yayılmaq
yayımlama
OBASTAN VİKİ
Yayım
Yayım — audio və ya video məzmunun hər hansı bir elektron kütləvi kommunikasiya vasitəsilə elektromaqnit spektrindən istifadə edilərək auditoriyaya paylanması. Yayım ilk dəfə 1920-ci ildə vakuum borulu radioverici və qəbuledicilərin yayılması ilə populyarlaşaraq istifadəyə verilən AM radiosu ilə başladı. Bundan əvvəl, elektron rabitənin əksər tətbiqlərində (erkən radio, telefon və teleqraf) mesaj sadəcə tək bir alıcı üçün nəzərdə tutulmuşdu. "Yayım" termini əkinçilik üsulu kimi tarlaya toxum səpmək ifadəsindən ilhamlanaraq yaranmışdır. Daha sonra çap məhsulları və ya teleqraf vasitəsilə məlumatın geniş yayılmasını təsvir etmək üçün qəbul edildi. Fərdi stansiyanın çoxsaylı dinləyicilərə "birdən çox" radio ötürülməsi üçün tətbiqi nümunələri hələ 1898-ci ildə ortaya çıxmışdı. Hava üzərindən yayım adətən radio və televiziya ilə əlaqələndirilir, baxmayaraq ki, son zamanlar həm radio, həm də televiziya yayımları kabel (kabel televiziyası) vasitəsilə yayılmağa başlayıb. Qəbul edən tərəflərə geniş ictimaiyyət və ya nisbətən kiçik alt qrup daxil ola bilər. Məsələ ondadır ki, müvafiq qəbuledici texnologiya və avadanlıq (məsələn, radio və ya televizor) olan hər kəs siqnalı qəbul edə bilər. Yayım sahəsinə həm ictimai televiziya və radio və icma radiosu kimi hökumət tərəfindən idarə olunanlar, həm də özəl kommersiya radiosu televiziyası daxildir.
Rəqamsal yayım
Rəqəmsal distribusiya, həmçinin onlayn distribusiya və ya elektron proqram təminatının distribusiyası — audio, video, e-elektron kitablar, video oyunlar və digər proqram təminatı kimi rəqəmsal media məzmununun fiziki daşıyıcı olmadan çatdırılması və ya distribusiyası. Termin ümumiyyətlə kağız, optik disklər və VHS video kassetləri kimi fiziki distribusiya üsullarından yan keçərək internet kimi onlayn çatdırılma mühiti üzərində distribusiyanı təmin etmək üçün istifadə olunur. Şəbəkədə ötürmə qabiliyyətinin inkişaf etdirilməsi ilə XXI əsrdə onlayn distribusiya "Amazon Video" və "Netflix" kimi platformalarla məşhurlaşmışdır.
Yayım jurnalistikası
Yayım jurnalistikası — Köhnə metodlarla “yayımlanan” medianın əvəzinə müasir üsullar ilə translyasiya olunan qəzet və afişalar kimi xəbərlər və jurnallar sahəsidir. Yayım metodlarına radio (hava, kabel və İnternet vasitəsilə), televiziya (hava, kabel və İnternet vasitəsilə) və İnternet daxildir. Belə media şəkillər (statik və hərəkətli), vizual mətn və səslər vasitəsilə yayılır. Yayımlanan məqalələr “paketlər”, “oxucular”, “səsləri” (VO) və “lentdəki səs” (SOT) şəklində yazıla bilər. “Xülasə" xəbərlərin ümumi və qısa icmalı üçün düzəldilmiş bir video çarxdır və əsasən televiziyada işlədilir.Reortyor tərəfindən təqdim olunur. Səs, video,qrafika və effektlərdən istifadə olunur. "Qiraətçi" - video və ya səslə müşayiət olunmadan məqalə oxuyan şəxsə deyilir. Bəzən "ekranda rəqəmsal qrafik”-də təsvir olunur. Voice-over ya da VO, aparıcı tərəfindən təqdim edilən səsli və görüntülü yayımdır. Sound on tape ya da SOT, müsahibə səsidir.Ümumi bir müsahibəni və ya bir neçə müsahibənin önəmli hissələrini təşkil edir Radio yayım jurnalistikası üçün ilk vasitə idi.
Avropa Yayım Birliyi
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
Avropa Yayım İttifaqı
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
UEFA Çempionlar Liqasının yayım siyahısı
2018 FİFA Dünya Kuboku yayım hüquqları
FİFA bir neçə şirkətin aracılığı ilə 2018 FİFA Dünya Kubokunun yayım haqlarını çeşidli yerli kanallara satdı.
Bizim Şən Yayımız (1967)
Bizim şən yayımız filmi rejissor Kamil Mirzəyev tərəfindən 1967-ci ildə çəkilmişdir. "Peşətexfilm" studiyasında istehsal edilmişdir. Filmdə peşə-texniki təhsil sistemi şagirdlərinin təhsildən sonra Göy-göldə necə dincəlmələrindən danışılır. == Məzmun == Filmdə peşə-texniki təhsil sistemi şagirdlərinin təhsildən sonra Göy-göldə necə dincəlmələrindən danışılır. == Mükafatlar == 1969-cu ildə həvəskar filmlərin Respublika müsabiqəsində film özfəaliyyət kino sənətinin fəal təbliğinə görə qalib olmuşdur. 1969-cu ildə film Azərbaycan LGKİ MK-nın Fəxri Fərmanına layiq görülmüşdür.
Bizim şən yayımız (film, 1967)

Exxen tərəfindən yayımlanan proqramların siyahısı
Bu siyahıya Exxen adlı rəqəmsal platformada yayımlanan seriallar, filmlər, proqramlar və müsabiqələr daxildir. == Seriallar == 2021-: Leyla ilə Məcnun (Tezliklə) 2021-: Sehrli anam 2021-: Şərəf bəy 2021-: Adi şübhəlilər 2021-: Hökmsüz 2021-: Oxşar 2021-: Şagird evi 2021-: Tələs Zeynəb 2021-: Vəhşi şeylər 2021-: Bu mənim nağılımdır 2021-: Bəzi qəribə hadisələr 2021-: Yavuz 2021-: Ölüm vaxtı (tezliklə) 2021-: Bir yeraltı sitkomu == Proqramlar == 2021-: @Enis Arıkan (Enis Arıkan) 2021-: Çirkli paltarlar (Orkun İşıtmak) 2021-: Zeynəb Bastıq və qonaqları (Zeynəb Bastıq) 2021-: Katarsis (Gökhan Çinar) 2021-: Qaraj (Doğan Kabak və Fərhad Albayraq) 2021-: Zehin oyunları (Qıvanç və Burak) 2021-: Sürprizlərimiz var (Acun Ilıcalı, Alp Kırşan və Esra Eron) 2021-: Mən necə zəifləyərəm? (Çağan Atakan Arslan və Türev Uludağ) 2021-: Astroloji kodlar (Hande Kazanova və Dinçer Güner) 2021-: Şanslı və ya şansız? (Orkun İşığı) 2021-: Biz bu sahələrin xariciyik 2021-: Baytar Tuqay İnanoğlu və dostları (Tuqay İnanoğlu) 2021-: Sınır yoxdur 2021-: Layihə evləri (Ömər Şanlı) 2021-: Stalk Show (Selinay Yalçın və Zeynəb Sürməli) 2021-: Grj dance 2021-: Sağlam qaçış (Batuhan Bayır və Buğçə Qondaqçı) 2021-: Mənim üçün et (Bərkan Qarabulud və Lalə Onuk) 2021-: Böyük dəyişiklik (Kemal Doğulu) == Yarış == 2021-: MasterChef Junior (Mehmet Yalçınqaya, Danilo Zanna və Somer Sivrioğlu) 2021-: Next top model (Burcu Esmersoy) 2021-: Fight club (Bilgəhan Dəmir) 2021-: O adam oldun?
FX kanalında yayımlanan proqramların siyahısı
FX kanalında yayımlanan proqramların siyahısı :
Maks Hedrum pirat yayımı
Maks Hedrum pirat yayımı (ing. Max Headroom broadcast signal intrusion) — Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yerləşən WGN televiziyasının yayım tezliyində baş vermiş müəmmalı pirat yayım. Hadisə XX əsrin sonlarına yaxın ABŞ və Qərbi Avropanın populyar mədəniyyətində geniş müzakirə olunmuşdur. == Hadisə == Hadisə 1987-ci ilin 22 oktyabr tarixində, Amerika Birləşmiş Ştatlarının İllinoys ştatının Çikaqo şəhərində yerləşən WGN televiziya kanalının canlı xəbərlər proqramının yayınlanması zamanı baş vermişdir. Saat 21:14-də xəbərlər proqramı qəfil kəsilmiş və ekranda üzündə "Maks Hedrum" maskası olan bir şəxs, 28 saniyə ərzində qəribə hərəkətlər edərək, anlaşılmaz sözlərdən istifadə etmişdir. Televiziya əməkdaşlarının təcili müdaxiləsindən sonra yayım dayandırılmışdır. Lakin, təxminən 2 saat sonra 23:15 radələrində bu dəfə "WTTW" kanalının yayımı oxşar səbəbdən kəsilmişdir. Yenə eyni şəkildə, üzündə maska olan şəxs ekranda göründü. Həmin şəxs anlaşılmaz sözlərdən istifadə edərək, qeyri-adi hərəkətlər edirdi. 88 saniyəlik yayım bitdikdən sonra kanalın normal yayımı davam etdi və pirat yayımı bu dəfə kəsmək mümkün olmamışdır.
