Sədi — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kənd inzibati ərazi dairəsində kənd.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Sədi | |
---|---|
39°21′00″ şm. e. 47°01′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 350 m |
Saat qurşağı | |
Kəndin adı Sədili variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, kəndi Sədi adlı şəxs saldığına görə belə adlandırılmışdır. Əslində oykonim azərbaycanlıların etnogenezində iştirak etmiş sədulu tayfasının adı ilə bağlıdır.[2]
Kənd Arazboyu düzənlikdə yerləşir.
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edir.
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |