Güllüdüz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. 1959-cu ildə rayondakı Aşağı Güllüdüz kəndi ilə Yuxarı Güllüdüz kəndi birləşdirilib Güllüdüzü kəndi yaradılmışdır.[1][2] 1946-cı ildə kənd ermənicə Vardovit adlandırılmışdır. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur.[3]
Kənd | |
Güllüdüz | |
---|---|
0° şm. e. 0° ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. 1959-cu ildə rayondakı Yuxarı Güllüdüzü kəndi ilə birləşdirilib Güllüdüzü kəndi yaradılmışdır. Toponim fərqləndirici əlamət bildirən aşağı sözündən və "güllü, çiçəkli" mənasında işlənən güllü sözünə Azərbaycan dilində "enişi, yoxuşu, çuxuru, təpəsi olmayan" mənasında işlənən düz sözünün birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1950-ci ildə Yuxarı Gülüdüzü ilə birləşdirilmişdir[4]
İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Erdəpin çayının sağ sahilində yerləşirdi. Toponim güllü (çiçəkli) mənasında və III şəxsinin təkinin mənsubiyyət şəkilçisi (-ü) qəbul etmiş düz sözündən əmələ gəlmişdir. "Güllü, çiçəkli, düz yerdə olan kənd" mənasını bildirir. Toponimin əvvəlindəki "yuxarı" fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.[5] XIX əsrin I yarısında Gülüdüzü. Ondan Aşağı Gülüdüzü məntəqəsi yarandıqdan sonra Yuxarı Gülüdüzü adlandırılmışdır. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq Aşağı Gülüdüzü ilə birləşdirilmişdir. 1949–1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir..
Kənddə 1873-cü ildə 115 nəfər, 1886-cı ildə 217 nəfər, 1904-cü ildə 151 nəfər, 1914-cü ildə 166 nəfər, 1916-cı ildə 407 nəfər yalnız azərbaycanlı yaşamışdır[6]. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Ancaq indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 142 nəfər, 1926-cı ildə 31 nəfər, 1931-ci ildə 190 nəfər yalnız azərbaycanlı yaşamışdır[7].
Kənddə 1897-ci ildə 263 nəfər, 1926-cı ildə 108 nəfər yalnız azərbaycanlı yaşamışdır[8]. 1959-cu ildə Aşağı Güllüdüz kəndi ilə birləşdirilmişdir.[9]