Video oyun yayımçısı
Videooyun yayımı şirkəti və ya videooyun nəşriyyatı — videooyun yayımlayan şirkətlərə verilən ad. Yayım şirkəti videooyunun yaradılışına və satışına görə məsuliyyət daşıyır. Böyük yayım şirkətləri həmçinin, onların yayımladığı oyunları yayır. Daha kiçik biriləri onlar üçün oyunu yaymaq üçün başqa şirkətlər üçün ödəyir.
Video oyun yayımı şirkəti

Ümumdünya Qəzet və Xəbər Yayımçıları Assosasiyası
Ümumdünya Qəzet və Xəbər Yayımçıları Assosiasiyası (ing. : World Association of Newspapers and News Publishers: WAN-IFRA) 102 ölkədə 73 milli qəzet birliyi, 11 xəbər agentliyi, 9 regional və ya qlobal mətbuat qrupu və 18000 qəzeti özündə təmsil edən və qazanc məqsədi güdməyən sivil bir toplum qurumudur. WAN, iyun 2009-da xəbər sənayesi üçün bir araşdırma və xidmət qurumu olan İFRA ilə birləşərək WAN-IFRA adını aldı. Qeyd: Bu rəqəmlərdə təşkilatın öz rəsmi saytında belə kiçik də olsa fərqliliklər var. Təşkilat iyun 1948-ci ildə Parisdə keçirilən mərasim əsnasında, Ümumdünya Qəzet və Xəbər Yayımçıları Assosiasiyası tərəfindən fransızca "Fédération Internationale des Editeurs de Journaux — FIEJ" adıyla quruldu. 1948-ci ildən bu günə qədər assosasiyanın quruluş maddələri ilk dəfəsi iyun 1952-ci ildə Brüsseldə olmaqla 16 dəfə müxtəlif yerlərdə dəyişdirildi. Assosiasiya bugünkü adını iyun 2007-ci ildə almışdır. Assosiasiya 1 iyul 1901-ci il tarixli qazanc məqsədi olmayan assosasiyalara dair Fransız qanunvericiliyinə əsasən idarə olunur. Ümumdünya Qəzetlər Assosiasiyası qarşısına 3 təməl hədəf qoyduğunu bildirir. Bunlar: Mətbuat azadlığını və mətbuat azadlığının təməl şərtlərindən olan qəzetlərin müstəqilliyini müdafiə və təmin etmək.
İctimai Televiziya və Radio Yayımları Şirkəti
İctimai Televiziya və Radio Yayımları Şirkəti — Azərbaycanın informasiya-əyləncə telekanallarından biri. Verilişləri bütün Azərbaycan ərazisində, 24 saat ərzində azərbaycan dilində aparılır. Həmçinin ingilis və rus dillərində Carçı informasiya verilişi də yayılırdı. Hal-hazırda İTV Xəbər informasiya proqramı yalnız Azərbaycan dilində yayımlanır. Mənzil qərargahı Bakı şəhərindədir və Avropa Yayım İttifaqının üzvüdür. İctimai Televiziya və Radio Yayımları Şirkəti əsasən reklam və dövlət ödənişləri ilə maliyyələşdirilir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına dair 2004-cü il yanvar qanunu, 2010-cu ilin yanvar ayından televiziya lisenziyası haqlarından maliyyələşdirmə təmin etdi, lakin 2024-cü ildən etibarən bu qanunun bu hissəsi hələ tətbiq edilmir. İctimai Televiziya və Radio Yayımları Şirkəti "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılmışdır. Həmin Fərmana əsasən Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilmişdir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti "İctimai Televiziya və Radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
İctimai Televiziya və Radio Yayımları Şirkəti (Azərbaycan)

Videooyun yayımı şirkəti
Videooyun yayımı şirkəti və ya videooyun nəşriyyatı — videooyun yayımlayan şirkətlərə verilən ad. Yayım şirkəti videooyunun yaradılışına və satışına görə məsuliyyət daşıyır. Böyük yayım şirkətləri həmçinin, onların yayımladığı oyunları yayır. Daha kiçik biriləri onlar üçün oyunu yaymaq üçün başqa şirkətlər üçün ödəyir.

Digər lüğətlərdə