ƏDHƏM
ƏFİFƏ
OBASTAN VİKİ
Dədə Əfəndi
Dədə Əfəndi (9 yanvar 1778 – 29 noyabr 1846) — XIX əsr Türkiyə bəstəkarı. == Həyatı == Dədə Əfəndi 9 yanvar 1778–ci ildə İstanbulda doğulmuşdur. Lap gənc yaşlarından musiqini öyrənməyə başlamışdır. Yeniqapı Mövləbixanəsində 1001 gün oxuyaraq "Dədə" olmuşdur. İlk əsərlərini 16 yaşında yazan bəstəkar dövrünün böyük bəstəkarı olan III Səlimin diqqətini cəlb etmişdir. Padşah baş musiqiçi və müsahib kimi onu saraya gətirmişdir. Dədə Əfəndi Həccə getmiş, orada Xolera xəstəliyinə tutularaq 30 noyabr 1846-cı ildə orada vəfat etmişdir. Məkkədə Həzrəti Xədicənin ayaq tərəfində basdırılmışdır. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil.
Əfəndi
Əfəndi (fars. آفندی‎ ərəb. أفندي‎ türk. efendi, qaz. әпенді, başq. әфәнде, efendi, tatar. әфәнде, әfәnde — ağa, hökmdar, müasir yunancadan αφέντης - hökmdar, rəis) — XV-XX əsrlərdə Osmanlı İmperiyasında və bəzi başqa Şərq ölkələrində titul və zabit rütbəsi. Əvvəlcə sultana qədər zadəganlara nəzakətli müraciət kimi də “əfəndi” forması işlədilmiş və bu mənada “çələbi” ifadəsini əvəz etmişdir. XIX əsrdən etibarən sultan ailəsinin üzvlərinə, ruhani rəhbərlərə və məmurlara əfəndi kimi müraciət edilir - "əfəndi" titulu onların adlarından dərhal sonra istifadə edilirdi (məsələn, Ənvər əfəndi). “Əfəndi” forması qadınlara – “xanım-əfəndi”, kişilərə – “bəy-əfəndi” kimi, habelə bəzən əcnəbilərə və qeyri-müsəlmanlara müraciət edərkən də işlənirdi.
Agah Əfəndi
Agah Əfəndi (1832, Yozqat – 1885, Afina) — Türkiyə yazıçısı,"Gənc Osmanlı" cəmiyyətinin üzvü, Poçt naziri, səfir. O, Türkiyədə poçt naziri kimi ilk poçt pullarını buraxmışdır. Bu gün o, daha çox bir qəzet işçisi kimi xatırlanmaqdadır. Dövrünün mütərəqqi padşahlarından olan Əbdüləzizin hakimiyyəti zamanı Agah Əfəndi Avropaya göndərildi. Avropadan qayıtdıqdan sonra II Əbdülhəmid tərəfindən sürgünə göndərilmiş, istibdad zülmü çəkmişdir. == Həyatı == Poçt pullarının və qəzetlərinin atası sayılan Agah Əfəndi 1832-ci ildə İstanbulda Sarıyerdə anadan olmuşdur. Yozqatlı Çobanoğullarından Ömər Əfəndinin oğludur. Yeddi il tibb institutunda oxuduqdan sonra fransız dilini yaxşı bildiyi üçün təhsilini yarımçıq qoyub "Babiali tərcümə şöbəsində" çalışmışdır. Avropadan vətənə qayıtdıqdan sonra bir çox vəzifələrdə çalışmışdır. O, da II Əbdülhəmidin sürgünündən yan keçə bilməmişdi.
Albay Əfəndi
Abbas Zahid oğlu Babayev səhnə adı ilə Albay Əfəndi (16 fevral 1986, Bakı, Azərbaycan) — repçi, yazar. Albay — təxəllüsünü Türkiyə hərbi sistemində polkovnik anlamına gələn rütbədən götürmüşdür. Albay Sheriff adını 2007-ci ildə Albay Əfəndi olaraq dəyişdirmişdir. İxtisasca iqtisadçıdır. Musiqi və ədəbiyyatdan başqa, səs rejissorluğu sahəsində də fəaliyyət göstərir. Musiqi karyerasına 2001-ci ildə özünün də qurulmasında böyük rolu olan RAPressia CLAN adını verdikləri rep birliyində başlamışdır. 2011-ci ildə birliyi tərk edərək solo fəaliyyətə başlamış və 2012-ci ildə ilk solo Anomalia albomunu yayımlamışdır. 2012-ci il, Türkiyənin Kurşun Kalem (Qurşun Qələm) ədəbi dərgisinin iyul-avqust, 18-ci buraxılışında Albay Əfəndinin Yeyilmiş Pozan adlı şeiri Türkiyə türkçəsinə tərcümə edilmişdir. Heç bir siyasi, dini partiyaya mənsub deyil. == Həyatı == Albay Əfəndi 16 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub.
Elçin Əfəndi
Elçin Fərahim oğlu Əfəndi (d. 1985) — Aktyor. == Həyatı == Elçin Əfəndi 16 iyun 1985-ci ildə dünyaya gəlib. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Musiqili Teatr aktyorluq fakültəsini bitirmişdir. == Mükafatları == 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Emin Əfəndi
Emin Əfəndi (15 noyabr 1978, Bakı) — azərbaycanlı prodüser və televiziya aparıcısı. Ölkənin ilk rep qrupu Dəyirmanın yaradıcısı və prodüseri, müxtəlif dövrdə isə "H.O.S.T." qrupunun prodüseri olub. Hazırda isə Azərbaycan Respublikasının Xalq Artisti Miri Yusifin prodüseridir. == Həyatı == Emin Əfəndi 15 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq, gənclik illəri Bakının “Vasmoy” adlanan “8 KM” qəsəbəsində keçib. 1996-cı ildə Nizami Rayonunda yerləşən 210 nömrəli məktəbi bitirib. Elə həmin il də Azərbaycan Memarlıq və İnşaat universitetinə daxil olub. == Karyerası == Peşəkar karyerasına ilk dəfə ANS ÇM radiosunda müxtəlif proqramlarda prodüser kimi başlayıb. 2001-ci ildə isə ölkəyə səs salan De Gəlsin" meyxana verilişinin aparıcısı olub. Daha sonra Space TV-də yayımlanan “Çardaq” verilişinin prodüseri və aparıcısı olub.
Harun Əfəndi
Harun Osman Osmanoğlu (22 yanvar 1932, Dəməşq) — Osmanlı sülaləsinin on birinci rəisi və Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Harun Əfəndi 1932-ci ildə Dəməşqdə dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin oğlu Mehmed Səlim Əfəndinin oğlu Mehmed Əbdülkərim Əfəndi, anası isə onun xanımı Nemət xanım idi. Balaca Harun atasının sürgündə yaşadığı Dəməşqdə dünyaya gəlmiş, doğumundan dərhal sonra atası siyasi mübarizəylə bağlı Hindistana səfərə çıxmışdı. Atasının taxt mübarizəsi uğrunda Şərq ölkələrinə səyahət etməsi səbəbilə bundan sonrakı həyatını anasıyla keçirmişdir. 1935-ci ildə atası vəfat etmiş, bu səbəblə 2 il boyunca Beyrutdakı babası Mehmed Səlim Əfəndinin yanında qalmışdır. Ancaq babasının 1937-ci ildə vəfat etməsiylə yenidən Dəməşqə döndülər. Burada Fərzad xanımla evləndi və bu evlilikdən 3 övladı dünyaya gəldi. Orxan Osmanoğlu (d. 25 avqust 1963, Dəməşq) — 22 dekabr 1985-ci ildə Nuran Yıldızla evləndi və 4 övladı oldu.
Həmid Əfəndi
Hacı oğlu Həmid Əfəndi — Qazax rayonu və İncə dərəsi elində məşhur din xadimi. == Həyatı == Həmid Əfəndi Azərbaycanın Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Türkiyədə dini ali təhsil almışdır. Aslanbəyli məscidi Həmid Əfəndinin təşəbbüsü ilə tikilmişdir. == Ailəsi == Ana tərəfdən Seyidovlar soyundandır. Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin nəvəsidir. Molla Seyidin qızlarından Pərinin oğludur. Ata tərəfdən Aslanbəyli kəndinin Xəlil evləri soyundandır. Güləndam adlı türk qızı ilə evlənmişdir. == Mənbə == Fikrət Seyidov.
Mehriban Əfəndi
Mehriban Əfəndi (tam adı: Mehriban Cavanşir qızı Əfəndiyeva d. 5 may 1968) — Azərbaycan sürrealisti, kino və geyim rəssamı, Azərbaycanın əməkdar rəssamı (2016). == Həyatı == Mehriban Əfəndiyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfilm"də çəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib. == Mükafatları == 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. == Xarici ölkələrdə uğurları == 24 avqust 2012-ci ildə əsərləri ABŞ-nin Muskeqon şəhərindəki "Dünya incəsənəti" qalereyasına nümayiş etdirişmişdir. Sərgidə 12 rəssamın əsərləri də nümayiş olunmuşdur.
Məhəmməd Əfəndi
Məhəmməd Əfəndi — İlahiyyat alimi, təsərrüfatçı. Azərbaycanın təsəvvüf alimi Hacı Mahmud Əfəndinin oğludur. Məhəmməd Əfəndi Qaranilər soyunun Seyidovlar nəslindəndir. Azəri türk əsilli Məhəmməd Əfəndi 1871 ci ildə Azərbaycanın Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Türkiyəyə Oktyabr inqilabından xeyli əvvəl yüksək tipli türk İlahiyyat məktəbində təhsil almaq üçün getmişdir. Orada oxumuş və təhsilini tamamladıqdan sonra Türkiyənin Amasya şəhərində qalmışdır və ilahiyyat elmi ilə məşğul olmuşdur. Amasya şəhərində vəfat etmişdir. Məhəmməd Əfəndi İlahiyyat elmi üzrə Türkiyənin ən məşhur alimlərindən olmuşdur. Çox savadlı və tədbirli bir alim olmuşdur. Türkiyəyə gedərkən dərhal Amasyadan çoxlu torpaq sahəsi alır.
Rəna Əfəndi
Rəna Əffəndi (26 aprel 1977, Bakı) — azərbaycanlı fotoqraf, quruluşçu rəssam. Rəna Əffəndi 1977-ci ildə Bakıda anadan olub. Entomoloq Rüstəm Məmməd-Əmin Əffəndinin qızıdır. Azərbaycan Dillər Universitetini bitirərək uzun müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. 2005-ci ildən tərcüməçi işindən ayrılaraq fotoqrafiya ilə daha ciddi məşğul olmağa qərar verib. Rəna Əffəndi "Fifty Crows" Beynəlxalq sənədli fotoqrafiya Fondunun keçirdiyi müsabiqənin mükafatçısı, habelə Azərbaycanda "İlin fotorəssamı" mükafatının laureatıdır, müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə iştirak edib. 2007-ci ildə Amerikanın Photo District News jurnalı Rəna Əffəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun fotoları Le Monde, Le Figaro, Liberation, Courrier International, Newsweek, Days Japan, Reponse Photo, "Oqonek", "Ekspert" i "Bolşoy Qorod" jurnallarında dərc edilib.
Samirə Əfəndi
Samirə Əfəndiyeva (Samira Əfəndi; 17 aprel 1991, Bakı) — Azərbaycanlı müğənni. O, 2020 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin yarışma ləğv edildi. Buna baxmayaraq, o, 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən iştirak etmək hüququ qazandı. Və bu səfərdə "Mata Hari" mahnısı ilə Azərbaycanı təmsil etdi. Samirə Əfəndiyeva Azər qızı 17 aprel 1991-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olmuşdur. 1994-cü ildən Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olub. Həmin illərdə "Cücələrim Rəqs Ansamblında" milli rəqs dərslərini alıb. 2001-ci ildə Bakı şəhəri K. Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi fortepiano ixtisası üzrə bitirmişdir. 2006-cı ildə Azərbaycan Milli Konservatoriyanın nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub. 2010-cu ildə "Estrada musiqi sənəti" ixtisası üzrə tam kursu bitirmişdir.
Veys Əfəndi
Vəliüddin Əfəndi
Vəliüddin Əfəndi (1684, Konstantinopol – 25 oktyabr 1768, Konstantinopol) — Osmanlı alimi, xəttatı və şeyxülislamı. 1684-cü ildə İstanbulda dünyaya gəldi. Atası Hacı Mustafa ağa və babası Hacı Hüseyn ağa yeniçəri ağası idi. Təhsili barədə məlumat çox azdır. Sadəcə təhsilini tamamladıqdan sonra Əbəzadə Abdullah Əfəndinin şeyxülislamlığı dönəmində atasının Silivriqapıda inşa olunan mədrəsəsində müdərris olaraq xidmətə başlamışdır. Nevşəhərli İbrahim Paşanın himayəsinə girərək 1729-cu ildə Hələb qazısı təyin edilsə də, ertəsi il vəzifədən uzaqlaşdırıldı. 4 ay sonra Qalata, ardından Qahirə və Mədinə qazısı olaraq xidmət göstərdi. Bu əsnada həcc ziyarətini yerinə yetirdi. İstanbul qazılığı payəsini alaraq 1756-cı ilin mayında Anadolu qazəsgərliyinə, 28 aprel 1758-ci ildə isə Rumeli qazəsgərliyinə gətirildi. Qısa zaman sonra Sultan Mustafaya rüşvət almasıyla bağlı bir şikayətin təqdim edilməsiylə 3 avqust 1758-ci ildə vəzifədən alındı və Manisaya sürgün edildi.
Yəhya Əfəndi
Beşiktaşlı Yəhya Əfəndi (d. 1495 - ö. 1571) — Osmanlı müdərrisi, şairi və din xadimi. Riyaziyyat, həndəsə, fəlsəfə, astronomiya və tibb elmindən anlayan Yəhya Əfəndinin bir digər qabiliyyəti isə zərgərlik olmuşdur. Yəhya Əfəndi 1495-ci ildə Trabzonda dünyaya gəlmişdir. Atası Şami Ömər Əfəndi, anası isə Afifə Xatundur. Bəzi mənbələrdə atasının Amasiyalı olduğu qeyd olunur. Ömər Əfəndinin Trabzon qazısı olduğu illərdə II Bəyazidin oğlu Şahzadə Səlim burada sancaqbəyi idi. Bu illərdə şahzadə ilə münasibətləri olduqca yaxşı olmuş, Yəhya Əfəndi dünyaya gəldikdən bir neçə gün sonra Şahzadə Səlimin oğlu Şahzadə Süleyman da dünyaya gəlmişdir. Bu hadisə ilə bu iki ailə daha da yaxınlaşdı.
Şövqi Əfəndi
Şövqi Əfəndi Rəbbani — bəhailər onu yeni İlahi dinin Mühafizi olaraq qəbul edirlər. Əbdül-Bəha Abbasdan sonra dinin Vəlisi (Vəliyyi Əmrullah), Mühafizi təyin olunmuşdur. Əbdül-Bəhanın süudu ilə Bəhai Erasının Qəhrəmanlıq və ya Həvvarilik dövrü sona yetdi. Şövqi Əfəndinin "Allah yaxından keçir" kitabında "Allahın məst etdiyi qəhrəmanlar Qalaktikası" adlandırdığı 20 mindən çox şəhid İranda canlarından keçərək "öz növbəsində yaranmaqda olan İlahi Dinin hər yeri əhatə etməkdə olan hərəkatına əlavə təkan" vermişdilər. Əbdül-Bəhanın yazılı olaraq qoyduğu Ruhani Vəsiyyətnaməsinə uyğun olaraq böyük nəvəsi Şövqi Əfəndi Rəbbani Bəhai dininin Mühafizi təyin edilirdi. Şövqi Əfəndi o vaxt Oksforddakı Bolliol kollecinin iyirmi dörd yaşlı tələbəsi idi. O, babasının onun üçün hazırladığı qeyri-adi vəzifədən tamamilə xəbərsiz halda zəruri biliklər əldə edib, Bəhai Yazılarının tərcüməçisi olmaq həvəsilə səylə çalışırdı. Onu Əbdül-Bəhanın yaşadığı və dəfn olunduğu Müqəddəs Torpağa, Hayfaya cağırırlar. Mühafizin şərhçiliyinin ilhamverici qüvvəsi vasitəsilə Əbdül-Bəha Bəhai Dinini başqa dinlərin ruhani qüvvələrini gücdən salan parçalanma və təriqətçilikdən qorumuşdur. Şövqi Əfəndinin Mühafizliyi dövründə Bəhai dini yeni-yeni ölkələrə yayılmağa, bəhai ədəbiyyatı isə bir çox dillərə tərcümə edilməyə başlayır.
Əbdülməcid Əfəndi
II Əbdülməcid və ya Əbdülməcid Əfəndi (osman. عبد المجيد افندی; türk. Abdülmecid Efendi) (29 may 1868, Beşiktaş – 23 avqust 1944[…], Paris) — Osmanlı sülaləsinin sürgündəki 2-ci rəisi, sülalənin 29-cu, Türkiyə Böyük Millət Məclisinin yeganə, İslamın 116-cı və son xəlifəsi (1922–1924); Osmanlı imperiyası tarixində sultan titulunu daşımayan yeganə xəlifə. Sultan Əbdüləzizin dördüncü oğlu olan Əbdülməcid Əfəndinin Osmanlı taxt-tacına sahib olmaq üçün demək olar ki, şansı yox idi: 1876-cı ildə V Murad devrildikdən sonra o, varislik iyerarxiyasında yalnız səkkizinci yeri tutmuşdu. 1912-ci ildə müstəqil Alban dövlətinin qurulmasına ümid bəsləyən albanlar Əbdülməcidə yeni dövlətin başçısı olmağı təklif etdilər. Albanlar bilirdilər ki, Əbdülməcid bütün şahzadələr arasında tərbiyəsi və təhsili yüksək olan, ən çox qərbləşən və avropalaşan şahzadə idi, lakin buna baxmayaraq, İtaliya albanların bu fikrinə qarşı çıxdı. Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də Ankarada Osmanlı imperiyasının ləğv edilməsi haqqında qərar qəbul etdi. Noyabrın 18-də və ya 19-da TBMM Əbdülməcidi keçirilən xəlifəlik seçkisinin nəticəsi olaraq hökumətin xəlifəsi seçdi. 29 oktyabr 1923-cü ildə Osmanlı dövləti tam süqut etdiyinə və Türkiyə Respublikası onu əvəz etdiyinə görə daha xilafətə ehtiyac qalmadı. 1924-cü il martın 3-də 431 saylı qanun qəbul edildi və qüvvəyə mindi.
Əbussuud Əfəndi
Əbussuud Əfəndi (türk. Mehmed Ebüssuûd Efendi , 30 dekabr 1490, İskilip, Rum əyaləti[d], Osmanlı imperiyası – 23 avqust 1574, Konstantinopol, Osmanlı imperiyası) — Hənəfi Matüridi, Osmanlı şeyxülislamı və Quran təfsirçisi. Ailəsi İskilip yaxınlığındakı İmad kəndindən olduğu üçün ona "Əl-İmadi" də deyirdilər. Əbussuud Əfəndi 30 dekabr 1490-cı ildə Çorumun İskilip mahalında doğulmuşdur. Onun atası İskilipli Şeyx Mühiddin Məhəmməd Əfəndi, anası isə Əli Quşçunun qızı olmuşdur. Bəzi qaynaqlar İmadı Amid ilə qarışdırıb Əbussuud Əfəndinin Diyarbəkirli olduğunu irəli sürmüşdür. Əli Mustafa Əfəndi və Peçuylu İbrahimin "İmad"ı "İmadiyə" İlə qarışdıraraq Əbussuud Əfəndinin kürd əsilli olduğu fikrini irəli sürmüşdürlər. Lakin Əbussuud Əfəndinin ailəsinin hal-hazırda İraq ərazisində yerləşən İmadiyəli deyil, İskilipdə yerləşən İmad kəndindən olduğu bəzi müasir qaynaqlar da daxil olmaqla demək olar ki, bütün mənbələrdə qeyd edilməkdədir. Əbussuud 1530-cu illərdə Bursa, İstanbul və Rumelidə hakim vəzifəsində çalışmış, burada yerli qanunları şəriət qanunlarına uyğunlaşdırmışdır. 1545-ci ildə Sultan Süleyman Qanuni onu şeyxülislam vəzifəsinə təyin etmiş və Əbussuud ölümünə qədər bu vəzifəni icra etmişdir.
Əfəndi (Göyçə)
Əfəndi — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-şərqdə, Göyçə gölünün şimal-şərq sahilində yerləşir. Kəndin başqa adı erməni mənbəyində Rəhmankənd, Noraşen kimi də göstərilir. Lakin kəndin qədim və ilkin adı Əfəndikənd olmuşdur. 1930 - cu illərdə Kəvər (Kamo) rayonunun tərkibində olmuşdur. Kənddə XII əsrə aid azərbaycanlılara məxsus tarixi abidələr var. Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadədir. Kəndin adı Erm.
Əfəndi (Pəmbək)
Əfəndi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 5–7 km cənub-şərqdə, Pəmbək çayının sağ qolu üzərində, Qursalı kəndi ilə Saral kəndinin arasında yerləşir. Hamamlı rayonu təşkil edilənə kimi, 1937-ci ilə kimi, Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Karadzor qoyulmuşdur. Kənddə 1897-ci ildə 238 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1905-1906-cı illərdə kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur.
Əfəndi (dəqiqləşdirmə)
Əfəndi (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Əfəndi (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd.
Əfəndi Kapiyev
Əfəndi Mansuroviç Kapiyev (13 mart 1909, Dağıstan vilayəti, Qumuq kəndi- 27 yanvar 1944, Pyatiqorsk) — Əsərlərini rus, lak və qumuq dillərində yazan Dağıstan sovet nəsr yazarı, ədəbiyyatşünas, publisist, şair, tərcüməçi. Əslən lak olan Əfəndi Kapiyev Dağıstanın Qumuq kəndində sənətkar, oymaçı və zərgər ailəsində anadan olmuşdur. Uşaqlığı Stavropol diyarında keçir, atasının yanında çalışaraq, burada rus dilini də öyrənir, Puşkin və Koltsovun şeirləri ilə tanış olur. 1919-cu ildə Kapiyevlər ailəsi Dağıstana qayıdır və Teymur-Xan-Şurada (1922-ci ildən-Buynaksk) məskunlaşırlar və daha sonra dağlı uşaqları üçün təyin edilmiş internat məktəbinə təyin edilmiş Buynaksk Pedaqoji Məktəbində təhsil alır. O, qumuq dilini mükəmməl bilirdi. 1928-ci ildən Buynaksk Pedaqoji Texnikumunu bitirdikdən sonra Aksay yeddi illik məktəbində rus dilindən dərs deməyə başlayır. 1929-cu ilin aprelində kəndin sakinlərindən biri - keçmiş çar zabiti Buday Xanla əlaqə saxlamaqda şübhəli bilinərək həbs edilir. 1930-cu ildə Komsomol kuponu ilə Leninqrad Maşınqayırma İnstitutunda (Leninqrad Politexnik İnstitutunun filial universiteti) təhsil alır, lakin xəstəlik səbəbindən təhsilini yarımçıq qoyaraq Dağıstana qayıdır. Qumuq "Tovariş" qəzetinin redaksiyasında çalışır (qumuqca-Eldaş), daha sonra "Dağıstanın inşası" və "Kommunist təhsili üçün" jurnallarının məsul katibi olur. 1932-ci ilin əvvəlində Dağıstan Proletar Yazıçılar Birliyinin məsul katibi işləyir.
Əfəndi Səfərov
Əfəndi Cahangir oğlu Səfərov (1 yanvar 1996; Qaxbaş, Qax rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Əfəndi Səfərov 1 yanvar 1996-cı ildə Qax rayonunun Qaxbaş kəndində anadan olmuşdur. 2002-ci ildə Qax rayon Qaxbaş kənd 2 saylı tam orta məktəbdə orta təhsilə başlamışdır. 2007-ci ildən təhsilini Respublika Olimpiya İdman Liseyində davam etdirmişdir. Hərbi xidmət müddətini bitirdikdən sonra bir müddət mühafizəçi olmuşdur. Əfəndi Səfərov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuş, Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əfəndi Səfərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əfəndi Səfərov 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfəndi Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əfəndi İsmiyev
Əhməd əfəndi
Əhməd əfəndi — məşhur xınalıqlılardan biri. Fitri istedada malik Əhməd əfəndi XIX əsrdə Qafqazın müxtəlif dini mərkəzlərində — Tiflisdə, Dağıstanda, Teymurxanşurada (indiki Vladiqafqaz) yaşayıb fəaliyyət göstərmişdir. Hal-hazırda Xınalıq kəndində Əhməd əfəndinin türbəsi vardır.
Dündar Əli Əfəndi
Dündar Əli Osmanoğlu (30 dekabr 1930, Dəməşq – 18 yanvar 2021, Dəməşq) — Osmanlı sülaləsinin onuncu rəisi və Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Dündar Əli Əfəndi 1930-cu ildə Dəməşqdə dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin oğlu Mehmed Səlim Əfəndinin oğlu Mehmed Əbdülkərim Əfəndi, anası isə onun xanımı Nemət xanım idi. Balaca Dündar atasının sürgündə yaşadığı Dəməşqdə dünyaya gəlmiş, 1 yaşı tamam olmamış anası və atası ayrılmışdı. Atasının taxt mübarizəsi uğrunda Şərq ölkələrinə səyahət etməsi səbəbilə bundan sonrakı həyatını anasıyla keçirmişdir. 1935-ci ildə atası vəfat etmiş, bu səbəblə 2 il boyunca Beyrutdakı babası Mehmed Səlim Əfəndinin yanında qalmışdır. Ancaq babasının 1937-ci ildə vəfat etməsiylə yenidən Dəməşqə döndülər. Burada Yüsra xanımla evləndi. Övladı olmamışdır. 1995-ci ildə yenidən Türkiyə Cümhuriyyəti vətəndaşı oldu.
Dürri Mehmed Əfəndi
Dürri Mehmed Əfəndi (Konstantinopol – 1736, Üsküdar) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == Məşhur Osmanlı üləma ailəsi olan Dürrizadələr ailəsinin ilk fərdi olan Mehmed Əfəndi İstanbulda dünyaya gəlmişdir. Atası İlyas Əfəndi sadə məhəllə mollası olmuşdur. Mədrəsə təhsilini bitirdikdən sonra müdərris olaraq bəzi mədrəsələrdə fəaliyyətə başladı. Daha sonra IV Mehmed dövrünün məşhur başqazılarından Əbdülqadir Əfəndinin qızı ilə evlənərək nüfuzunu yüksəltdi. 1704-cü ildə Süleymaniyə müdərrisi ikən qazılığa yüksəldi və 1707-ci ildə Misir, 1716-cı ildə Məkkə, 1720-ci ildə isə İstanbul qazısı oldu. Ancaq son vəzifə yerində məsuliyyətsizliyi səbəbilə 1721-ci ildə vəzifədən alındı. Uzun müddət vəzifəyə gətirilməyən Mehmed Əfəndi 1726-cı ildə Anadolu başqazısı təyin olundu. Ancaq dövrün qazılarının Mehmed Əfəndini guya təyin məsələlərində rüşvətə yol verməsi haqqında sədrəzəm İbrahim Paşaya şikayət etməsi nəticəsində vəzifədən alındı və paytaxtdan sürgün edildi. Bir müddət sonra baş verən Patrona Xəlil ayaqlanmasının ardından 1730-cu ilin oktyabrında Rumeli başqazısı oldu.
Dürrizadə Abdullah Əfəndi
Dürrizadə Abdullah Əfəndi (1769, Konstantinopol – 1 dekabr 1828, Konstantinopol) — Osmanlı alimi, şair və şeyxülislamı. Məşhur üləma ailəsi Dürrizadələrə mənsub olub, I Mahmudun şeyxülislamlarından Dürri Mehmed Əfəndinin nəslindəndir. == Həyatı == 1769-cu ildə İstanbulda dünyaya gəlmişdir. Şeyxülislam Dürrizadə Arif Əfəndinin oğludur. Atasından və dövrün mühüm alimlərindən dərslər aldı. 1781-ci ildə icazət alaraq müddərislik fəaliyyətinə başladı. Atasının şeyxülislamlığı əsnasında əvvəlcə İzmir, daha sonra Qalata qazısı təyin olundu. Sultan Səlimin atası Mehmed Arif Əfəndini ziyarəti əsnasında Məkkə qazılığı da ona verildi. Bunun ardından İstanbul qazılığı və Anadolu başqazılığı gəldi. 1805-ci ildə Anadolu başqazılığını icra etməyə başladı və 2 il sonra naqibüləşraflığa gətirildi.
Dürrizadə Mehmed Arif Əfəndi
Dürrizadə Mehmed Arif Əfəndi (1740, Konstantinopol – 9 oktyabr 1800, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Oğlu Abdullah Əfəndi Sultan Mahmud səltənətində şeyxülislamlığa yüksəlmişdir. == Həyatı == 1740-cı ildə İstanbulda dünyaya gəldi. Atası müxtəlif zamanlarda şeyxülislam olmuş Dürrizadə Mustafa Əfəndi, anası isə məşhur şeyxülislam ailəsi olan Başmaqçızadələrdən Seyid Abdullah Əfəndinin qızı Şərifə Safiyə xanımdır. İlk təhsilini atasından alaraq şeyxülislam övladlarına xas imtiyazla hələ 14 yaşında ikən icazət aldı. İstanbulun bəzi mədrəsələrdində xidmət etməsinin ardından 1766-cı ildə Yenişəhər, 1774-cü ildə Məkkə və Bursa, 1780-ci ildə isə İstanbul qazısı oldu. Ana şəcərəsinin Hz. Hüseyndən gəlməsi səbəbilə Seyid ünvanı da daşıyan Arif Əfəndi 1782-ci ildə naqibüləşraf elan edildi. Beləcə, Dürrizadələr ailəsindən çıxan ilk naqibüləşraf oldu. 1783-cü ildə Anadolu, bir illik xidmət müddətini tamamlamasının ardından 1784-cü ildə Rumeli qazəsgəri təyin edildi.
Dürrizadə Mehmed Ataullah Əfəndi
Dürrizadə Mehmed Ataullah Əfəndi (1729, Konstantinopol – 15 may 1785, Gelibolu, Çanaqqala ili) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1729-cu ildə doğulmuşdur. Atası müxtəlif zamanlarda şeyxülislam olmuş Dürrizadə Mustafa Əfəndi, anası isə məşhur şeyxülislam ailəsi olan Başmaqçızadələrdən Seyid Abdullah Əfəndinin qızı Şərifə Safiyə xanımdır. İlk təhsilini atasından alaraq şeyxülislam övladlarına xas imtiyazla hələ 7 yaşında ikən icazət aldı. Buna baxmayaraq uzun müddət təhsil həyatı davam etdi və müdərris təyin edilmədən 1759-cu ildə birbaşa Saloniki qazılığına gətirildi. 1764-cü ildə Məkkə, 1769-cu ildə isə İstanbul qazısı oldu. Ancaq bir neçə ay sonra vəzifədən alındı və uzun müddət dövlət vəzifələrindən uzaq tutuldu. 1774-cü ildə Anadolu qazəsgəri oldu və 1 illik vəzifə müddətini tamamladı. Ardından 1778-ci ildə və 1782-ci ildə 2 dəfə Rumeli qazəsgərliyinə təyin olundu. Seyid İbrahim Əfəndinin vəfatının ardından 20 may 1783-cü ildə saraya dəvət edilərək sədrəzəm Xəlil Həmid Paşanın da iştirak etdiyi mərasimlə şeyxülislamlığa yüksəldi.
Dürrizadə Mustafa Əfəndi
Dürrizadə Mustafa Əfəndi (1702, Konstantinopol – 8 fevral 1775, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Məşhur Dürrizadələr ailəsinə mənsubdur. == Həyatı == 1702-ci ildə İstanbulda dünyaya gəldi. Atası Sultan Mahmud səltənətinin məşhur şeyxülislamlarından Dürri Mehmed Əfəndidir. Təhsilini tamamladıqdan sonra müdərrisliyə yüksəldi və müxtəlif mədrəsələrdə xidmət etdi. Atasının şeyxülislamlığı dönəmində 1734-cü ildə Qalata, ardından Ədirnə və Məkkə qazılığına gətirildi. Atasının ölümünün ardından 3 il boyunca dövlət vəzifələrindən uzaq tutuldu və 1739-cu ildə İstanbul qazısı olaraq yenidən vəzifəyə gətirildi. Ertəsi il vəzifədən alınsa da, 1746-cı ilin oktyabrında Anadolu qazəsgərliyinə təyin edildi. Ardından 26 iyun 1751-ci ildə və 10 may 1756-cı ildə 2 dəfə Rumeli qazəsgəri oldu. Ancaq ikinci təyinatından bir neçə ay sonra 26 iyulda şeyxülislamlığa yüksəldi.
Eldar Əfəndiyev
Eldar Faiq oğlu Əfəndiyev (29 iyun 1954, Tallin) — Estoniyada Azərbaycan diasporunun nümayəndəsi. == Həyatı və fəaliyyəti == Əslən Azərbaycanın Şəki şəhərindən olan Eldar Faiq oğlu Əfəndiyev 1954-cü il mayın 29- da Estoniya Respublikasının Narva şəhərində anadan olmuşdur. 1971–1972-ci illərdə Narvanın "Baltikalı" zavodunda tornaçı işləmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakultəsinə daxil olan Eldar Əfəndiyev burada iki il oxuduqdan sonra öz təhsilini A.İ.Gertsen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunda davam etdirmişdir. Ali təhsilini başa vurduqdan sonra Estoniyaya qayıdan Eldar Əfəndiyev Narva Dövlət Muzeyində elmi əməkdaş, sonralar isə 20 ildən artıq muddət ərzində (1979–1999 və 2001–2002-ci illərdə) direktor vəzifəsində çalışmışdır. 1990-cı illərdə E.Əfəndiyev Narva Muzeyinin YUNESKO-nun nəzdində Beynəlxalq Muzeylər Təşkilatı, 1992-ci ildə isə həmin muzeyin Baltik dənizi ölkələrinin beynəlxalq qala-muzey təşkilatına daxil edilməsinin təşkilatçısı olmuşdur. 1997-ci ildə Estoniyada aparıcı partiyalardan olan Mərkəzcilər Partiyasına daxil olmuşdur. Həmin illərdə o, eyni zamanda İda-Virumaa qəzasının yerli özünüidarəetmə ittifaqının sədr müavini vəzifəsində işləmişdir. 1999–2000-ci illərdə Narva şəhərinin meri olmuşdur. 2002-ci ildə E.Əfəndiyev Estoniya Respublikasının milli münasibətlər və məskunlaşma naziri təyin edilir.
Fikrət Əfəndiyev
Fikrət Şərif oğlu Əfəndiyev (5 may 1926, Lənbəran, Ağdam qəzası – 10 noyabr 1998, Bakı) — Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon, Zərdab Rayon, Ağdaş Rayon və Vartaşen Rayon komitələrinin birinci katibi, Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin ikinci katibi. == Həyatı == 5 may 1926-cı ildə Sovet İttifaqında, indiki Azərbaycan Respublikası Bərdə rayonunun Lənbəran kəndində müəllim ailəsində anadan olmuşdur. Fikrət Əfəndiyev əmək fəaliyyətinə 1943-cü ildə başlamışdır. O, doğma kəndində klub müdiri, rabitə şöbəsinin müdiri və yerli məktəbdə müəllim işləmişdir. Fikrət Əfəndiyev 1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Burada oxuyarkən o, ictimai işlərdə fəal iştirak etmişdir. Əfəndiyev Fikrət Şərif oğlu 1998-ci il noyabr ayının 10-da Bakı şəhərində vəfat etmişdir. == Siyasi fəaliyyəti == 1952-ci ildə universiteti bitirdikdən sonra Fikrət Əfəndiyevi partiya işinə irəli çəkmişlər. O, Bakı Vilayət Partiya Komitəsi təşviqat bölməsinin təlimatçısı, Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin təlimatçısı, Azərbaycan KP Balakən Rayon Komitəsinin ikinci katibi olmuşdur. 1957-ci ildə onu Balakən Rayon İcraiyyə Komitəsinin sədri seçmişlər.
Firuzə Əfəndiyeva
Əfəndiyeva Firuzə Nəsib qızı — azərbaycanlı yazıçı. == Həyatı == Firuzə Əfəndiyeva 1932-ci ildə Qaraqoyunlu mahalının Çəmbərək rayonunun Qaraqaya kəndində anadan olub. Orta məktəbi Gölkənd kəndində bitirib.Haqqıxlı kəndində yaşayıb. Yazıçısı Nəsib Əfəndiyevin qızıdır.Yazar-şair Ayişə Nəbinin anasıdır. == Əsərləri == Bir yurdun simfoniyası.(memuar) Bakı: Nurlan, 2008, 224 səh.
Fənərizadə Muhiddin Əfəndi
Fənarizadə Muhiddin Çələbi (Bursa – 7 yanvar 1548, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == İlk Osmanlı şeyxülislamı Molla Fənarinin oğlu Yusif Bali Fənarinin nəvəsi, Rumeli başqazısı Ələddin Əli Fənarinin oğlu olub, Bursada dünyaya gəlmişdir. Doğum tarixi bilinməsə də, təqribən 1480-ci ildə dünyaya gəldiyi məlumdur. Əvvəlcə atasından, ardından Xətibzadə Muhiddin və Əfdalzadə Həmiddin Əfəndidən dərslər aldı. 1495-ci ildə təhsilini bitirib, ailəsinin ad-sanından istifadə edərək İstanbulda yeni tamamlanmış Atik Əli Paşa mədrəsəsində müdərris təyin olundu. Daha sonra Bursada və 1513-cü ildə Sahn-ı Səman mədrəsəsində müdərris oldu. 1519-cu ildə Ədirnə, 1520-ci ildə isə İstanbul qazılığına gətirildi. 1523-cü ildə Anadolu, 1524-cü ildə isə Rumeli qazəsgəri seçildi. 15 il davam edən Rumeli qazəsgərliyi dönəmində dövrün bəzi siyasi hadisələrinə qarışdı. Sədrəzəm Piri Mehmed Paşanın əleyhinə Xain Əhməd Paşa tərəfindən tərtiblənən bir məsələnin araşdırılmasında vəzifələndirilmiş, ancaq Əhməd Paşa tərəfdarı olan Muhiddin Çələbi bu məsələdə ədalətsiz davranaraq araşdırmanın sonunu Piri Mehmed Paşanın əleyhinə nəticələndirmişdir.
Giritli Əli Əziz Əfəndi
Giritli Əli Əziz (1749 - 29 Oktyabr 1798, Berlin ), Türk diplomat, səfir, yazıçı və şair . 1749-cu ildə Giritdə (Krit) anadan olub. Atası Giritin xəzinədarı və tarixçi Mehmed Əfəndidir. Təhsilini Giritdə etdi. Zəngin atasından miras qalan sərvəti xərclədikdən və istehlak etdikdən sonra İstanbula getdi. Hassa muşketyorlarına qoşuldu. Validə Kətxuda olan həmyerlisi Yusuf Ağaya bağlanmış və köməyi ilə Xiosa vergiyığan təyin edilmişdir. Bir müddət sonra Belqrada göndərildi. İki il orada qaldı və bəzi dövlət mülklərinin satışına uğurla nəzarət etdi. Vəzifə borcundakı bu müvəffəqiyyət sayəsində mir-i miran rütbəsi ilə 1797-ci ildə Berlin səfiri təyin edildi və Prussiya dövlətinin hüzurunda Osmanlı İmperiyasının ilk daimi və məskunlaşmış səfiri oldu.
Hacı Mahmud Əfəndi
Hacı Mahmud Əfəndi Aslanbəyli — Şeyx, Azərbaycan və Türkiyədə məşhur din xadimi, şair, təsəvvüf alimi. Hacı Mahmud Əfəndinin türbəsi Azərbaycan, Türkiyə, Borçalı və Dağıstanda tanınan bir ziyarətgahdır. Aslanbəyli kəndinə mənsub Seyidovlar soyunun ulu babasıdır. Aslanbəyli kəndindəndir. Hacı Mahmud Əfəndi, Seyid Mir Həmzə Nigarinin seçkin xəlifələrindən olub. Sufi təriqətətinin, Nəqşibəndi silsiləsində, altun silsilədə 33-cü şeyxdir. == Həyatı == Hacı Mahmud Əfəndi ilk təhsilini atası Veysəl Qaranidən almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdi. O, müəyyən müddət Şəkidə təhsil almışdır. Hacı Mahmud Əfəndi təhsilini tamamladıqdan sonra yenidən Aslanbəyliyə qayıdır. Burada elmi bilikləri tədris etmək üçün hücrə tikdirir.
Hacı Mahmud Əfəndi türbəsi
Hacı Mahmud əfəndi türbəsi və ya Göy türbə — Hacı Mahmud Əfəndinin ocağı; Aslanbəyli kəndinin qədim qəbiristanlığında Türbə və Yerli Əhəmiyyətli Tarixi Abidə. == Haqqında == Türbə Aslanbəyli kəndinin qədim qəbiristanlığında, İncəsu çayı boyunca uzanan el yolunun solundadır. Qazax, Gəncə və Borçalı ellərində "Göy türbə" kimi tanınan Hacı Mahmud Əfəndinin türbəsi həm də xalqın inanc yeri kimi məşhurdur. Buraya əhd edib gələnlərin sayı-hesabı bilinmir. Gəncə-Qazax, Borcalı ellərində, Dağıstanda, Türkiyədə tanınan bir ziyarətgahdır. Geniş və möhkəm hasarın içərisində yerləşən dördkünc türbə 1893-cü ildə ucaldılıb. 1835–1896-cı illərdə yaşamış Hacı Mahmud Əfəndi öz dövrünün tanınmış din xadimi olmuşdur. O, dini təhsilini Türkiyədə almışdır. Hacı Mahmud Əfəndi sevimli müəllimi Seyid Mir Həmzə Nigari Qarabağiyə ehtiram əlaməti olaraq Türkiyənin Amasya şəhərində, onun dəfn olunduğu yerdə böyük bir türbə tikdirmişdir. Türbənin qarşısına Hacı Mahmud Əfəndinin adı yazılı lövhə vurulmuşdur.
Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası
Hacı Mustafa Sunullah Əfəndi
Hacı Cəfər Mustafa Sunullah Əfəndi (1553, İskilip, Çorum ili – 10 aprel 1612, Konstantinopol) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. == Həyatı == 1553-cü ildə İstanbulda dünyaya gəlmişdir. Sultan Süleyman dövrünün başqazılarından İskilipli Molla Cəfər Çələbinin oğludur. Atasından və Zənbillizadə Fudayl Çələbidən dərslər aldı və daha sonra əmisi oğlu Əbussuud Əfəndinin müridi olaraq 1569-cu ildə mədrəsə təhsilini tamamladı. Müdərris olaraq 1571-ci ilin fevralında Beşiktaşdakı Xeyrəddin Paşa mədrəsəsinə təyin edildi. 1576-cı ilin aprelində Mahmud Paşa mədrəsəsinə, 1580-ci ildə Şah Sultan mədrəsəsinə, 1580-ci ilin sentyabrında Hangah mədrəsəsinə, 1582-ci ilin sentyabrında Sahn-ı səman mədrəsəsinə müdərris təyin olundu. Sonuncu vəzifəsində 3 il qaldıqdan sonra 1585-ci ilin oktyabrında Şahzadəbaşı mədrəsəsinə, 1588-ci ilin iyulunda Üsküdardakı Validə-i Atik mədrəsəsinə müdərris oldu. Sunullah Əfəndi bundan sonra ənənəvi olaraq qazılığa keçdi və Bursada çıxan böyük yanğından sonra Əbussuudzadə Mustafa Əfəndinin yerinə 1590-cı ilin sentyabrında Bursa qazısı oldu. Ardından 1591-ci ilin aprelində Ədirnə və 2 may 1592-ci ildə İstanbul qazılığına gətirildi. Həmin il 19 iyulda Anadolu başqazısı, 13 iyul 1593 tarixində isə Rumeli başqazısı seçildi.
