Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər (2005)

2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərMilli Məclisə 3-çağırış seçkilər 2005-ci il 6 noyabrda keçirilmişdir.

← 2000  Azərbaycan  2010 →
Azərbaycanda parlament seçkiləri (2005)
6 noyabr 2005
Seçici fəallığı 42.20%
Rəhbər İlham Əliyev İsa Qəmbər Fəzail Ağamalı
Partiya Yeni Azərbaycan Partiyası Müsavat Partiyası Ana Vətən Partiyası
İttifaq Azadlıq Bloku
Tutulan yerlər 5752
Dəyişən yerlərin sayı 15 3 1
Əvvəlki yerlərin sayı
Rəhbər Sabir Rüstəmxanlı Asim Mollazadə Əli Kərimli
Partiya Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası
İttifaq Demokratik Azərbaycan Bloku Azadlıq Bloku
Tutulan yerlər 211
Dəyişən yerlərin sayı 1 4
Əvvəlki yerlərin sayı
Rəhbər Əvəz Temirxan Xanhüseyn Kazımlı İqbal Ağazadə
Partiya Azərbaycan Liberal Partiyası Azərbaycan Sosial Rifah Partiyası Azərbaycan Ümid Partiyası
İttifaq Milli Birlik Hərəkatı
Tutulan yerlər 111
Dəyişən yerlərin sayı 1 1
Əvvəlki yerlərin sayı
     YAP      Müsavat      AVP      VHP      ADİSP      AXCP      ALP      ASRP      ÜMİD      BQP      BAXCP və      VBP-nin seçildiyi seçki dairələri

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq, 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar özünün qərarları ilə 2005-ci ildə:

  1. Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Azərbaycan Respublikaçılar Partiyası tərəfindən 21 iyulda yaradılmış "İslahat" ;
  2. Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi PartiyasıAzərbaycan Demokrat Partiyası tərəfindən 21 iyulda yaradılmış "Azadlıq";
  3. Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Milli Hərəkat Partiyası tərəfindən 21 iyulda yaradılmış "Yeni Siyasət-yeS";
  4. Vəhdət və Birlik partiyaları tərəfindən 24 iyulda yaradılmış "Azərbaycançı Qüvvələr";
  5. Ədalət Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən 24 iyulda yaradılmış "Demokratik Azərbaycan";
  6. Azərbaycan Xalq Demokratik Partiyası və Vahid Azərbaycan Partiyası tərəfindən 24 iyulda yaradılmış "Azərbaycan Naminə Seçki Bloku";
  7. Qorqud Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası tərəfindən 27 iyulda yaradılmış "Azərbaycan Tərəqqi Alyansı";
  8. Azərbaycan Mübarizlər Partiyası və Azərbaycan Milli Dövlətçilik Partiyası tərəfindən 15 avqustda yaradılmış "Birlik" siyasi partiyalar bloklarını qeydə aldı.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq 2005-ci il sentyabrın 7-dən etibarən ölkədə seçkiqabağı təşviqat başlanmış və seçkilərə 24 saat qalmış, yəni noyabrın 5-i saat 8.00-a kimi davam etdirilmişdir.

MSK-nın iclasında ödənişsiz efir vaxtının adları çəkilən seçki subyektləri arasında bölgüsü məqsədilə püşkatma keçirildi və seçkiqabağı təşviqat dövründə onlara ayrılan ödənişsiz efir vaxtı bölgüsünün nəticələrini əks etdirən cədvəllər təsdiq olundu.

Seçki günündə – 2005-ci il noyabrın 6-da ölkənin 125 seçki dairəsində səsvermə keçirildi.

Dairə seçki komissiyalarının qərarları ilə 37 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmışdı. Əvvəlkilərdən fərqli olaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatları yalnız majoritar seçki sistemi üzrə seçilirdi. İlk dəfə idi ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi üzrə yaradılmış 122 saylı Xankəndi seçki dairəsində də səsvermə təşkil olunmuşdu.

2005-ci il noyabrın 23-də Mərkəzi Seçki Komissiyası noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın protokolunu, eləcə də dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etdi.

Məcəllənin tələblərinə cavab vermədiyindən 6 dairə seçki komissiyasının protokolları təsdiq edilmədi. 115 seçki dairəsi üzrə deputatlar seçilmişdi. 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş Lalə Şövkət Hacıyeva Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 19 yanvar 2006-cı il tarixli 2/3 saylı Qərarı ilə deputat mandatından məhrum edildi.

14 iyun 2006 tarixində təəkrar seçkilərdə seçki dairələri üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyaları protokollarının məlumatlarına əsasən Milli Məclisə 10 yeni deputat seçildi.

Azərbaycan Respublikasının Milli Məclisinin tərkibinə seçilmiş 124 nəfərin 9-u seçicilərin təşəbbüs qrupları, 50 — si ölkədə fəaliyyət göstərən siyasi partiyalar, 6-sı siyasi partiyaların blokları və 59-u özləri tərəfindən deputatlığa namizəd irəli sürülmüşdü.

Partiyalar və bloklar Yerlər
Yeni Azərbaycan Partiyası 63
Azadlıq Bloku Müsavat 5
AXCP 1
ALP 1

Bitərəf 1

Demokratik Azərbaycan Bloku VHP 2
ƏP 1
Ana Vətən Partiyası 2
Azərbaycan Ümid Partiyası 1
Azərbaycan Sosial Rifah Partiyası 1
Azərbaycan Demokratik İslahatlar Partiyası 1
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1
Böyük Quruluş Partiyası 1
Vətəndaş Birliyi Partiyası 1
Bitərəf 43
Cəmi 125

Seçki sonrası Azadlıq Bloku mətbuat konfransı keçirmişdir.

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat seçilmiş Lalə Şövkət total saxtakarlıq səbəbiylə seçki nəticələrini tanımadığını, mandatından imtina etdiyini elan etmiş və 17 yanvar 2006-cı ildə mətbuat konfransı keçirmişdir.

Azadlıq Blokuna üzv olan siyasi partiyalar mitinq keçirdi, partiyaların sədrləri Əli Kərimli (AXCP), İsa Qəmbər (Müsavat), Lalə Şövkət (ALP) və Sərdar Cəlaloğlunun (ADP) çıxış etdiyi mitinq başa çatandan sonra, seçkilərin nəticələrinə etiraz edən 2 000 yaxın etirazçı oturaq seçkilərin nəticələrinə etirazlarını bildirdi. Etirazlar axşam saatlarına yaxın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən dağıdıldı, nəticədə 500 yaxın etirazçı yaralandı.[mənbə göstərin]

Daha sonra 9 noyabr, 13 noyabr və 23 noyabr tarixində mitinqlər keçirildi.