Sofulu (Cəbrayıl)

SofuluAzərbaycan Respublikasının Cəbrayıl rayonunun Dağ Tumas kənd inzibati ərazi dairəsində kənd.[1] Qarabağ silsiləsinin yamaclarında,[2] Cəbrayıl şəhərindən 18 km qərbdə yerləşir.[3]

Sofulu
39°22′20″ şm. e. 46°49′04″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 850 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sofulu xəritədə
Sofulu
Sofulu

Kəndin adı türk tayfası olan Sofulu tayfasının adı ilə əlaqələndirilir.[3][4]

Sofulu tayfası yay aylarını Zəngəzurda, qış aylarını isə Qarabağda keçirirdi. Sonradan məskunlaşaraq Sofulu adlanan bir neçə kənd qurmuşlar.[3]

Rusiya İmperiyası dövründə kənd Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının Əhmədli kənd sovetliyinə daxil idi.

Birinci Qarabağ müharibəsində kənd Ermənistan qüvvələri tərəfindən işğal edilmiş və məhv edilmişdir.[5][6][7]

25 oktyabr 2020-ci il tarixində, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu Sofulu kəndi üzərində nəzarəti bərpa edərək kəndi azad etmişdir.[5][8] 26 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Sofulu kəndinin azad olunduğunu və Azərbaycanın nəzarətinə qaytarıldığını elan etmişdir.[9][10][11]

Sovet dövründə kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun tərkibində idi. 1933-cü ildə Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Azərbaycan SSR-in Cəbrayıl rayonunun Əhmədli kənd sovetliyinə daxil olan Sofulu kəndində 46 təsərrüfat və 294 sakin var idi. Kənd sovetliyinin bütün əhalisi azərbaycanlılardan (mənbədə "türk" kimi göstərilmiş) ibarət idi.[12]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Sofulu kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq idi.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Cəbrayıl rayonunun Sofulu kəndi". Azerbaijan State News Agency. 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  3. 1 2 3 Azərbaycan toponimlərinin ensiklopedik lüğəti (az.). II. Baku: Şərq-Qərb. 2007. 193. ISBN 978-9952-34-156-0. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  4. "Qədim türk yurdu Sofulu". Azadliq (az.). 2013-09-18. 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  5. 1 2 "Sofulu village, Jabrayil district". Azerbaijan State News Agency. 2023-03-10. 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  6. "Footage from liberated Sofulu village of Azerbaijan's Jabrayil district". Report News Agency (ingilis). 2021-07-24. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  7. "Video footage of the Sofulu village of the Jabrayil region – VIDEO". MINISTRY OF DEFENSE OF THE REPUBLIC OF AZERBAIJAN (ingilis). 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  8. "Baku frees 17 more villages from Armenia's occupation". www.aa.com.tr. 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  9. "Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - VİDEO". AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ (az.). 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  10. "President Ilham Aliyev announced names of villages of Zangilan, Jabrayil and Gubadli districts liberated from occupation yesterday". www.virtualkarabakh.az. 2020-10-26. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  11. "Azerbaijani President announces villages liberated from Armenian occupation yesterday". aztv.az. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  12. Административное деление АССР (rus). Baku: Издание АзУНХУ. 1933. 24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]