Fars mənşəlidir və əsli xırn+ək kimi olub, “dovşan balası” (-ək kiçiltmə bildirir) deməkdir. Qərb dialektlərində yapon xurmasına da (xırda və çox şirin meyvəsi olur) xirnik deyirlər. Görünür, xurma+ək (kiçik xurma) kimi olub. Farslar qoduq yerinə, xərək (xər “eşşək”, -ək kiçiltmə şəkilçisi) işlədirlər (görünür, xötək sözü də bunun təhrifidir). Deməli, xırn-ək, xurma-ək xər-ək tipli sözlərin hamısı kiçiklik anlamı ilə bağlıdır. Söz finik sözünün təhrifi ilə bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)