ƏŞRAF
ƏŞRƏFİ
OBASTAN VİKİ
Əşrəf
Əşrəf — ad. Əşrəf Pəhləvi- sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin əkiz bacısıdır. Əşrəf xanım Qovanlı-Qacar- İran şahzadəsi. Əşrəf Dehqani- İran xalq partizanları-fədailərin təşkilatçısı və rəhbəri. Şair Əşrəf - şair Əşrəf Yusifzadə- Aktyor Əşrəf Hüseynov- riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi Əşrəf Həsənov- dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. Əşrəf Mehdiyev- Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri. Əşrəf Əliyev- sərbəst güləş üzrə 74 kq çəkidə 2011-ci il dünya bürünc medalçısı. Əşrəf Abbasov- Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq. Əşrəf Veysəlli- şair Məlik Əşrəf Sulduz- (1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi. Mollalar Əşrəf — Azərbaycanlı şair, mühəndis-mexanik, maşınqayırma sənayesi alimi.
Məlik Əşrəf
Məlik Əşrəf Əmir Dəmirdaş oğlu Sulduz -(1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi O, son nəticədə feodal ara müharibələrində qalib gəlir və Süleyman xanı ölkədən qaçmağa məcbur edir. Məlik Əşrəf 1344-cü ilin II rübündə Elxanlı şahzadəsi Ənuşirəvanı taxta çıxarıb ona Adil ləqəbi verir və Elxanlılar dövlətini 1355-ci ilə qədər onun adından idarə edir.Lakin o da qardaşı Şeyx Həsən (Kiçik) Sulduz kimi müstəqil Çobanlılar dövləti təsis edə bilmir. Hafiz Əbru dəfələrlə Məlik Əşrəfdən bəhs etmişdir. Müəllif yazır ki, Məlik Əşrəf h. 749 (1348)-ci ildə Azərbaycan Qarabağında idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi. Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu. Məlik Əşrəf rəqibləri Əmir Surğan Sulduz və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı.
Pərviz Əşrəf
Racə Pərviz Əşrəf (26 dekabr 1950) — Pakistan İslam Respublikasının 19-cu baş naziri.
Əşrəf (Xudafərin)
Əşrəf (fars. اشرف‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə).
Əşrəf (dəqiqləşdirmə)
Əşrəf — ad. Əşrəf Pəhləvi- sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin əkiz bacısıdır. Əşrəf xanım Qovanlı-Qacar- İran şahzadəsi. Əşrəf Dehqani- İran xalq partizanları-fədailərin təşkilatçısı və rəhbəri. Şair Əşrəf - şair Əşrəf Yusifzadə- Aktyor Əşrəf Hüseynov- riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi Əşrəf Həsənov- dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. Əşrəf Mehdiyev- Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri. Əşrəf Əliyev- sərbəst güləş üzrə 74 kq çəkidə 2011-ci il dünya bürünc medalçısı. Əşrəf Abbasov- Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq. Əşrəf Veysəlli- şair Məlik Əşrəf Sulduz- (1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi. Mollalar Əşrəf — Azərbaycanlı şair, mühəndis-mexanik, maşınqayırma sənayesi alimi.
Əşrəf Abbasov
Əşrəf Cəlal oğlu Abbasov (23 mart 1920, Şuşa, Gəncə quberniyası – 8 fevral 1992, Bakı) — Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq artisti (1990), professor (1968), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953–1957). Əşrəf Abbasov 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi tar ixtisası üzrə Şuşada bitirmişdir. 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. Əşrəf Abbasovun fəaliyyətinin bir sahəsi də musiqi elmi ilə bağlı olmuşdur. Azərbaycan musiqisinin nəzəri problemlərini araşdıran tədqiqatçı-alim 1952-ci ildə Moskvada "Üzeyir Hacıbəyov və onun "Koroğlu" operası mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. 1957–1972-ci illərdə Bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır. Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti "Qaraca qız"ı yazmışdır. O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün "Konsertino"nun (1948), "Şuşa" (1945), "Gələcək gün" (1952), "Dramatik" (1953) simfonik poemalarının, "Səndən mənə yar olmaz" (1963), "Dağlar qoynunda" (1970) operettalarının, bir çox instrumental əsərin xor mahnı, romansın müəllifidir.
Əşrəf Allahverdiyev
Əşrəf Gülməmməd oğlu Allahverdiyev (15 may 1904, Evoğlu, Tərtər rayonu – 6 dekabr 1983, Bakı) — ictimai siyasi dövlət xadimi, Azərbaycan SSR-in əməkdar mühəndisi. Əşrəf Allahverdiyev 15 may 1904-cü ildə Tərtər rayonunun Evoğlu kəndində tacir ailəsində anadan olmuş, əvvəl molla məktəbində oxuduqdan sonra Bərdə rus-tatar məktəbində təhsilini davam etdirmişdir. 1920-1926-ci ildə Bakı Ali Partiya Məktəbində, Azərbaycan Dövlət Universitetində, 1926-1931-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almışdır. 1933-cü ilədək Moskva elmi-tədqiqat avtotraktor institutunda elmi işçi işləmişdir. 1933-1939-cu illərdə Azərbaycana qayıdaraq Kürdəmir rayonu maşın traktor stansiyasının (MTS) direktoru işləmiş sonra Amerika Birləşmiş Ştatlarına bir illik avtomexanika kursuna göndərilmişdir, Amerika Birləşmiş Ştatlarından qayıtdıqdan sonra Azərbaycan Respublikası Torpaq Komisarlığında şöbə müdiri vəzifəsinə təyin olunmuşdur. 1940-1949-cu illərdə Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Nazirlər Sovetinin SSRİ Nazirlər Soveti yanında daimi nümayəndəsi vəzifələrində çalışmış, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1949-cu ildə SSRİ Nazirlər Soveti yaninda Kür-Araz Su Qurğuları Baş İdarəsinə rəis müavini təyin edilib və 25 il bu trestdə işləyib yaratmışdır, Yuxarı-Qarabağ, Yuxarı-Şirvan, Samur-Dəvəçi, Bəhramtəpə su qovşağı, Ceyranbatan və Ağstafa su anbarlarının müəlliflərindəndir. Əşrəf Allahverdiyev 6 dekabr 1983-cü ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. Əşrəf Allahverdiyevin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib O Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və digər medallarla təltif olunub, ona Azərbaycan SSR Əməkdar Mühəndisi fəxri adı verilib. Əşrəf Allahverdiyevin bir oğlu və bir qızı olmuşdur.
Əşrəf Baznani
Əşrəf Baznani — Mərakeşli rəssam, rejissor və fotoqraf. O, 1979-cu ildə Mərakeş şəhərində anadan olmuşdur. Əşrəf Baznani şəkil çəkməyə təsadüfən başladı. Yeniyetmə yaşlarında onun ad gününə EKTRA compact 250 kamerası hədiyyə edildi və bundan sonra o, fotoqraf sənəti ilə daha da çox maraqlanmağa başladı. Baznani fotoqraf sənətinə heç harda dərs almadan özü yiyələnmişdir. Baznani həmdə bir neçə qısa və sənədli filmlər çəkmişdir — 2006-cı ildə "On" ("Üstündə"), 2007-ci ildə isə "Unudulmuş" və bir neçə milli və beynəlxalq mükafatlar almış "Mühacir" filmlərini. Baznani sürrealist obrazları əsasında tərtib edilmiş foto kitab buraxan Ərəb dünyasının ilk rəssamlarından biridir. Sürrealizm və poetik avtoportretlər əks etdirən "Mənim obyektivimdən" və "Inside My Dreams" adlı kitablar ona həm Mərakeşdə, həmdə bütün dünyada məşhurluq qazandırdılar. Baznani adətən məişət əşyaların, səhnələrin və məzəli vəziyyətlərin şəkillərini çəkir.
Əşrəf Bitlis
Əşrəf Bitlis (türk. Eşref Bitlis, 1933, Malatya – 17 fevral 1993, Yeniməhəllə ilçəsi, Ankara, Ankara ili, Türkiyə) — (1933, Malatya — 17 fevral 1993). Sabiq Türk general, sabiq Jandarma (Türkiyə) Komandiri. 1952-ci ildə Quru Hərb Məktəbindən leytenant rütbəsi ilə məzun oldu. 1966-cı ildə Quru Hərb Akademiyasını tamamladı. Almaniyada dil təhsilini tamamladıqdan sonra 1969-cu ildə Türk Silahlı Qüvvələri Akademiyasından məzun oldu. 1973-də Almaniya Hərb Akademiyasını tamamladı. Bir il Quru Hərb Akademiyasında baş müəllim olaraq vəzifə yerinə yetirdi. 1974-də Kipr Hərəkatı əsnasında Polkovnik rütbəsiylə Kipr Türk Alayı komandirliyinə təyin edildi. Bu alayın komandirliyini edərkən Kipr Yunan alayı məhv edildi.
Əşrəf Canbolat
Əl-Əşrəf Əbu əl-Nasir Canbolat (ərəb. الأشرف أبو النصر جانبلاط‎ 1455 – 1501) — 30 iyun 1500-cü ildən 25 yanvar 1501-ci ilədək hakimiyyətdə olmuş Misirin Məmlük sultanı.
Əşrəf Dehqani
Əşrəf Dehqani — İran inqilabçısı, partizan, həm şah, həm də ayətullah rejimlərinə qarşı müqavimət hərəkatının ən tanınmış qadın üzvlərindən biri. İran Xalq Partizanları-Fədailəri təşkilatının qurucusu və rəhbəri. Əşrəf Dehqani 1949-cu ildə fəhlə ailəsində anadan olub. O doğulanda atası savadsız bir mirab (suçu, əkin ərazilərini suvaran) idi. Buna qədər isə atası fərqli sahələrdə özünü sınamışdı, su quyuları qazıb, mağazada işləyib, tikintidə fəhləlik edib. Lakin bütün bu işlərdə əldə etdiyi qazanc ona 8 nəfərlik ailəsini saxlamaq üçün bəs etmirdi. Savadsız olmağına baxamayaraq siyasi şüura malik biri olub. 1945–1946-cı illərdə Azərbaycan Demokratik Firqəsinin üzvlərindən olmuşdur. Qəddar şah rejimi Azərbaycana soxulub firqəni dağıtdıqdan sonra kütləvi qətllərə başlayanda isə firqə tərəfdarlarını öz evində gizləmiş onlara sığınacaq etmişdir. Lakin atası xəstə düşür və yataq xəstəsi olur məhz buna görə də evin yükü ailənin digər üzvlərinin üzərinə düşür.
Əşrəf Hacıyev
Əşrəf Əhmədpaşa oğlu Hacıyev – Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, publisist, yazıçı, nasir, dramaturq, tərcüməçi, ssenarist, milli mətbuat tarixi üzrə mütəxəssis-tədqiqatçı. Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1958), əməkdar jurnalist (1989). Əşrəf Hacıyev 1931-сi il dekabrın 11-də Bakıda anadan olmuşdur. Həmin vaxt onun valideynləri burada təhsil alırdılar. Uşaqlığı Qutqaşen (indi Qəbələ) rayonunun Hacallı kəndində keçmişdir. 1949-cu ildə Qəbələ şəhər orta məktəbini əla qiymətlərlə bitirmişdir. Orta məktəbdə istər dəqiq və təbiət, istərsə də humanitar elmləri təmsil edən bütün fənləri mükəmməl mənimsədiyinə baxmayaraq, onun geniş maraq dairəsində ən mühüm məqamı bədii ədəbiyyat tuturdu, bu sahədə qələmini də sınamışdı. Yazıçı olmaq arzusu ilə sənədlərini Azərbaycan Dövlət Universiteti (indi Bakı Dövlət Universiteti) filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyatı şöbəsinə verir. Lakin sərbəst mövzuda yazdığı inşa imtahan komissiyasının diqqətini cəlb etdiyindən xüsusi yazı istedadını nəzərə alıb, özündən də soruşmadan onu həmin fakültənin nəzdindəki jurnalistika şöbəsinə qəbul etmişlər. 1949-1954-cü illərdə universitetdə jurnalistika sənətinin sirlərinə yiyələnən gənc bu peşəyə həmişəlik bağlanmış, ömrünü Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafına həsr etmişdir.
Əşrəf Hakimi
Achraf Hakimi Mouh (4 noyabr 1998, Madrid) Liqa 1-də çıxış edən PSJ klubunun futbolçusudur. Real Madriddə ilk dəfə 28 iyul 2016-cı ildə keçirilən Real Madrid-PSJ matçında çıxış edib. Həmin matç Real Madridin 1–3 hesablı məğlubiyyəti ilə başa çatıb. Real Madriddə ilk dəfə 9 dekabr 2017-ci ildə İspaniya Laliqasının 15-ci turun oyunu Real Madrid-Sevilya matçının 42-ci dəqiqəsində fərqlənib. Matç Real Madridin 5 cavabsız qolla qələbəsi ilə nəticələnib. 11 iyul 2018-ci ildə Borussiya Dortmunda icarəyə verildi. 1 sentyabr 2020-ci ildə Real Madriddən ayrıldı. 11 iyul 2018-ci ildə Real Madriddən icarəyə gəldi.Borussiya Dortmundun heyətində ilk matçı 26 iyul 2018-ci ildə keçirilən Borussiya Dortmund-Benfika matçıdır.Matça 61-ci dəqiqədə daxil olub.Matç 2–2 hesabı ilə bitib.İlk qolunu isə 26 sentyabr 2018-ci ildə keçirilən Borussiya Dortmund-Nürnberq matçının 49-cu dəqiqəsində vurub. Matç Borussiya Dortmundun 7–0 hesablı qələbəsi ilə başa çatıb. 1 sentyabr 2020-ci ildə İnter ilə 30 iyun 2025-ci ilə kimi müqavilə imzaladı.
Əşrəf Helmi
Əşrəf Helmi (24 aprel 1967) — Misiri təmsil edən stolüstü tennisçi. Əşrəf Helmi Misiri 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Əşrəf Helmi Misiri 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Əşrəf Helmi Misiri 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 33-cü pillənin sahibi olub.
Əşrəf Heybətov
Əşrəf Nəzir oğlu Heybətov (18 fevral 1951, Bakı) — YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti". Azərbaycanın xalq rəssamı (2018), RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü. 18 fevral 1951-ci ildə Bakıda anadan olmuşdur. 1979-cu ildə Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Azərbaycanın xalq rəssamı, RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Almaniyada "Bakı" Mədəniyyət Cəmiyyətinin sədridir. Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamıdır. 1991-ci ildən YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti" Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, Rusiya Federasiyası Rəssamlar İttifaqının və Rusiya Şərqşünaslıq Cəmiyyətinin üzvüdür. "Azərbaycan-Almaniya" Dostluq Cəmiyyəti İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə Kuratoru, Almaniya Rəssamlar Birliyi, Beynəlxalq PDA ("Platforma, Dialoq, Avrasiya") təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.
Əşrəf Hüseynov
Əşrəf İsgəndər oğlu Hüseynov (20 sentyabr 1907, Əmirvarlı, Qaryagin qəzası – 26 avqust 1981, Bakı) — riyaziyyatçı, akademik, Azərbaycan SSR Əməkdar elm xadimi, Əməkdar müəllim. 20 sentyabr 1907-ci ildə Cəbrayıl qəzasının Əmirvarlı kəndində anadan olmuşdur. Əşrəf Hüseynov 1939–1965-ci illərdən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) "Funksiyalar nəzəriyyəsi və cəbr", sonra isə "Funksiyalar nəzəriyyəsi funksional analiz" kafedrasının professoru, müdiri vəzifələrində çalışmış və riyazi analiz, diferensial tənliklər, inteqral tənliklər, riyazi fizika tənlikləri, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi və qeyri-xətti funksional analizin müxtəlif məsələlərinə dair xüsusi kurslar-mühazirələr oxumuşdur. Azərbaycan riyaziyyatçıları Əşrəf Hüseynovun Azərbaycan Dövlət Universitetində qeyri-xətti funksional analiz mövzusunda oxuduğu müxtəlif kursların təsiri altında qeyri-xətti analizlə məşğul olmuşdur. Onun rəhbərlik etdiyi seminarlar həmin sahənin Azərbaycanda inkişaf etməsində böyük rol oynamışdır. Bu seminarlarda qeyri-xətti tənliklərin həllinin budaqlanması nəzəriyyəsi, onların həlli üsulları, kvazi-xətti, parabolik və hiperbolik tənliklər üçün qarışıq məsələlər, sinqulyar operatorların struktur xassələri, qeyri-xətti sinqulyar inteqral tənliklər və analitik funksiyalar üçün qeyri-xətti sərhəd məsələləri nəzəriyyəsi, sinqulyar-inteqral tənliklərin ədədi həlli kimi elmi istiqamətləri yaranmış və inkişaf etdirilmişdir. Akademik Ə. Hyseynovun elmi rəhbərliyi altında 30-dan çox namizədlik dissertasiyası müdafiə olunmuşdur. Azərbaycanın riyaziyyatçıları Q. T. Əhmədov, Y. C. Məmmədov, X. Ş. Muxtarov və A. Ə. Babayevin doktorluq işlərinin məsləhətçisi olmuşdur. Akademik Ə. Hüseynov elmi konfrans və qurultaylarda fəal iştirak edirdi. O, funksional analiz üsullarının qeyri-xətti məsələlərə tətbiqi, yeraltı neftin hidroqaz dinamik məsələlərinin riyazi həlli metodlarına həsr olunmuş ümumittifaq konfransına sədrlik etmişdir.
Əşrəf Həsənov
Əşrəf Həsən oğlu Həsənov (24 yanvar 1909, Nuxa – 9 avqust 1983, Bakı) — dirijor, pedaqoq, Azərbaycan SSR xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. Əşrəf Həsənov 24 yanvar 1909-cu ildə Nuxada anadan olmuşdur. 1927–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfində, 1933–1938-ci illərdə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfində təhsil almışdır. 1938–1950-ci illərdə Azərbaycan Radio Komitəsinin nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir. 1932 və 1938–1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib. 1949–1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında opera hazırlığı şöbəsinə rəhbərlik etmişdir. Dosent idi. Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun", "Koroğlu" (Üzeyir Hacıbəyov), "Aşıq Qərib" (Zülfüqar Hacıbəyov), "Şahsənəm" (Reynqold Qlier), "İvan Susanin" (Mixail Qlinka), "Knyaz İqor" (Aleksandr Borodin), "Qaratoxmaq qadın", "Yevgeni Onegin", "İolanta" (Pyotr Çaykovski), "Qar qızı" (Nikolay Rimski-Korsakov), "Su pərisi" (Aleksandr Darqomıjski), "Aleko" (Sergey Raxmaninov), "Traviata", "Aida" (Cüzeppe Verdi), "Karmen" (Jorj Bize) və s. kimi Azərbaycan və Qərbi Avropa opera və baletlərinə dirijorluq etmişdir. Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərləri olmuşdur.
Əşrəf Marağayi
Əşrəf Marağayi — XV əsr Azərbaycan şairi Kitabxananın kataloq tərtibatçısı Q.Ete göstərir ki, burada olan nəzirə nüsxələrindən biri heç bir kitabxanada yoxdur. Bu Cəmalinin “Xəmsə”si kimi qeyd olunur. İndiyə qədər Nizaminin “Xəmsə”sinə ilk tam həcmli nəzirəni Əşrəf Marağayinin yazdığı məlum idi. Lakin tədqiqat göstərir ki, Ə.Marağayinin ilk poeması “Mənhəc əl–əbrar” 1428-ci ildə, Cəmali Təbrizinin II, III, IV poemaları isə bu tarixdən daha əvvəl, 1402-1427-ci illərdə qələmə alınmışdır. Buradakı nəzirələr aşağıdakı kimi qruplaşır: “Sirlər xəzinəsi”nə, “Töhvətül – əbrar”; “Xosrov və Şirin”ə – “Mehr – o Nigar”; “Leyli və Məcnun”a – “Məhzun – o Məhbub”; “Yeddi gözəl”ə – “Həft – o urəng”; “İsgəndərnamə” – yə isə eyni adlı “İsgəndərnamə” uyğun gəlir. “Eşqnamə” “Yeddi mələk” və “Səddi.
Əşrəf Mehdiyev
Əşrəf Mehdiyev — Azərbaycanlı alim və siyasətçi; fəlsəfə elmləri doktoru -professor; Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının və Qeyrət Partiyasının sədri, Azərbaycan Prezident seçkilərində prezidentliyə namizəd (1998). Əşrəf Fərzəli oğlu Mehdiyev 1934-cü ildə Cəbrayıl rayonunda anadan olub. Babası Mehdi kişi Qarabağın adlı-sanlı bəylərindən biri olduğu üçün Mehdiyevlər ötən əsrin 30-cu illərində ailəlikcə repressiyaya məruz qalıblar. 1937-ci ildə Mehdi bəyi və oğlu Fərzəlini "xalq düşməni" adı ilə həbs ediblər. Aradan bir neçə gün keçəndən sonra Mehdi bəyin azadlıqda qalan digər 3 oğlunu da qandallayıblar. Cəmi bir neçə gün sonra Sibirə sürgün edilən Mehdi bəy və oğlanlarını məhkəmənin hökmü ilə elə oradaca güllələyiblər. Əşrəf Mehdiyev orta məktəbi əla qiymətlərlə bitirərək, 1952-ci ildə indiki BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olub. Hələ birinci kursda oxuyanda onu Cəbrayılda işıq üzü görən "Kolxozçu" qəzetinə redaktor müavini göndəriblər. İkinci kursda oxuyanda "Kolxozçu"nun redaktoru təyin olunan Mehdiyev 9 il bu vəzifədə çalışıb. Atasının və Sibirə sürgün olunmuş digər qohumlarının bəraət alması Əşrəf Mehdiyevin karyerasında yeni səhifə açıb.
Əşrəf Muradoğlu
Əşrəf Muradoğlu, bəzən Əşrəf Murad kimi qeyd olunur (tam adı: Əşrəf Əşrəfmurad Muradov; 26 oktyabr 1925, Bakı – 11 mart 1979, Bakı) — Azərbaycan rəssamı. İxtisas təhsilini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində və İ. Y. Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda almışdır. Əşrəf Muradoğlu akademik təhsil alsa da, bütünlüklə onun yaradıcılığını ətraf mühitin, hadisələrin və insanların təsvirinə çox fərqli, akademik dəqiqlikdən uzaq olan bir bədii şərh – ifadə vasitələrinin mövcudluğu şərtləndirir. Rəssam milli qaynaqlardan, həm də avanqard sənət meylərindən bəhrələnərək özünəməxsus əsərlər yaratmışdır. Əşrəf Muradoğlu 1925-ci il oktyabrın 26-da Bakıda anadan olub. Ailəsi imkanına görə seçilən ailələrdən idi. Uşaqlığı və yeniyetməliyi qayğılardan kənar keçib. O, tələbə vaxtı fırça ilə işləyərkən həmin fırçanı öz bahalı kostyumlarının qolu ilə silərdi. 1946-cı ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1948-ci ildə İ. E. Repin adına Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun rəssamlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Əşrəf Məmmədli
Əşrəf Pəhləvi
Şahzadə Əşrəf əl — Malik Pəhləvi (fars. اشرف پهلوی‎; 26 oktyabr 1919, Tehran – 7 yanvar 2016, Monako) — sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin əkiz bacısı, Pəhləvilər sülaləsinin nümayəndəsi. O, "qardaşının arxasındakı güc" hesab olunurdu və 1953-cü ildə baş verən çevrilişdə onun taxta çıxmasına səbəb oldu. Qardaşına saray müşaviri olaraq xidmət etdi və qadın hüquqları üçün güclü bir vəkil idi . 1979-cu ildə İran inqilabından sonra Fransa, Nyu-York, Paris və Monte Karloda sürgündə yaşadı və İslam Respublikasına qarşı açıq danışdı. Ömrünün sonuna qədər Parisdə yaşamışdır.7 yanvar 2016-cı ildə 96 yaşında Nyu-Yorkda vəfat edib. Əşrəf Pəhləvi 1919-cu il oktyabrın 26-da qardaşı Məhəmməd Rzadan beş saat sonra Tehranda anadan olmuşdur. Valideynləri Fars şahına çevriləcək hərbi komandir Rza şah Pəhləvi və dörd arvadından ikincisi Tacülmüluk idi. Onun 10 bacı-qardaşı var idi. 30-cu illərin əvvəllərində Əşrəf Pəhləvi, böyük bacısı Şəms və anaları ənənəvi örtük taxmağı dayandıran ilk önəmli İran qadınlarından idi.
Əşrəf Quliyev
Əşrəf Hacı oğlu Quliyev (29 iyul 1924, Bakı – 10 fevral 1994, Bakı) — Azərbaycan aktyoru, rejissoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin dekanı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1974). Əşrəf Hacı oğlu Quliyev 29 iyun 1924-cü ildə Bakıda anadan olub. Yeddiillik təhsili bitirəndən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Tələbə ikən Azərbaycan Akademik Dövlət Teatrının tamaşalarında kütləvi səhnələrə çıxıb. 1938-ci ildə təyinatla İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərilib. Böyük Vətən müharibəsində iştirak edib. Müharibədən qayıtdıqdan sonra az müddət İrəvan teatrında işləyib və sonra yenicə açılmış Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1952-ci ildən Akademik Milli Dram Teatrında rejissor işləyib. 1984-cü il yanvar ayının 2-dən yalnız Azərbaycan Dövlət İncəsənət İnstitutunda işləyib və burada aktyor və rejissor sənətindən dərs deyib "Aktyor sənəti" fakültəsinin dekanı olmuşdur Müxtəlif illərdə Lənkəran və Gəncə teatrlarında tamaşalara quruluşlar verib. Əşrəf Quliyev 10 fevral 1994-cü ildə Bakıda vəfat edib və Yasamal qəbirsanlığında dəfn olunub.
Əşrəf Qəni
Əşrəf Qəni (puşt. اشرف غني Aşraf Ğanī, dəri اشرف غنی Aşraf Ğanī (2015-ci il noyabr ayına qədər Əşrəf Qəni Əhmədzay); 19 may 1949, Lövgər vilayəti) — Əfqanıstan siyasətçisi, 29 sentyabr 2014-cü ildən 15 avqust 2021-ci ilədək Əfqanıstanın keçmiş prezidenti.
Əşrəf Yusifzadə
Əşrəf Əmrah oğlu Yusifzadə (Yusifov) (5 dekabr 1906, Sarxanlı, Naxçıvan qəzası – 7 mart 1963, Kirovabad) — Azərbaycan teatr aktyoru, Azərbaycanın SSR xalq artisti (1955). Yaradıcılığının əsas mərhələsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan Əşrəf Əmrah oğlu Yusifzadə 5 dekabr 1906-cı ildə Şərur rayonunun Sərxanlı kəndində doğulub. On dörd yaşına kimi kənddə yaşayıb. Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub (1921–1925). Ədəbiyyata, dramaturgiyaya coşğun həvəs göstərən Əşrəf məktəbdəki dram dərnəyinin fəallarından olub. Beşillik təhsilini uğurla başa vuraraq müəllimlərinin tövsiyəsi ilə İrəvana gəlib. Burada iyirminci illərdə bütün SSRİ-də dəbdə olan "Rabfaka" (fəhlə fakültəsinə) daxil olub. Təhsilinə davamiyyətli şəkildə yiyələnən Əşrəf Yusifzadə eyni zamanda İrəvanda Azərbaycan teatrının canlı klassiklərindən olan Yunis Nurinin dram dərnəyinə gedib. Burada epizodik rollar oynayıb, kütləvi səhnələrdə iştirak edib. Fəhlə fakültəsini iki ilə başa vuran Əşrəf Yusifzadə Yunis Nurinin zəmanəti ilə İrəvandam Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub.
Elnur Əşrəfoğlu
Elnur Əşrəf oğlu Şükürov (19 iyun 1974, Bakı – 19 oktyabr 2021, Bakı), əsasən Elnur Əşrəfoğlu kimi qeyd olunur — Azərbaycan jurnalisti və televiziya aparıcısı. == Həyatı == === Erkən illəri === Uşaqlığı Zəngilan rayonunda keçib. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsini bitirib. === Jurnalist fəaliyyəti === 1992-ci ildə "525-ci qəzet"-də jurnalist kimi çalışıb. Qısa müddət "7 gün" və "Azərbaycan" qəzetləri ilə əməkdaşlıq etdikdən sonra 1993-cü ilin sonlarında Azərbaycan Televiziyasında 16 il işləyib. 1994-cü ildə AZTV-də müəllifi olduğu "Sport digest" əyləncəli idman televiziya verilişindən sonra ölkədə məşhurluq qazanıb. O, müxtəlif vaxtlarda AzTV-nin "Xəbərlər" baş redaksiyasında böyük redaktor, İdman Proqramları Baş Redaksiyasında baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Televiziyasında efirə gedən "Zirvəyə doğru: Sidney-2000", "Afina-2004", "Pekin zəfərləri", "Milli Olimpiya Komitəsi-10 il", "Professor", "9 nömrəli oyunçu", "Böyük hokkey", "Sehrbaz" və daha bir neçə sənədli filmin ərsəyə gəlməsində əməyi olub. 1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb. 2011-ci ilin oktyabr ayında "Space TV" telekanalının idman departamentinə rəhbər təyin olunub.
Mir Əşrəf şah Xotəki
Mir Əşrəf şah Xotəki (1700, Qəndəhar vilayəti, Səfəvilər – 1730, Bəlucistan, Səfəvilər) — Hotaki sülaləsindən İranın ikinci şahı. Əşrəf şah Mir Əbdüləziz xan Xotəkinin oğludur. 1700-cü ildə Qəndəhar şəhərində anadan olmuşdu. 1724-cü ildə Mahmud şah dəli oldu. Əfqanlar onun əmisi oğlu Əşrəf xanı taxta çıxardılar. Çünki Osmanlı sarayı həm Təhmasiblə, həm də Mahmudun əvəzinə taxta çıxmış Əşrəflə münasibətlərin birdəfəlik korlanmasını istəmirdi.Osmanlı sarayı müsbət cavab verilmədiyi halda Təhmasibin Rusiyaya yaxınlaşacağından da ehtiyat edirdi. Ona görə Osmanlı sarayı Rusiya tərəfini xəbərdar etməklə II Şah Təhmasibin yanına öz səfirini göndərdi. Amma bu səfirin apardığı müzakirələrin bir nəticəsi olmadı. Təhmasiblə bərabər, Əşrəf də Osmanlı dövləti ilə əlaqə yaratmağa çalışırdı. Çünki Əşrəf yaxşı anlayırdı ki, bölgənin güclü dövləti və qərbdən ölkənin həmsərhəd olduğu Osmanlı dövləti ilə anlaşma əldə edə bilməsə şahlığının ömrü də uzun olmayacaqdır.
Məhəmməd Əşrəfov
Məlik Əşrəf Sulduz
Məlik Əşrəf Əmir Dəmirdaş oğlu Sulduz -(1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi O, son nəticədə feodal ara müharibələrində qalib gəlir və Süleyman xanı ölkədən qaçmağa məcbur edir. Məlik Əşrəf 1344-cü ilin II rübündə Elxanlı şahzadəsi Ənuşirəvanı taxta çıxarıb ona Adil ləqəbi verir və Elxanlılar dövlətini 1355-ci ilə qədər onun adından idarə edir.Lakin o da qardaşı Şeyx Həsən (Kiçik) Sulduz kimi müstəqil Çobanlılar dövləti təsis edə bilmir. Hafiz Əbru dəfələrlə Məlik Əşrəfdən bəhs etmişdir. Müəllif yazır ki, Məlik Əşrəf h. 749 (1348)-ci ildə Azərbaycan Qarabağında idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi. Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu. Məlik Əşrəf rəqibləri Əmir Surğan Sulduz və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı.
Nəcəfəli sultan Əşrəfi
Nəcəfəli sultan Əşrəfi (?-?)—Abbas mirzə Qovanlı-Qacarın sərkərdəsi, diplomat. 1828-ci ildə Naxçıvanda yerləşən rus qoşunu iyulun 1-də Abbasabad qalasını mühasirəyə aldı. Bu qala xanlığın ən güclü qalalarından biri idi. Qalaya şahın kürəkəni Məhəmmədəmin xan Qovanlı-Qacar başçılıq edirdi. Onun köməkçiləri naxçıvanlı Əmin xan və təbrizli Rza xan idi. Qala qarnizonunda 3000–4000 nəfərə qədər əskər var idi. Qala müdafiəçiləri rus toplarının bombardımanına baxmayaraq, möhkəm dayanmışdılar. Onlar şahzadə Abbas Mirzədən kömək almaq ümidində idilər. Bu vaxt Abbas Mirzə danışıq aparmaq üçün Nəcəfəli Sultan Əşrəfi general-adyutant Paskeviçin yanına göndərmişdi. Abbas Mirzə Lənkəran xanlığını və İrəvan xanlığına məxsus Baş Abaranın Rusiyaya "güzəştə getmək" adı altında danışıqlar aparmaqla vaxt qazanmağa çalışırdı.
