Şeyx Zahid türbəsi

Şeyx Zahid türbəsiLənkəranın Şıxəkəran kəndinin qədim qəbiristanlığında yerləşən, Şeyx Zahid Gilaniyə aid edilən türbə. Şeyx Zahid öləndən sonra onun vəsiyyətinə əsasən, o, Lənkəranın Siyavurd kəndində (indiki Siyavar kəndi) dəfn edilmişdir. Onun dəfn olunduğu yerdə Şeyx Heydər Səfəvi tərəfindən türbə ucaldılmışıdır.[1] Sonralar bu abidə dəniz səviyyəsinin qalxması nəticəsində dəfələrlə suyun altında qaldığı üçün I Şah Abbas tərəfindən Hiləkəran kəndinə (indiki Şıxəkəran) köçürülmüşdür.

Şeyx Zahid türbəsi
Ölkə  Azərbaycan
Şəhər Lənkəran
Yerləşir Şıxakəran
Aidiyyatı Sufizm
Tikilmə tarixi XVII əsr
İstinad nöm.4838
KateqoriyaMemarlıq abidələri
ƏhəmiyyətiYerli əhəmiyyətli

1950-ci illərin əvvəllərində bu abidə şıxakəranlı usta Dadaş Nəzər oğlu (1896–1969) tərəfindən türbə kimi yenidən təmir olunub.[2] 2006-cı ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun tapşırığı ilə ziyarətgahda geniş təmir işləri aparılmış, həmçinin abidənin ətrafı da abadlaşdırılmış və bura yol çəkilmişdir. Əhali və turistlər ətraf ölkə və rayonlardan da bura ziyarətə gəlir.[3] Türbədə Şeyx Zahidin adına başdaşı yoxdur.

  1. Ghereghlou, Kioumars. "Chronicling a Dynasty on the Make: New Light on the Early Ṣafavids in Ḥayātī Tabrīzī's Tārīkh (961/1554)". Journal of the American Oriental Society,: 824. 2022-11-19 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)
  2. "Şeyx Zahid türbəsi". Azərbaycan (az.). 01 Noyabr 2022. 2024-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-15.
  3. "Şah İsmayıl Xətainin ziyarət etdiyi Şeyx Zahid türbəsi". Azərtac. 05.01.2023. 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-15.