Tatar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Tatar kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir.[2] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Tatar | |
---|---|
39°26′47″ şm. e. 46°55′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 980 m |
Saat qurşağı | |
Oykonim özündə türk tayfalarından olan tatarların adını əks etdirir. Erkən orta əsrlərə aid Orxon-Yenisey yazılı abidələrində də tatarların adı çəkilir. Tatar etnonimi ilk dəfə VI-IX əsrlərdə Baykal gölündən cənub-şərqdə köçəri həyat sürən monqol tayfalan arasında qeydə alınmışdır. XIII əsrdə monqol işğalları dövründə tatarların adı avropalılara da məlum oldu. Həmin bu dövrdən başlayaraq monqol işğalları zamanı Azərbaycana gəlmiş tatarlann bir qismi burada məskunlaşdılar. Monqol tarixinin tədqiqatçısı Rəşid-əd-Din monqol yürüşlərində türkdilli tayfaların iştirakından danışarkən Qafqazda tatar etnoniminin iştirakı ilə 14 toponim qeyd edir. Keçən əsrin əvvəllərində Zəngilan rayonunda Tatar Kosalar, Zəngilan və Bərdə rayonlarında Tatarkənd adlı yaşayış məntəqələri olmuşdur. Tatar qayası (Qax rayonunun Armudlu kəndi), Tatar qaya (Laçın rayonu, Haqnəzər kəndi), Tatarlılar yaylağı (Laçın rayonu, Alxaslı kəndi), Tatar dərəsi (Zəngilan rayonu, Vejnəli kəndi; Cəbrayıl rayonu, Kürdlər kəndi), Tatar düzü (Cəbrayıl rayonu, Nüsüs kəndi) və s. də məlumdur. Dağıstanın Dərbənd rayonunda Tatarxankənd kəndi, Rusiyanın Novosibirsk vilayətində Tatarsk adlı şəhər, Krımın Baxçasaray və Simferopol rayonlarında Tatarköy, Tatar Osman, Tatarıstanın Əlki rayonunda Tatar Suiksu, Tatar Şəpkəse adlı yaşayış məntəqələri qeydə alınmışdır.[3]
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |