VƏLİYƏDDİN

Ərəbcə “dinin dostu (qoruyucusu)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

VƏLİMƏMMƏD
VƏLİYULLAH
OBASTAN VİKİ
Vəliyəddin İsmayılov
Vəliyəddin İsmayılov (1943, Mozqaraçanlı, Kəlbəcər rayonu – 9 aprel 2024, Bakı) — 1969–1989-cu illərdə Kəlbəcər Rayon Sovetinin deputatı olmuşdur. "Əmək igidliyi", "Əməkdə fərqlənmə" və V. İ. Leninin 100 illik "Yubiley medalı" ilə təltif olunmuş, "Əmək veteranı", "Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin "Fəal Komsomol işinə görə", SSRİ İttifaqının "Şərəfli əməyə görə", "Əməkdə fərqlənmə" döş nişanları və bir neçə fəxri fərmanlar almışdır. Azərbaycan Respublikası Prezdentinin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli sərancamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023) ’’ yubiley medalı ilə təltif edilmişdir. == Həyat və fəaliyyəti == 1943-cü ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Moz-Qaraçanlı kəndində anadan olmuşdur. 1960-cı ildə Kəlbəcər rayonunun Ağcakənd kənd orta məktəbini bitirmişdir. 1960–1962-ci illərdə kolxozçu olmuş, 1967-ci ildə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1971-ci ildə Zaqafqaziya Komsomol Məktəbini, 1976-cı ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1967–1968-ci illərdə rayonun "Bakı" və "Qələbə" kolxozlarında mütəxəssis, 1968–1969-cu illərdə Kəlbəcər rayon Komsomol Komitəsində Təşkilat Şöbə müdiri, 1969–1973-cü illərdə Rayon Komsomol Komitəsinin birinci katibi işləmişdir. Ona etimad göstərilərək partiya işinə keçirilmiş, Rayon Partiya Komitəsində 1973–1974-cü illərdə təlimatçı işləmiş, 1974–1976-cı illərdə Bakı Ali Partiya Məktəbində dinləyici olmuşdur. 1976–1980-ci illərdə Kəlbəcər rayon Partiya Komitəsində Təşkilat Şöbəsinin müdiri, 1980–1983-cü illərdə Kəlbəcər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1983–1989-cu illərdə Rayon İcraiyyə Komitəsinin sədr müavini, Kəlbəcər rayon Aqrar-Sənaye Birliyi Şurasının sədri, 1989–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Aqrar Sənaye Komitəsində, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində, Ət-Süd Sənaye Nazirliyində, "Azəryeyintisənaye" Dövlət Şirkətində baş mütəxəssis, şöbə rəisi, Mərkəz direktoru işləmişdir. Üç ovladı, yeddi oğul nəvəsi var.

Значение слова в других словарях