şaxtayadavamlılıq
şairanə
OBASTAN VİKİ
Fəqir (şair)
Fəqir — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olub. == Həyatı == Fəqirin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun əsl adı belə məlum deyil. Şairin Fəqir sözünü özünə təxəless götürdüyü ehtimal edilir. Fəqir keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. Şairin yalnız Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olduğu məlumdur. XVIII əsrdə Səfəvilər Dövləti dövründə yazıb yaratdığı məlumdur. == Yaradıcılığı == Şairin yaradıcılığı iki hissəyə bölünür: sevgi lirikası və sosial etiraz lirikası. Sevgi lirikasına Fəqirin "Gəldin" və "Görünməz" kimi şeirləri daxildir.
Kürdi (şair)
Mustafa bəy Sahibqıran (kürd. مستەفا بەگ ساحێبقران), təxəllüsü Kürdi (kürd. کوردی، Kurdî) — XIX əsr kürd şairi. O, Nali və Səlim ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Kürdi Nali və Səlim ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1806 və ya 1812-ci ildə anadan olmuş, 1850-ci ildə vəfat etmişdir. Onun poeziyasının forma və məzmunu Nali və Səliminkinə bənzəyir, daha çox sevgi, fəlsəfə, mistisizm, tarix kimi mövzulardan ibarət idi. Şeirlərinin çoxu qəzəl və qəsidə formasındadır. Şeirləri kürd, fars və ərəb dillərindədir.
Nali (şair)
Molla Xıdır Əhməd Şüvəysi Mikayıli (kürd. مەلا خدر (خضر) کوڕی ئەحمەدی شاوەیسی ئاڵی بەگی میکایلی) və ya təxəllüsü ilə Nali (kürd. نالی) (1798, Süleymaniyyə – 1855, Konstantinopol) — kürd şairi və tərcüməsi. O, əsasən sorani poeziya məktəbinə verdiyi töhfələrə görə tanınır. Nali Kürdi və Səlim ilə birlikdə yanaşı sorani dilini İraq Kürdüstanın ədəbi dilinə çevirmişdir. Nalinin yaradıcılığının kürd dilində intibahın yaranmasına mühüm töhfə verdiyi geniş şəkildə qəbul edilir. Dîwanî Nalî. Researched and explained by Abdul Karim Mudarris and Fatih Abdoulkarim. ISBN 964-6546-74-9ISBN 964-6546-74-9 Keith Hitchins, "NALÎ" in Encyclopædia Iranica, online edition.
Nari (şair)
Molla Kaki Həmi və ya təxəllüsü ilə Nari (kürd. ناری) (1874, Mərivan, Kürdüstan ostanı – 1944) — kürd şairi. Mahmud Bərzənci, Tahir bəy Caf və Kani ilə yaxın münasibəti var idi. Nari kürd və fars dillərində lirik və mistik şeirlər yazmışdır. Şeirlərinin əsas hissəsi qəzəl formasındadır. O, daha çox kürd şairləri arasında Nali və Məhvidən, fars şairləri arasında isə Hafizdən təsirlənmişdir.
Füzuli (şair)
Məhəmməd Füzuli (ərəb. محمد بن سليمان‎) (təq. 1494, Ağqoyunlu dövləti – 1556, Osmanlı imperiyası), daha çox sadəcə Füzuli (fars. فضولی‎) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. 1494-cü ildə indiki İraq ərazisində anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir.
Hafiz (şair)
Hafiz Şirazi (fars. خواجه شمس‌‌الدین محمد حافظ شیرازی‎ Ḥāfiẓ. Digər yazılış şəkilləri: Hafiz, Hafes, Hafez. Tam adı: Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi) XIV əsr İran şairi və sufisi. Yazdığı qəzəllər mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır. Hafiz poeziyasında hətta müasir sürrealizmin elementlərinə də rast gəlmək olar. == Həyatı == Hafizin şəxsi həyatı haqqında çox az məlumat var. Məlumdur ki, şair 1310–1337-ci illər arasında Şiraz şəhərində kömürçü tacir ailəsində anadan olub. Atasız böyüyən Hafizin şairlik istedadı özünü çox erkən yaşlarında büruzə verib və o, şeirlərinə görə xalq arasında hörmət qazanaraq əmir sarayının şairi təyin edilib. Lakin yazdığı şeirlərə görə dindarlar tərəfindən təzyiqlərə məruz qalan şair əvvəlcə İsfahana, sonra isə Yəzdə qaçmağa məcbur olub.
Şair
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Adonis (şair)
Əli Əhməd Səid Əsbər (ərəb. علي أحمد سعيد إسبر‎‎; 1 yanvar 1930[…]) — Əsl adı Əli Əhməd Səid Əsbər olan hal-hazırda dünyanın yaşayan ən yaxşı ərəb şairlərindən biri, publisisti olan Adonis 1930-cu ildə işığı, məktəbi, yolu olmayan Suriyanın yoxsul Qəssabin kəndində, şiə təriqətli bir ailədə doğulmuşdur. Həyatının böyük hissəsini Livan və Fransada keçirən Adonis əsərlərini doğma ərəb dilində yazır, 20-dən artıq kitabın müəllifidir və “Yeni poeziya” hərəkatının öndə gedən nümayəndələrindən biri hesab olunur. == Həyatı və təhsili == Adonis, uşaq yaşlarından tarlada çalışmış, bununla yanaşı atası onu şeirlər əzbərləməyə həvəsləndirmiş və beləliklə, o öz şeirlərini yazmağa başlamışdır. Bu dövrdə onun əldə etdiyi bilik ərəb şeiri vurğunu olan atasınınn ona öyrətdiyi şeirlər və Quran bilgisiydi. Tarlada işlədiyi vaxtdan əlavə kənddə, böyük bir ağacın ətrafına toplaşan uşaqlara qoşularaq onlarla birlikdə ərəbcə yazmağı öyrənirdi. Bir gün yenicə müstəqillik qazanmış Suriyanın ilk prezidenti Şükrü əl-Qüvvətlinin kəndlərinə gələcəyini öyrəndikdə ona bir şeir yazmağı və onun qarşısında oxumağı, şeirini bəyənən Qüvvətlinin “oğlum, sənin üçün nə edə bilərəm?” deməyini xəyal etdi. Adonisin bu xəyalı ən bəsit filmlərdə olduğu kimi reallaşdı. Suriyanın türk əsilli prezidenti qarşısında öz yazdığı şeirini oxuyan 12 yaşlı oğlanı prezident, çox bəyəndi. Prezidentin “sənin üçün nə edə bilərəm?” sualına “oxumaq istəyirəm” cavabını verən Əli Əhməd Səid Əsbərin bundan sonrakı həyatı dəyişir.
Səlim (şair)
Əbdülrəhman bəy Sahibqıran (kürd. Ebdulrehman Begî Sahibqîran/عەبدولڕەحمان بەگی ساحێبقران), təxəllüsü Səlim (kürd. سالم) — XIX əsr kürd şairi. O, Nali və Kürdi ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Səlim Nali və Kürdi ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1866-cı ildə həmin şəhərdə vəfat etmişdir.
Təmkin (şair)
Təmkin (əsl adı Böyükkişi Abbas oğlu Mirzəzadə; d. 25 avqust 1925 - ö. 18 may 2014) — Azərbaycan şairi. Təmkin (Böyükkişi Abbas oğlu Mirzəzadə) 25 avqust 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1941-ci ildə Zod kənd orta məktəbini əla qiymətlərlə bitirərək həmin məktəbdə müəllim işləmişdir. 1942-ci ildə ailələri əsl-nəcabətlərinə görə siyasi təqiblərdən yaxa qurtarmaq üçün Gəncə ətrafına, Zazalı kəndinə köçür, sonra isə Seyidlər kəndində məskunlaşırlar. 1945-ci ildə atası vəfat etdiyindən ailə yükü üzərinə düşür. 1948-ci ildə Mingəçevir SES tikintisinə gəlir, təqaüdə qədər şəhərin bir neçə müəssisəsində fəhlə, mütəxəssis və mühəndis kimi çalışır. Bədii yaradıcılıqla məşğul olmuş, yaradıcılığı yaşadığı bölgədə yaxşı tanınmış, daim el məclislərində şeirləri söylənilmişdir. 18 may 2014-cü ildə vəfat etmişdir.
Xəlili (şair)
Xəlili (1407, Təbriz – 1485, İznik) — Osmanlı imperiyasında yaşamış XV əsrin azərbaycan dilli şairi. Xəlil İbrahim bəy və ya Şeyx Xəlili adı kimi tanınır. 1407-ci ildə Təbriz və ya Diyarbəkirdə anadan olub. Əsərlərindən və memuar müəlliflərinin yazdıqları məlumatlardan belə çıxır ki, Xəlili gəncliyində hürufilik ideyalarını təbliğ edən şeirlər yazıb. Hürufiliyi yaymaq məqsədilə Osmanlı imperiyasına köçüb. Gəncliyində İznikə gələrək İstanbulda keçirdiyi 1465-ci il istisna olmaqla, ömrünün sonuna qədər bu şəhərdə yaşayıb. Özünün qurduğu xanəgahda şeyx olub. Xəlil 1485-ci ildə İznikdə vəfat edib. Xəlilinin şeirlərində Əvhədi Marağalı və İmadəddin Nəsiminin təsiri hiss edilir. Onun özü isə Həbibi və XVI əsrin başqa şairlərinin yaradıcılığına təsir göstərib.
Şair Alməmməd
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Şair Alxasov
Şair Balaşərif oğlu Alxasov (1958, Çətgün, Qusar rayonu) — Qusar Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 31 may 2024-cü il tarixli Sərəncamına əsasən, Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Şair Aydın
Aydın Ramazan оğlu (Şair Aydın; 1825, Şişqaya – 1915, Şişqaya, Yeni Bəyazid qəzası) — el şairi. Şair Aydın 1825-ci ildə Göyçə mahalının Şişqaya kəndində dünyaya gəlmişdir. Gənc yaşlarından saz-söz məclislərindən ilham alan Aydın şеir dеməyə, söz qоşmağa başlamışdır. Aydının şеirlərində əsas mоtiv haqsızlığa, ədalətsizliyə, zülmə qarşı хalqı оyatmaq оlmuşdur. 1877-ci ildə şairə qarşı qəsd hazırlayan şəхsi şairin böyük qardaşı Еyvaz öldürür. Bu hadisədən sоnra Aydın qardaşları Еyvaz və İsmiхanla birlikdə Sibirə sürgün еdilirlər. Оn il sürgündə оlduqdan sоnra şair Bakı şəhərinə gəlmiş və burada fəhlə işləmişdir. Bir çох şеirlərini də еlə Bakıda yaratmışdır. 1892-ci ildə dоğma Göyçə mahalına qayıdan Şair Aydın еl-оbası tərəfindən böyük hörmətlə və еhtiramla qarşılanmışdır. Gəraylıları ilə tanınan şair XIX əsrin ən məşhur aşığı Aşıq Ələsgərin müasirlərindən sayılır.
Şair Ağacan
Ağacan Cabbar oğlu Cabbarlı (1886, Qaraisa, Tiflis quberniyası – 1951, Tomsk vilayəti) — Borçalı mahalında tanınmış el şairi. Ağacan Cabbarlı 1886-cı ildə Dağ Borçalının Gümrü nahiyəsinə daxil olan Qaraisə kəndində dünyaya gəlmişdir. İlk təhsilini mollaxanada almışdır. Sonralar ruhani təhsili almasına baxmayaraq, Ağacan ömürlük yaradıcılıqla məşğul olmuşdur. Gülxanım adlı bir qız ilə ailə qurmuşdur. Sonralar Ağacan arvadını və oğlunu itirmiş, əmisi qızı Zəhra ilə evlənmişdir. Onun Zəhra xanımdan iki oğlu — Ənvər və Şəmistan, iki qızı — Pərlan və Göyçək dünyaya gəlirlər. Onlar 1911-ci ildə Borçalının Quşçu kəndində yerləşirlər. O, ərəb, fars dillərini bildiyi üçün yerli mollaları tənqid etmişdi. Buna dözməyən kənt mollaları bir gecə Ağacanın yaşadığı qazma-dama su bağlayırlar.
Şair Heydərov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Şair Həsənov
Şair Nəcməddin oğlu Həsənov (10 iyul 1936, Qusar – 15 mart 2017) — Azərbaycan inşaatçı-mühəndisi və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri (2001–2006), Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri (1999–2001), Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1990–1991), Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsi sədrinin müavini (1986–1989), Azərbaycan SSR kənd tikintisi naziri (1983–1985). Şair Nəcməddin oğlu Həsənov 10 iyul 1936-cı ildə (bəzi mənbələrdə 10 iyun) Qusar şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu yol nəqliyyatı mühəndisi ixtisası üzrə bitirmişdir. Həmin ildən Azərbaycan SSR Tikinti Nazirliyi sistemində iş icraçısı, elmi-tədqiqat laboratoriyasının mühəndisi, böyük mühəndisi, bölmə rəhbəri, tikintinin təşkili və texnologiyas tresti şöbəsinin baş mühəndisi, texnika idarəsi rəisinin müavini, Sənaye Tikintisi Nazirliyi "Dəmir-beton" trestinin baş mühəndisi, nazirliyin istehsalat idarəsinin rəisi vəzifələrində işləmişdir. Şair Həsənov 1977–1980-ci illərdə Azərbaycan SSR kənd tikintisi nazirinin birinci müavini, 1980–1983-cü illərdə Azərbaycan SSR Baş Kolxoz-Sovxoz Tikintisi Baş İdarəsinin ("Başkolxozsovxoztikinti") rəisi, 1983–1985-ci illərdə kənd tikintisi naziri, 1986-cı ildən 1989-cu ilədək Azərbaycan Dövlət Aqrar-Sənaye (Aqrosənaye) Komitəsi sədrinin müavini, 1990-cı ilin yanvar ayından dekabr ayınadək "Azəravtoyol" İstehsalat Birliyinin rəis müavini vəzifələrində çalışmışdır. 1990–1991-ci illərdə Azərbaycan SSR tikinti materialları sənayesi naziri, 1991-ci ilin may ayından "Azərtikintimaterialsənaye" Dövlət Konserninin prezidenti olmuşdur. Şair Həsənov 1999–2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri işləmiş, 2001-ci ilin aprel ayında isə Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri təyin olunmuşdur. Komitəsinin 28 fevral 2006-cı ildə ləğv edilməsindən sonra Şair Həsənov təqaüdə çıxmışdır. 2006-cı ildə isə "Samur" Ləzgi Milli Mərkəzi İdarə Heyətinin sədri seçilmiş və ictimai fəaliyyəti davam etdirmişdir. Şair Həsənov 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının, 1993-cü ildən isə Yeni Azərbaycan Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 10–11-ci çağırış deputatı seçilmişdir.
Şair Məmmədhüseyn
Şair Məmmədhüseyn (1800, Daşkənd – 1880, Daşkənd, Yeni Bəyazid qəzası) — XIX əsrdə yaşamış aşıq, şair. Novruzov Məmmədhüseyn Həsən oğlu 1800-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbildə və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüseynin atası dülgər olsa da bütün varlığı ilə aşıq sənətinə bağlanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının az təsiri olmamışdır. Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair imiş. Daşkənddə yaşayan "Şairlilər" nəsli şairin adı ilə bağlıdır və onun nəsil şəcərəsinin üzvləridir. Şair Məmmədhüseynin Kərbəlayi Məhəmməd, Kərbəlayi Əsəd, Əbülfət, Əli və Xəlil adlı beş oğlu olmuşdur. Böyük sənətkar müqəddəs Kərbəlanı oğlu Məhəmmədlə birgə ziyarət etmişdir.
Şair Nəbi
Nəbi Kərim oğlu Nəcəfov (1898, Kəlbəcər rayonu – 1969) — şair. Nəbi Kərim oğlu Nəcəfov 1898-ci ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olmuşdur. O çox kasıb həyat keçirmişdir. Atası Kərimlə birlikdə 1924-cü ilə kimi rəncbərlik etmiş, böyük bir ailəni çətinliklə dolandırmışdır. O həm də ən kamil sazbənddir. 1924-cü ildən 1930-cu ilə kimi kənd soveti katibi olmuşdur. 1930-cu ildən sonra rayonda müxtəlif vəzifələrdə işləmişdir. Şair Nəbi 1969-cu ildə vəfat etmişdir.
Şair Ramaldanov
Şair Ramaldan oğlu Ramaldanov (5 sentyabr 1957, Xudat, Xaçmaz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki. Uğurlu "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edən 702 briqadanın komandiri. "Azərbaycan Bayrağı" ordenini 2 dəfə alan yeganə hərbçi, Moskva "Frunze" adına akademiyanı bitirmiş ordumuzdakı 6 zabitdən biri, Əliağa Şıxlinskidən sonra yazdığı kitabları dünya hərbi akademiyalarında tədris olunan yeganə hərbçi.[mənbə göstərin] Ramaldanov Şair Ramaldan oğlu 5 sentyabr 1957-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olub. Milliyətcə ləzgidir. 1964-cü ildə Xudat 2 saylı orta məktəbinə daxil olub. 1974-cü ildə 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbiləşdirilmiş məktəbinə daxil olub.1976-cı ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub. 1980-ci ildə ali hərbi məktəbi uğurla bitirdikdən sonra 5 il ərzində Sovet Qoşunlarının Almaniyadakı məhdud kontingentində zabit kimi xidmət keçmişdir. 1987-ci ildə Moskva şəhərində SSRİ Silahlı Qüvvələrinin Frunze adına Hərbi Akademiyasına daxil olmuşdur. 1991-ci ildə akademiyanı bitirmişdir. 1992-ci ildə Alay (polk) komandirinin müavini vəzifəsindən–fevral 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir.
Şair Əbdüləzim
Şair Əbdüləzim (1873, Ağkilsə, Yeni Bəyazid qəzası – 1943, Ağkilsə, Basarkeçər rayonu) — şair, dülgər, rəncbər, Aşıq Ələsgərin ortancıl oğlu. 1873-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əsas məşğuliyyəti dülgərlik olan Əbdüləzim həm də bacarıqlı bir rəncbər kimi camaat içərisində seçilirdi. Kiçik yaşlarından Aşıq Ələsgərin evindəki saz-söz məclislərinin şahidi olan Əbdüləzimdə aşıq şerlərinə maraq tez oyanmış, həmin təsirlə də şerlər qoşmağa başlamışdır. Əbdüləzim təhsil görməmişdir, lakin onun şerləri savadlı bir şairin yaradıcılıq məhsulu kimi nəzərə çarpır. 1934-cü ildə Əbdüləzim Kəlbəcər rayonunun Yanşaq kəndinə köçmüş və 1937-ci ilə kimi orada yaşamışdır. Şair Əbdüləzim 1943-cü ildə Göyçə mahalının Ağkilsə kəndində vəfat etmiş, Aşıq Ələsgərin qəbrinin yanında dəfn edilmişdir. Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Şair Əşrəf
Şair Əşrəf (1847, Kırkağaç[d], Manisa vilayəti – 22 may 1912, Kırkağaç[d], Manisa vilayəti) — Türk şair. 1847-ci ildə Kırkağaçda doğulub. 1912-ci ildə Kırkağaçda vəfat edib.
Cami (şair)
Əbdürrəhman Cami – tacik şairi, musiqişünası, filosof və alimi. == Həyatı == Böyük taçik şairi, musiqişünası, filosof və alimi Əbdürrəhman Nurəddin ibn Əhməd hicri qəməri ilə 817-ci il şəban ayının 8-də, miladi ilə 1414-cü il noyabrın 7-də Cam şəhərində (Xorasan) anadan olmuşdur. Çox kiçik yaşlarından oxumağa başlamış, ilk təhsilini atasından almış, sonra isə Herat şəhərinin Xuş bazarında olan Dilgəş mədrəsəsində oxumuşdur. Burada Caminin müəllimi dövrünün məşhur sufilərindən olan ərəbist(?) mövlana Cüneydi Üsuli idi. İstedadlı və zəhmətsevən olduğundan, kitabları tez oxuyub qurtarır və bir müddərrisdən başqasına keçirdi. Cami ilə məşğul olan müəllim və müddərrislər onun hafizəsinə heyran qaldıqlarını bildirir, bunu başqalarına deməkdən çəkinmirdilər. Məsələn, dövrünün ən görkəmli müəllimi və bilikli alimlərindən hesab edilən mövlana Xacə Əlaəddin Əli Səmərqəndi demişdir ki, o ömründə Cami qədər hafizəli və istedadlı şagird görməmişdir. Bir az sonra Heratda tədris edilən bütün elmlərə kifayət qədər yiyələndikdən sonra, məlumatını artırmaq, xüsusilə də Heratda zəif tədris edilən təbiət elmlərini öyrənmək üçün Səmərqəndə getmək qərarına gəlir və orada məşhur astronom Uluqbəyin yaxın əməkdaşlarından olan Qazizadə Ruminin nücum və başqa təbiət elmləri sahəsində oxuduğu mühazirələrə qulaq asır. Səmərqənddəki müvəffəqiyyəti heç də Heratdakından az olmur. O, Səmərqənddən Herata qayıtdıqda, öz tələbkarlığı və çətin imtahan götürməsi ilə şöhrət tapmış, "Baharistan" da adı çəkilən mövlana Əli Quşçiyə həndəsə və cəbrdən imtahan verir.
Qabil (şair)
Qabil Allahverdi oğlu İmamverdiyev (12 avqust 1926, Bakı – 4 may 2007, Bakı) — Azərbaycan Respublikasının xalq şairi (1992), 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976). == Həyatı == Qabil İmamverdiyev 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944–1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975–1979) vəzifələrində işləmişdir. AYB Ağsaqqallar Şurasının sədri olmuşdur. Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinmişdir.
Olen (şair)
Olen (q.yun. Ὠλήν) — əfsanəvi yunan şairi. Olen Delos adasına köçmüşdür, lakin əslən Likiyadandır. Herodotun dövründə tanrının məskəni adasında Apollonun ilk xidmətçilərini vəsf edən ilahiləri və digər "qədim nəğmələr" Delosdakı kultun bir hissəsi idi. Olenin keşiş poeziyası indi tamamilə itirilmişdir. Apollonun hiperboreyalılar arasında müvəqqəti qalması haqqında əfsanə ona aid edilmişdir.
Elbrus Abbasov (şair)
Elmira Qasımova (şairə)
Elmira Məmməd qızı Qasımova (1 dekabr 1942, Naxçıvan) — Azərbaycanlı şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974). == Həyatı == Elmira Qasımova 1942-ci il dekabrın 1-də Azərbaycanda Naxçıvan şəhərində həkim ailəsində anadan olub. Burada 2 saylı orta məktəbi bitirdikdən sonra 1959-64-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitunun alman dili şöbəsində təhsil alır. 1964-74-cü illərdə Naxçıvan şəhərində 2 saylı məktəbin müəllimi, 1974-76-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 1976-78-ci ildə 10 saylı orta məktəbin direktoru vəzifələrində çalışmışdır. 1978-1979-cu illərdə Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin katibi seçilmişdir. 1979-80-ci illərdə Naxçıvan Muxtar Respublikasının maarif naziri vəzifəsində, 1980-1983-cü illər Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin birinci katibi vəzifəsində, 1977-2009-cu illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin İdeoloji şöbəsinin müdiri, Naxçıvan şəhər Xalq Deputatları Məclisinin sədr müavini, sədri, Naxçıvan şəhər təhsil şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1979-1984-cü illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. == Yaradıcılığı == E.Qasımova ədəbi yaradıcılığa məktəbdə təhsil aldığı illərdə başlayır. "Yay gecəsi" adlı ilk mətbu şeiri 1956-cı ildə "Şərq qapısı"nda dərc olunub. "Sevil" qadınlar məclisinin sədr müavini olan şairə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur.
Eyvaz Qurbanov (şair)
Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qalaaltı, Siyəzən rayonu – 23 iyul 2017, Qalaaltı, Siyəzən rayonu) — Azərbaycanlı şair. == Həyatı == Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Şabran rayonunda anadan olmuşdur. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib. 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb. Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi.
Hüseyn Hüseynov (şair)
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq. == Həyatı == Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub. İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır. Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər. Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır. 1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur. Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur.
Müzəffər Nəsirli (şair)
Müzəffər Nəsirli (şair, 1902)
Nigar Həsənzadə (şair)
Nigar Həsənzadə (5 aprel 1975, Bakı) — şair, rus dili və ədəbiyyatı filoloqu, ictimai xadim, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan ictimai fəal. Uzun illər Azərbaycan diasporunun Böyük Britaniyadakı öncüllərindən olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Yaqub Həsənzadənin nəvəsidir. Nigar Həsənzadə 5 aprel 1975-ci ildə Bakıda anadan olub. M. F. Axundov adına Slavyan Universitetinin filologiya fakültəsini bitirib. Gənc yaşlarından özünü ədəbi fəaliyyətə həsr edib. 2000–2014-cü illərdə şairə Londonda (Böyük Britaniya) yaşayıb və işləyib. Nigar Həsənzadə Azərbaycan şairlərindəndir ki, İngiltərənin South Bank, Institute of Contemporary Art ICA, River Side studios, Poetry Café, Lauderdale house, St. James Chirch, Pushkin House kimi ən nüfuzlu poeziya meydanlarında 60-dan çox ədəbi gecələri keçirilib, onun şeirləri Böyük Britaniyanın Elein Feinştain, Riçard Makkeyn, Kristofer Arkell kimi aparıcı şairlərinin tərcümələrində mütəmadi olaraq ingilis mətbuatında (Index on Censorship, London Magazine, Modern Poetry in Translation, London Miscellany, London Poetry) işıq üzü görüb.
Nikolay Tixonov (şair)
Nikolay Semyonoviç Tixonov (22 noyabr (4 dekabr) 1896[…], Sankt-Peterburq – 8 fevral 1979[…], Moskva) ― rus yazıçısı, tərcüməçi, siyasətçi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı (1966). Nikolay Tixonov 1896-cı il dekabr ayının 4-də (bəzi mənbələrdə bu tarix 22 noyabr olaraq göstərilir) Sankt-Peterburq şəhərində anadan olmuşdur. O, ilk əvvəl ibtidai şəhər məktəbində, sonra isə ticarət məktəbində təhsil almışdır. Nikolay Tixonov aztəminatlı ailənin övladı idi. Ailəsinə kömək etmək məqsədilə 1911-ci ildə təhsilini yarımçıq qoymuş və Baş Dəniz İqtisadiyyat İdarəsinin katibi vəzifəsində çalışmışdır. Ədib 1914–1918-ci illər Birinci Dünya müharibəsi, 1918–1920-ci illər Rusiyada Vətən müharibəsi və 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmişdir. Nikolay Tixonov Sovet Sülhü Müdafiə Komitəsinin sədri, SSRİ Nazirlər Soveti yanında Ədəbiyyat, İncəsənət və Memarlıq Sahəsində Lenin və SSRİ Dövlət Mükafatları Komitəsinin sədri vəzifələrində çalışmışdır. Ümumdünya Sülh Şurasının üzvü olan Tixonov SSRİ Ali Sovetinin 2–9-cu çağırış deputatı və SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. Nikolay Tixonov 8 fevral 1979-cu ildə Moskva şəhərində vəfat etmiş və Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur. Nikolay Tixonovun yaradıcılığının əsas mövzuları sülh, şərq xalqlarının milli azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi, Sovet xalqlarının dostluğunun tərənnümüdür.
Nəzakət Məmmədova (şairə)
Nəzakət Məmmədova (tam adı: Nəzakət Salah qızı Məmmədova; 13 yanvar 1962, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009). Azərbaycan Respublikası "Xatirə Kitabı" Redaksiyasının baş redaktoru. Nəzakət Məmmədova 2010-cu ildə "Qızıl qələm", 2014-cü ildə Prezident mükafatlarına, 2016-cı ildə Rəsul Rza və Mikayıl Müşfiq adına mükafatlara layiq görülmüşdür. Həzi Aslanov yubiley medalı, Rusiya Federasiyasının “Qələbə 75” medalı və Moskvanın “Dostoynaya pamyat” Fondu tərəfindən “Qələbənin varisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə “Yurd dediyim bu torpaq” kitabı dərc olunmuşdur. Kitabda “Şəhid zirvəsi” poeması da yer almışdır. Tehranda “Ərdəbilim” adlı şeirlər toplusu nəşr olunmuşdur (2018). 2010-cu ildən “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalının təsisçisi və baş redaktorudur. 2011-ci ildən nəşrə başlayan və ötən illər ərzində təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda böyük oxucu auditoriyası qazanmış “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalı milli-mənəvi dəyərlərimizin təbliğində, Azərbaycanın görkəmli şəxsiyyətlərinin tanıdılmasında, dünyasını dəyişmiş məşhur elm, ədəbiyyat, incəsənət xadimlərinin yad edilməsində, ədəbi gəncliyin ən son uğurlarının işıqlandırılmasında müstəsna rol oynamış, böyük uğurlar qazanmışdır. Respublika Mətbuat Şurasının, Türk Dünyası Ədəbiyyat Dərgilər Birliyinin üzvü olan “Yada düşdü” jurnalının qardaş Türkiyə Respublikasında, Rusiya Federasiyasında təmsilçiləri vardır.
Qəhrəman Əliyev (şair)
Qəhrəman Məhərrəm oğlu Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində doğulmuşdur. 1963-cü ildə Lerik şəhər 1 saylı orta məktəbi bitirmiş, 1963-1967-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. Təhsil illərində fakültə Komsomol Komitəsi katibi işləmişdir. Ali Partiya Məktəbində oxumuş, 1973-cü ildə oranın Jurnalistika şöbəsini bitirmişdir. 1967-1971-ci illərdə müəllim; rayonun “Bolluq” qəzetində şöbə müdiri, Rayon Partiya Komitəsində şöbə müdiri və qəzet redaktoru müavini vəzifələrində çalışmışdır. 1979-cu ildə RPK-nin Təbliğat və Təşviqat şöbəsi müdiri, 1982-87-ci illərdə RPK-nin II Katibi, 1987-91-ci illərdə Rayon İcraiyyə Komitəsinin sədri, 1991-ci ildən 1994-cü ilədək Rayon İcra Hakimiyyətinin başçısı müavini, 1994-1996-cı illərdə Rayon Mədəniyyət şöbəsinin müdiri, 1996-2003-cü illərdə Rayon Təhsil şöbəsinin müdiri işləmiş və təqaüdə çıxmışdır. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Tələbəlik illərindən şeir yazmağa başlamış, indiyədək beş kitabın -“Könlüm vurulub Lerikdə” (2005), “Ötən əsrdən soraqlar” (2006, “Gəlimli-gedimli dünya”(2007), “Gəl dağlarla görüşə”(2007), “Ürəyimin dünya dərdi” (2009) və 200-ə dən artıq elmi-publisistik məqalənin müəllifidir. “İlin vətənpərvər ziyalısı” fəxri adına layiq görülmüşdür. Rayon Ağsaqqallar Şurası üzvüdür.
Rafiq Hüseynzadə (şair)
Rafiq Məhəmməd oğlu Hüseynzadə (1 iyun 1948, Sarıyaqub, Basarkeçər rayonu – 2 dekabr 1971, Qazax) — Azərbaycanlı şair, həkim-onkoloq. Azərbaycan alimi, filoloq, şair, jurnalist və publisist, SSRİ Jurnalistlər Birliyinin üzvü Tofiq Hüseynzadənin qardaşı, Avropa Uroloqlar Assosasiyasının üzvü, uroloq, tibb elmləri doktoru Rafiq Hüseynzadənin əmisidir. Rafiq Hüseynzadə Səfəvilərin dövlət xadimi, mütəfəkkir, sufi şeyxi, övliya, sufi şair, pir, "Ocaq" sahibi, böyük elm və din xadimi Miskin Abdalın (1430–1535) oğlu Şadmanın nəslindəndir. Rafiq Məhəmməd oğlu Hüseynzadə 1 iyun 1948-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kəndində doğulmuşdur. Rafiq Hüseynzadə kiçik yaşdan elmə böyük həvəsi olmuş, 1955–1965-ci illərdə Sarıyaqub kənd orta məktəbində təhsil alaraq, oranı əla qiymətlərlə bitirib, elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olmuş, 1965–1971-ci illərdə orada ali təhsil almışdır. O, elmdə qazandığı nailiyyətlərlə yanaşı, ictimai fəallığı ilə digər tələbə yoldaşlarından həmişə öndə olmuş, 6 il ali təhsil aldığı müddətdə qrup nümayəndəsi olmuş, 1971-ci ildə İnstitutu onkoloq-cərrah ixtisası ilə, əla qiymətlərlə başa vurmuşdur. 02.08.1971-ci il tarixdən Qazax rayon xəstəxanasında onkoloq–həkim kimi fəaliyyətə başlamışdır. 1967-ci ildən şeir yaradıcılığına başlamış, qısa müddətdə şeirləri ilə tələbə yoldaşları və İnstitut kollektivi, böyük oxucu kütləsi arasında şöhrət qazanmışdır. İnstitutda təşkil olunmuş "Çeşmə" ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən olmuş, şeirləri müsabiqələrdə birincilik qazanmış, Tibb İnstitutunun "Tibb kadrları uğrunda" qəzetində çoxsaylı şeirləri dərc edilmişdir. Rafiq Hüseynzadə şeirlərini "Rafiq Hüseynov", "Rafiq Məmmədoğlu", "Məmmədoğlu Rafiq", yaxud da qısaca "R. Hüseynov", "M. Rafiq" imzaları ilə qələmə almış, həmin adlarla da qəzetlərdə nəşr olunmuşdur.
Ramiz Məmmədzadə (şair)
Ramiz Məmmədzadə (azərb. Ramiz Yaqub oğlu Məmmədzadə‎; d.1 yanvar 1937, Azərbaycan, Ağdam) — şair, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, "Yaddaş" milli mükafatı laureatı. 1937-ci il yanvarın 1-də Azərbaycanın Ağdam rayonunda anadan olub. 1955-58-ci illərdə 1 saylı orta məktəbi, habelə Bakı dəmiryol məktəbini bitirmişdir. 1962-63-cü illərdə APİ-nin pedaqoji fakültəsində təhsilini davam etdirmiş, şair sonralar Abşeron rayonunun Saray kənd orta məktəbində müəllim işləmişdir. 1963-67-ci illərdə Azərbaycan LKGİ Abşeron rayon komsomol komitəsində şöbə müdiri, katib, 1967-68-ci illərdə Azərbaycan KP Abşeron Rayon Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1992-ci illərdə Azərbaycan KP MK Siyasi maarif evində məsləhətçi vəzifələrini icra edən Milli Yaradıcılıq Akademiyasının filologiya doktoru eyni zamanda 1993-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində böyük referent kimi çalışmışdır. 1968-70-ci illərdə Bakı Ali partiya məktəbində təhsil alan R.Məmmədzadə 1991-ci ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. Hazırda qaçqınların və məcburi köçkünlərin sosial problemləri ilə məşğul olan "Azəriserviz" təşkilatında mətbuat xidmətinin rəhbəridir. 1976-82-ci illərdə Yuqoslaviya, Çexoslovakiya, Türkiyə-Misir-Kipr-Yunanıstan, Kuba respublikası ölkələrinə səfərə çıxan sovet turist qrupuna rəhbərlik etmişdir. Ədəbi fəaliyyətə 1960-cı ildə "Bakı" qəzetində dərc olunmuş "Milyon ananın övladı" adlı ilk şeiri ilə başlamışdır.
Ramiz Əliyev (şair)
Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan) — şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019). Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976–1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
Ruhəngiz Əliyeva (şairə)
Ruhəngiz Əliyeva (Əliyeva Ruhəngiz Məmməd qızı; 13 mart 1981, Naxçıvan) — Azərbaycanlı pedaqoq, şairə, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, Azərbaycan Yazıçılar Birliyinin və Naxçıvan Yazıçılar Birliyinin üzvü. Ruhəngiz Məmməd qızı Əliyeva 13 mart 1981-ci ildə Naxçıvan şəhərində anadan olub. Məktəbi fərqlənmə attestatı ilə bitirib. Təhsilin bakalavr, magistratura və doktorantura pillələrini bitirib. Pedaqogika üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edib. "Qarabağ" adlı şeri ilk dəfə 1996-cı ildə "Şərq Qapısı" qazetində çap olunub. 2003-cü ildə "Həsrət çiçəyi", 2005-ci ildə "Dərsliklərdəki bədii nümunələrdə tərbiyə məsələləri", 2008-ci ildə "Tərbiyə ruhun özülüdür", 2012-ci ildə "Poeziya, səni aparacağam", 2018-ci ildə "Səssizliyin səsi", 2019-cu ildə "Məmməd Səid Ordubadinin maarifçi görüşləri" adlı kitabları işıq üzü görüb. Nüfuzlu nəşrlərdə dərc olunmuş 42 elmi, 130-a yaxın publisistik məqalənin müəllifidir. Əsərləri İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Özbəkistan və İranda çap olunub. Qızıl Qələm" və "Dövlətçilik ənənələrinin qorunub saxlanılması və təbliği sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu" mövzusunda dövri mətbuatdakı çıxışlarına görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının "Azərbaycan bayrağı" mükafatına layiq görülüb.
Rəhman İsmayılov (şair)
Sabir Əhmədov (şair)
Əhmədov Sabir Ağaqardaş oğlu (1954, Şamaxı rayonu – 28 iyun 1992) — şair, müəllim, döyüşçü. 1992-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Vətənpərvərlik ruhunda şeirlər yazmışdır. Ölümündən sonra (2007) "Mən ölmədim Mən diriyəm" adlı şeirlər toplusu çap olunmuşdur. Sabir Əhmədov 1954-cü ildə Azərbaycanın Şamaxı rayonunun Əngəxaran kəndində anadan olmuşdur. ADPU-nun filologiya fakültəsini bitirmişdir. 1976-cı ildə Şamaxı rayonunun Məlhəm kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2 illik fəaliyyəti dövründən sonra Bakı şəhərinə köçmüş və zavodda mülki müdafiə şöbəsinə işə düzəlmişdir. Bu dövrdə Vətən sevgisi mövzusunda "Bilmirəm", "Vətənimi Sevirəm", "Sənə", "Sənsiz", "Oyan", "Yalan doğru, doğru yalan", "Ölmək- Unudulmaq demək" kimi onlarla şeirlər yazmışdır. Xocalı soyqırımından sonra 1992-ci ilin mart ayında cəbhəyə yollanmış, 1992-ci ilin iyun ayının 28-də Füzuli rayonu Qırmızıbazar qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Sabir Əliyev (şair)
Əliyev Sabir Əli oğlu (27 iyun 1928, Şuşa, DQMV – 27 iyul 1977, Şuşa, DQMV) — Azərbaycan şairi. Sabir Əliyev 1928-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini Şuşa şəhərində almışdır. Həmçinin orta musiqi məktəbini də bitirmişdir. O, 17 yaşında Azərbaycan Tibb İnstitutuna qəbul olunub. 1953-1954-cü ildə Tibb İnstitutunu bitirib, Şuşaya təyinat alıb. Şuşa şəhər Səhiyyə İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Ağdamda və Sumqayıtda məhkəmə tibb eksperti vəzifəsində çalışmışdır. Ömrünün axırına kimi (1976) Sumqayıtda işləmişdir. Onun bir çox fəxri mükafatları vardır.
Anna Veres (şair)
Anna Demidenko (ukr. Ганна Демиденко; 25 yanvar 1951, Vereskunı[d], Çerniqov vilayəti), təxəllüsü ilə Anna Veres (ukr. Ганна Верес) — Ukrayna şairi, Leonid Qlibov adına Ədəbi Mükafatın laureatı. == Həyatı == Anna Demidenko 25 yanvar 1951-ci ildə Ukrayna SSR-də, Çerniqov vilayətinin Vereskunı kəndində anadan olmuşdur. O, Vereskuni orta məktəbini məktəbini və Kremençuq Pedaqoji Məktəbini bitirmişdir. Demidenko 1971–1976-cı illərdə Poltava Pedaqoji İnstitutununun Filologiya fakültəsində təhsil almışdır. O, Poltava vilayətinin kənd məktəblərində dərs demiş, metodist müəllim olmuşdur. Demidenko 2023-cü ildən etibarən Çerniqovda yaşayır. Demidenko Leonid Qlibov adına Ədəbi Mükafatın laureatı olmuşdur.
Qasım Qasımzadə (şair)
Qasım Xansuvar oğlu Qasımzadə (23 iyun 1923, Aşağı Xocamusaxlı, Qubadlı rayonu – 28 iyul 1993, Bakı) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü (1991). Qasım Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olmuşdur. Şəki Pedaqoji Texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləmişdir. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirmişdir (1945–1950). Eyni zamanda "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947–1949) olmuşdur. "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı (1950–1953), baş elmi işçi əvəzi (1953–1954), baş elmi işçi (1954–1959), "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1957–1963) çalışmışdır. Yenidən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutuna qayıtmış, ömrünün sonunadək burada baş elmi işçi (1963–1973) və sovet ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1973-cü ildən). Ədəbi fəaliyyətə 20-ci əsrin 40-cı illərindən başlamışdır. Bu yaxınlarda şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş "İstiqbala səyahət", yaxud "Yerin övladı" (1946) başlıqlı poeması göstərir ki, Qasım Qasımzadə dünya elmi bədiiyyat poeziyasında ilkə imzasını atmış Azərbaycan şairidir. İlk mətbu şeiri 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı poetik nümunədir.
Ölü şairlər cəmiyyəti
Ölü şairlər cəmiyyəti (ing. Dead Poets Society) — rejissor Piter Uirin 1989-cu ildə çəkdiyi bədii film. Ən yaxşı orijinal ssenariyə görə "Oskar", həmçinin film "Ən yaxşı film" və "Ən yaxşı kişi roluna görə" (Robin Vilyams) nominasiyalarında da irəli sürülmüşdür. İlin ən yaxşı filmi və ən yaxşı musiqiyə görə iki "BAFTA" mükafatı. Filmdə öz şagirdlərini həyatlarını dəyişdirməyə çağıran və onlarda poeziya və ədəbiyyata maraq oyadan ingilis dili və ədəbiyyat müəllimindən danışılır. Filmdəki hadisələr Vermont şatatındakı Velton şəhərinin uydurulmuş akademiyasında cərəyan edirlər. Yeddi gənc: Nil Perri (Robert Şon Leonard), Todd Enderson (İtan Houk), Noks Overstrit (Coş Çarlz), Çarli "Yeni möcüzə" Dalton (Geyl Hansen), Riçard Kameron (Dilan Kassman), Stiven Miks (Allelon Ruciero), Cerard Pitts (Ceyms Uoterston) ABŞ-nin məşhur "Wellton" akademiyasının şagirdləridirlər. Akademiyanın əsasında dörd prinsip dayanır: "Ənənə", "Şərəf", "İntizam" və "Kamillik" ("Tradition", "Honour", "Discipline" və "Excellence"). Lakin şagirdlər özləri "Hellton" (tərcümədə — "cəhənnəm") adlandırdıqları məktəbin əsaslarına başqa məna verirlər — "Parodiya", "Dəhşət", "Tənəzzül" və "Zibil" ("Travesty", "Horror", "Decadence" və "Excrement").

Digər lüğətlərdə