Müseyib bəy Əxicanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Müseyib bəy Əxicanov
27 sentyabr 1919 – 27 aprel 1920
FraksiyaMüsavat və bitərəflər fraksiyası
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
7 dekabr 1919 – 4 fevral 1919
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
1918 – 5 fevral 1919
ƏvvəlkiMəhəmməd Fəthi bəy
SonrakıRəşid bəy Axundzadə
bayraq
Bakı quberniyası qubernatorunun köməkçisi
bayraq2
1918 – 1918
QubernatorMəhəmməd Fəthi bəy
27 may 1918 – 7 dekabr 1918
FraksiyaMüsavat və demokratik bitərəflər qrupu
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
23 fevral 1918 – 26 may 1918
FraksiyaMüsəlman fraksiyası
QrupMüsavat və demokratik bitərəflər qrupu
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
Şəxsi məlumatlar
Doğum tarixi 12 oktyabr 1892(1892-10-12)
Doğum yeri
Vəfat tarixi 30 aprel 1920(1920-04-30) (27 yaşında)
Vəfat yeri
Təhsili

Müseyib bəy Əxicanov, Axıcanov və ya Axıcanlı (Müseyib bəy Qəhrəman bəy oğlu Əxicanov; 12 oktyabr 1892, Tomarxanlı[d], Cəlilabad rayonu30 aprel 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, Zaqafqaziya seyminin üzvü, Bakı şəhərinin qubernatoru.

Həyatı

Əxicanov Müseyib bəy Qəhrəman bəy oğlu 1892-ci ildə Cavad qəzasının Tomarxanlı kəndində anadan olub. 1912-ci ildə Kiyev Müqəddəs Vladimir Universitetində hüquq fakültəsini bitirib.[1] 1918-ci il fevralın 23-dən mayın 26-a qədər Zaqafqaziya seymində Müsəlman fraksiyasının üzvü olub. Zaqafqaziya Demokratik Federativ Respublikası dağıldıqdan sonra isə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub.[2] 1918-ci il noyabrın 19-da verilmiş Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilib.[3] "Müsavat" və bitərəflər fraksiyasının üzvü olub.[4][5]

1918-ci il sentyabrın 15-də Bakının azadlığı ilə nəticələnən Bakı döyüşündən sonra Bakının qubernatoru olan Fəthi bəyin müavini olub.[6] Daha sonra isə 1918-ci ilin noyabr ayından 1919-cu il fevralın 5-ə qədər Bakının qubernatoru vəzifəsini icra edib.[7][8]

Aprel işğalından sonra həbs edilib və 1920-ci il iyunun 6-da Nargin adasında güllələnib.[9]

Xatirəsi

Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Müseyib bəy Əxicanovu Azərbaycanın istiqlal şəhidi adlandırıb[10]

İstinadlar

  1. Tahirzadə, Ədalət. "Ukraynada bir ay". anl.az ( az). Azərbaycan müəllimi qəzeti. 2012-09-28. 2018-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-07.
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). I. Bakı: Lider nəşriyyat. 2004. 118. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  3. "Milli Şura :: Azərbaycan Xalq Cümhuriyyəti". web.archive.org. 2023-03-23. Archived from the original on 2023-03-23. İstifadə tarixi: 2023-11-07.
  4. "Parlament :: Azərbaycan Xalq Cümhuriyyəti". web.archive.org. 2018-06-02. Archived from the original on 2018-06-02. İstifadə tarixi: 2023-11-07.
  5. Hüseynov, Şirməmməd. ""Seym"dən Parlamana - M.Ə. Rəsulzadə". 525.az. 2014-08-09. 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
  6. "Arxivlənmiş surət". web.archive.org. Archived from the original on 2018-06-03. İstifadə tarixi: 2023-11-07.
  7. Turan, Azər. Darülmöminin (az.). Bakı. 2012. 142.
  8. Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: I cild: Parlament (az.). I. Bakı: Azərbaycan nəşriyyatı. 1998. 94. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
  9. Əliyarlı, İltifat; Behbudov, Tahir. İstiqlal fədailəri-Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 (az.). Bakı: Mütərcim. 2013. 339. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
  10. Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1990. 79. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-11-07.