YƏHYA

İsrail oğullarına göndərilmiş peyğəmbərlərdən biri olmuşdur. Zəkəriyyə peyğəmbərin oğludur. Valideynlərinin uzun müddət övladları olmamışdır. Təxminən yüz yaşına çatmış Zəkəriyya peyğəmbər Allahdan bir uşaq diləmişdir (Quran, 3: 38). Mələklər də ona Yəhyanın doğulacağı müjdəsini vermişdirlər (Quran, 19: 7). Mənbələrə görə Yəhya İsa peyğəmbərlə eyni tarixdə doğulmuşdur. O, kiçik yaşlarından Allaha ibadət etmiş, Tövratı öyrənmiş, onu təfsir edə bilmişdir. Yəhya gecə-gündüz Qüdsdəki Məscidül-Əqsa məbədində və ya tənhalıqda ibadətlərlə günlərini keçirmişdir. Yetkinlik yaşına çatdıqda Allah ona peyğəmbərlik vermişdir. O, Musa peyğəmbərin şəriəti ilə hökm vermiş, İsrail oğullarını imana dəvət etmişdir. Sonra isə İsanın peyğəmbərlik dövrü başlamışdır. Buna görə Yəhya, xalqı İsanın gətirdiyi yeni şəriətə tabe olmağa çağırmışdır. Tövratın hökmlərini əvəz etmiş İncilin əsasında hökmlər verməyə başlamışdır. Ancaq yəhudilərin çoxu onun dəvətini qəbul etməmişdir. Yəhudiyyə çarı Hirod, öncə Yəhya ilə yaxşı davranmış, sonra o, onun qardaşı qızı ilə evlənmək istəmişdir. Bu evliliyi də Yəhya yəhudi qanununa zidd olduğunu bəyan etmişdir. Buna görə o, qızın anası Yəhya ilə düşmənçilik edib, onun edam edilməsini tələb etmişdir. Hirod da onu edam etdirmişdir. Yəhya peyğəmbər haqqında Quranın 19: 13-15 ayələrində bəhs edilir.
YƏHUDİLƏR
YƏSƏVİ ƏHMƏD
OBASTAN VİKİ
Yəhya
Yəhya ibn Zəkəriyya (ərəb. يحيى ابن زكريا‎) — İsa ibn Məryəmin peyğəmbərlik missiyasının həqiqiliyini təsdiq etmək üçün İsrail xalqına göndərilmiş islam peyğəmbəri. İncildəki Vəftizçi İohanna uyğun gələn Zəkəriyya peyğəmbərin oğlu. Quranda adı 5 dəfə çəkilir. İslam inancına görə Yəhya İsanın peyğəmbərliyini söyləyən, ona inanan və ona yəhudilər arasında dini yaymağa kömək edən ilk peyğəmbər idi. Yəhya peyğəmbərin adı Quranda daha çox atası Zəkəriyyanın əhvalatlarında, o cümlədən "Ali-İmran", "Ənam", "Məryəm" və "Ənbiya" surələrində çəkilir. Yalnız "Məryəm" surəsində ayrıca olaraq onun fəzilətlərindən söz açılır. Bu surədə Yəhyaya bəxş olunan ilahi nemətlərdən söz açılır. "Ali-İmran" surəsində də Zəkəriyyaya oğlu Yəhyanın müjdəsini verərkən onun fəzilətlərindən bir neçəsi sadalanır. Bunlar: (Zəkəriyyanın əhvalatında dediyi kimi) Yəhyanın İsaya imanı və onun peyğəmbərliyini təsdiq etməsi, Yəhyanın ağalıq və alicənablığı, onun evlənməkdən pərhiz etməsi və peyğəmbərlik məqamıdır.
Harun Yəhya
Adnan Oktar (2 fevral 1956, Ankara; təxəllüsü: Harun Yəhya, türk. Harun Yahya) — Türkiyədə Adnan xoca kimi tanınan kult (təriqət) lideri. Oktar, adını verdiyi və Mehdi inancına dayanan kult hərəkatının qurucusu və lideridir. 1980-ci illərdə xalq tərəfindən tanınmağa başladı və cinsi istismar, şantaj və təhdid kimi cinayətlərin yanında zəngin uşaqları valideynlərindən ayırmaqla gündəmə gəldi. Adnan Oktar 1956-cı il fevralın 2-də Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Atası Yusif Oktar Arslan, anası isə Mədiha Oktar Aslanoğludur. Orta təhsilini Ankarada bitirir. 1979-cu ildə Memar Sinan Gözəl Sənətlər Universiteti incəsənət fakültəsinə daxil olur. Düşünülür ki hələ universitetdə oxuyarkən elmi-dini fəaliyyətlə məşğul olmağa başlamış və təkamül, materiyalizm, komunizm, massonluq, sionizm kimi ateist fəlsəfi nəzəriyyələrinə qarşı çıxmış və bu sahələrə qarşı, əksfikirli əsərlər yazmağa başlamışdır. Bundan başqa yazıçı dini mövzulu: Quran və Mehdiçilik mövzusunda da kitablar yazmışdır.
Lətif Yəhya
Lətif Yahia — İraq əsilli yazıçı və İran-İraq müharibəsində döyüşmüş keçmiş əsgərdir. İraq diktatoru Səddam Hüseynin oğlunun Uday Hüseynin dubloru olduğunu iddia etdiyi bilinir. İraqda kürd ailəsinin uşağı olaraq anadan olub. İran-İraq müharibəsinin başlamasından sonra Udayın dubloru olduğunu iddia etdi. 23 yaşında ikən prezident sarayına çağrıldı, burada Uday sinif yoldaşlarının məktəbdə ikən arasındakı oxşarlıqları xatırladığını başa düşdü. Yahia'ya məlumat verildi ki, təhlükəli bir vəziyyət gözlənildiyi zaman Uday'ın xalqa kütləvi şəkildə çıxması üçün Uday qurbanı olacaq. Yahia əvvəlcə işə başlamaqdan imtina etdi və daha sonra təkbətək həbsxanaya salındı. Həbs edildikdən və işgəncəyə məruz qaldıqdan sonra Lətif ailəsinin də işgəncəyə məruz qalacağı ilə hədələyərək Udayın stuntman olmasını qəbul etməli oldu. Altı ay ərzində Udayın nitq tərzini və tərzini təqlid etmək üçün təlim keçdi. Görünüşünün daha bənzər olması üçün əməliyyat və diş müalicəsindən keçdi.
Qulam Yəhya
Qulam Yəhya oğlu Danişian (1906, Sərab, Şərqi Azərbaycan ostanı – 2006, Bakı) — General-mayor. Danişian Qulam Yəhya oğlu 1906-ci ildə Sərab mahalının Əskərabad (Əsgəvar) kəndində yoxsul kəndli ailəsində anadan olmuşdu. Qulam Yəhya Sarab və Miyanada kəndli hərəkatının bilavasitə iştirakçısı olmuş, Hezbe Tudeyi İranın Sarab, sonra isə Miyana təşkilatına başçılıq etmiş, 1945-ci ilin Sentyabr ayında yenicə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulmuş, Firqənin I qurultayında iştirak etmiş, Mərkəzi Təftiş Komissiyonunun üzvlüyünə seçilmiz, Miyanada başlanan hərəkata rəhbərlik etmiş və hərəkatın qələbəsinə nail olmuşdur. Miyana fədailəri 21 Azərə doğru gedən yolun ilk qalibləri kimi milli azadlıq hərəkatı tarixində öz layiqli yerini tutmuşlar. Qulam Yəhya 21 Azər hərəkatının rəhbərlərindən biri kimi S.C.Pişəvərinin göstərişi ilə Təbrizə gəlmiş, Təbriz jandarm idarəsinin götürülməsində əsas rol oynamışdır. Qulam Yəhya milli hökumət təşkil edildikdən sonra xalq qoşunları nazirinin müavini seçilmiş, Zəncan fədailərinin rəhbərliyi S.C.Pişəvəri tərəfindən ona tapşırılmışdır. Qulam Yəhya Zəncan cəbhəsinin başçısı olduğu dövrdə Mürtəzəvi, Həsən Nə􀁝əri və Hidayət Hatəmi ilə birlikdə Zülfüqari silahlı bandasını zərərsizləşdirmiş və Azərbaycan ərazisinə soxulmaq istəyən digər silahlı dəstələrin qarşısını almışdır. Zəncan fədailəri Azərbaycana durmdan hücum edən silahlı bandaların qarşısını almaqla yanaşı, Azərbaycan Milli hökumətinə qarşı vuruşan mülkədarların torpaqlarını pulsuz olaraq, kəndlilərə paylamışlar. Azərbaycan Milli hökumətinin bir illik fəaliyyəti Azərbaycanda siyasi sakitliyin yaranması, Azərbaycan dilinin rəsmi dövlət dilinə çevrilməsi prosesində Azərbaycan fədailəri, o cümlədən Zəncan fədailəri əsas rol oynamışlar. Qulam Yəhya S.C.Pişəvərinin silahdaşlarından biri idi.
Taşlıcalı Yəhya
Taşlıcalı Yəhya Bəy — XVI əsrdə Osmanlı İmperiyası yaşamış divan ədəbiyyatı şairi. Yaşadığı dövrdə Füzulidən sonra ən böyük məsnəvi şairi olaraq tanınmışdır. Qanuninin əmri ilə boğdurulan Şahzadə Mustafa üçün yazdığı "Şahzadə Mərsiyəsi", ən məşhur əsəridir. Doğum tarixi qəti olaraq naməlum. 1488-1489 illərindən birində doğulduğu iddia edilər. Doğum yerinin Albaniya olduğu və soyunun oranın əhəmiyyətli soylu ailələrindən biri olan "Dukagin" sülaləsinə söykəndiyi sanılmaqdadır. Kiçik yaşda yığma olaraq Yeniçəri Ocağına əsgər olaraq alındı və Osmanlı İmperiyası tabeçiliyində əsgər olaraq yetişdirildi. Yeniçəri Ocağına bağlı Əcəmioğlanlar Ocağında ikən əsgərilik qabiliyyəti ilə birlikdə ədəbiyyata uyğunluğu və yazdığı şeirlər fərqinə varıldı və özünə Kamal Paşazadədən, Qədri Əfəndidən, Fənarizədə Muhyiddin Çələbidən dərslər aldırtıldı.Onun bu uyğunluğu və aldığı dərslər əhəmiyyətli dövlət adamları ilə tanış olmasını və kömək görməsini yüksəlməsini təmin etdi. Yavuz Sultan Səlim dövründə Misir və Çaldıran ilçəsi səfərləri ilə Sultan Süleyman Qanuni dövründəki bir çox döyüşə də əsgər olaraq qatıldı. Gərək gördüyü kömək və maraq, gərəksə əsgərlik sahəsindəki cəsarəti əldə etdiyi dostlar qədər qısqanclıqlara və düşmən qazanmasına səbəb oldu.
Vəftizçi Yəhya
Vəftizçi İohann (ivr: יוחנן המטביל, Yoḥanan ha-mmaṭbil, ərəb. يوحنا المعمدان‎ Yuhanna Al-Ma'madan, arami və ya süryani: ܝܘܚܢܢ ܡܥܡܕܢܐ Yoḥanan Mamdana, qədim yunan: Ἰωάννης ὁ βαπτίζων, yun. Ὁ Ἅγιος/Τίμιος Ἐνδοξος, Προφήτης, Πρόδρομος, καὶ Βαπτιστής Ἰωάννης Ho Hágios/Tímios Endoxos, Prophḗtēs, Pródromos, kaì Baptistḗs Ioánnes) - səyyar vaiz, Xristianlıq, İslam (Yəhya ibn Zəkəriyyə kimi tanınır), Bəhailik və Mandayizmdə əsas dini obrazlarından biridir. İohannın günahların bağışlanması üçün bənzərsiz vəftiz təcrübəsinə malik olması qeyd edilir. Əksər tədqiqatçılar İohannın İsanı da vəftiz etdiyini qəbul edirlər. Araşdırmaçılar İsanın İohannın ardıcılı olmasını bildirirlər, bəzi Əhdi-Cədid məlumatları isə İsanın erkən ardıcıllarının da İohannın ardıcılları olduğuna işarə edirlər. Vəftizçi İohann haqqında məlumatlar həm də qədim yəhudi tarixçisi İosifin əsərində verilir. Bəzi tədqiqatçılar İohannın, apokalipsisi gözləyən və vəftizi xatırladan dini ritual keçirən yəhudi dini sektalarından biri olan yarım-asketik Essenilərin təsiri altında olduğunu bildirsələr də, bunu sübut edəcək birbaşa dəlillər yoxdur. Əhdi-Cədidə görə İohann özündən daha böyük bir mesianik fiqurun gəlməsini gözləyirdi və İsa özü onun yanına gəlmişdi. İsa haqqında müjdələr verdiyinə görə, xristianlar iohannı daha çox carçı və ya elçi kimi qəbul edirlər.
Yəhya Abdullayev
Yəhya Cammeh
Yəhya Cammeh (ing. Yahya Abdul-Aziz Jammeh) — Qambiya Respublikasının ikinci prezidenti, Qambiyalı dövlət xadimi. Cammeh 1994-cü ildən 2017-ci ilə qədər Qambiyanın rəhbəri vəzifəsini icra etmişdir. 2017-ci ildə keçirilən prezident seçkilərində rəqibinə məğlub olduqdan sonra öz postunu tərk etmək istəməməsi səbəbindən ölkədə siyasi böhran baş verib. 2017-ci ilin 21 yanvar tarixində Yəhya Cammeh öz vəzifəsindən seçkilərdə məğlub olduğu adama Barrounun xeyrinə imtina etdiyi açıqlayaraq ölkəni təyyarə ilə tərk etmişdir. Əsil adı (ing. Abdul-Aziz Jemus Junkung Jammeh) olan Yəhya Cammeh 1965-ci ilin 25 may tarixində Qambiyanın kiçik Kanilai kəndində anadan olmuşdur. Dialo etnik qrupuna mənsub olan ailəsi ölkənin tək qonşu dövləti olan Seneqaldan köç etmişdir. Cammeh təhsil aldığı dövrdə təhsilini yarımcıq qoyaraq Qambiya ordusuna qoşulur. Əvvəlcə Qambiya Milli Ordusunda, daha sonra isə Qambiya Milli Jandarmasında xidmət keçir.
Yəhya Dövlətabadi
Seyid Mirzə Yəhya Seyid Hadi oğlu Dövlətabadi (1862, İsfahan – 1940) — İran tarixçisi, şairi, siyasətçisi. Seyid Mirzə Yəhya Seyid Hadi oğlu Dövlətabadi 1862-ci ildə İsfahan şəhərində doğulmuşdu. Yəhya Dövlətabadi İranın məşhur ziyalılarından idi. O, İran Məclisinin digər üç deputatı ilə (Seyid Həsən Müdərris, Seyid Həsən Tağızadə və gələcək baş nazir Məhəmmədəli Müsəddiq) birlikdə 1925-ci ilin oktyabrında Qacar sülaləsinin ləğvi haqqındakı qanunun əleyhinə səs vermişdi. Yəhya Dövlətabadi publistik fəaliyyəti ilə məşğul idi. Daha xalq minbərdən idarə olunmurdu. Çünki xalq mədəniyyət və təfəkkür tərzi baxımından əvvəlki illərə nisbətən, bir çox irəliləyişlərə nail olmuşdu. Gündən-günə genişlənən siyasi hadisələrin və ictimai çəkişmələrin nəticəsi ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda nəşriyyat bazarının yaranmasına yol açdı. Müxtəlif qəzetlər yayılmağa başladı. İnqilabi hərəkat ölkənin ədəbi mühitində əks olunduğuna görə tezliklə bir çox şair və yazıçılar da azadlıq aşiqlərinə qoşularaq qələmləri ilə mübarizəyə atıldılar.
Yəhya Kərimov
Yəhya Şəfi oğlu Kərimov (1927, İlisu, Zaqatala qəzası[d] – 13 avqust 2021) — pedaqogika üzrə elmlər doktoru, professor. Beynəlxalq Pedaqogika Akademiyasının həqiqi üzvü Yəhya Kərimov 1927-ci ildə Qax rayonun İlisu kəndində anadan olmuşdur. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olmuş və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunu bitirmişdir. 13 avqust 2021-ci il tarixində, 94 yaşında vəfat etmişdir. Qax şəhər qəbiristanlığında torpağa tapşırılıb. 1955-ci ildən Elmi Pedaqoji İnistitunun aspiranturasında təhsil almış, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi,1961-ci ildən şöbə müdiri işləmişdir.1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnistitutunda elmi işlər üzrə direktor müavini, sonra Təhsil Problemləri İnstitutu direktorunun elmi tədqiqat bölümü üzrə müavin, uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun müdafiə şurasının sədr müavini və sədri işləmişdir. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirmişdir. Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri", "Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s.
Yəhya Musayev
Yəhya Musayev(Yəhya Musa oğlu Musayev; 1959, Bakı) — "Tərəqqi" medal mükafatçısı, sabiq Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirinin müavini. 1959-cu ildə Bakı şəhərində anadan olmuş; 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş; 1979–1980-ci illərdə fəhlə işləmiş; 1980–1982-ci illərdə "Azneftyoltikintitəmir" trestində mühəndis və iqtisadçı olmuş; 1982–1983-cü illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində baş mühasib işləmiş; 1983–1985-ci illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində baş mühasib işləmiş; 1985–1994-cü illərdə Ə. C. Əmirov adına Neftqazçıxarma İdarəsində baş mühasib olmuş; 1994–2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib işləmiş; 2003–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi olmuş; 2004–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyində baş direktorun müşaviri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib. 2024-cü il 12 dekabrda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad olunub. Ailəlidir, bir oğlu var. 2012-ci ilin 11 dekabrda "Tərəqqi" medalına layiq görülmüşdür.
Yəhya Məmmədov
Yəhya Cəfər oğlu Məmmədov — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan SSR əməkdar elm xadimi (1980). Yəhya Məmməd oğlu Məmmədov — dövlət xadimi, Azərbaycan KP Sumqayıt Komitəsinin ilk birinci katibi, Azərbaycan SSR Ali Sovetinin deputatı.
Yəhya Paşazadə
Yəhya Paşazadə (tam adı : Paşayev Yəhya İsfəndiyar oğlu; 1955,Ağcabədi) — şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "525-ci qəzet"in xüsusi müxbiri. 12 mart 1955-ci ildə Ağcabədi şəhərində anadan olub.Ağcabədi şəhər 1 saylı orta məktəbini bitirib.1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əvvəllər partiya–sovet orqanlarında, ADPU Şuşa filialinda çalışıb,1998-ci ildən "525-ci qəzet"in xüsusi müxbiri vəzifəsində çalışır.2001-ci ildən Azərbayca Yazıçılar Birliyinin üzvüdür.2013-cü ildə Prezident təqaüdünə layiq görülüb. 2018-ci ildə AYB-nin təşkil etdiyi "Uluslararası misra yarışı"nın qalibi olub. "Bənövşə",Bakı,Azərbaycan Tərcümə Mərkəzi,1999-cu il,84 səh "Ürəyim doludur vir sevgi ilə",Bakı,Azərbaycan Tərcümə Mərkəzi,2002-ci il.90 səh "Dünya məhəbbətsiz yaşaya bilməz",Bakı,"Vektor" Nəşrlər evi,2005-ci il,186 səh "Sənə oxuduğum nəğmələr",Bakı,"Vektor" Nəşrlər evi,2007-ci il,172 səh "Pəncərəmdən baxır səhər",Bakı,"Vektor" Nəşrlər evi,2010-cu il,185 səh "Şimşəklər,Bakı,"Mütərcim",2013-cü il,208 səh “Ağcabədi lətifələri”,Bakı,2010-cu il, ”Ağcabədi dindarları”,Bakı,"Mütərcim",2012-ci il,120 səh ”Ağcabədinin işıqlı adamları”,Bakı,2017-ci il Ürəyimdən keçənlər",Baki,"Gənclik" nəşriyyatı,2019-cu il,səh.133 Uşaq yaşlarından şeir yaradıcılgı ilə məşğuldur."Çölllərimizdə”adlı ilk şeiri 1970-ci ildə “Sürət” qəzetində işıq üzü görüb. Respublika mətbuatında şeir və məqalələrlə müntəzəm çıxış edir. Əsərləri “Ulduz”, "Kirpi”, ”Azərbaycan”, ”Multikulturalizm” jurnallarında ,”525-ci qəzet”,”Ədalət”,”Kaspi”,”Aran” və s.qəzetlərdə çap olunub. Y.Paşazadənin elmi fəaliyyəti də vardır : "Şah qapısı sirrini açır", "Bir sözün izi ilə", "Talesiz şair","Qalatəpənin sirri açılacaqmı?" adlı məqalələri "Aran" və "525-ci qəzet"də,"Adlar da doğulur" məqaləsi isə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi münasibəti ilə nəşr olunan yubiley toplusunda dərc edilib . Şairin sözlərinə bəstəkar Məhbubə Bəşirqızı "Ağcabədinin" mahnısını bəstələyib. Rəşad Məcid Yəhya Paşazadənin şeirləri Yəhya Paşazadənin yaradıcılığına dair, Yəhya Paşazadənin kitabı barəsində,Əbülfət MƏDƏTOĞLU ,"Ədalət",25 iyun 2014,Səh.,6.
Yəhya Qarayev
Yəhya Qarayev (Qarayev Yəhya Hüsən oğlu; d. 1 aprel 1951. Mərcanlı, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ) — Kənd təsərrüfatı elmləri doktoru, fizika‑riyaziyyat elmləri namizədi. “ASK‑da Elmi‑Tədqiqat İnformasiya Texnologiyaları İnstitutu” MMC‑nin direktoru. Qarayev Yəhya Hüsən oğlu 1951-ci il aprelin 1-də Azərbaycanın Cəbrayıl rayonunun Mərcanlı kəndində kolxozçu-kəndli ailəsində anadan olub. 1973-cü ildə “tətbiqi riyaziyyat” ixtisası, “riyaziyyatçı” kvalifikasiyası üzrə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tətbiqi riyaziyyat fakültəsini “tətbiqi riyaziyyat” ixtisası, “riyaziyyatçı” kvalifikasiyası üzrə bitirib. 1999-cu ildə Y.Qarayev “qeyri-maddi aktivlər və intellektual mülkiyyətin qiymətləndirilməsi” proqramı üzrə hazırlıq, 2005-2006-cı illərdə isə RF hökuməti nəzdində Maliyyə Akademiyasının Peşəkar Qiymətləndirmə İnstitutunda “Müəssisənin (biznesin) dəyərinin qiymətləndirilməsi” proqramı üzrə peşəkar təkrar hazırlıq keçib. Y.Qarayev 1979-cu ildə SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinin ixtisaslaşmış şurasında SSRİ Elmlər Akademiyasının akademiki N.N.Moiseyevin rəhbərliyi altında “Kənd təsərrüfatında resursların səmərəli istifadəsinin bəzi qeyri-xətti məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2005-ci ildə “Yem istehsalı və çəmənçilik” ixtisası üzrə kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almaq üçün “ASK-da texnoloji proseslərin optimallaşdırılmış modelləri əsasında elmi əsaslandırılması və təkmilləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edib. Müdafiə Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının V.R.Vilyams adına Ümumrusiya Elmi-Tədqiqat Yem İnstitutunun nəzdində dissertasiya şurasında baş tutub.
Yəhya bəy
Yəhya bəy — Azadciran hakimi 1824-cü ildə Azadciran hakimi olub. Azərbaycan şahzadəsi Abbas Mirzənin ona ünvanladığı reskript məlumdur. Bu reskriptdə Naxçıvan əhalisinin (Kəngərli bəylərinin) Varakerd və Qarakerd kəndlərindəki mülklərinin ermənilər tərəfindən qeyri-qanuni şəkildə zəbt olunması haqda məlumat verilir və məsələnin ayırd edilməsi Yəhya bəyə tapşırılmışdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 581. ISBN 5-8066-1468-9.
Yəhya peyğəmbər
Yəhya ibn Zəkəriyya (ərəb. يحيى ابن زكريا‎) — İsa ibn Məryəmin peyğəmbərlik missiyasının həqiqiliyini təsdiq etmək üçün İsrail xalqına göndərilmiş islam peyğəmbəri. İncildəki Vəftizçi İohanna uyğun gələn Zəkəriyya peyğəmbərin oğlu. Quranda adı 5 dəfə çəkilir. İslam inancına görə Yəhya İsanın peyğəmbərliyini söyləyən, ona inanan və ona yəhudilər arasında dini yaymağa kömək edən ilk peyğəmbər idi. Yəhya peyğəmbərin adı Quranda daha çox atası Zəkəriyyanın əhvalatlarında, o cümlədən "Ali-İmran", "Ənam", "Məryəm" və "Ənbiya" surələrində çəkilir. Yalnız "Məryəm" surəsində ayrıca olaraq onun fəzilətlərindən söz açılır. Bu surədə Yəhyaya bəxş olunan ilahi nemətlərdən söz açılır. "Ali-İmran" surəsində də Zəkəriyyaya oğlu Yəhyanın müjdəsini verərkən onun fəzilətlərindən bir neçəsi sadalanır. Bunlar: (Zəkəriyyanın əhvalatında dediyi kimi) Yəhyanın İsaya imanı və onun peyğəmbərliyini təsdiq etməsi, Yəhyanın ağalıq və alicənablığı, onun evlənməkdən pərhiz etməsi və peyğəmbərlik məqamıdır.
Yəhya xan
General Ağa Məhəmməd Yəhya xan Qızılbaş (4 fevral 1917 – 10 avqust 1980, Ravalpindi, Pəncab) — 1969-cu ildan 1971-ci ilədək Pakistanın prezidenti, Eyyub xanın istefasından sonra. Yəhya xan 1917-ci ildə Pəncabda Qasur şəhərinə yaxın yerdə anadan olub. Əslən puştundur. Yəhya xan Nadir şahla 1738-ci ildə Hindistana gəlmiş xanların nəslindəndir. Yəhya xan urdu dili ilə bərabər olaraq etnik Pəncabi dilini bilirdi. O, Pəncab universitetini bitirmişdi. Yəhya xan Britaniya Ordusuna yazıldı. 4-cü piyada qoşun bölməsində zabit kimi xidmət etdi. İkinci dünya müharibəsində iştirakçısı idi. O İraqda, İtaliyada və Şimalı Afrikada qulluq etdi.
Yəhya Şeyda
Şeyda Yəhya Həsən oğlu — Azərbaycan şairi, ədəbiyyatşünas, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Yəhya Şeyda 1924-cü ilin may ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub. Onun atası Səttarxan hərəkatının iştirakçılarından, Təbrizin məşrutə mücahidlərindən olan "Yüzbaşı" ləqəbli Həsən Çərəndabidir. Şeyda, Firdovsi mədrəsəsinin ədəbiyyat bölümünü bitirmiş, fars və ərəb dillərini mükəmməl şəkildə mənimsəmiş, ilahiyyat, fəlsəfə və psixologiya elmlərinə yiyələnmişdir. Ədəbi fəaliyyətə gənclik dövründən başlamışdır (1940). Əli Fitrət, Cəfər Xəndan və Mövlana Yetim kimi şairlərdən ədəbiyyat dərsləri almış, mətbuatla çıxış etmişdir. 1948–51-ci illərdə Tehranda təhsilini davam etdirmiş, həmin müddətdə müxtəlif ədəbi məclislərin toplantılarına qatılmışdır. Tehranda təhsilini başa vurduqdan sonra Təbrizə dönmüş, burada jurnalist kimi mətbuatda fəaliyyət göstərmiş, eyni zamanda ədəbi məclislərdə fəal iştirak etmiş, Səhənd, Həbib Sahər, Həsən Qazı, Əhməd Tərcanizadə, Vaiz Çərəndabi, Ədib Tusi, Mənuçöhr Mürtəzavi, Ustad Şəhriyar və b. kimi şairlərlə dostlaşmışdır. Pəhləvi rejimi dövründə siyasi səbəblər üzündən daim təqib olunmuş, dəfələrlə həbs edilmişdir.
Yəhya Şərfədinov
Yəhya Şərfədin oğlu Şərfədinov ( krımtat. Yaya Şerfedinov; 1894, Feodosiya, Tavriya quberniyası[d] – 29 yanvar 1975, Daşkənd) — SSRİ, Krım Tatar bəstəkarı, musiqiçi, şair. Krım Muxtar Sovet Sosialist Respublikasının əməkdar incəsənət xadimi (1940), Özbəkistan SSR əməkdar incəsənət xadimi (1971). 1894-cü ildə Feodosiyada anadan olmuşdur. Yəhya Şərfədinov uşaqlıqdan xalq mahnılarını sevir, skripka çalmağı erkən yaşlarından öyrənmişdir. Simferopol Tatar Müəllimlər Məktəbini bitirdikdən sonra kənddə dərs demişdir. 1921-ci ildə gənc istedadlı musiqiçinin ifasında Krım tatar melodiyalarının skripka motivlərini eşidərək musiqisini davam etdirməyi məsləhət görən məşhur musiqiçi və tədqiqatçı A. Spendiarovla tanış olmaq şansını qazanmışdır. 1927-ci ildə Moskva Dövlət Konservatoriyasının Elm və Bəstəkarlıq fakültəsinə daxil olur və 1931-ci ildə oranı müvəffəqiyyətlə bitirir. Yəhya dərhal evə qayıdır və Krım Radio Komitəsində musiqi redaktoru işləyir. 1937-1938-ci illərdə Simferopolda Krım Tatar Akademik Musiqi və Dram Teatrının bədii rəhbərinin müavini vəzifəsində çalışır..
Yəhya Ədl
Yəhya Ədl (1908, Təbriz – 3 fevral 2002, Tehran) — azərbaycanlı cərrah, İranın "cərrahı atası" adlanır. Bir müddət İran Senatında senator vəzifəsində işləyibdir. 1899-cu ildə Təbrizdə dünyaya gəlmişdir. Atası Yusif xan Mükərrəmülmülk bir müddət Azərbaycanın "Nayibüləyalə"si idi. Məhəmmədvəli mirzə Fərmanfərma və Həbib Nəfisi onun bacılarının həyat yoldaşları idilər. Onun əmisi oğlu Mustafa Ədl isə İranın müasir ədliyyəsinin banisi sayılırdı.
Yəhya Əfəndi
Beşiktaşlı Yəhya Əfəndi (d. 1495 - ö. 1571) — Osmanlı müdərrisi, şairi və din xadimi. Riyaziyyat, həndəsə, fəlsəfə, astronomiya və tibb elmindən anlayan Yəhya Əfəndinin bir digər qabiliyyəti isə zərgərlik olmuşdur. Yəhya Əfəndi 1495-ci ildə Trabzonda dünyaya gəlmişdir. Atası Şami Ömər Əfəndi, anası isə Afifə Xatundur. Bəzi mənbələrdə atasının Amasiyalı olduğu qeyd olunur. Ömər Əfəndinin Trabzon qazısı olduğu illərdə II Bəyazidin oğlu Şahzadə Səlim burada sancaqbəyi idi. Bu illərdə şahzadə ilə münasibətləri olduqca yaxşı olmuş, Yəhya Əfəndi dünyaya gəldikdən bir neçə gün sonra Şahzadə Səlimin oğlu Şahzadə Süleyman da dünyaya gəlmişdir. Bu hadisə ilə bu iki ailə daha da yaxınlaşdı.
Şahzadə Yəhya
Şahzadə Yəhya (1585, 1589 və ya bilinmir, bilinmir – 1649, Kotor) — 12-ci Osmanlı padşahı III Muradın və Trabzon imperiyasında hakim olmuş Komnenos ailəsinə mənsub Elenanın oğludur. Qardaşı III Mehmed taxta çıxdığı gecə 19 qardaşının edamı üçün fətva istədi. Bu səbəbdən elə həmin gecə anasının tərtib etdiyi bir tərtibatla saraydan qaçırıldı. Bugünkü Makedoniya torpaqlarında bir monastıra aparılmış və xristian olaraq xaç suyuna salınmışdır. Böyük qardaşının 1603-cü ildə vəfat etməsinin ardından 13 yaşlı qardaşı oğlu I Əhməd taxta keçdi. Həmin illərdə ən böyük şahzadə olan Şahzadə Yəhya taxtın öz haqqı olduğunu iddia etdi və geri qalan həyatını bunun uğrunda mübarizə ilə keçirdi. 1603-cü ildən sonra Avropada davamlı olaraq iddiasına dəstək axtaran Şahzadə Yəhya Florensiya, Madrid, Roma, Krakov, Antverpen və Praqa başda olmaq üzrə çox sayda şəhəri və ölkəni gəzdi. 1614–1617-ci illər arasında Serbiya Provaslav kilsəsi ilə birlikdə Nobırda və Şar dağlarında müxtəlif qiyam cəhdlərinə qarışmış, sipahi geyimində səfərlərə qatılmışdır. Daha sonra kazakların dəstəyi ilə bir donanma quraraq İstanbula hücuma keçdi. Ancaq bu hücumu müvəffəqiyyət qazanmadı.
Həvari Yəhya
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Patmoslu Yəhya
Patmoslu Yəhya və ya Patmoslu İohann — ənənəvi olaraq Vəhy Kitabının müəllifinə verilən ad. Vəhy Kitabının mətnində qeyd edilmişdir ki, Yəhya indiki Yunanıstanın Patmos adasındadır. Əksər Bibliya tarixçilərinin fikrinə görə, o, Roma imperatoru Domisianın dövründə antixristian təqiblər nəticəsində həmin adaya sürgün edilmişdir. Xristian ənənəsində Vəhy Kitabının müəllifini Yəhyanın İncilinin müəllifi olduğu iddia edilən Yevangelist Yəhya (özünü Həvari Yəhya kimi tanıtmışdır) hesab edilir. Yevsevi kimi yüksək səviyyəli din xadimləri və alimlərin azlığı ən azı daha bir Yəhyanı, yəni Presviter Yəhyanı İsanın yoldaşı kimi tanıyır. Orta əsrlərdən bəri bəzi xristian alimləri şagirdi Vəhy kitabının müəllifindən fərqləndirirlər.
Yəhya Hüseynov
Yəhya Hüseynov Qasım oğlu (1906 – 1941, Yartsevo, Smolensk vilayəti) — Sovet dəmiryolçusu, 1-ci çağırış SSRİ Ali Sovetinin deputatı. O, Azərbaycan SSR-in Biləcəri deposunda maşinist işləyib. 1937-ci ildə 1-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. Böyük Vətən Müharibəsinin başlaması ilə Hüseynov onu cəbhəyə göndərmək xahişi ilə SSRİ Dəmir Yolları Xalq Komissarlığının rəhbərliyinə müraciət edir. Onun xahişi təmin olunur və Qərb yoluna göndərilir. Alman hava qüvvələrinin Smolenskə hücumu zamanı Hüseynov qolundan yaralansa da, postunda qalır. Yartsevo rayonunda qovşaqda silah və sursatla dolu qatarların çıxarılmasını təşkil edərkən şəhərin növbəti bombalanması zamanı həlak olur. Cənubi Qafqaz respublikalarının, o cümlədən Azərbaycan dəmiryolçularının müharibədəki tarixi xidmətini yüksək dəyərləndirən ordu generalı İvan Tyulenov yazırdı: Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki küçə onun adını daşıyır.
Cəfər ibn Yəhya
Cəfər ibn Yəhya Bərməki və ya Cəfər əl-Bərməki (fars. جعفر بن يحيى‎, ərəb. جعفر بن يحيى‎; 767–803) Abbasilər ərəb sülaləsinin beşinci xəlifəsi Harun ər-Rəşidin dövründə vəzir vəzifəsini yerinə yetirirdi. Atası fars vəziri Yəhya ibn Xalid idi, hansı ki nüfuzlu Barmakidlər nəslindən gəlirdi. 786-cı ildə Cəfər ibn Yəhya atasının vəzifəsini miras almışdı. Cəfər ibn Yəhya çalışırdı ki elmi inkişaf etdirsin və Bağdadı hind elmi ilə tanış etmək üçün çoxlu işlər görmüşdü. Qeyd edilir ki, Cəfər ibn Yəhya xəlifəni inandırmışdı ki, Bağdadda kağız fabriki açılsın. Kağız hazırlanma sirrini onlar 751-ci ildə baş vermiş Talas döyüşündən sonra götürülən çinli məhbuslardan öyrənmişdilər. Cəfər ibn Yəhya Harun ər-Rəşidlə yanaşı Min bir gecənin bir neçə nağıllarında peydə olur, tez-tez baş qəhrəman rolunda çıxış edir. Məsələn, "Üç Alma" nağılında qətlin sirrini açmaq və günahkarı tapmağa çalışan xəfiyyədi, halbuki "Attafın nağılı"nda daha çox fırıldaqçı şəklində göstərilib.
Elşad Yəhyayev
Elşad Yəhyayev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. 5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdi. 1977-ci ildə ailələri ilə Bakıya köçürlər. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirir. 1984–1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönür. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı. Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu "N" saylı hissəyə taqım komandiri təyin edirlər.
Minkarizadə Yəhya Əfəndi
Minkarizadə Yəhya Əfəndi (1609, Konstantinopol – yanvar 1678, Beşiktaş) — Osmanlı alimi, şair və şeyxülislamı. Minkarizadə ailəsinin ilk məşhur nümayəndəsi Minkarizadə Ömər Əfəndinin oğludur. Atasının müdərrislik dövründə 1609-cu ildə dünyaya gəlmişdir. İlk dini təhsilini Mahmud Hüdayi həzrətlərindən almış, daha sonra Kiçi Mehmed Əfəndi və Əbdürrəhim Əfəndidən dərslər almışdır. Ardından şeyxülislam Xocazadə Əsad Əfəndinin tələbəsi olmuş və dini təhsilini başa vurmuşdur. 1637–1648-ci illərdə İstanbulun bir çox mədrəsələrində müdərris olaraq fəaliyyət göstərmişdir. Ardından qazı oldu və 1649-cu ilin yanvarında Məkkə qazısı təyin edildi. 2 il davam edən bu vəzifəsinin ardından 1652-ci ilin iyulunda Qahirə qazılığına gətirildi. 1653-cü ilin avqustunda vəzifədən alındı və 2 ildən çox heç bir vəzifəyə gətirilmədi. 1655-ci ilin dekabrında ikinci dəfə Qahirə qazılığına gətirildi və 1 il sonra bu vəzifəsindən ayrıldı.
Mir Yəhya Müztər
Mir Yəhya Mir Mustafa oğlu Müztər (Təbriz) — XIX əsr Azərbaycan şairi. Mir Yəhya Mir Mustafa oğlu Cənubi Azərbaycanın Zunuz qəsəbəsində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Müztər təzəllüsü ilə şeir yazırdı. Divanı Təbriz şəhərində çap edilmişdi.
Mirzə Yəhya Dövlətabadi
Seyid Mirzə Yəhya Seyid Hadi oğlu Dövlətabadi (1862, İsfahan – 1940) — İran tarixçisi, şairi, siyasətçisi. Seyid Mirzə Yəhya Seyid Hadi oğlu Dövlətabadi 1862-ci ildə İsfahan şəhərində doğulmuşdu. Yəhya Dövlətabadi İranın məşhur ziyalılarından idi. O, İran Məclisinin digər üç deputatı ilə (Seyid Həsən Müdərris, Seyid Həsən Tağızadə və gələcək baş nazir Məhəmmədəli Müsəddiq) birlikdə 1925-ci ilin oktyabrında Qacar sülaləsinin ləğvi haqqındakı qanunun əleyhinə səs vermişdi. Yəhya Dövlətabadi publistik fəaliyyəti ilə məşğul idi. Daha xalq minbərdən idarə olunmurdu. Çünki xalq mədəniyyət və təfəkkür tərzi baxımından əvvəlki illərə nisbətən, bir çox irəliləyişlərə nail olmuşdu. Gündən-günə genişlənən siyasi hadisələrin və ictimai çəkişmələrin nəticəsi ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda nəşriyyat bazarının yaranmasına yol açdı. Müxtəlif qəzetlər yayılmağa başladı. İnqilabi hərəkat ölkənin ədəbi mühitində əks olunduğuna görə tezliklə bir çox şair və yazıçılar da azadlıq aşiqlərinə qoşularaq qələmləri ilə mübarizəyə atıldılar.
Mirzə Yəhya bəy Şeyda
Yəhya bəy Həsən bəy oğlu Hacıbəyov (1874–1938) — pedaqoq, şair, əməkdar müəllim. Yəhya bəy Həsən bəy oğlu 1874-cü il yanvar ayının 12-də Şuşa şəhərində ziyalı ailəsində doğulmuşdur. Atası Həsən bəy və babası "Məriz" təxəllüslü şair Mirzə Məhərrəm Hacıbəyov XIX əsr Şuşasının görkəmli tarixi şəxsiyyətlərindən olmuş, Qarabağ mədəniyyəti və maarifi tarixində silinməz izlər qoyub getmişlər. Belə bir ocaqda böyüyən Yəhya da kiçik yaşlarından elmə, sənətə, poeziyaya xüsusi bir maraq və həvəs oyanmış, o, klassik Azərbaycan və Şərq şairlərinin əsərlərini daim mütaliə edərək öz intellektual ədəbi səviyyəsini artərmağa çalışmışdır. Şuşa şəhər məktəbini bitirəndən sonra o, pedaqoji təhsil də almış və XX yüzilliyin əvvəllərindən maarifçilik fəaliyyəti ilə ciddi məşğul olmuşdur. Az müddət içərisində Yəhya bəy maarif cəbhəsində xeyli işlər görmüş, xalqın balalarının təhsil almasında xüsusi xidmət göstərmişdir. Görkəmli pedaqoq 1905-ci ildən başlayaraq ömrünün sonuna kimi Qarabağın bir çox kəndlərində maarif məşəli yandırmış, Ağdamda, Şıxbabalı və Əfətli kənd məktəblərində rus dili və ədəbiyyatından dərs demişdir. Həmin illərdə gənc müəllim bütün bacarığı ilə çalışır, uşaqları çətinliklə məktəbə cəlb edir və xüsusilə, kəndli balalarını oxumağa həvəsləndirirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Yəhya bəy Hacıbəyov yeni istiqamətdə qurulmuş xalq maarifi sistemində fədakarcasına çalışmağa başladı. "Mirzə" kimi hörmətli və ləyaqətli bir adla çağırılan Yəhya bəyə 1934-cü ildə respublika əhəmiyyətli fərdi təqaüd kəsildi, Ağdam rayonunun Əfətli kəndindəki məktəbə onun adı verildi və altmış illik yubileyi miqyasda keçirildi, Fəxri fərmanla təltif olundu.
Mirzə Yəhya xan Qaragözlü
Mirzə Yəhya xan Qaragözlü (?-1938) — Şamlı elinin Qaragözlü oymağından olan İranın mədəniyyət naziri. Mirzə Yəhya xan Qaragözlü Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı. Mirzə Yəhya xan Qaragözlü Etimadəddövlə ləqəbini daşıyırdı. Mirzə Yəhya xan Qaragözlü Rza şah Pəhləvinin hakimiyyəti dönəmində İranın mədəniyyət naziri olmuşdu. Əlirza xan Bəhaülmülkün qardaşı, Əbülqasim xan Nasirülmülkün bacısı oğlu idi. Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Mirzə Yəhya xan Qəzvini
Mirzə Yəhya xan Mirzə Nəbi xan oğlu Qəzvini (1832-1888) — İranın ictimai xadimi. Mirzə Yəhya xan Mirzə Nəbi xan oğlu 1832-ci ildə Qəzvin şəhərində anadan olmuşdu. İbtidai və orta təhsilini İranda alandan sonra Fransaya, Paris şəhərini yollanmışdı. Fransız dilini mükəmməl öyrənmişdi. 1856-cı ildə Tehrana döndükdən sonra Xarici İşlər nazirliyində işə düzəlmilş, əvvəlcə tərcüməçi işləmişdi. Sonra Sankt-Peterburqda səfir müavini kimi çalıpşmışdı.Orda bir il çalışdıqdan sonra Nasirəddin şah Qacarın baş naziri Mirzə Ağa xan Nurinin adyutantı təyin olunmuşdu. Sədr-Əzəm işdən çıxarıldıqdan sonra şahın şəxsi adyutantı və tərcüməçisi vəzifəsinə dəyişilmişdi. Mirzə Yəhya xan Qəzvini şahın əmri ilə xarici dövlətlərə gedir, diplomatik missiyanı uğurla yerinə yetirirdi.Gördüyü işlərin müqabilində Nasirəddin şah ona Mötəmədülmülk ləqəbini əta etdi. Mirzə Yəhya xan Qəzvini Nasirəddin şah Qacarın Avropaya birinci səfəri zamanı qardaşı Mirzə Hüseyn xan ilə nümayəndə heyətinin tərkibində olmuş, qayıtdıqdan sonra əvvəlcə Yəzdin, sonra Fars əyalətinin hakimi olmuşdu. O, daha sonra 1877-ci ildə Mazandaran əyalətinin valisi vəzifəsini icra etmişdi.
Mirzə Yəhyaəli xan Amani
Mirzə Yəhyaəli xan ibn Cəlaləddin Mirzə Heydər xan Baranlı (23 sentyabr, 1748 - 21 sentyabr, 1797) — Aud nəvvabı. Mirzə Yəhyaəli xan 23 sentyabr, 1748-ci ildə Feyzabad şəhərində anadan olmuşdu. Mirzə Yəhyaəli xan 21 sentyabr 1797-ci ildə vəfat edib. Mirzə Yəhyaəli xanın Vəzirəli xan adlı oğlu vardı.
Taşlıcalı Yəhya Bəy
Taşlıcalı Yəhya Bəy — XVI əsrdə Osmanlı İmperiyası yaşamış divan ədəbiyyatı şairi. Yaşadığı dövrdə Füzulidən sonra ən böyük məsnəvi şairi olaraq tanınmışdır. Qanuninin əmri ilə boğdurulan Şahzadə Mustafa üçün yazdığı "Şahzadə Mərsiyəsi", ən məşhur əsəridir. Doğum tarixi qəti olaraq naməlum. 1488-1489 illərindən birində doğulduğu iddia edilər. Doğum yerinin Albaniya olduğu və soyunun oranın əhəmiyyətli soylu ailələrindən biri olan "Dukagin" sülaləsinə söykəndiyi sanılmaqdadır. Kiçik yaşda yığma olaraq Yeniçəri Ocağına əsgər olaraq alındı və Osmanlı İmperiyası tabeçiliyində əsgər olaraq yetişdirildi. Yeniçəri Ocağına bağlı Əcəmioğlanlar Ocağında ikən əsgərilik qabiliyyəti ilə birlikdə ədəbiyyata uyğunluğu və yazdığı şeirlər fərqinə varıldı və özünə Kamal Paşazadədən, Qədri Əfəndidən, Fənarizədə Muhyiddin Çələbidən dərslər aldırtıldı.Onun bu uyğunluğu və aldığı dərslər əhəmiyyətli dövlət adamları ilə tanış olmasını və kömək görməsini yüksəlməsini təmin etdi. Yavuz Sultan Səlim dövründə Misir və Çaldıran ilçəsi səfərləri ilə Sultan Süleyman Qanuni dövründəki bir çox döyüşə də əsgər olaraq qatıldı. Gərək gördüyü kömək və maraq, gərəksə əsgərlik sahəsindəki cəsarəti əldə etdiyi dostlar qədər qısqanclıqlara və düşmən qazanmasına səbəb oldu.
Təkeşiyi (Yəhya bəy) məscidi
Təkeşiyi məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində XVIII əsrə aid tarixi-memarlıq abidəsi. Təkeşiyi məscidinin adının mənası "şiə təkyəsi" deməkdir. Karvansarası olmuşdur. Naxışlı uca sütunları sıradan çıxdığından adi sütunlarla əvəz edilmişdir. Şəbəkəli pəncərələri var. Məscidin giriş qapısının sağ və sol tərəfində iki ədəd mərmərdən hazırlanmış sənduqə tipli qəbirüstü xatirə abidəsi hörülmüşdür. Sənduqələrin yan haşiyələrində Qurandan ayə (2-255), üst tərəfində mürəkkəb kompozisiyalı xalça ornamentləri həkk olunmuşdur. Bərpa və yenidənqurma işləri aparılır. Xalq arasında Yəhya bəy məscidi adı ilə də tanınır. Məscidin şərqdən giriş qapısının baş tərəfində nəstəliq xətti ilə şeirlə yazılmış kitabə qoyulmuşdur.
Yəhya Kamal Bəyatlı
Yəhya Kamal Bəyatlı (2 dekabr 1884, Üskub – 1 noyabr 1958 və ya 2 noyabr 1958, İstanbul) — Türk şairi. Yəhya Kamal şeirlərini ən çox cümhuriyyət dövründə nəşr etdirmişdir. Onun şeirləri ölümündən sonra bu adlar altında kitablaşdırıldı: "Öz göy qübbəmiz" (1961), "Əski şeirin rüzgarıyla" (1962), "Rübailər və Xəyyam rübailərini Türkcə söyləyiş" (1963), "Bitməmiş şeirlər" (1976). Yəhya Kamal 1903-cü ildə Parisə bir Qərb heyranı, alafranqalıq və Jön Türklük həvəskarı olaraq getdi. Lakin 1912-ci ildə Türklüyünün fərqinə varmış, Milli şüura çatmış bir Türk olaraq döndü. Yəni təhsil aldığı, oxuduğu, öyrəndiyi məktəbdən xidmət edəcəyi, öyrəndiklərini tətbiq edəcəyi məmləkətinə qayıtdı. Qərb kültür, düşüncə, sənət və ədəbiyyatından alınması gərəkən dərsi və materialı almış, ancaq bunları öz orijinal sənətçi şəxsiyyətində əridərək və gərəkdiyi qədər işlədərək özünə aid milli bir ədəbiyyat yaratmış, orijinal bir milliyyətçilik düşüncəsi meydana gətirmişdir. O, Qərbin ağıllı bir tələbəsi olmuşdur. Qərbdən necə istifadə edilməsi gərəkdiyini başa düşmüş, nələri alıb, nələri almamaq lazım olduğunun şüuruna varmış bir Türk ziyalısıdır. Qərbdən daha çox metod, texnika, anlayış, çıxış nöqtəsi, mentalitet kimi xüsuslarda yararlanmışdır.

Digər lüğətlərdə