasının 2-ci prezidenti.

Digər lüğətlərdə