Əlimədətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.[2]
Əlimədətli | |
---|---|
40°03′31″ şm. e. 46°49′09″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0221[1] |
Kənd 1993-ci il iyunun 15-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[3]
1930-cu ilə qədər Əlimədətli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.
Əlimədədli kəndi rayon mərkəzindən 32 km. şimal-qərbdə, Xaçın çayının sol sahilindən 2 km. aralı, Kiçik Qafqaz dağlarına aid olan Qarabağ silsiləsinin şimal-şərq ətəyində yerləşir; Ağdam rayonunun Əliağalı kəndiylə qonşudur. Əlimədədli kəndi 15 iyun 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikasının Göygöl rayonunda da Əlimədədli kəndi var.
İşğala qədərki dövrdə Əlimədədli kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, xəstəxana, texniki-peşə məktəbi, uşaq bağçası, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi; Xaçınçay su anbarı da bu kəndin ərazisindədir. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Əlimədədli kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər.
2006-cı ilin siyahıya alınma məlumatına görə, Əlimədədli kəndinin əhalisi 1069 nəfərdir. İşğala qədərki dövrdə əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq və bağçılıq olub. Əslən Əlimədədli kəndindən olan xalq yazıçısı Bayram Bayramov özünün “Yarpaqlar” romanında Əlimədədli camaatının məişətini, adət-ənələrini, həyat tərzini özünəməxsus ustalıqla təsvir edib. Əlimədədlilər erməni işğalçılarına qarşı mübarizədə daim ön sırada olublar, igidlik nümunəsi göstəriblər.