Alıbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.[1]
Alıbəyli | |
---|---|
40°05′44″ şm. e. 47°09′32″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 117 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0246 |
Keçmiş adı Tərəkəmə Alıbəylidir. Kəndi tərəkəmə elatının alıbəyli tirəsi saldığı üçün belə adlandırılmışdır. Sonralar toponimin birinci komponenti düşmüşdür. Etnooykonimdir. 1933-cu ildə Cəlilabad rayonunun Qaralı inzibati ərazi vahidində də eyniadlı kənd qeydə alınmışdır[2].
Azərbaycan SSR-in 1926-cı il tarixli inzibati-ərazi bölgüsünə əsasən Alıbəyli kəndi Ağdam qəzasının Xındırıstan dairəsinə aid edilib[3].
1929-cu il inzibati ərazi islahatı nəticəsində Alıbəyli kəndi Azərbaycan SSR Üçoğlan kənd Şurasının (Sovetliyinin) tərkibində aid edilib.
1961 - 1977-ci illərdə Alıbəyli Üçoğlan Sovetliyində fəaliyyət göstərib[4][5].
Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[6] ilə Üçoğlan bələdiyyəsinin əhatə etdiyi Alıbəyli, Böyükbəyli və Kiçikli kəndlərində Alıbəyli bələdiyyəsi təşkil edilmiş, onun nizamnaməsi qəbul edilmişdir.
Alıbəyli Bələdiyyəsi 2004-cü ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[7] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[8] uyğun olaraq, Alıbəyli Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[9] əsasən Alıbəyli kəndi Alıbəyli bələdiyyəsinin mərkəzidir. Həmin bələdiyyənin ərazi hüquqlarında aşağıdkı yaşayış məntəqələri mövcuddur:
Üçoğlan kənd iəd | Alıbəyli kəndi |
Birinci Alıbəyli qəsəbə iəd | Birinci Alıbəyli qəsəbəsi |
İkinci Alıbəyli qəsəbə iəd | İkinci Alıbəyli qəsəbəsi |
Üçoğlan kənd iəd | Böyükbəyli kəndi |
Üçoğlan kənd iəd | Kiçikli kəndi |
Alıbəyli Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[10] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvüdür.
"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[11] uyğun olaraq, Alıbəyli Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.
Ağdam rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |