Maqsudlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd.[1]
Maqsudlu | |
---|---|
40°05′13″ şm. e. 46°54′53″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyanatının 6-cı bəndinə əsasən 20 noyabr 2020-ci ildə işğaldan azad edilmişdir.
Maqsudlu kəndinin yerli əhalisi əsasən türklərdən formalaşıb. Ağ Hunların davamçıları sayılan bu kənd əhalisi Asiyadan Anadoluya daha sonra Naxçıvan ən son Ağdam rayonu ərazisində yerləşib. Xarici görünüşləri əsl türklərə aid hündür boy, rəngli gözləri ilə fərqlənir. Kənd məşhur ağ daş karxanalarıyla məşhurdur. Çullu-kənddə azlıq təşkil etsələr belə onlar Dərbənd şəhərinin keçmiş adı Çol şəhərindən köç ediblər.Ərəblər VII əsrdə Dərbənddə hücum edərkən maldarlıqla məşğul olan bir qrup əhali Arana köç etməyə başlayır yerli əhali onlara çollu deyərək müraciət ediblər,Ağ hun tayfasına mənsub olub,Dərbənd şəhərinin qurucuları hesab olunurlar.
XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan Ağdam şəhərində özü üçün ağ daşdan (Maqsudludan əldə edilən) imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mərkəzə çevrilib. Bu mənada "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdamın ən gözəl ağ daşları bu kəndin daş karxanalarından əldə edilib. Ağdam şəhər mərkəzinə ən yaxın olan kəndlərdən biridir.
Qədim tarixə malik bu kənddə 15–18 əsrə aid tarixi tikililər var.
Ağdam rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |