ƏDALƏT
ƏDALƏTLİ
OBASTAN VİKİ
Ədalət
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. == Ümumi məlumat == Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Ədalət (1971)
== Məzmun == Mətnsiz poetik film doğma diyarın təbiəti, onun adət-ənənələri, virtuoz musiqiçi, sazçalan Ədalət Nəsibov, sadə adamlar... haqqında söhbət açır.
Ədalət (dəqiqləşdirmə)
Ədalət — mücərrəd mənalı sözlərdəndir. Ədalət (qəzet) — gündəlik hüquq qəzeti. Ədalət (film, 1971) — film. Ədalət (film, 1977) — film.
Ədalət (qəzet)
Ədalət — gündəlik hüquq qəzeti. Baş redaktor: Aqil Abbasdır. == Tarixi == 1990-cı il iyulun 1-də Mərkəzi Komitə "Ədalət" qəzetinin fəaliyyətinə rəsmi icazə verib. "Ədalət"in qurucusu Aqil Abbasdır. Qəzetin ilk nömrəsi iyulun 26-da işıq üzü görüb. Qəzet 1990-cı ildə Hüquqşünaslar İttifaqının mətbu orqanı kimi təsis edilib. Nizamnamədə qəzetin adı "Hüquq" göstərilib. Ancaq qəzetin qurucularından biri olan Aqil Abbasın təklifi və Mərkəzi Komitənin razılığı ilə qəzetin adı dəyişdirilib "Ədalət" adlandırılıb. Əvvəlcə qəzet həftədə bir dəfə, sonra üç dəfə çap olunmağa başlayıb. Sonra "Ədalət" Hüquqşünaslar İttifaqının tərkibindən ayrılıb müstəqil, gündəlik qəzet kimi fəaliyyətini davam etdirib.
Ədalət Abdinov
Ədalət İdris oğlu Abdinov (16 oktyabr 1958, Bədəlan, Masallı rayonu) — Azərbaycan Sosialist Hərəkatının sədri, jurnalist. == Həyatı == Ədalət Abdinov 1958-ci il oktyabrın 16-da Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1976-cı ildə Bədəlan kənd orta məktəbini bitirmiş və həmin kənddəki çay fabrikində fəhlə işləmişdir. 1976–1978-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komedantlıqlarından birində mütərcimlik etmişdir. 1978–1979-cu illərdə Bədəlan çay fabrikində əmək fəaliyyətini davam etdirmişdir. 21 fevral 1979-cu ildə SSRİ Həmkarlar İttifaqına üzv olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) dövlət ödənişli hazırlıq şöbəsinə qəbul olunmuş, 1985-ci ildə həmin universiteti kitabxanaşünaslıq və biblioqrafiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti rektorluğu, partiya, komsomol və həmkarlar komitəsinin orqanı olan "Lenin tərbiyəsi uğrunda" qəzeti redaksiyasının göndərişi ilə 1983–1985-ci tədris illərində Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. == İctimai fəaliyyəti == 17 fevral 1984-cü ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunmuşdur. 29 oktyabr 1985-ci ildən 7 fevral 1986-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-pedaqoji kitabxanasinda redaktor işləmiışdir.
Ədalət Abdulsəmədov
Ədalət Əbdülsəmədov (tam adı: Ədalət Həsən oğlu Əbdülsəmədov; 17 yanvar 1966) — azərbaycanlı aktyor. == Həyatı == Ədalət Əbdülsəmədov 17 yanvar 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr və kino sənəti" fakültəsini bitirib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 1993-cü ildən Teatr Xadimləri İttifaqının üzvüdür. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. == Əsas rolları == Kral — ("Əriməyən ürək", O. Uald) Mirzə Cavad — ("Aydın", C. Cabbarlı) İbn Səlam — ("Leyli və Məcnun", M. Füzuli) Məcid — ("Dələduz", N. B. Vəzirov) İlya — ("Halallıq", V. Rasputin) Murtuz — ("Dağ tikirik", V. Səmədoğlu) Nəvə — ("Generalın son əmri", V. Səmədoğlu) Kişi — ("Qara qutu", F. Mustafa) Balay — ("Sultanqulu körpüsü", İ. Məlikzadə) Baba — ("Xoşbəxt gün", Ə. Əmirli) Bulat — ("Arvadımın əri", S. Xuqayev) Ulaq — ("Dünyanın axırı", R. Əlizadə) Ağamehdi — ("Qumm üzərində ev", R. İbrahimbəyov) Pinay — ("Bir az gəlirmisiz", Ə. Nesin) Saz yoxlayan — ("Öldür məni can-ciyər", Ə. Nesin) MİS rəisi — ("Su pərisi", F. Mustafa) Novruz bəy — ("Aydın", C. Cabbarlı) Kazak — ("Hekayəti-xırs-quldurbasan", M. F. Axundov) Həkim — ("Şelkunçik", E. T. A. Hofman) Polis — ("Oliver Tvistin macəraları", Ç. Dikkens) Valideyn — ("Mənim ağ göyərçinim", T. Vəliyeva) Əbdülqasım, Coqaş — ("Əcəl atı", V. Əlixanlı) Nəcəf — ("Mən səni sevirəm – M. S. S", Ə. Əmirli) Səftər müəllim — ("Buzovna kəndinin əhvalatları", Elçin) Hacı Qara — ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundzadə) Hacı Qara — ("Hacı Qara", M. F. Axundzadə) Çinar — ("Pələng ili", F. Mustafa) Polis — ("Buratinonun macəraları", A. Tolstoy) Ağabəşir — ("Sarıköynəklə Valehin nağılı", İ. Əfəndiyev) == Filmoqrafiya == Girov (film, 2005) İnterpapa (film, 2006) Qızlar (film, 2007) Qüdsi (film, 2007) Qaydasız döyüş (film, 2009) Komediya səhnəsi (veriliş, 2009) Səhərə inan...
Ədalət Axundov
Ədalət Yavuz oğlu Axundov — AMEA Riyaziyyat və Mexanika İnstitutuda təhsil şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, riyaziyyat elmlər doktoru, professor. == Həyatı == Ədalət Yavuz oğlu Axundov 1 iyun 1949-cu ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.1975–1980-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuşdur. 1984–2002-ci illərdə Azərbaycan Texniki Universitetinin dosenti olmuş, 2002-ci ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda işləyir. == Elmi fəaliyyətləri == 1966-cı ildə Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinə daxil olmuş, 1971-ci ildə həmin fakültəni bitirərək riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını almışdır. O, 1976-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının "Riyaziyyat və Mexanika İnstitutu" nun aspiranturasına daxil olmuş, 1981-ci ildə "Qeyri məhdud oblastlarda xətti və kvazi xətti parabolik tənliklər üçün tərs məsələlər" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi almışdır. 1984-cü ildən Azərbaycan Texniki Universitetinin "Ali riyaziyyat" kafedrasının dosenti olmuşdur. 2002-ci ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışır. 2008-ci ildə "Xətti və kvazi xətti elliptik və parabolik tənliklər üçün tərs məsələlər" mövzusunda dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2013-cü ildə professor elmi adını almışdır. Riyazi fizika tənlikləri üçün tərs məsələlər nəzəriyyəsi sahəsində tanınmış mütəxəsisdir, bu sahəyə aid 50-dən artıq məqalənin müəllifidir.
Ədalət Ağaoğlu
Ədalət Ağaoğlu (türk. Adalet Ağaoğlu; 13 oktyabr 1929 – 14 iyul 2020, İstanbul) — daha çox roman və hekayə janrındakı əsərləriylə tanınan Türkiyə yazıçısı. XX əsr Türkiyə ədəbiyyatının ən əhəmiyyətli yazıçılarından biri qəbul edilir. Türkiyənin müxtəlif dövrlərini və bu dövrlərin insan həyatlarına təsirini araşdıran əsərlər yazır. Romanlardan başqa hekayə, tamaşa, sınaq, xatirə növündə əsərlər yazır. == Bioqrafiya == 1929-cu ilin Oktyabr ayının 13-də Ankaranın Nallıhan rayonunda anadan olmuşdur. Atası, parça taciri Hafız Mustafa Sümərdir. Dörd uşaqlı bir ailənin ikinci uşağı və tək qızıdır. Qardaşları Cazib Sümər həkim, Günər Sümer tamaşa yazıçısı, aktyor, Ayxan Sümər isə biznesmen olmuşdur. Təhsilini Nallıhanda tamamladıqdan sonra 1938-ci ildə ailəsi ilə birlikdə Ankaraya köçdü.
Ədalət Bayramoğlu
Ədalət Bayramoğlu — əsasən Türkiyədə fəaliyyət göstərmiş azərbaycanlı miniatür rəssam, heykəltaraş, keramika ustası. == Həyatı və təhsili == Ədalət Bayramoğlu 1956-cı ildə Sabirabad rayonunda anadan olub. 1976–1982-ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetində Təsviri incəsənət fakultəsində təhsil alıb. == Fəaliyyəti == 1982-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyində muzeylərin dekorativ bəzək işlərini görməyə başlamış, eləcə də həmin ildən etibarən SSRİ və Azərbaycanda keçirilən bir çox sərgilərdə də iştirak etmişdir. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına üzv olan Bayramoğlunun Amerika, İngiltərə, Kanada, Fransa, Çin, Rusiya, Polşa, Litva, Seneqal, Türkiyə və Əlcəzairdə sərgiləri keçirilmişdir. 1995-ci ildə Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən Rəssamlıq Kollecində bir müddət dərs deyib. Həmçinin Antalyada yerləşən Venesiya, Topqapı və Kreml Palas otellərinin relyefli keramika, mozaika və dekorativ bəzək işlərini görmüşdür. 2000-ci ildə Türkiyənin Kastamonu şəhərinə işləməyə dəvət edilir. İngiliscə, fransızca, ərəbcə və rusca bilən Bayramoğlu 2001–2008-ci illər ərzində Kastamonuda tarixi abidələrin bərpasını və dekorativ bəzək işlərini aparıb. Bayramoğlu daha çox miniatür üslubda əsərlər yaratmışdır.
Ədalət Dəmirov
Ədalət Nüsrət oğlu Dəmirov (9 noyabr 2001; Aşağı Qaraməryəm, Göyçay, Azərbaycan — 2 noyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ədalət Dəmirov 9 noyabr 2001-ci ildə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il yanvarın 3-də Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşüb. Ağcabədidə xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ədalət Dəmirov Füzuli, Cəbrayıl və Qubadlının azad edilməsində savaşıb. Cəfərov Vüsal oktyabrın 22-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Nəşi sonradan müəyyən olunub. Göyçayda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Dəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Dəmirov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ədalət Firqəsi
Ədalət Partiyası, Ədalət İnqilabi Fəhlə Təşkilatı və ya Ədalət Firqəsi — 1916-cı ildə iranlı mühacirlər tərəfindən əsası qoyulmuş, 1916-cı ildə sosial demokrat təşkilat kimi formalaşmışdır. Onun qurucuları arasında Əsədulla Qafarzadə, Bəhram Ağayev, Ağababa Yusifzadə və, sonradan Seyid Cəfər Pişəvəri kimi tarixə keçən, Cavadzadə Xalxali vardılar. == Tarixi == Ədalət özünü İctimaiyyun-Amiyyunun varisi hesab edir, Cənubi Azərbaycanda müntəzəm surətdə fəal inqilabi iş aparırdı. Təşkilatın Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsində və Hümmətdə daimi nümayəndələri var idi. Ədalətin proqram və nizamnaməsi Azərbaycan və fars dillərində xüsusi kitabça şəklində nəşr edilmişdir, həmçinin, "Hürriyyət" qəzetində dərc olunmuşdu, hansınınki redaktoru partiyanın üzvü olan Mir-Cəfər Pişəvəri idi. Ədalət 1917-ci ildən Azərbaycan və fars dillərində "Bayraqi-ədalət" adlı jurnal nəşr etməyə başlamışdı. Burada, əsasən, İranın daxili siyasi vəziyyətinə dair problemlər, Qacar sülaləsinə qarşı mübarizə, şahlıq hakimiyyətinin devrilməsi və demokratik respublika qurulması tələbi işıqlandırılırdı. 1917–1918-ci illərdə təşkilat xeyli möhkəmləndi və Cənubi Azərbaycan fəhlələri içərisindən silahlı dəstə təşkil etdi. Bu dəstə 1918-ci ilin mart soyqırımı zamanı mədən-zavod rayonlarında asayişə nəzarət edir, burada qırğın düşməsinin qarşısını alırdı. 1919-cu ilin əvvəlində Əsədulla Qafarzadə başda olmaqla, partiyanın Mərkəzi Komitəsinin yeni tərkibi seçildi.
Ədalət Fərəcov
Fərəcov Ədalət Nurulla oğlu (d.1936) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor. == Həyatı == Ədalət Nurulla oğlu 1936-cı ildə Masallı rayonunun Öncəqala kəndində doğulub.
Ədalət Hüseynli
Ədalət Səadət oğlu Hüseynli (8 may 1992; Fərəcullalı, Cəlilabad rayonu, Azərbaycan — 21 dekabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ədalət Hüseynli 8 may 1992-ci ildə Cəlilabad rayonunun Fərəcullalı kəndində anadan olmuşdur. Orta təhsilini Cəlilabad rayon Cəngan kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == 2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Ədalət Hüseynli sentyabr ayında hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ədalət Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlər zamanı 2 dəfə yaralanmış və xəstəxanaya yerləşdirilmiş, sağaldıqdan sonra yenidən döyüşə qayıtmışdır. 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş yoldaşını xilas edərkən ağır yaralanmışdır və xəstəxanaya yerləşdirilmişdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Ədalət Hüseynli 21 dekabr 2020-ci ildə müalicə aldığı xəstəxanada komadan ayıla bilməmiş və həlak olmuşdur.
Ədalət Hüseynov
Ədalət Hüseynov (tam adı: Ədalət Abuş oğlu Hüseynоv) — Azərbaycan diasporunun nümayəndəsi. == Həyat və fəaliyyəti == Ədalət Hüseynov 1947-ci ildə martın 13-də Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur. 1969-1972-ci illərdə kənd orta məktəbində müəllim, 1972-1974-cu illərdə Masallı rayonun LKSM-in katibi, 1974-1992-ci illərdə Milli Təhlükəsizlik orqanlarında xidmət etmişdir. 1990-1995- ci illərdə Ali Sovetin deputatı olmuşdur. 2006-cı ildə Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan Regional Şöbəsinin sədri olmuşdur. 2007-ci ildə Ümumrusiya Azərbaycan Konqresinin Rəyasətinin qərarı ilə "Ən yaxşı regional şöbəsinin rəhbəri" nominasiyası üzrə "İlin adamı" elan edilib. 2014-cu ildə Russiya Federassiyasinin Həştərxan Şəhər Dumasının qərarı ilə "Həştərxan şəhərinin Fəxri Vətəndaşı" adına layiq görülmüşdür. Ədalət Hüseynov həmçinin dəfələrlə Həştərxan Vilayətinin mükafatları-"Həştərxan vilayətinin qarşısında xidmətlərinə görə" ordeni və Həştərxan vilayətinin Qubernatorunun "Peşəkar xidmətlərinə görə" fəxri nişanı ilə təltif olunub. O, Knyaz Vladimirin abidəsinin ucaldılmasında göstərdiyi köməyə görə 2013-cü ildə Moskva və Bütün Rusiyanın Patriarxı Kiril tərəfindən Müqəddəs Vladimir ordeni ilə təltif edilib. Milli Təhlükəsizlik nazirliyinin (ləğv edilmiş) istefadadə olan polkovnikıdir.
Ədalət Muradov
Ədalət Cəlal oğlu Muradov (29 yanvar 1962, Güllücə, Ağdam rayonu) — Azərbaycan alimi, iqtisad elmləri doktoru (1998).Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru (2014-cü ildən). == Həyatı == Muradov Ədalət Cəlal oğlu 29 yanvar 1962-ci ildə anadan olmuşdur. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş, 1980–1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçmişdir. 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildə tələbələr arasında keçirilən Ümumittifaq Olimpiadada "İqtisadiyyat və istehsalın təşkili üzrə" SSRİ-də 2-ci yerə layiq görülmüşdür. 1990-cı ildə Kiyev Dövlət Universitetinin əyani aspiranturasına daxil olmuş və 1993-cü ildə "Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri" ("Структурные преобразования экономики региона при переходе к рынку") mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1994-cü ildə "Profi – AD" LTD (Kiyev) şirkətinə rəhbərlik etmişdir. 1995-ci ildə Kiyev Dövlət Universitetində doktoranturaya daxil olmuş və 1998-ci ildə isə "Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası" ("Интеграция переходной экономики в систему мирового хозяйства") mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1995–1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, "Makroiqtisadiyyat", "İqtisadi Siyasət", "Beynəlxalq İqtisadiyyat", "Keçid İqtisadiyyatının Ümumi Nəzəriyyəsi" fənlərini tədris etmişdir. 1998–1999-cu illərdə "ИБ Австрия Секюритз (Украина)" İnvestisiya Bankında "Postsovet keçid iqtisadiyyatlarının tranformasiyasının təhlili" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Ədalət Mədədoğlu
Ədalət Mədəd oğlu İsmayılov (Ədalət Mədədoğlu; 1 fevral 1968, Dmanisi) — azərbaycanlı şair, yazıçı, publisist, siyasi xadim. == Həyatı == Ədalət Mədədoğlu 1968-ci ilin fevralın 1-də Gürcüstanın Dmanisi şəhərində anadan olub. 1985-ci ildə Dmanisi rus orta məktəbini, 1996-ci ildə isə A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Müxtəlif illərdə “Kaspi” (rus dilində), “Xəzər” (Azərbaycan dilində), “Nyu Baku Post” (Azərbaycan dilində) qəzetlərinin redaktor, baş redaktorun müavini və məsul katib, “Kaspiy İz” (rus dilində), “İçəri şəhər” (rus dilində), “Mobil time” (Azərbaycan və ingilis dillərində) jurnallarının redaktoru olub, BBC radiosunun rus xidmətində çalışıb. Hal-hazırda, “Əqli mülkiyyət jurnalının” baş redaktorudur. == Siyasi-ictimai, elmi fəaliyyəti == Ədalət Mədədoğlu 2000 ildə təsis etdiyi Azərbaycan Sabit İnkişaf Partiyasının (ASİP) sədridir. ASİP ölkənin siyasi-ictimai həyatında sol-mərkəzçi, islahatçı partiya kimi fəaliyyət göstərir. Ədalət Mədədoğlu Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya Gürcüstan Ukrayna, Özbəkistan, Moldova, Almaniya, Səudiyyə Ərəbistanı mətbuatında dərc edilmiş 200-dən artıq siyasi və elmi məqalələri, “Azərbaycan dilində onomastik vahidlərin semantik inkişafı” adlı avtoreferatın müəllifidir. == Yaradıcılığı == Адалат Мадатоглу. «Скалы» (“Qayalar”) 1995, Украина, Городская типография Донецкого областного комитета по делам печати и информации.
Ədalət Məmmədov
Ədalət Məti oğlu Məmmədov (1949) — azərbaycanlı sənətçi. Ədalət Eyvaz oğlu Məmmədov (1959) — azərbaycanlı memar. Ədalət Həsən oğlu Məmmədov (1961-1992) — azərbaycan polis. Ədalət Aydın oğlu Məmmədov (1974-2003) — azərbaycanlı boksçu.
Ədalət Nəsibov
Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov; 27 yanvar 1939, Qazax – 14 sentyabr 2017, Bakı) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990). == Həyatı == Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir.
Ədalət Nəzərli
Ədalət Məmmədcavad oğlu Nəzərli (d. 18 fevral 1925-ci il, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 20 may 1999-cu il, Bakı, Azərbaycan Respublikası) — iqtisad elmləri doktoru, professor (1977). == Həyatı == Ədalət Məmmədcavad oğlu Nəzərli 1925-ci il fevral ayının 18-də Bakı şəhərində anadan olub. Atası Məmmədcavad Nəzərli dövrünün qabaqcıl ziyalarından biri, mətbəə işçisi olub. 1933-1937 illərdə keçmiş Karyagin, indiki Füzuli rayonunda, sonra isə 1937-1943-cü illərdə Bakı şəhəri keçmiş Oktyabr rayonunda (indiki Yasamal rayonu) Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1943-1945-ci illərdə II Dünya müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. 1949-1951-ci illərdə Moskva Dövlət Universitetində təhsil alıb. 1954-cü ildə təhsilini davam etdirərək, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. ADU-nu bitirəndən sonra Tiflisdə aspiranturaya daxil olub və 1962-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olub.
Ədalət Partiyası
Ədalət Partiyası (Azərbaycan, 1916) — Cənubi Azərbaycanlı mühacirlər 1916-cı ildə (1917) tərəfindən əsası qoyulmuş sosial demokratik yönümlü partiya. Ədalət Partiyası (Azərbaycan, 1993) — Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərən siyasi partiya. Ədalət Partiyası (Türkiyə, 1961) — Süleyman Dəmirəl liderliyində qurulmuş, 1961-1980-ci illərdə Türkiyə siyasətində təmsil olunmuş siyasi partiya. Ədalət Partiyası (Türkiyə, 2015) — Türkiyədə siyasi partiya.
Ədalət Paşayev
Ədalət Məhəmməd oğlu Paşayev (1947, Dəyəqarabulaq, Gədəbəy rayonu – 2 noyabr 2020) — Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin sabiq rəisi (2009–2016), feldyeger xidməti general-leytenantı. == Həyatı == Ədalət Paşayev 1947-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin sabiq rəisi olan Ədalət Paşayev Azərbaycanda feldyeger xidmətinin banisi, Dövlət Feldyeger Xidmətinin ilk rəisi olmaqla yanaşı MDB dövlətlərinin Hökumətlərarası Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının da sabiq sədr müavini olmuşdur. Prezident İlham Əliyev tərəfindən 2014-cü ildə göstərdiyi xidmətə görə general-leytenant ali xüsusi rütbəsi verilən Ədalət Paşayev 2 noyabr 2020-ci ildə vəfat etmişdir.
Ədalət Qasımov
Ədalət Qasım oğlu Qasımov — AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru. == Həyatı == Ədalət Qasım oğlu Qasımov 5 dekabr 1956-cı ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1963–1973-cü illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbində orta təhsil almışdır. 1973-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1977–1979-cu illərdə AMEA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alıb. 1986-cı ildə "Naxçıvan MSSR zəhmətkeşlərinin maddi rifahının və mədəni səviyyəsinin yüksəlməsi (1971–1980-ci illər)" mövzusu üzrə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Naxçıvan Muxtar Respublikasının, eləcə də müasir tariximizin digər məsələləri ilə bağlı 3 monoqrafiya və 100-dən çox məqalə nəşr etdirmişdir. 2011-ci ildə "Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969–2003-cü illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Hazırda AMEA Tarix İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri vəzifəsində çalışır. == Əsərləri == === Monoqrafiya === Heydər Əliyev inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70–80-ci illəri).
Ədalət Rəhimli
Ədalət Vilayət oğlu Rəhimli — Kimya elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar ekoloqu. == Həyatı == Ədalət Vilayət oğlu Rəhimli 1937-ci ildə (3 aprel) Azərbaycan Respublikasının Naxçıvan ş. anadan olmuşdur. 1945-55-ci illərdə orta məktəbdə, 1955-1960-cı illərdə Azərbaycan dövlət Universitetinin kimya fakültəsində oxumuş, hər iki təhsil müəssisələrini əla qiymətlərlə bitirmiş və qızıl medal və fərqlənmə diplomu ilə təltif olunmuşdur. == Elmi fəaliyyəti == Universitetin 5-ci kursunda oxuyarkən o, ən görkəmli neft-kimya alimi, akademik Y.U.Məmmədəliyevin laboratoriyasına Azərbaycanın EA neft-kimya prosesləri İnstitutuna kiçik elmi əməkdaş vəzifəsinə qəbul edilmişdir. 1960-cı ildə Universitetdə təhsili başa vurmaq üzrə olarkən Rəhimli A.V. SSSR-nin EA kimyəvi fizika İnstitutunun aspiranturasına daxil olmuş və görkəmli kimyaçı-polimerçi alimin, professor A.A.Berlinin rəhbərliyi altında kimya sahəsində tədqiqata başlamışdır. Onun tərəfindən ilk dəfə p-benzoxinonun bisdiazotlaşmış diaromatik birləşmələrlə qarşılıqlı təsir reaksiyası üzrə poliarilenxinonların sintezi metodu işlənib hazırlanmış, bir sıra poliarilenxinonların struktur və xüsusiyyətləri alınıb və müəyyən edilmişdir. Onların əsasında stabil mikrosemixinon radikallar alınıb. Güclü turşulu qruplarla poliarilenxinonlar ilk dəfə son həddə çatmayan oliqoefirakrilatların sintez reaksiyasında hetereqon katalizator – ingibitor kimi tətbiq olunmuşdur. Ə.V. Rəhimli Kimyəvi fizika Elmi Şurasının və D.İ.Mendeleyev adına Kimyacı Cəmiyyətinin diplomu ilə mükafatlandırılmışdır.
Ədalət Salmanov
Ədalət Rəhim oğlu Salmanov — Azərbaycanlı şəhid. == Həyatı == Salmanov Ədalət Rəhim oglu 1969-cu ildə martın 16-da Gədəbəy rayonunun Göyəlli kəndində anadan olmusdur. 14 yanvar 1993-cü ildə şəhid olub. == Hərbi xidməti == 1988–90-cı illərdə Rusiyada hərbi xidmətdə olmusdur. 1991–92-ci illərdə könüllu olaraq Vətənin mudafiəsinə qoşulmuşdur. == Vəfatı == 1993-cü il yanvarın 14-də Gədəbəy rayonunun Şümüklü postunda şəhid olmuşdur. == Ailə vəziyyəti == Subay idi. == Mənbə == "Gədəbəy Şəhidləri".
Ədalət Tahirzadə
Ədalət Şərif oğlu Tahirzadə (23 may 1951, Xırxatala, Qutqaşen rayonu) — pedaqoq, dilçi, filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Respublikasının sabiq təhsil naziri müavini. == Həyatı == Ədalət Şərif oğlu Tahirzadə 23 may 1951-ci ildə Qutqaşen rayonunun Xırxatala kəndində anadan olub. 1958-ci ildə Xırxatala kənd səkkizillik məktəbinin 1-ci sinfinə gedib, 1966-cı ildə həmin məktəbi bitirib. Orta təhsilini 1968-ci ildə Qəbələ rayonunun Zarağan kənd orta məktəbində başa vurub. Orta məktəbi bitirdikdən sonra 1968–1969-cu dərs ilində Xırxatala kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləyib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1974–1977-ci illərdə təyinatla İsmayıllı rayonunun Topçu kənd orta məktəbində türk dili (Azərb. dili) və ədəbiyyat müəllimi işləyib. Təyinat müddəti bitdikdən sonra Qəbələ rayonunun Kiçik Pirəlli kənd orta məktəbində 1977-ci ilin sentyabr ayından 1978-ci ilin dekabr ayınadək Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. 1977-ci ildə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasına daxil olub, 1978-ci ilin dekabrından əyani şöbəyə keçirilib.
Ümumdünya Ədalət Evi
Ümumdünya Ədalət Evi — Bəhai dinində inzibati orqanın adıdır. Bəhai dininin banisi — Bəhaullahın qanunlarının həyata keçirilməsi və əlavələr edilməsi səlahiyyətlərinə və Bəhai rəhbərliyində qərar verici bir funksiyaya malik bir qurumdur. Bu qurum haqqında Bəhaullahın və dinin varisi Əbdül-Bəhanın yazılarında tərif verilmişdi, rəsmi olaraq 1963-cü il, On İllik Yürüş adlanan beynəlxalq Bəhai təbliğ planının sonunda qurulmuşdur. Üzvlər doqquz nəfərdən ibarətdir və hər beş ildən bir kişilər arasından seçilir, seçicilər dünya üzrə bəhai Milli Ruhani Məhfilinin üzvləridirlər. Ümumdünya Ədalət Evinin binası İsrailin Hayfa şəhərində, Karmel Dağının yamacında yerləşir, həmçinin onun üzvləri də orada yaşayırlar. Həmçinin Bəhai yazılarında vurğulanmayan məsələlərə aid qanunlar qəbul etmək səlahiyyətlərinə malik olmaqlarına baxmayaraq, Ümumdünya Ədalət Evi qurulandan bəri bu məsələdə özünü məhdudlaşdırır və az istifadə etməyə çalışır. Bunun əvəzinə, bütün Bəhai dünyasına müxtəlif məktublar və mesajlar vasitəsilə rəhbərlik verir. Ümumdünya Ədalət Evi tərəfindən yazılan kitablar və sənədlər, bəhailər tərəfindən etibarlı və qüsursuz nümunə olaraq qəbul olunur. Qurum olaraq həm də Bab, Bəhaullah və Əbdül-Bəhanın yazılarından çıxarışların toplanması və nəşri ilə də məşğul olurlar. == Tarix == Bəhai dininin banisi Bəhaullah, ardlcıcılları tərəfindən ən müqəddəs kitab hesab edilən, həmçinin qanun kitabı olaraq qəbul edilən Kitab-i-Aqdasdə, ilk Ümumdünya Ədalət Evinin təşkili barədə yazır və funksiyalarını müəyyən edir.
Ədalət (Azərbaycan qəzeti)
Ədalət — gündəlik hüquq qəzeti. Baş redaktor: Aqil Abbasdır. == Tarixi == 1990-cı il iyulun 1-də Mərkəzi Komitə "Ədalət" qəzetinin fəaliyyətinə rəsmi icazə verib. "Ədalət"in qurucusu Aqil Abbasdır. Qəzetin ilk nömrəsi iyulun 26-da işıq üzü görüb. Qəzet 1990-cı ildə Hüquqşünaslar İttifaqının mətbu orqanı kimi təsis edilib. Nizamnamədə qəzetin adı "Hüquq" göstərilib. Ancaq qəzetin qurucularından biri olan Aqil Abbasın təklifi və Mərkəzi Komitənin razılığı ilə qəzetin adı dəyişdirilib "Ədalət" adlandırılıb. Əvvəlcə qəzet həftədə bir dəfə, sonra üç dəfə çap olunmağa başlayıb. Sonra "Ədalət" Hüquqşünaslar İttifaqının tərkibindən ayrılıb müstəqil, gündəlik qəzet kimi fəaliyyətini davam etdirib.
Ədalət (film, 1971)
== Məzmun == Mətnsiz poetik film doğma diyarın təbiəti, onun adət-ənənələri, virtuoz musiqiçi, sazçalan Ədalət Nəsibov, sadə adamlar... haqqında söhbət açır.
Ədalət Liqası (film, 2017)
Ədalət Liqası (ing. Justice League) — DC Comics-in eyni adlı super qəhrəman hekayəsi əsasında Warner Bros. Pictures tərəfindən istehsal edilən ABŞ super qəhrəmanlıq filmidir. Filmin rejissoru Zak Snayder, ssenari müəllifi isə Kris Terriodur. Əsas rolları Ben Afflek, Henri Kavill, Qal Qadot, Ezra Miller, Ceyson Mamoa, Rai Fişer və Kiaran Hinds ifa edirlər. Ədalət Liqası -nda Betmen Möhtəşəm Qadın ilə birlikdə Fləş, Aquamen, Siborq və yenicə dirilmiş Supermeni aralarına alaraq Steppenvolf və onun Parademonsdan olan ordusuna qarşı mübarizə aparırlar. Film 2014-cü ilin oktyabr ayında Snayderin Terrionun yeni film üçün ssenari yazacağını bildirməsi ilə elan edildi. Əsas fotoqrafiya 11 aprel 2016-cı ildə başlayıb eyni ilin 14 oktyabr ayında başa çatdı. Filmin 17 noyabr 2016-cı ildə 2D, 3D və IMAX 3D formatlarında nümayiş olunacağı təyin edildi. == Qısa məzmun == Betmen Supermenə qarşı: Ədalətin şəfəqi hadisələrində özünü bəşəriyyət üçün qurban verən Supermendən sonra Brüs Ueyn və Şahzadə Diana Fləş, Aquamen, Siborq və yenicə dirilmiş Supermeni aralarına alaraq Steppenvolf və onun Yer kürəsində Parademonsdan olan ordusuna qarşı mübarizə başlayırlar.
Ədalət Liqası filminin istehsalı
2017-ci ildə çıxarılmış “Ədalət Liqası” filmi mürəkkəb istehsalat tarixinə malikdir. Filmin içəkilişlərinə başlamazdan əvvəl və çəkilişlər zamanı onun ssenarisində ciddi dəyişikliklər edilmiş, istehsalın ortasında isə rejissoru dəyişdirilmişdir. Bu filmin kinoteatrlarda təqdim edilmiş versiyasının pre-prodakşn və əsas çəkilişlər zamanı nəzərdə tutulduğundan ciddi fərqlənməsinə səbəb olmuşdur. Dəyişiklərin bir çoxu DC Genişləndirilmiş Kainatının (DCGK) əvvəlki filmləri olan “Betmen Supermenə qarşı: Ədalətin Şəfəqi” və “İntiharçılar dəstəsi” filmlərinin soyuq qəbul edilməsi ilə əsaslandırılmışdır. “Ədalət Liqasının” istehsalatına əsasən Zak Snayder başçılıq etmiş, lakin, 2017-ci ilin mayında filmin post-prodakşn işləri həyata keçirilərkən qızının intiharından sonra Snayder istehsalatdan uzaqlaşmış və rejissor kürsüsündə onu Coss Uidon əvəz etmişdir. Warner Bros. Şirkətinin göstərişi ilə Uidon filmin ssenarisini dəyişmiş, yenidən çəkilişlər həyata keçirmiş, filmin ümumi tonuna dəyişikliklər edərək ona daha parlaq və yumorik əhvali-ruhiyyə gətirmiş, ümumi davamlılıq müddətini isə 120 dəqiqəyə qədər azaltmışdır. “Ədalət Liqası”nın kinoteatr relizi kommersiya uğursuzluğu ilə üzləşmiş, film tənqidçilər və izləyicilərdən qarışıq rəylər almış və bundan sonra Warner Bros. DCGK-nın gələcəyinə yenidən baxmalı olmuşdur. Filmin mürəkkəb istehsalat tarixçəsinin tədricən ictimayətə açıqlanmasından sonra, bəzi insanlar Snayderin baxışını əks etdirən alternativ montaj versiyasının təqdim edilməsi ideyasını irəli sürməyə başlamışdılar.
Ədalət Məmmədov (aktyor)
Ədalət Məti Məmmədov (13 iyun 1949, Zərdab) — Azərbaycan aktyoru. == Həyatı == Ədalət Məmmədov 13 iyun 1949-cu ildə Zərdab şəhərində anadan olub. 23 iyun 1971-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. == Fəaliyyəti == 6 sentyabr 1971-ci ildən Gənc Tamaşaçılar teatrının aktyorudur. Ədalət Məmmədov dublyaj sahəsində öz səs tembri ilə seçilən uğurlu aktyorlarımızdandır. İstər əcnəbi filmlərin dublyajında, istərsə də milli filmlərin səsləndirilməsində yaxından iştirak edir. == Ad == Azərbaycan Respublikasının Əməkdar Artisti (22 may 1991) == Teatr səhnəsindəki rolları == Artur — ("Ovod", Eteri Voyniç) Rüstəm -Zal — ("Söhrab və Rüstəm", İskəndər Coşğun) Atlant — ("Zəncirlənmiş Prometey", Cahangir Məmmədov) Bəxtiyar — ("Komsomol poeması", İskəndər Coşğun) Rüstəm — ("Sən nə üçün yaşayırsan?", İmran Qasımov, Həsən Seyidbəyli) Mahmud — ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov) Mete xan — ("Bir parça Vətən", Fikrət Sadıq) İnspektor — ("Danabaş kəndinin məktəbi", Cəlil Məmmədquluzadə) Xosrov — ("Ölüm hökmü", Elçin) 1-ci aparıcı — ("Şəhidlər", Bəxtiyar Vahabzadə) Qurban ("Olmuş əhvalat", Aqşin Babayev) == Filmoqrafiya == Səsləndirdiyi filmlər Üzeyir ömrü (film, 1981) (tammetrajlı bədii film) (Müslüm Maqomayev) Aşkarsızlıq şəraitində... (film, 1986) (tammetrajlı bədii film) (qanun işçisi) Özgə ömür (film, 1987) (tammetrajlı bədii film) (Dadaşov) Dərvişin qeydləri (film, 2013) (tammetrajlı bədii film) (professor) Aktyor kimi Muğam (film, 1995) (tammetrajlı film-tamaşa) Cavid ömrü (film, 2007) (tammetrajlı bədii film) (rol: Topal Teymur) Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... (film, 2013) Mətn oxuduğu filmlər Akademik Heydər Hüseynov (film, 2005) (sənədli film) Bizim qəribə taleyimiz (film, 2005) (sənədli film) Dağlı çörəyi (film, 2007) (sənədli film) Hədiyyələr, həyəcanlar… (film, 2007) (sənədli film) Qaragülün nağılı (film, 2007) (sənədli film) Şamaxı abidələri (film, 2007) (sənədli film) Rəfibəylilər (film, 2009) (sənədli film) 21-ci ilin payızı (film, 2011) (qısametrajlı sənədli film) Qəribə taleli aktyorun sənət dünyası.
Ədalət Məmmədov (boksçu)
Ədalət Məmmədov (3 avqust 1974, Bakı – 30 mart 2003, Bakı) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Ədalət Məmmədov 1993-cü ildə Tampere şəhərində (Finlandiya) baş tutan Dünya Çempionatında mübarizə apardı. Ədalət Məmmədov turnirin 1/8 final mərhələsində Finlandiya nümayəndəsi Miya Kihlstroma qalib gəlsə də, 1/4 final mərhələsində ABŞ nümayəndəsi Co-El Sota məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu. Daha sonra Ədalət Məmmədov 1996-cı ildə Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Ədalət Məmmədov turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Svilen Rusinova qalib gəlsə də, 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Vladimir Kliçoya məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu. Ədalət Məmmədov həm də Azərbaycanı 1996-cı ilin avqustunda Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ədalət Məmmədov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Çexiya nümayəndəsi Petr Horaçeh ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə vaxtından əvvəl qalib gələn Ədalət Məmmədov turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Xose Blocus oldu. Bu görüşdə də Ədalət Məmmədov rəqibinə vaxtından əvvəl qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı.
Ədalət Məmmədov (memar)
Ədalət Eyvaz oğlu Məmmədov (1959, Bərdə) — Azərbaycan Respublikasının əməkdar memarı. 1980–1989-cu illərdə Şuşa Memarlıq Qoruğundakı abidələrin sənədləşdirilməsi və bərpası işləri ilə məşğul olub. Yuxarı Gövhər ağa məscidi , Şükür Mirsiyab oğlu karvansarası, Şirin su hamamı kompleksi, Köçərilər məscidi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Şuşa qalasıın divarları, Mir Möhsün Nəvvabın ev-muzeyi və bir sıra tarixi abidələrin bərpa layihələrini işləyib. Azərbaycan abidələrinin ilkin siyahısının və İçəri Şəhər qoruq kompleksinin UNESCO tərəfindən siyahıyasalınma layihəsində memarlar qrupuna rəhbərlik edib. 2018-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı adına layiq görülüb. 2019-cu ildə Azərbaycan Memarlar İttifaqı ona "Ustad Memar" adını təqdim edib. == Bioqrafiyası == === Uşaqlıq və gənclik illəri === 1959-cu ildə Bərdə şəhərində dünyaya gəlib. 1966–1976-cı illərdə Bakı şəhəri, 4 nömrəli Fars təmayüllü məktəbdə orta təhsilini alıb. 1977-ci ildə ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakultəsinə daxil olub. 1983-cü ildə ali təhslini bitirib.

Значение слова в других словарях