ƏKSİNƏ

1. ƏKSİNƏ Bu barədə [Zeynal] açıq danışmaq istəməsə də, iradəsinin əksinə gedir, bir-bir açıb deyirdi (B.Bayramov); BƏRƏKS Dünya dağılsa da, pozub əlimlə; Şüurum yazana bərəks getmərəm (M.Rahim); QARŞI Surxay öz dostuna qarşı ittihamkar mühakimələr yürüdürdü (İ.Əfəndiyev); TƏRSİNƏ Bu çərxi-fələk tərsinə dövran edir indi (M.Ə.Sabir).

2. ƏKSİNƏ (deyilənin və ya nəzərdə tutulanın tam tərsinə) [Nizami:] Əksinə, dünya çox eniş-yoxuşludur (M.S.Ordubadi); BİLƏKS Mələk: Lakin sizi ayırmaq deyil, biləks, əbədi bir eşqlə, sönməz bir məhəbbətlə qovuşdurmaq istərdim (H.Cavid); TƏRSİNƏ Babakişi: Tərsinə, bizdən çox Nikolayın yıxılmağına .. camaatı sevinir (S.Rəhimov); ZİDDİNƏ (bax).

ƏKSƏRİYYƏT
ƏQD

Digər lüğətlərdə