Kürdlər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Kürdlər kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir.[2] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Kürdlər | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.020 m |
Saat qurşağı |
Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur. Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı Şotlanlı kürd tayfasına məxsus qışlaq yeri (Kürdlər qışlağı adlanırdı) olmuşdur. Sonralar burada salınmış yaşayış məntəqəsi köhnə qışlağın adı ilə tanınmışdır. Əslində isə kənd sakinlərinin kürdlərlə heç bir etnik əlaqəsi yoxdur. 1922-ci ildə çap edilmiş yaşayış məntəqələrinin siyahısında da kəndin adı Hacıisaqlı kimi qeydə alınmışdır.[3]
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |