Alıkeyxalı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Maşanlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Soltanlı kənd Sovetindən Alıkeyxalı kəndi Maşanlı kənd Sovetinin tərkibinə verilmişdir.[2] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal dövründə kənd yerlə-yeksan edərək xarabalığa çevrilib.[3] 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4][5]
Alıkeyxalı | |
---|---|
39°13′58″ şm. e. 47°02′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 260 m |
Saat qurşağı | |
Oykonim Alıkeyxalı/Alıkoyxalı/Alıkovxalı kimi qeydə alınmışdır. Yaşayış məntəqəsi keçmişdə Beydili adlanan ərazidə salınmışdır. Yerli əhalinin məlumatına görə, XVI əsrdə yaşamış Cəbrayıl adlı kişinin altı oğlundan birinin adı Alı olmuşdur. Ataları öldükdən sonra onların saldıqları kəndlər də öz adları ilə adlanmışdır. Bu kəndlərdən biri də indiki Alıkeyxah (Alıkovxalı)dır. Oykonim Alı kovxa (antr.) və -lı (mənsubluq, aidlik ifadə edən şəkilçi) komponentlərindən düzəlib, "Alı yüzbaşıya məxsus kənd" deməkdir. Zaqatala rayonu ərazisində Alkoxalı (Alıkovxalı) çay adının qeydə alınması bu ərazidə də vaxtilə eyniadlı yaşayış məntəqəsinin olmasından xəbər verir.[6]
Kənd dağətəyi ərazidə yerləşir.
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Cəbrayıl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |