Xacə Nizamülmülk
Nizamül Mülk, tam adı Əbu Əli Əl-Həsən et-Tusi Nizamülmülk
(Ərəbcə: نظام الملك، ابو علي الحسن الطوسي / Nizāmu'l-Mulk Abū ʿAli al-Hasan at-Tūsī; Farsca: خواجه نظامالملک طوسی / Hace Nizāmulmulk Tūsī; 1018[…], Tus, Qəznəvilər dövləti – 14 oktyabr 1092, Səhnə, Böyük Səlcuq İmperiyası) — Səlcuq Dövlətinin vəziri və "Siyasətnamə" adlı kitabın müəllifi, farssiyasətçisi, tarixi şəxsiyyət.
Şərq tarixində müdrik, uzaqgörən vəzir deyəndə iki şəxs ağıla gəlirsə, biri Nizamülmülkdür. Məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın vəziri olmuş bu şəxs dövlətin iqtisadi qüdrətinin artmasında, qoşunun möhkəmlənməsində, ölkənin mədəni həyatında çox mühüm rol oynayıb.
Eyni zamanda o, diribaş korrupsioner, rəqiblərini məhv etmək üçün istənilən üsula əl atan sərvaxt məmur, proteksionist olub. Nizamülmülkün bu xüsusda "ilk kövrək addımları" barədə "Vəzirin tərcümeyi-halı" adlı bir kitabda yazılır: "Bir ara Xacə (Nizamülmülk) Bəlx əmiri ibn Şadanın yanında katiblik edirdi. Vaxtaşırı ibn Şadan Xacəyə deyirdi: "Ey Həsən, yaman kökəlibsən". Sonra nəyi varsa əlindən alıb deyərdi: "Sən katibsən, qələmin sənə bəsdir". Bir qədər işləyəndən sonra əmlakı müsadirə edildi, özü isə tutulmamaq üçün qaçıb aradan çıxdı". Amma bütün bunlar onun üçün bir məktəb olur. O, saray sirlərini, yaltaqlıq, nifaq salmaq, ürəyə girmək, kiçik və böyük məmurlarla necə davranmaq və s.