Evoğlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Evoğlu | |
---|---|
40°01′ şm. e. 47°05′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0230 |
Evoğlu - Ağdam rayonunda kənd adı. Əsl adı İvəoğlu. Səlcuq oğuzlarının İvə tayfasının adından və “oğlu“, “övladı“ sözündəndir. İvəoğlu Qarabağda Kəngərlərin Qaraxanbəyli tayfasının qollarından biri idi. Bu kənd İbrahim xanın bacısı Gövhər ağaya mənsub 14 ailənin məskunlaşmasından yaranmışdır.[2]
Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[3] Əhalisinin əksəriyyəti əkinçilik və maldarlıqla məşğul olur.
Həmçinin Evoğlu kəndində aid videomateriallar: