Həsənqaydı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində kənd.[1]
Həsənqaydı | |
---|---|
39°22′18″ şm. e. 47°04′52″ ş. u.HGYO | |
Ölkə | |
Region | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 420 m |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Düzənlikdədir. Vəlixanlı adı ilə də tanınır. Kəndi XIX əsrdə maldarlıqla məşğul olan vəlixanlı tirəsinə mənsub ailələr salmışlar. Yaşayış məntəqəsi Həsənqaydı adlı köhnə kənd yerində salmışdır. Toponimin Həsənqayadın oroniminin təhrif forması olduğu güman edilir. Həsən (ş.a.), qaya (yüksəklik, dağ) və din (yaylaq, düşərgə) komponentlərindən düzəlib, "Həsənqaya yaylağı" mənasındadır.[3]
Əsas təsərrüfatı heyvandarlıq idi.
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |