Dmanisi (şəhər)


Dmanisi, Başkeçid[3]Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Dmanisi bələdiyyəsinin inzibati mərkəzi. 1947-ci ilə qədər adı Başkeçid olmuş[4], həmin ildən isə adı gürcüləşdirilərək Dmanisi adlandırılmışdır.[4] Ölkə paytaxtı Tiflis şəhərindən 102 km uzaqlıqda yerləşir.[5]

Dmanisi
დმანისი
41°19′56″ şm. e. 44°12′16″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.171 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.012 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 360
Poçt indeksi 1700[2]
Digər
dmanisi.gov.ge
Xəritəni göstər/gizlə
Dmanisi xəritədə
Dmanisi
Dmanisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1 yanvar 2012-ci ilə olan rəsmi təxminə əsasən şəhərdə 3.8 min nəfər əhali yaşayır.[6]

Başkeçid şəhərinin əhalisi[7]
15.1.1959 sa. 15.1.1970 sa. 17.1.1979 sa. 12.1.1989 sa. 17.1.2002 sa. 1.1.2010 r.t.
4 778 4 076 4 530 8 650 3 427 3 441[8]

1 yanvar 1914-cü il tarixinə olan rəsmi məlumata görə, Tiflis quberniyasının Borçalı qəzasına daxil olan Başkeçid kəndində əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 529 nəfər əhali yaşayırdı.[9]

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Başkeçid şəhərində 3.427[10] nəfər əhali yaşayır, onların 82 %-ni gürcülər, 12 %-ni azərbaycanlılar, 3 %-ni ruslar, 2 %-ni ermənilər, 1 %-ni isə urumlar təşkil edir.[10]

Hazırda şəhərdə üç ictimai orta məktəb fəaliyyət göstərir.[11] Onlardan biri rusdillidir.[11]

  1. https://www.geostat.ge/en/modules/categories/41/population.
  2. http://georgianpost.ge/?site-lang=ka&site-path=help/zipcodes/&group=3&letter=%E1%83%93 (gürc.).
  3. Дманиси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 488.
  4. 1 2 Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 135.
  5. საქართველოსა და სომხეთის საზღვრისპირა რეგიონებში [ölü keçid] მოსახლეობის და არასამთავრობო\სამოქალაქო ორგანიზაციების კვლევა რაოდენობრივი და თვისებრივი კვლევის ანგარიში მომზადებულია ქეა ინთერნეშენალისთვის კავკასიაში პროექტის საქართველოს მხარის პარტნიორი სამოქალაქო განვითარების სააგენტო(CiDA) აგვისტო-ოქტომბერი, 2009 თბილისი, საქართველო
  6. National Statistics Office of Georgia: Statistical abstract, Demographic situation in Georgia 2012 Arxivləşdirilib 2013-08-22 at the Wayback Machine: Contents—>Population—>Number of population by municipalities, page 17. Published in 15 October 2012.
  7. Population statistics of Eastern Europe: Cities & towns of Georgia Arxivləşdirilib 2018-05-22 at the Wayback Machine
  8. დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
  9. "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 97
  10. 1 2 The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005
  11. 1 2 Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: Образование: Школы: [ölü keçid] 3.Публичные школы муниципалитета Дманиси