Xaçındərbətli

Xaçındərbətli (keçmişdə Xaçındörbətli) — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.[1]

Xaçındərbətli
40°02′ şm. e. 46°50′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 684 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 67 nəf. (2005)
Xəritəni göstər/gizlə
Xaçındərbətli xəritədə
Xaçındərbətli
Xaçındərbətli

1989-cu illərdə kənd ərazisində su anbarı tikilərək, balıqçılıq təsərrüfatısu-elektrik stansiyası yaradılıb.

Birinci Qarabağ Müharibəsi zamanı Xaçindərbəndlidən Ağdam şəhərinin elektroenergetika sistemi qidalandırılıb. Bunun nəticəsində şəhərdə elektrik kəsintilərinin müddətinin azaldılmasına nail olunub.

Kənd 1993-cü il iyunun 15-də, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Ordusu tərəfindən işğal olunaraq, Armenakavan adlandırılıb.

20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[2]

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Xaçındərbətli kəndinin əhalisinin sayı 67 nəfər təşkil edirdi[3].

2022-ci ildə kənd ərazisində su anbarı bərpa edildi.

Yuxarı Qarabağda məskunlaşmış monqol mənşəli dörbət (monqolca adı dörvöd) tayfası buralarda iki məntəqə yaranmışdır və onları fərqləndirmək üçün biri Xaçın Dörbətli, digəri Cinli Dörbətli adlandırılmışdır. 1477-ci ilə aid mənbədə Qarabağda Dərbət-Aran və ya Vaqan Dərbət Aran adlı kəndin olması da qeyd olunmuşdur.[4]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.
  3. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine — səh. 1
  4. B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri 2005-ci il