Sarıca (Şəki)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Sarıca
40°52′32″ şm. e. 47°20′10″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sarıca xəritədə
Sarıca
Sarıca

SarıcaAzərbaycan Respublikasının Şəki rayonunun Qayabaşı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Sarıca qəsəbəsi Sarıca kəndi hesab edilmişdir.[2]

Sarıca kəndi 1930-cu ildə yaradılmışdır. Azərbaycan SSR-də mövcud olan Orconikidze adına taxılçılıq sovxozunun 3 nömrəli sovxozu kimi fəaliyyət göstərmişdir. Sovet təssərrüfat sistemi dağıldıqdan sonra Orconikidze taxılçılıq sovxozu ləvğ olunmuşdur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzindən 45 km Cənub-Qərbdə, Şəki yaylası ərazisində, Oğuz-Yevlax yolunun üstündə yerləşir. Kəndin yaxınlığndan Böyük Qafqaz çay sisteminə daxil olan Əlicançay keçir. Kəndin içməli suya olan təlabatı bu çay vasitəsilə təmin olunur.

Kəndin əhalisi 866 nəfər təşkil edir ki, onun da 424 nəfəri kişi, 442 nəfəri isə qadındır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalisi kənd təsərrüfatının əkinçilikmaldarlıq sahəsi ilə məşğul olur. Azərbaycanın əsas taxılçılıq mərkəzlərindən biridir.

Kənddə bir orta ümumtəhsil məktəbi, uşaq bağçası, ictimai tədbirlərin təşkili üçün mədəniyyət mərkəzi vardır.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]