Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:
Ömər (ad).
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب; təq. 586, Məkkə – 3 noyabr 644[1], Mədinə) — 634–644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․
581-ci ildə Məkkədə doğulub.
3 noyabr 644-cü ildə Mədinədə vəfat edib.
Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü.
- Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634).
- Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər.
- Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır.
- Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır.
- Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı.
Müsəlmanlara Şimali İraq və İranın qapılarını açan meydan döyüşü (15/636).
- Bu döyüşün nəticəsində müsəlmanlar böyük miqdarda qənimət ələ keçirdilər. Bunların ən qiymətlisi İran bayrağı idi.
- Sərkərdə Rüstəmin Hilal ibn Ulləfə tərəfindən öldürülməsindən sonra Sasani ordusu dağıldı.
- Bu qələbə nəticəsində İraqın qapıları müsəlmanların üzərinə açıldı.
- İran dövlətinin süqutu başlandı.
- Sasanilərin paytaxtı olan Mədainin fəthinə az qaldı.
Suriyada Bizans hökmdarlığına son qoyan və müsəlmanların bölgəyə hakim olmasına səbəb olan döyüş (15/636).
- Bizans ordusu ağır bir məğlubiyyətə uğradı.
- Sərkərdə Theodoros və çox sayda əsgər öldürüldü.
- Sağ qalanlar Fələstin, Hələb və Əlcəzair tərəflərə qaçdılar.
- Suriyada Bizans hakimiyyətinə son qoyuldu.
- Müsəlmanlar Suriyaya hakim oldular.
Ömərin dövründə İraqda müsəlmanlarla Sasanilər arasında cərəyan edən döyüş.
- Müsəlmanlar böyük bir həmlə ilə Sasani ordusunu məğlub etdilər.
- Böyük qənimət ələ keçirildi.
- Celula döyüşü ilə müsəlmanlar Kadisiyədən sonra Sasanilərə böyük bir zərbə vurmuş oldular.
Bu Döyüş 13 Ramazan sonu/Kasım 634-cü ildə baş vermişdir.
- Müsəlmanlar döyüşdə məğlub oldular.
- İlk fəthlər sırasında ən ağır məğlubiyyətlərdən sayılır.
Bu döyüş 642-ci ildə Xilafət və Sasanilər arasında baş vermişdir.
- Sasani ordusu məğlub oldu.
- Bu məğlubiyyətdən sonra Sasanilər bir daha özlərinə gələ bilmədilər və imperiya sürətlə dağılmağa başladı.
- Nəhavənddə qazanılan zəfər Fəth-ul-futuh (fəthlər-fəthi) adlandırılmışdır.
- Bu döyüşdən sonra müsəlmanlar İranı demək olar ki, heç bir maneəyə rast gəlmədən fəth etmişdilər.
Misir 642-ci ildə fəth edildi.
- Müsəlman Ərəblər, Misirin yerli xalqına heç bir zülm vermədilər, əksinə onlarla çox yumşaq rəftar edirdilər. Onları dinlərində qalmaq və ya İslamı qəbul etmək xüsusunda sərbəst buraxdılar. Misirlilərdən müsəlman olanlar, müsəlmanların tabe olduqları hüquqlara tabe oldular.
- Müsəlman Ərəblər Misirin yerli xalqına dini azadlıq vermişdilər. Amr ibn As Bablyon qalasını ələ keçirdikdən sonra bu xüsusu təkid etməkdəydi.
- Ərəblərin Misirdə yaxşı idarəsinə dəlalət edən bir məsələdə Yaqubilər və Məlqanilər arasında bərabərlik qərar vermişdir. Müsəlman Ərəblər, bu iki xristianlıq məzhəbini qanun qarşısında bərabər tutmuşdu.
- Müsəlman Ərəblər, Misir ərazisini yerli xalqa buraxmışdılar. Beləliklə Misirlilər, uzun vaxtdan bəri əldə edə bilmədikləri böyük bir rahatlığa qovuşmuşdular.
Şam şəhəri Rəcəb ayında 635-ci ildə fəth edildi.
- Əhalidən cizyə vergisi alınırdı.
- Cizyə milli müdafiə vergisi olduğu üçün özlərini qorumamaq şərtiylə Şam əhalisindən alınan cizyələrdə iadə edildi.
- Cizyə qızıl olaraq 4 dinar və ya gümüş olaraq 40 dirhəm idi.
Qüdüsün fəthi 17/638 bəzi qaynaqlara görə isə 16/637-ci ildə tamamlanmışdır.
- Qüdsə yəhudilər yerləşdirilmədi. Buna qarşılıq olaraq Qüdüs xalqı, digər şəhərlər kimi cizyə verməli idi.
- Qüdüs xalqına dini inanclar məsələsində azadlıq verildi.
- İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.96.
- Hakkı Dursun Yıldız. Ecnadeyn savaşı, DİA, Cild-10, Səh-385
- Hasan İbrahim Hasan. Mısırın Fethi, İslam Tarihi, İstanbul 1991, Səh 298–309
- Hayrettin Yücesoy. Kadisiye savaşı, DİA, Cild-24, Səh 136–137
- Mustafa Fayda. Celula savaşı, DİA, Cild-7, Səh 272–273
- Mustafa Fayda. Yermuk savaşı, DİA, Cild-43, Səh 485–486
- Nuri Ünlü. Köprü vakası, İslam Tarihi, İstanbul 2015, Səh 100–101
- Nuri Ünlü. Nihavent vakası, İslam Tarihi, İstanbul 2015, Səh 105–107
- Nuri Ünlü. Şamın Muhasara və Fəthi, İslam Tarihi, İstanbul 2015, Səh 108–109
- Nuri Ünlü. Filistin və Küdüsün Fethi, İslam Tarihi, İstanbul-2015, Səh 110–111
- Nuri Ünlü. Mısırın Fethi, İslam Tarihi, İstanbul 2015, Səh 112–113
- Nuri Ünlü. Nihavend savaşı, İslam Tarihi, İstanbul 1984, Səh 65
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|
|
---|
|
---|
Bağdad xəlifələri (749–1258) | |
---|
Qahirə xəlifələri (1261–1517) | |
---|
[B] Yalnız Bağdad şəhərində xəlifə olaraq tanınmış şəxslər. |
Osmanlı xanədanlığı |
---|
Quruluş | |
---|
Yüksəlmə | |
---|
Durğunluq | |
---|
Geriləmə | |
---|
Dağılma | |
---|
|