Rəhman Əşrəfov
Seyid Əşrəf Ağa
Seyid Əşrəf Ağa (10 mart 1936, Qaryagin rayonu – 31 yanvar 1999, Bakı) — XX əsrdə seyid kimi tanınmış biri. Seyid Əşrəf Ağa 1936-cı il martın 10-u Qaryagin rayonunda (indiki Füzuli rayonu) anadan olmuşdur. Əslən Şuşadan olan ağa Seyid Həşim Ağanın nəvəsidir. Seyidlik ona kökdən, Seyid Kazım ağadan gəlib. 7 yaşından ona seyidlik verilib. Seyid Əşrəf Ağa 1999-cu ildə vəfat edib. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. Ziyarətgah Xırdalan şəhərində yerləşir. 2001-ci ildə xeyriyyəçi tərəfindən inşa edilib. Bu ziyarətgahı bilənlər çoxdur.
Seyid Əşrəfəddin Gilani
Seyid Əşrəfəddin Gilani (1872–1934) — şair, publisist. Seyid Əşrəfəddin Gilani 1872-ci ildə Gilan əyalətinin Rəşt şəhərində doğulmuş və ilk təhsilini də orada almışdır. Əşrəfəddin Gilani ədəbi- ictimai fəaliyyətə gənc yaşlarında başlamışdır. 1908-ci ildə Rəştdə "Nəsimi-Şimal" qəzetini nəşr etməyə başlayıb. Daha sonra o zamanlar üçün İranda böyük ədəbi qəzet sayılan "Sure-İsrafil" qəzetinə rəhbərlik etmişdir. Gilani qəzetlərdə yazdığı yazılarda, şerlərdə əhəmiyyətli məsələlərdən bəshs edirdi. "Şahnamə", "Feqir-füqara", "Yoxsulların və dövlətlilərin vəziyyətinin müqayisəsi" və başqa şeirlərində o vaxtkı şah hökumətinin iç üzünü ifşa etmişdir. Gilaninin yaradıcılığında qadın hüquqlarının müdafiəsi xüsusi yer tutub. 1934-cü ildə Tehranda vəfat etmişdir.
Əşrəfoğulları bəyliyi
Əşrəfoğulları bəyliyi, XIII əsrdə qurulan Anadolu türk bəyliklərindən biri. Rum Səlcuqlular dövlətinin sınır bəylərindən Əşrəfoğlu Seyfəddin Süleyman bəy tərəfindən 1280-ci ilin əvvələrində Beyşehirdə quruldu. Əşrəfoğlu Süleyman bəy, Türkiyə Səlcuqlu sultanı III Qıyasəddin Keyxosrov dövründə (1264–1283) Səlcuklu xidmətində uc bəyi olaraq vəzifə tutmuşdu. Əşrəfoğlu Süleyman bəyin hansı tarixdə vəfat etdiyi məlum deyildir; fəqət vəfatının 701 H./1301 M. dən sonra olduğu Beyşehirdə tikdirmış olduğu türbə kitabəsindən anlaşılmaqdadır. Eşrefoğulları Beyliği, 1302-ci ildə atasının yerine keçən Mübarizəddin Məhəmməd bəy dönəmində genişləyərək, Bolvadin və Akşehir dolaylarını da içinə aldı. Mübarizəddin Məhəmməd bəyin Elxanlılara bağımlılığını bildirməsindən sonra (1314), Seyfəddin Süleyman bəyin nəvəsi Süleymanşahın elxanlı rum valisi Timurtaş bəy (ö. 1328) tərəfindən öldürülməsindən sonra bəylik ortadan qalxdı.
Əşrəfülmüluk Fəxrəddövlə
Əşrəfülmulük Fəxrəddövlə(1883–1955)-Qacar şahzadəsi, Müzəffərəddin şah Qacar və Sərvərəssəltənənin qızı və Məhəmməd Musaddıqın xalaqızısı.Tehranın ilk taksi şirkətinin banisidir.
Əşrəfəddin Gilani
Seyid Əşrəfəddin Gilani (1872–1934) — şair, publisist. Seyid Əşrəfəddin Gilani 1872-ci ildə Gilan əyalətinin Rəşt şəhərində doğulmuş və ilk təhsilini də orada almışdır. Əşrəfəddin Gilani ədəbi- ictimai fəaliyyətə gənc yaşlarında başlamışdır. 1908-ci ildə Rəştdə "Nəsimi-Şimal" qəzetini nəşr etməyə başlayıb. Daha sonra o zamanlar üçün İranda böyük ədəbi qəzet sayılan "Sure-İsrafil" qəzetinə rəhbərlik etmişdir. Gilani qəzetlərdə yazdığı yazılarda, şerlərdə əhəmiyyətli məsələlərdən bəshs edirdi. "Şahnamə", "Feqir-füqara", "Yoxsulların və dövlətlilərin vəziyyətinin müqayisəsi" və başqa şeirlərində o vaxtkı şah hökumətinin iç üzünü ifşa etmişdir. Gilaninin yaradıcılığında qadın hüquqlarının müdafiəsi xüsusi yer tutub. 1934-cü ildə Tehranda vəfat etmişdir.

Digər lüğətlərdə