Hacıməmmədli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd,[1] düzənlik ərazidə yerləşir.
Hacıməmmədli | |
---|---|
40°01′03″ şm. e. 47°05′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0217 |
Ağdam rayonunun Əfətli inzibati ərazi vahidində, “Yaşayış məntəqəsi kəbirli tayfasının ulubabalı qoluna mənsub hacıməmmədli tirəsinin Ağburun adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tirənin tam adı hacıməhəmmədhüseynli olmuşdur ki, bu da “Hacı Məmməd Hüseynin nəslindən olanlar, hacıməmmədlilər” mənasındadır [2]
Oykonim Hacı dini titul bildirən termindən, Məmməd şəxs adından və -li mənsubluq bildirən şəkilçidən yaranmışdır. Hacı dini anlamlı sözdür. Qədim dini mərkəz olan Məkkəni ziyarət edən adam Hacı adlanır[3]. Bu sözə “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir. Məsələn: “Ol Məkkəyə sağ varsa, əsən gəlsə, sidqi bütün Hacı görkli” [4]. Hacı sözü alınma söz olmasına baxmayaraq, Azərbaycan onomastik sistemində geniş yayılmışdır. Məsələn: Hacı, Hacıağa, Hacıbala, Hacıməmməd, Hacısəməd, Hacıhüseyn və s. şəxs adları; Hacılar (Bərdə r-nu), Hacıalılar (Gədəbəy r-nu), Hacıağalar (Quba r-nu), Hacıbəbir (Sabiradad r-nu), Hacıqədirli (Ağsu r-nu), Hacıələkbərli (Gədəbəy r-nu), Hacıqurbanoba (Xaçmaz r-nu), [5] Hacıağabəyli (Göyçay r-nu), Hacıqurbanoba (Xaçmaz r-nu) və s. toponimlər hacı sözünün iştirakı ilə yaranmışdır. Məmməd şəxs adı isə İslam dininin banisi Mühəmmədin ərəbcə adının qısaldılmış forması olub, “bəyənilən, xoşagələn” [6] mənasını verir. Cəlilabad rayonunda Hacıməmmədli, Xaçmaz rayonunda isə Hacıməmmədoba adlı kənd var.
Ağdam rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |