Ağtəpə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kənd inzibati ərazi dairəsində kənd.[1]
Ağtəpə | |
---|---|
39°21′30″ şm. e. 47°01′34″ ş. u.HGYO | |
Ölkə | |
Region | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 400 m |
Saat qurşağı | |
20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Düzənlikdədir. Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində Daş Veysəlli kəndindən ayrılmış bir qrup ailə tərəfindən Ağtəpə adlanan yerin yaxınlığında salınmışdır. Adını ərazidəki eyni-adlı dağdan almışdır. İran (Ağtəpə), Sibir (Aktöbe), Əfqanıstan (Aqtəpə, Aqtubə), Özbəkistan (Oktepa), Türkmənistan (Aqdepe), Tatarıstan (Aktübe) toponimiyasında da eyniadlı oykonimlər qeydə alınmışdır.[3]
Cəbrayıl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |