Petro Paxnyuk (26 noyabr 1991, Kiyev) — Azərbaycanı və Ukraynaı təmsil edən idman gimnastı, Avropa Çempionatının qalibi.[2]
Petro Paxnyuk | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Petro Vladimiroviç Paxnyuk |
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan → Ukrayna |
Doğum tarixi | 26 noyabr 1991 (32 yaş) |
Doğum yeri | |
Boyu | 174 sm[1] |
İdman növü | İdman gimnastikası |
Petro Paxnyuk 2013-cü ildə Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarında 2 gümüş medala sahib oldu.
2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Petro Paxnyuk Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ildə Petro Paxnyuk Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Petro Vladimiroviç Paxnyuk "Tərəqqi" medalı ilə təltif edildi.[3]
2014–2015-ci illərdə bir sıra beynəlxalq turnirlərdə, həmçinin Azərbaycan Çempionatlarında medallara sahib olan Petro Paxnyuk Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ümumi nəticədə Petro Paxnyuk təsnifat mərhələsini 84.215 balla 34-cü pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazana bilmədi.[4]
Olimpiadadan sonra, 2017-ci ildə Petro Paxnyuk Azərbaycan yığmasından imtina elədi və yenidən Ukrayna yığmasının heyətində beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı. Həmin ilin avqustunda Petro Paxnyuk Tayvanda baş tutan Universiada Oyunlarını 2 gümüş medalla başa vurdu.
Petro Paxnyuk 2019-cu ildə Polşada baş tutan Avropa Çempionatında gümüş və Belarusda baş tutan Avropa Oyunlarında bürünc medallara sahib oldu. 2020-ci ildə Mersin şəhərində Avropa Çempionatının qalibi olan Petro Paxnyuk bir il sonra, 2021-ci ilin avqustunda Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında mübarizə apardı.