Böyükbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.[1]
Böyükbəyli | |
---|---|
40°06′11″ şm. e. 47°08′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0246 |
Böyük Bəyli Ağdam rayonunun Üçoğlan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Əsli Böyükbəylidir. Keçmış adı Böyükbəy Tərəkəmə olmuşdur. XIX əsrin sonunda Üçoğlan kənd icmasına mənsub bir qrup tərəkəmə elat öz bəylərinin adları ilə Tərəkəmə Abdulbəy, Tərəkəmə Böyükbəy, Tərəkəmə Mirzəbəy və Tərəkəmə İmamqulubəy adlanırdı. Sonralar toponimin tərkibindən tərəkəmə sözü düşmüş və kənd bəyin adı ilə adlandırılmışdır. Etnotoponimdir[2].
Ağdam rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |