çatmaqaş
çay
OBASTAN VİKİ
Kiçik çavuş
Kiçik çavuş — Azərbaycan Respublikası Silahlı Qüvvələrində seçilmiş və fərqlənmiş hərbi qulluqçulara, kurs keçməsi nəticəsində verilən hərbi rütbədir. Bu hərbi rütbə kiçik komandir heyəti kateqoriyasına aid hərbi rütbədir. Bu rütbə MAXE hərbi qulluqçulara və müddətli hərbi qulluqçulara verilir.
Qevorq Çavuş
Həsən Abdullayev (çavuş)
Həsən Həsənov (çavuş)
Kamil Şirinov (çavuş)
Mahir Hüseynov (çavuş)
Mehrac Mahmudov (çavuş)
Murad Mahmudov (çavuş)
Namiq Quliyev (çavuş)
Natiq Əhmədov (çavuş)
Nicat Hüseynov (çavuş)
Orxan Mirzəyev (çavuş)
Çavuş
Çavuş və ya serjant — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir. İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur. == Etimologiya == "Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir. Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir.
Baş çavuş
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Gevork Çavuş
Samsa Çavuş
Samsa Çavuş və ya Samsa Bəy (türk. Samsa Çavuş, Samsa Bey; ?-1330-cu ildən sonra) — Ərtoğrul Qazinin, Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Samsa Bəy, Osmanlı Dövlətində "Çavuş" titulunu istifadə edən ilk komandirdir. Ayrıca, Samsa Çavuş Osmanlı Dövlətinin quruluşunda fəal iştirak etmişdir. Ərtoğrul Qazi və digər qayılar ilə birlikdə, Anadoluya Söğüt şəhərinə köçmüşdür. Osman Bəy vaxtında bir çox savaşa qatılmışdır. Pelekanon Savaşında işirak etdiyi məlumdur. İznikin 2-ci fəthində və Sorkunun fəthində qəhrəmanlıqlar göstərmişdir. Orxan Qazi,Qaratəkin qalası fəth edilincə, mühafizlərin başçısı olaraq Samsa Çavuşu təyin etmişdir. Ömrünün son günlərini Sakaryada keçirən Samsa Bəy, 1330-cu ildən sonra vəfat etmişdir.
Çavuş Stabbi
Serjant Stabbi — (1916 - 16 mart 1926) (ABŞ) 102-ci Piyada Alayının qeyri-rəsmi maskotu və Birinci Dünya Müharibəsində 26-cı (Yanki) diviziyasında xidmət etmiş itdir. 18 ay xidmət etmiş, Qərb cəbhəsində 17 döyüşdə iştirak etmişdir. O, alayını gözlənilməz iprit hücumlarından xilas etmiş, yaralıları tapıb təsəlli vermiş və guya bir dəfə bir Alman əsgərini şalvarından tutaraq, Amerika əsgərləri onu tapana qədər orada saxlamışdı. Onun hərəkətləri müasir Amerika qəzetlərində yaxşı sənədləşdirilib. Stabbi Böyük Müharibənin ən çox mükafatlandırılan döyüş iti və döyüş yolu ilə çavuş rütbəsinə irəli sürülən yeganə it adlandırılıb. Stabbinin qalıqları Smitsonian İnstitutundadır. Stabbi 2018-ci il cizgi filminin mövzusudur. == Mükafatları və xatirəsi == Stabbi aşağıdakı medallara layiq görülüb: Verden döyüşünə görə Fransa medalı; Amerika Legionunun 1-ci İllik Konvensiya Medalı; "New Haven" Müharibə Veteranları Medalı; Fransa Respublikasının "France Grande" medalı; Yaralara görə "Bənövşəyi Ürək" medalı (əvvəl "Yara üçün zolaq" adlanırdı, "Bənövşəyi Ürək" yalnız 1932-ci ildə təqdim edilib); Amerika Legionunun 6-cı İllik Konvensiya Medalı; San-Mişel Kampaniyasının medalı; Şato-Terri kampaniyasının medalı; ABŞ Humanitar Cəmiyyətinin Qızıl Medalı. Onun qalıqları Smitsonian İnstitutunda "Azadlığın qiyməti: Amerikalılar Müharibədə" adlı sərgi çərçivəsində nümayiş etdirilir. Stabbi, Kanzas-Sitidə 11 Noyabr 2006-cı il Atəşkəs Günü keçirilən mərasimdə Amerikanın Birinci Dünya Müharibəsi xatirəsi olan Azadlıq Memorialının Şöhrət Xiyabanında kafelə layiq görülüb.
Çavuş (Altınova)
Çavuş — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd. == Tarixi == 1911-ci ildən qeydlərə düşən kəndin köhnə adı Təvfikiyyə olmuşdur. Kəndin adı sonradan "Çavuşköy" olaraq dəyişdirilmişdir. == Coğrafiyası == Kənd Yalova vilayətindən 39 km, Altınova rayonundan isə 16 km məsafədədir.
Çavuş (dəqiqləşdirmə)
Çavuş — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Çavuş (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd.
Təbriz Əsgərov (çavuş)
Vasif Quliyev (çavuş)
Vüqar Məmmədov (çavuş)
Yadigar Əliyev (çavuş)
Çavuş Mehmed Paşa
Çavuş Mehmed Paşa (ö. 1650) — Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək saray çavuşu, 1647-ci ildə yeniçəri ağası oldu. 1648-ci ilin yanvarında Misir bəylərbəyi təyin edildi və 5 fevral 1649-cu ildə vəzifədən alınaraq paytaxta çağırıldı. Bir müddət həbs tutulduqdan sonra bağışlandı. Çox keçmədən 1650-ci ildə vəfat etdi və Əyyubsultan məzarlığında dəfn olundu. == Mənbə == Sicill-i Osmani V, səh.
Çavuş İbrahim Paşa
Çavuş İbrahim Paşa (ö. noyabr 1668) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra baş çavuş olaraq xidmət etməyə başladı. Ardından 1664-cü ilin avqustunda yeniçəri ağası, 1665-ci ilin mayında vəzir rütbəsiylə Sivas, 28 yanvar 1667-ci ildə isə Misir bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən 1668-ci ilin noyabrında Misirdə vəfat etdi. Mehmed bəy (ö. 1690) adlı oğlu olduğu məlumdur. == Mənbə == Sicill-i Osmani III, səh.
Hikmət Həsənov (kiçik çavuş)
Mustafa Hüseynov (kiçik çavuş)
Muxtar Babayev (kiçik çavuş)
Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu (türk. Mevlüt Çavuşoğlu; 5 fevral 1968, Alanya, Antalya ili) — türk siyasətçi, diplomat və dövlət xadimi, Türkiyə Respublikasının xarici işlər naziri (2014-2023), Türkiyə Böyük Millət Məclisinin 22-28-ci çağırışlarının deputatı. == Erkən həyatı və təhsili == Mövlud Çavuşoğlu 5 feral 1968-ci ildə Türkiyə Respublikasının Antalya ilinin Alanya şəhərində dünyaya gəlmişdir. Çavuşoğlu H. Əmin Paşa Özəl liseyini birinci sırada bitirmiş, 1988-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsindən məzun olmuşdur. 1991-ci ildə ABŞ-nin Nyu-York ştatındakı Long-Aylend Universitetində İqtisadiyyat sahəsi üzrə magistratura təhsilini başa vurub. 1993-cü ildə isə Ankara Universiteti nəzdnindəki Avropa İttifaqı Elmi-tədqiqat Mərkəzində "Avropa Birliyi üzrə Ekspert Proqramı"nı tamamlamışdır. Həmin il Ankarada yerləşən Bilkənd Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində doktorantura programına başlamışdır. Jean Monnet təqaüd proqramı çərçivəsində 1993–1995 illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində doktorantura təhsilini davam etdirmişdir. == Siyasi fəaliyyəti == Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının qurucu üzvüdür. 22, 23 və 24-cü Çağırış Türkiyə Böyük Millət Məclisinə Antalyadan deputat seçilib.
Məhəmməd Hüseynov (baş çavuş)
Natiq Əliyev (kiçik çavuş)
Nicat Quliyev (kiçik çavuş)
Orxan Babayev (baş çavuş)
Orxan İsmayılov (kiçik çavuş)
Orxan Əliyev (kiçik çavuş)
Rahib Hüseynov (kiçik çavuş)
Ruslan Hüseynov (kiçik çavuş)
Ruslan Qurbanov (baş çavuş)

Digər lüğətlərdə