Hacılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun eyniadlı[1] inzibati-ərazi vahidinə daxil olan bir kənddir[2]. Kənd düzənlikdə yerləşir.[3] Cəbrayıl şəhərindən 5 km cənubdadır.
Hacılı | |
---|---|
39°18′37″ şm. e. 47°04′14″ ş. u.HGYO | |
Ölkə | |
Rusiya İmperiyası dövründə Hacılı 1 və Hacılı 2 kəndləri Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının eyniadlı kənd dairəsinə daxil idi.[4]
Sovet işğalından sonra Hacılı Azərbaycan SSR-in Cəbrayıl rayonunda eyniadlı kənd sovetliyinin tərkibinə daxil idi.[3] Kənddə klub, kitabxana və tibb mərkəzi var idi.[3]
1933-cü ildə Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Azərbaycan SSR-in Cəbrayıl rayonunun Daş Veysəlli kənd sovetliyinə daxil olan Hacılı kəndində 79 təsərrüfat (17 ümumiləşdirilmiş və 62 xüsusi sahibkar) və 296 sakin (153 kişi və 143 qadın) var idi. Daş Veysəlli kənd sovetliyinin bütün əhalisi türklərdən (azərbaycanlılardan) ibarət idi.[5]
1993-cü ilin avqustunda Qarabağ müharibəsinin nəticəsi olaraq kənd Ermənistan qüvvələri tərəfindən işğal olunmuşdur.
19 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Hacılı kəndinin bir hissəsinin Azərbaycan Ordusu tərəfindən azad edildi.[6][7] Üç gün sonra Prezident Əliyev kəndin digər hissəsinin də azad edildiyini bəyan etdi.[8] 7 noyabr tarixində Azərbaycan Müdafiə Nazirliyi Hacılı kəndinin Azərbaycan nəzarətində olduğunu göstərən video görüntüləri yayımladı.[9]
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının eyniadlı kənd dairəsinə daxil olan Hacılı 1 və Hacılı 2 kəndlərində 63 ev var idi və burada 272 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş), dini baxımdan şiə olan kəndlilər yaşayırdı, onlardan 10-u ruhani nümayəndəsi idi, digərləri isə kəndlilər idi.[4]
1912-ci il "Qafqaz Təqvimi"nə görə, Qaryagin qəzasının Hacılı kəndində 451 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.[11]
1986-cı ildə kənddə 383 nəfər yaşayırdı. Kənd əhalisi heyvandarlıq, buğda əkinçiliyi, ipəkçilik və üzümçülüklə məşğul olurdu.[3]