1. YAŞAYIŞ (həyat tərzi) Dilə gəlib qoca dedi: – Heç qəm yemə Nəriman; Unutma ki, belə getməz bu yaşayış, bu dövran (S.Rüstəm); DİRİLİK [Gülzar:] Sənsiz mənə dirilik yoxdur (S.S.Axundov); DOLANIŞACAQ İmran: Nə vaxtadək bizim dolanışacağımız belə gedəcəkdir? (Ə.Haqverdiyev); GÜN (dan.) Güləbətin: ..Heç olmasa bunlar xoş bir gün görsünlər (M.İbrahimov); GÜN-GÜZƏRAN Tələbə babaydıq, özümüz cavan; Ürəkdən razıydıq gün-güzərandan (S.Rüstəm); GÜZƏRAN Yavərin müəllimlik maaşı ilə güzəranları pis keçmirdi (M.İbrahimov); HƏYAT Rza: Bu nə həyatdır, bu nə yaşayışdır ki, siz dözürsünüz?! (M.İbrahimov); ZİNDƏGANLIQ Kərbəlayı Eyvaz: Bilmirəm zindəganlığın dərdini çəkim, yoxsa bunun (Çəmənzəminli); DOLANACAQ, MƏİŞƏT.
2. YAŞAYIŞ, HƏYAT TƏRZİ, YAŞAMA, YAŞAMAQ TƏRZİ