ŞOVİNİZM1

Fransada Şoven adlı şəxsin adı ilə bağlı yaranıb (öz xalqını əla hesab edir, başqalarına isə yuxarıdan aşağı baxırmış). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Yeni tarixin ən məşhur sərkərdəsi səkkiz ilə yaxın Fransanın imperatoru olmuş korsikalı Napoleon Bonapartdır. O, təxminən iyirmi il fransız ordusuna bir çox hərbi yürüşlərdə başçılıq etmiş, bu zaman ərzində ayıq başla və vaxtında verdiyi düzgün qərarlar sayəsində parlaq qələbələr qazanmışdı. Sonda Napoleonu elə öz qələbələri aldatdı. O, çata bilməyəcəyi məqsədin mövcud olmadığına özü də inanmağa başladı və Rusiyanın sonsuz ərazilərini fəth etmək üçün minlərlə kilometr məsafəlik yürüşə çıxdı. Napoleon arxasınca 500 000 adam aparırdı. Axırda cəmi 5000 insanı xilas edə bildi.

Napoleon fransızların bütöv bir nəslini öz şöhrətpərəstliyinə qurban verdi və nəticədə məğlub oldu. Fransa bir daha dünyada hakim mövqe tutmadı.

Fransa bütövlükdə özünü Napoleonsuz çox yaxşı hiss etsə də, fransızlar arasında Napoleonun həmin ağılsız və mənasız yürüşünü Fransa tarixinin şərəfli səhifəsi hesab edənlər də var idi. Onlardan biri Nikola Şoven idi. O, yorulmaq bilmədən Napoleonu təriflədiyindən hətta dostları da ona gülürdülər. Şoven bu qəribəliyi ilə bütün Fransada tanındı, “şovinizm” sözü isə bir milləti kor-koranə şəkildə digərlərindən üstün hesab edən ifrat millətçiliyi ifadə etməyə başladı. (Ayzek Azimov. Sözlərin tarixi)

ŞORBA
ŞÖHRƏTPƏRƏST
OBASTAN VİKİ
Şovinizm
Şovinizm (fr. chauvinisme) — millətçiliyin ifrat, mürtəce formalarından biri. Başqa millət və xalqlara nifrət və ədavəti qızışdırmağa yönəlmişdir. Şovinizm siyasəti "ikinci dərəcəli" millət və irqlər üzərində hökmranlıq etməli bir millətin milli müstəsnalığını təbliğ edir. Şovinizm termini 1831-ci ildə Fransada yazılmış komediyalardan birinin qəhrəmanı - Napoleonun işğalçılıq siyasətinin pərəstişkarı Nikola Şovenin adından yaranmışdır. Şovinizm sözü ilə millətçilik eksterminizmin müxtəlif təzahürlərini ifadə edirlər. XIX əsrin 70-ci illərində Böyük Britaniyada Şovinizm xüsusi ad - cinqoizm adını almışdır. Şovinizmin digər təzahürləri sosial-şovinizm, hakim millətçilik şovinizmidir.
Rus şovinizmi
Raşizm və ya Rusizm (rus. рашизм, ; "Russia" və "Faşizm" sözlərinin birləşməsindən yaranmış mürəkkəb söz) — iddia edilir XXI əsrin I yarısında Rusiya dövlət siyasətinə çevrilmiş, rus xalqınınideyasına əsaslanan faşist xarakterli siyasi idealogiya və təcrübə. Termin, həmçinin "Böyük Rusiya" və aqressiv hərbi ekspansiya ideyalarına əsaslanan Rusiya militarizmini ifadə etmək üçün işlədilir. Rusiyanın Çeçenistanda hərbi fəaliyyətini ultrasağ ideologiyanın təzahür və çiçəklənməsi kimi qiymətləndirən Çeçen İçkeriya Respublikasının Prezidenti Cövhər Dudayev 1995-ci ildə bu fəaliyyəti təsvir etmək üçün "rusizm" (rus. русизм ) terminini işlədir. Dudayevə görə "rusizm" — əsasında Böyük Rus şovinizmi dayanan nifrət ideologiyasıdır. Onun fikrincə "rusizm"i faşizm və rasizmdən fərqləndirən əsas xüsusiyyəti insan və təbiətə qarşı həddindən artıq qəddarlıq nümayişidir. İdeyanın əsasında qarşıya çıxan hər şeyin məhv edilməsini ehtiva edən yandırılmış torpaq taktikası durur.
Rusiya şovinizmi

Rusya şovinizmi

Значение слова в других словарях