Hacı Məcid Əfəndi
Hacı Məcid əfəndi Mustafa əfəndi oğlu (1829–1908) — din xadimi, İslam Şəriəti alimi, müdərris. Əslən indiki İsmayıllı rayonunun Diyallı kəndindəndir. Cənubi Qafqaz mədrəsələrində oxumuş və dövrünün görkəmli üləmalarından dərs almışdır. Göyçay qəzası Diyallı prixod mollası (1874–1889), Bakı quberniyası Sünni məclisinin sədri (1889–1908) işləmişdir. Hacı Məcid Əfəndi Azərbaycanda, xüsusilə Şamaxıda XIX əsrdə elmin, mədəniyyətin, təhsilin yaradıcılarından biri olub. İstanbulda, Bağdadda, Tiranada dini təhsil alıb, qayıdandan sonra Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş İmamı olub. Mirzə Ələkbər Sabir Hacı Məcid Əfəndi Əfəndizadə ilə səmimi dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi. Cəlil Məmmədquluzadə isə əksinə "İrşad" qəzetində Ə.Ağayevin Hacı Məcid Əfəndini "ustadı-kamil", "məlazül-möminin", "məlcəül-müslimin" kimi dəbdəbəli ifadələrlə səciyyələndirməsi haqqında istehza ilə yazırdı: "Bu işlərin hamısını adam mülahizə eləyəndə adamın yadına, məsələn, Zəngəzur acları düşür. Sonra adam öz-özünə deyir ki, dəxi niyə ürəyimi sıxıram?
Hacı Məcid Əfəndi Əfəndizadə
Əfəndizadə Hacı Məcid Əfəndi (Mövlanə Hacı Abdulla Həmid Əfəndi Hacı Mustafa Əfəndi oğlu; 1829, Şamaxı — 1908, Şamaxı) — Şamaxı Məktəbbr Komissiyasmın sədri, Bakı Qəza Müsəlman Məclisinin sədrİ, Quberniya qazısı, görkəmli maarifçi və dində reformator. == Həyatı == Əslən indiki İsmayıllı rayonunun Diyallı kəndİndəndir. Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Ilk təhsilini atasının mjllaxanasıda almsş, sonra da 3 il Şamaxıda dünyəvi təhsil almışdır. Atasınm təkidi ib 1846-cı ildə İstanbula gəlir. Aii Ruani məktəbinə daxil olur. Orada İlahİyyatla yanaşı tarix, coğrafıya və nücum tlmləri üzrə də təhsil alır. 4 üdən sonra oranı müvəffəqiyyətlə biürib "Əfəndi" titulu alır. Dini və dünyəvi təlısilin ərəb sistemini də öyrənmək istəyir. Bu məqsədlə Vətənə dönmədən Bağdada üz tutur.
Hacı Rəhim Əfəndi məscidi
"Hacı Rəhim Əfəndi məscidi — Azərbaycanın Göyçay rayonunun Qaraman kəndində məscid == Tarixi == Məscid tikintisinə 1898-ci ildə başlanılmış, 1900-cü ildə tamamlanmışdır. Məscidin tikilmə tarixçəsi belədir: Əslən Göyçayın Alhoud kəndindən olan Hacı Rəhim Əfəndi səfər edir. O, buradakı möhtəşəm məscidləri, ibadət evlərini görüb, öz doğma yurdunda məscid tikdirmək qərarına gəlir. O, vətənə qayıdır və kənd camaatının köməkliyi ilə Qaraman kəndində məscidin tikintisinə başlayır. Nəhayət kənd camaatı və şəxsən onun iştirakı ilə məscidin təntənəli açılışı olur. Məscidin açılmasında onun əsas məqsədi müsəlmanlar üçün ibadət evi yaratmaq, habelə uşaqlara ilahiyyatdan və ümumiyyətlə, islam elmlərindən bilik vermək idi. Lakin çox təəssüf ki, Hacı Rəhim Əfəndinin tikdirdiyi və öz memarlıq üslubu ilə Göyçay qəzasında yeganə olan bu məscid sovetlər dövründə bərbad hala salınıb. Belə ki, o, anbar kimi istifadə olunaraq uzun müddət baxımsız vəziyyətdə qalıb. Yalnız möhkəm memarlıq keyfiyyətinə görə məscid tamamilə uçub-dağılmamış, bu günə gəlib çatmışdır. Məscidin 16 metr hündürlüyü olan minarəsi də var.
Hacı Ömər Əfəndi
Hacı Ömər Əmir oğlu Əfəndi (Birinci Şıxlı, Qazax qəzası – 1916, Birinci Şıxlı, Qazax qəzası) — dövrünün görkəmli alimi, ilahiyyat nəzəriyyəsinə və təsəvvüf (sufi) fəlsəfəsinə dair əsərlərin müəllifi. == Həyatı == Hacı Ömər Əfəndi Qazax mahalının I Şıxlı kəndində anadan olub. Ömər Əfəndi gənc yaşlarından ömrünü elmə həsr edərək böyük bir müctəhid səviyyəsinə qədər yüksələ bilib. Qazax şəhərinin Şıxlı kəndində ilk məktəbi məhz Hacı Ömər Əfəndi acıb.Onun fəlsəfəyə, riyaziyyata, həndəsəyə, məntiqə dair əsərləri onu dövrünün tanınmış alimləri sırasına cıxara bilib. == Fəaliyyəti == Hacı Ömər Əfəndiyə daha cox şöhrət gətirən ilahiyyət nəzəriyyəsinə və təsəvvüf fəlsəfəsinə dair əsərləri olub. O zamanln bir cox dini məktəblərində onun ilahiyyatdan yazdığı "Qur`ani Kərimin təfsiri" kitabı dərslik kimi tədris olunurdu. Yaradıcılığında təsəvvüf elminə önəm verərək "Təsəvvüfün sirləri, "Şah Nəqşbəndinin hikmətləri" əsərləri ilə sufizm fəlsəfəsinə qiymətli tövfələr verib. XIX əsrin məşhur sufi şairi Mir Həmzə Əfəndinin şeir məktəbinin nümayəndəsi kimi tanınıb. Mir Həmzə Əfəndi öz yetirmələri Hacı Mahmud Əfəndi və Hacı Ömər Əfəndiyə həmişə etiramla yanaşaraq onların böyük övliyalığından söhbət acardı.Hətta Hacı Mahmud Əfəndi uzaqdan gələn müridləri əvvəlcə Hacı Ömər Əfəndinin ziyarətinə göndərib sonra onları qəbul edərdi. Hacı Ömər Əfəndi 1916-cı ildə vəfat edib.
