Boyəhmədli (Ağdam)

BoyəhmədliAzərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd.[2]

Boyəhmədli
40°07′51″ şm. e. 46°51′46″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 81 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Boyəhmədli xəritədə
Boyəhmədli
Boyəhmədli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənd 1993-ci il iyunun 26-da Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[3]

Boyəhmədli Azərbaycan Respublikasının Ağdam rayonunda kənddir; rayon mərkəzindən 17 km. şimalda, Qabartı çayının hər iki sahilində, Qarabağ dağ silsiləsinə aid olan Qaraman dağının şərq ətəyində və Qarabağ düzündədir. İqlimi isti, quru subtropikdir. Boyəhmədli, Qarabağın füsünkar dağətəyi kəndlərindən biridir, onun gözəlliyi bədii ədəbiyyatda da öz əksini tapıbdı. Naxçıvan MR Culfa rayonunda da Boyəhmədli adlı kənd var.

1930-cu ilə qədər Boyəhmədli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.

Boyəhmədli, Qızıllı Kəngərli və Salahlı Kıngərli kəndlərinin arasında ilk tunc dövrünə aid olan Boyəhmədli kurqanları(80-ə yaxın kurqan) var. Kəndin şimalında Papravənd – Boyəhmədli kurqanları, cənubunda isə ilkin orta əsrlərə aid Gavurqala yaşayış yeri və Daş qutusu nekroloqu mövcuddur. Kəndin özündə XIX əsrə aid olan məscid var. İşğala qədər Boyəhmədli kəndində uşaq bağçası, kitabaxana, tibb məntəqəsi, rabitə şöbəsi, müxtəlif ticarət-iaşə obyektləri, şərab zavodu və orta məktəb var idi. Boyəhmədli kənd orta məktəbi XX əsrdə Ağdam rayonu camaatının maariflənməsində böyük rol oynayıb. O vaxt heç də hər kənddə orta məkəb yox idi, ona görə də ətraf kəndlərin uşaqlar bəzən dörd-beş km. yol qət edərək gəlib Boyəhmədli məktəbində təhsil alırdılar. Boyəhmədli orta məktəbi tarixə “yeddi kəndin məktəbi” kimi düşüb.

İşğaldan əvvəl Boyəhmədli kəndində 1613 nəfər əhali yaşayırdı. Əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılq və üzümçülük idi.

Tanınmış şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Əlişov Həsən Sədaqət oğlu,
  • Əmirov Zaur Rasim oğlu,
  • Əşrəfov Əşrəf Qaraş oğlu,
  • Fərzəliyev Əbülfəz Salman oğlu,
  • Xudiyev Eldəniz Oktay oğlu,
  • Maqsudov Camal Vəli oğlu,
  • Salmanov Vitali Məhəmməd oğlu,
  • Salahov Sahib Salman oğlu,
  • Şükürov Təhmasib Hadı oğlu,
  • Yağnalıyev Zakir Alay oğlu.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Boyəhmədli Ağdam rayonunun Boyəhmədli kəndi yaxınlığında dağ. Hündürlüyü 386 m. Etnotoponimdir.[4]

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.
  4. Boyəhmədli (Ağdam) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 148. ISBN 978-9952-34-155-3.

İstifadə olunan ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Sovet Ensiklopediyası – 1978-ci il, II cild,
  • Azərbaycan Milli Ensiklopediyası – 2013-cü il, VI cild,
  • Baxşeyiş Abbasoğlu, “Ağdam ağrıları”ı – 2003-cü il.
  • Ramiz Abbaslı “Yedddi kəndin məktəbi”ı – 1996-cı il.
  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001.