Gabud

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kənd
Gabud
39°37′30″ şm. e. 45°35′32″ ş. u.
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Paşalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.840 m[1]
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 23 nəf. (2011)[2]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Gabud xəritədə
Gabud
Gabud
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gabudİrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[3]

Tarixi

Rayon mərkəzindən 16 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[4] qeyd edilmişdir. Kəndin adı ilk dəfə XIII əsrdən xatırlansa da, ərazidəki tarixi abidələr onun daha da qədim olduğunu göstərir. Belə ki, kəndin əsası X əsrdən əvvəl qoyulmuşdur[5].

Erməni mənbələrində kəndin adı Gyabut, Gyabud formalarında verilir[6][7].

Kəndin adı Azərbaycan dilində «qayalıqda keçən yol», «uçurum», «daşlıq» mənasında işlənən gab sözünə[8] -ud şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Kaput qoyulmuşdur.

Əhalisi

Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 116 nəfər, 1886-cı ildə 113 nəfər, 1897-ci ildə 159 nəfər, 1904 - cü ildə 140 nəfər, 1914 - cü ildə 154 nəfər, 1916-cı ildə 107 nəfər yalnız azərbyacanlı yaşamışdır[9].

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 33 nəfər, 1926-cı ildə 120 nəfər, 1931-ci ildə 181 nəfər[9], 1987-ci ildə 468 nəfər[10] yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ildə noyabrın sonunda Ermənistan dövləti kəndin sakinləri - azərbaycanlılar tamamilə öz ata-baba yurdlarından qovulmuşlar. İndi ermənilər yaşayır.

Kəndxudaları

Qaraçorluların kulakanlı tayfası

  • 1842 - Şahbəndə Ruşan oğlu (1800-?)[11][12]

Tanınmışları

İstinadlar

  1. https://www.cadastre.am/storage/files/pages/pg_8945925618_pg_907871769_HH_bnak._bar..pdf.
  2. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  3. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.60
  5. Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. s.88-89
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90
  7. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.874
  8. Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.126
  9. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91, 158-159
  10. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.344
  11. «Камеральное описаниеДаралагезского участка» - “Dərələyəz nahiyəsinin ka-meral təsviri” (F.25, siyahı 2, saxlama vahidi 6)
  12. "Arxivlənmiş surət". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.

Həmçinin bax