Hacıbaba Əfəndiyev
Hacıbaba Şərif oğlu Əfəndiyev (1914, Əliabad, Zaqatala dairəsi – 9 fevral 1988) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin (1970–1985) və Sovet (Dövlət) Nəzarəti Komissiyasının sədri (1958–1962). == Həyatı == Hacıbaba Şərif oğlu Əfəndiyev 1914-cü ildə hazırkı Zaqatala rayonunun Əliabad kəndində anadan olmuşdur. Zaqatalada ibtidai məktəbi məktəbi bitirdikdən sonra o, Bakıya gələrək burada əvvəlcə yeddiillik məktəbi, sonra isə 1933-cü ildə kommunal-inşaat texnikumunu bitirmişdir. O, inşaatçı-texnik diplomunu alaraq bir müddət Bakı tikinti trestində böyük onbaşı vəzifəsində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda oxumuşdur. 1939-cu ildə institutun memarlıq-inşaat fakültəsini bitirmişdir. Hacıbaba Əfəndiyev institutu bitirdikdən sonra Bakı tikinti trestinə iş icraçısı vəzifəsinə göndərilmiş, burada bir il işlədikdən sonra Sovet Ordusu sıralarında xidmətə başlamışdır. O, Böyük Vətən müharibəsi illərində Stalinqrad ətrafında döyüşən ordu hissələrində vuruşmuş, birləşmənin mühəndis xidməti rəisinin müavini olmuşdur. Ağır yaralandıqdan sonra o, 1943-cü ildə ordudan tərxis edilərək Bakıya qayıtmışdır. Müharibə illərində, 1941-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmişdir. Bakıya gəldikdən sonra Hacıbaba Əfəndiyev şəhər rayon partiya komitəsinə təlimatçı göndərilmiş, bir az sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatının təşkilat-təlimat şöbəsində təlimatçı vəzifəsinə keçirilmişdir.
Heydər Əfəndiyev
Heydər Əfəndiyev (1.7.1907—27.1.1967) — kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor. == Həyatı == Heydər Əfəndiyev 1907-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin təbiət–riyaziyyat fakültəsinə daxil olub, oranı bitirdikdən sonra Şəkidə fəhlə fakültəsinin tədris hissə müdiri vəzifəsində çalışaraq, eyni zamanda kimya fənnindən dərs demişdir. 1940-cı ildə dissertasiya işini mudafiə edərək, geokimya ixtisası üzrə Azərbaycanda ilk elmlər namizədi olmuşdur. 1958-ci ildə elmlər doktoru, 1959-cu ildə professor, 1962-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. H.Əfəndiyev 27 yanvar 1967-ci ildə vəfat etmişdir. == Elmi fəaliyyəti == Heydər Əfəndiyev 1933-cü ildə Bakıda SSRİ EA Azərbaycan filialının Geologiya bölməsindəki geokimya laboratoriyasında baş laborant kimi elmi fəaliyyətə başlayıb böyük elmi işçi səviyyəsinə kimi yüksəlmişdir. 1941-ci ildə yerli mineral xammalların tədqiqinin və onların hərbi müdafiə məqsədi üçün istifadə olunmasının vacibliyini nəzərə alaraq Heydər Əfəndiyev Kimya İnstitutunda qeyri-üzvi kimya laboratoriyasına rəhbər təyin olunur. 1949-cu ildə isə "Geokimya və radiokimya" laboratoriyasına rəhbərlik etməklə yanaşı həmin institutun direktoru vəzifəsinə irəli çəkilir. Onun rəhbərliyi dövründə (1949-1967) institutun elmi-tədqiqat dairəsi daha da genişlənir, kristallokimya, nadir elementlər kimyası, analitik kimya və s.
Heydərizadə İbrahim Əfəndi
Heydərizadə İbrahim Əfəndi (1863, Konstantinopol – 1933, Mədinə) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşîhat Arşivi, Ulemâ Sicil Dosyaları, nr. 2029. İstanbul Müftülüğü Meşîhat Arşivi, Ulemâ Sicil Defterleri, I, 404. İbnülemin, Son Sadrıazamlar, XI, 1717, 1721, 1723, 1727; XIII, 2041, 2071; XIV, 2111, 2123. Ali Fuat Türkgeldi, Görüp İşittiklerim, Ankara 1951, s. 163–165, 180, 249, 255–258, 262. Danişmend, Kronoloji2, s. 163–164, nr. 176, 177, 181, 182.
Hüsamzadə Əbdürrəhman Əfəndi
Hüsamzadə Əbdürrəhman Əfəndi (d. 1594 — ö. sentyabr 1670) — Osmanlı alimi, müdərrisi, qazısı və şeyxülislamı. == Həyatı == İstanbul qazısı Qoca Hüsam Əfəndinin oğlu olaraq 1594-cü ildə İstanbulda dünyaya gəlmişdir. Mədrəsə təhsilini tamamlayaraq Şeyxülislam Xocazadə Mehmed Əfəndidən məzun olmuş, daha sonra atasıyla birlikdə Misir, Qüds və Mədinəyə gedrək burada bir çox alimlərdən dərslər aldı. Anadoluya döndükdən sonra isə ard-arda Sahn-ı Səman, Aya Sofya və Süleymaniyyə mədrəsələrində müdərris olaraq çalışdı. Daha sonra 1640–1645-ci illərdə Hələb, Dəməşq və İstanbul qazılığına gətirildi. 1649-cu ildə Anadolu başqazılığına gətirilsə də, bir il sonra vəzifədən alındı və təqaüdə çıxarıldı. 1652-ci ildə Rumeli başqazılığına gətirildi, ancaq bir il sonra bu vəzifəsindən də azad edildi. İbşir Mustafa Paşanın üsyançıların tələbi ilə edamından sonra 11 may 1655 tarixində paşanın tərəfini tutan Şeyxülislam Əbu Səid Mehmed Əfəndinin yerinə şeyxülislam seçildi.
Hüseyn Əfəndi Qayıbov
Mirzə Hüseyn Qayıbzadə (24 may (5 iyun) 1830, Aşağı Salahlı, Gürcüstan quberniyası, Rusiya imperiyası – 20 fevral (5 mart) 1917, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası) — Qafqaz müftisi, maarif xadimi və ədəbiyyatşünas. == Həyatı == Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olub. Uşaq yaşlarından ata-anadan yetim qalıb və kənd mollası – əmisi İbrahim əfəndinin himayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alan Hüseyn dini elmlərlə yanaşı, ərəb, fars və türk dilərini, həmçinin Şərq ədəbiyyatı və tarixini də mükəmməl öyrənə bilir. O, 17 yaşında ikən oxuduğu Salahlı kənd məktəbində müəllim saxlanılır. 1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd əfəndi H. Qayıbzadənin Tiflisdəki üçillik müsəlman ruhani məktəbində işə düzəlməsinə nail olur. O, 1858-ci ilin fevralında burada şəriətdən və Şərq dillərindən dərs deməyə başlayır. Müfti Hüseyn Qayıbzadə 1879-cu ildən 1883-cü ilə kimi Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında işləyib. Seminariyanın ilk ərəb və fars dili müəllimi O, Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açır, sonralar – XX əsrin əvvəllərində isə buranı genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir. Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil alması qayğısına da qalıb.

Digər lüğətlərdə