ŞAHVƏLƏD

Vələd ərəbcə “övlad” deməkdir. Şahvələd “şah övladı” kimi başa dü­şü­lür. Şah farscadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ŞAHVERDİ
ŞAİQ
OBASTAN VİKİ
Rza Şahvələd
Rza Şahvələd — Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərmiş azərbaycanlı jurnalist. Rza Nəbi oğlu Şahvələd 1909-cu ildə Tiflisdə anadan olub. Bakıda iki illik seminariyanı bitirib. Bakıda iki illik seminariyanı bitirdikdən sonra 1929-1935-ci ilədək məktəb müdiri, 1935-1937-ci ilədək Qarayazı və Adıgün rayonlarında maarif şöbə müdiri vəzifəsində çalışıb, sonra “Sovet Gürcüstanı” qəzetində şöbə müdiri, 1941-1944-cü ilə qədər Gürcüstan Yazıçılar İttifaqı Azərbaycan bölməsinin sədri vəzifəsində işləyib. Rza Şahvələd müxtəlif vəzifələrdə çalışmaqla bərabər, ali təhsil almağı da unutmayıb. 1944-cü ildən Bakıya köçən R. Şahvələd əvvəlcə “Kommunist” qəzetində şöbə müdiri, sonra “Elm və Həyat” jurnalının baş redaktoru (1959-1965) işləyib. Rza Şahvələd hekayələri və pyesləri ilə də oxuculara yaxşı tanışdır. Onun “Başmaq” (1939), “Hekayələr” (1950), “Könüldə bahar” (1962), “Qonşu qardaşlar” (1984) nəsr topluları, o vaxtlar Tiflis Azərbaycan Dövlət Dram Teatrının səhnəsində oynanılan tamaşaları maraqla qarşılanıb. Rza Şahvələd tərcümə sahəsi ilə də ciddi məşğul olub. Onun ən çox tərcümə etdiyi Akaki Seretelinin əsərlərindən nümunələr olub.
Şahvələd Eyvazov
Şahvələd Eyvazov (d. 26 iyul, 1956, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Azərbaycan fotoqrafı. 1956-cı il iyulun 26-da Tbilisidə anadan olub. Fotoqrafiya ilə 8-ci sinifdə oxuyarkən atasının ona hədiyyə etdiyi fotokamera ilə maraqlanmağa başlamışdır. 1974-cü ildə məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra tezliklə Gürcüstanda nəşr olunan "Sovet Gürcüstanı" adlı azərbaycan dilli qəzetdə mətbuat fotoqrafı kimi işə başlamışdır. 1980-ci ildə "Pravda" qəzetin təşkil etdiyi fotomüsabiqədə qalib olaraq laureat seçilmişdir. 1983-cü ildə Jurnalistika fakultəsini bitirmişdir. 1992-ci ilədək “Gürcüinform” xəbər agentliyi ilə əməkdaşlıq etmişdir. 1992-ci ildə isə “Associated press” adlı beynəlxalq xəbər agentliyi ilə çalışmağa başlamışdır.
Şahvələd Köçərli
Şahvələd Süleyman oğlu Köçərli (31 dekabr 1935) — neftçi-geoloq, Geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru (1965), "Azneftgeofizika" tresti İB-də baş geoloq və baş direktor (1981-1992). Şahvələd Köçərli 31 dekabr 1935-ci ildə Gədəbəy rayonunda, Şınıx mahalının İsalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə, Çayrəsullu 10 illik kənd orta məktəbini fərqlənmə ilə bitirmiş, 1954-cü ildə Azərbaycan Dövlət Universiteti (İndiki Bakı Dövlət Universiteti)nə qəbul olunmuş və 1959-cu ildə universitetin “Geoloji-coğrafiya” fakultəsinin “Neft-qaz geologiyası” ixtisasını bitirmişdir, 1959-1962-ci illərdə “Azneftkəşfiyyat” trestində kollektor, texnik-geoloq, geoloq, böyük geoloq vəzifələrində çalışmışdır. 1962-1965-ci illərdə “AMEA Geologiya İnstitutu”nda aspiranturada oxumuş, 1965-ci ildə namizədlik dissertasiyasını “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 1966-1974-cü illərdə “Geologiya İnstitutu”nda kiçik və baş elmi işçi, 1974-1981-ci illərdə “Azneft” İB-də geoloji şöbə müdirinin müavini və şöbə müdiri, 1981-1992-ci illərdə “Azneftgeofizika” tresti İB-də baş geoloq və baş direktor vəzifələrində işləmişdir. 1993-1998-ci illərdə o “TPAO” (Türkiye Petrolleri Anonim Ortaklığı)- Qazaxıstan neft layihələrinin icrasında iştirak etmişdir. Şahvələd Köçərli 1998-2011-ci illərdə Azərbaycanda aparılan geofiziki tədqiqatlar sahəsində çox məhsuldar çalışmış, baş idarədə geologiya üzrə baş mütəxəssis, geoloji şöbənin müdiri vəzifələrini icra etmişdir. Onun biləvasitə rəhbərliyi və iştirakı ilə respublika ərazisində 30-dan artıq perspektivli struktur aşkar edilmiş, bir sıra neft və qaz yataqları kəşf edilərək işlənməyə hazırlanmışdır. O hazırda "Azərbaycan Milli Geofizika Komitəsinin vitse-Prezidenti, “Azərbaycanda Gefizika Yenilikləri” jurnalının baş redaktorunun müavinidir. Şahvələd Köçərlinin elmi tədqiqat istiqamətləri neft-qaz yataqlarının geologiyası, axtarışı, kəşfiyyatı və neftli-qazlı hövzələrin struktur-tektonik quruluşu, neft-qazlılığı ilə əlaqədardır. O, 150-dən çox elmi və publisistik əsərin müəllifidir.
Şahvələd Xəlilov
Şahvələd Xəlilov Binnət oğlu (7 oktyabr 1939, Yuxarı Qarabulaq, Başkeçid rayonu – 26 sentyabr 2007, Bakı) — Coğrafiya elmlər doktoru, AMEA-nın müxbir üzvü, alim. Ş.B.Xəlilov 1939-cu il oktyabrın 7-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndində anadan olub. 1957-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinə daxil olub. 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla AMEA Coğrafiya İnstitutuna işə göndərilib.Ş.B.Xəlilov bir çox Beynəlxalq və Ümumittifaq simpozium və müşavirələrdə (Helsinki, Moskva, Sankt-Peterburq, Novosibirsk, Tiflis, Minsk, Velikiy Novqorod və s.). Azərbaycanın coğrafiya elmini layiqincə təmsil etmişdir. AMEA Coğrafiya İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini, laboratoriya müdiri, Elmlər Akademiyasının partiya komitəsinin katibi, BDU-nun humanitar məsələlər üzrə prorektoru vəzifələrində çalışıb. 1969-cu ildə coğrafiya elmləri namizədi, 1996-cı ildə coğrafiya üzrə elmlər doktoru elmi adı alıb. Hər iki dissertasiya işi qurunun hidrologiyası, o cümlədən, su anbarlarının mühafizəsinə, ekologiyasına həsr edilmişdir. 2007-ci ildə professor elmi adını alıb. 2001-ci il iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki seçilmişdir.
Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu — azərbaycanlı jurnalist, redaktor, köşə yazarı. Şahvələd Çobanoğlu 1969-cu ildə Göyçə mahalının Cil kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "7 gün", "Azərbaycan" qəzetlərinin müxbiri, "Hürriyyət", "Günaydın" qəzetlərinin baş redaktoru, "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru olub. Hazırda köşə yazarı kimi sərbəst jurnalist fəaliyyəti göstərir. 2010-cu ildə Almaniyanın "Zite-Ştivtunq" və Norveçin "Azad söz" fondlarının təsis etdiyi Gerd Buserius adına "Şərqi Avropada Söz Azadlığı" mükafatı ilə təltif olunub.
Şahvələd Əliyev
İlyas Şahvələdov
İlyas Etibar oğlu Şahvələdov (6 avqust 1996, Bərdə rayonu – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. İlyas Şahvələdov 6 avqust 1996-cı ildə Bərdə rayonunda doğulub. Əslən Laçın rayonunun Qorçu kəndindəndir. Hərbi xidməti bitirdikdən sonra müqavilə ilə Azərbaycan ordusunda müddətdən artıq xidmət (MAXE) keçirdi. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu İlyas Şahvələdov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. İlyas Şahvələdov oktyabrın 10-u Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İlyas Şahvələdovun əmisi Şahvələdov İlyas Nəriman oğlu da 1994-cü ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Onun adını daşıyırdı.
Şahvələdli
Şahvələdli (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun inzibati ərazi vahidində kənd. Şahvələdli (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.
Şahvələdli (Cəbrayıl)
Şahvələdli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsi ətəyindədir. Yerli əhalinin məlumatına görə XIX əsrdə Şahvələd adlı şəxs salmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Şahvələdli Cəbrayıl rayonunun Cəbrayıl qəs. inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Şahvələd adlı şəxs salmış, kənd də onun törəmələrinin adı ilə adlandırılmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Şahvələdli (Daşkəsən)
Şahvələdli — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsində kənd. Oykonim şahvələdli nəslinin adı ilə bağlıdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Şahvələdli kənd kitabxana filialı, Şahvələdli kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Şahvələdli kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Şahvələdli kənd tibb məntəqəsi yerləşir.
Şəlalə Şahvələdqızı
Şəlalə Şahvələd qızı Quliyeva (23 yanvar 1977, Mingəçevir) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2012). Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin "Ah, Paris…Paris!.." satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır. 1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa etmişdir. 2004-cü ildə Gənclər, İdman və Turizm nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatlandırılıb. 2011-ci ildə Moskvada Beynalxalq teatr məktəbinin aktyor sənəti üzrə ali kursunun məzunudu.

Значение слова в других словарях