əmin-aman

əmin-aman
əmin
əmin-amanlıq
OBASTAN VİKİ
Sohail Aman
Sohail Aman (Urdu: سہیل عمان) - Pakistan Hərbi Hava Qüvvələrinin 21-ci komandanı. 19 mart 2015-ci ildə bu vəzifəni baş aviasiya marşalı Tahir Rafik Buttdan təhvil almışdır. 1980-ci ildə Pakistan HHQ-nin Sarqoda şəhərində yerləşən kollecindən bakalavr dərəcəsi ilə məzun olmuş, 1993-cü ildə Kəraçi Universitetindən, 1998-ci ildə London Kral Kollecindən məzun olmuşdur. O, 2006-cı ildə "müdafiə və strateji elmlər" üzrə Milli Müdafiə Universitetində magistr dərəcəsi ilə təhsilini başa vurmuşdur.
Zinət Aman
Zinət Aman (ing. Zeenat Aman; 19 noyabr 1951, Bombey) — məşhur Hindistan aktrisası , modeli və rəqqasəsi. Zinət Aman 19 noyabr 1951-ci ildə anadan olub. Atası Amanulla Xan müsəlman, anası isə indus olub. 13 yaşında atasını itirməyi Zinətin həyatında ağır izlər qoyub. Zinətın anası ikinci dəfə almanla ailə qurub. Məhz bu evlilik Zinətın həyatını tam dəyişdirib. Ögey atasının mədəni və intellektual olması Zinət üçün bir sıra imkanlar açıb. Unversitetə daxil olan Zinət əla oxuduğuna görə ABŞ-a, Los-Ancelesə oxumağa göndərilib. Burada o fotomodel kimi də fəaliyyət göstərib.
Teodor Aman
Teodor Aman (20 mart 1831[…], Kımpulunq – 19 avqust 1891[…], Buxarest) — rumın rəssamı, çap ustası və professoru.
Aman kəndi (Qoşaçay)
Aman kəndi (fars. امن كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (4 ailə).
Darul Aman sarayı
Darul Aman sarayı - Əfqanıstanın paytaxtı Kabilin mərkəzindən 16 km uzaqlıqda yerləşən və Avropa tərzində tikilmiş saray. == Tarixçə == Darul Aman sarayı 1920-ci illərdə kral Əmanullah Xan tərəfindən Əfqanıstanı müasirləşdirmək üçün tikdirilmişdi. Saray yeni paytaxt layihəsinin bir parçası idi. Neoklassik memarlığında inşa edilmiş saray ölkədə çıxan bir çox islamiyyət çevrilişləri üzündən əhəmiyyət qazanmamışdır. == Dağılması == Saray ilk dəfə 1969-cu ildə hücuma məruz qalmış, 1970-1980 illəri arasında təmir edilib Əfqanıstan Müdafiə Nazirliyinə təhvil verilmişdir. 1978-ci ildə sosialist inqilabında yenidən zərər görən saray 1990-cı illərdə antikommunist hadisələr zamanı xaraba edilmiş, SSRİ Əfqanıstandan çəkilənə qədər top atəşinə tutulmuşdur 2005-ci ildə Əfqan Məclisi sarayın bərpası üçün qərar versə də, layihənin başlanacağı 2010-cu il iyununda heç bir iş görülməmişdi. 15 aprel 2012-ci ildə isə Talibanın hücumlarına məruz qalmışdır. Sarayın yaxınlığında Əmanullah Xan üçün tikdirilmiş Tacbeq sarayı da yerləşir.
Hafizulla Əmin
Hafizulla Əmin (1 avqust 1929, Paqman[d], Əfqanıstan krallığı[d] – 27 dekabr 1979) — ƏXDP liderlərindən olan və ƏXDP MK-nın hərbi şöbəsinin müdiri, hərbi nazir, sonra isə baş nazir, prezident. == Həyatı == ƏXDP liderlərindən olan və ƏXDP MK-nın hərbi şöbəsinin müdiri, hərbi nazir, sonra isə baş nazir vəzifələrinə yiyələnmiş Hafizullah Əminlə N. M. Təraki arasında ixtilaflar başlanır. Kabildə SSRİ-nin Əfqanıstandakı səfirinin vasitəçiliyi ilə H. Əmin və N. M. Təraki arasında barışıq üçün görüş keçirilir, lakin real hakimiyyəti öz əlində toplamış H. Əmin yaranmış şəraitdən məharətlə istifadə edərək sentyabrın 14-də N. M. Tərakini hakimiyyətdən salır, həmin gecə partiyanın iclasını keçirir və ƏXDP MK-nın baş katibi və İnqilab Şurasının sədri seçilir. Daha sonra N. M. Tərakini həbs etdirir və fiziki məhvinə nail olur. Bu dövrdə ölkədə zorakılıqlar və qanunsuzluqlar baş alıb gedirdi. Vəziyyətin çətinləşdiyini görən H. Əmin SSRİ-yə hərbi yardım üçün müraciət edir. Ümumiyyətlə, Əfqanıstan hökuməti 1979-cu ilin dekabr ayına kimi SSRİ-yə hərbi yardım üçün 20-yə qədər müraciət etmişdir. İlk belə müraciət haqqında fikirlərini H. Əmin hələ baş nazir olarkən N. M. Təraki ilə bölüşmüşdü və N. M. Təraki həbs olunmamışdan bir az əvvəl SSRİ rəhbəri L. İ. Brejnevdən hərbi yardım üçün kömək istəmişdi. H. Əmin hakimiyyəti ələ keçirdikdən sonra hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edir və buna görə də oradakı vəziyyəti öyrənmək üçün sentyabrın ortalarında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 17 zabiti Kabilə göndərilir. 1979-cu ilin qışında Əfqanıstanda cərəyan edən hadisələr SSRİ üçün qənaətbəxş hesab edilmirdi.
Həfizulla Əmin

Əmin (Baymak)
Əmin (başq. Әмин, rus. Аминево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Təməs kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Baymak): 54 km, kənd sovetliyindən (Təməs): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 98 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.
Əmin Abid
Əhmədov Əmin Mütəllib oğlu (1898, Bakı – 21 oktyabr 1937, Basqal, İsmayıllı rayonu) — tənqidçi, ədəbiyyatşünas, şair. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inamı güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir.
Əmin Cümeyyil
Əmin Cəmayel (ərəb. أمين الجميّل‎; 22 yanvar 1942, Bikfəyya[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livan dövlət xadimi. Əmin Cəmayel 22 yanvar 1942-ci ildə Bikfəyya qəsəbəsində anadan olmuşdur. O, 1970-ci ildə millət vəkili seçilmişdir. Qardaşı Bəşir Cəmayelin 1982-ci ilin sentyabrında öldürülməsindən sonra ölkə prezidenti olmuşdur. Milliyətçi olan Cəmayel ölkəsinin dinamik güvvələrinin birləşməsi və xarici qüvvələrin ölkədən sıxışdırılması üçün çalışırdı. Beynəlxalq aləmdən dəstək gözləyən Cəmayel İsrail Silahlı Qüvvələrinin Livandan geri çəkilməsi üçün 1982-ci ilin dekabrında İsrail hökuməti ilə görüşlər keçirmişdi. O, İsveçrədə "Beynəlxalq sülh konfransının" keçirilməsinin və Livanda sülhün bərqərar olmasının təşəbbüskarı olmuşdur. Cəmayel Suriya və onun Livandakı müttəfiqləri ilə kompromisə nail olmağa çalışmışdır. O, 1988-ci ildə prezidentlik müddəti bitdikdən sonra istefa vermişdir.
Əmin Cüməyyil

Əmin Hafiz
Əmin əl-Hafiz (ərəb. أمين الحافظ‎; 27 iyul 1921, Hələb - 17 dekabr 2009) - Suriyanın eks-prezidenti. 1946-cı ildə hərbi fakültəni bitirdikdən sonra 1948-ci il Suriya-İsrail müharibəsinin iştirakçısı olan Əmin Hafiz 1958-ci il ildə Suriya Misir vahid dövlətinin qurulmasında aktiv iştirak edən görkəmli zabitlərdən biri olub. O, 1963–1966-cı illərdə Suriya prezidenti olub.
Əmin Xınalıqlı
Əmin Xınalıqlı — XVIII-XIX əsrlərdə yaşamış Xınalıq əsilli Azərbaycan şairi. Dədə Əmin Xınalıqlı Abbasqulu ağa Bakıxanovun “Gülüstan” ədəbi dərnəyində iştirak etmişdir. Şair qoşma janrında şeirlər yazıb. Şeirlərində zəmanədən şikayət, ədalətsizliyə, varlanmaq ehtirasına qarşı tənqid çox güclüdür. Xınalıqlı Dədə Əmin xalq həyatı ilə sıx bağlı olduğundan şeirlərində ictimai motivlər güclüdür. Onun “Getdi” qoşmasında fəlsəfi düşüncələr fonunda sosial motivləri önə çıxır. Təkəbbür dağların həmrahi olan Vədə tamam oldu, qarıdı getdi, Çəkildi zimistan, yaz bəhərləndi. İsti havasında əridi, getdi. Ustadın dinləyən nəsihət aldı, Heyif, günüm keçdi, ömrüm azaldı, Bülbül qönçə üçün zarıncı qaldı, Bağçalar dolusu bar idi getdi. Haqqın tərəfdarı danışmaz yalan, Eyləməz özgənin malını talan, Hər kəsə dünyada son nəsib olan Beş arşın ağ idi, sarıdı getdi.
Əmin Əfəndiyev
Ə. T. Əfəndiyev (İlisu) — filologiya elmləri doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikada elmi mühitin Azərbaycan ədəbiyyatı, ədəbi tənqid və ədəbi əlaqələr sahəsində çoxsaylı elmi əsərlərin müəllifi və milli biblioqrafiya məktəbinin əsasını qoyan peşəkar biblioqraf. Əmin Əfəndiyev Qax rayonunun İlisu kəndində müəllim ailəsində anadan olub. İlisu elm aləminə məşhur şəxsiyyətlər vermişdir. Həmin şəxsiyyətlərin sırasına daxil olan Əmin Əfəndiyev də bu kəndin təbiətinin özü kimi saf, dəyanətli, qürurlu və zəhmətkeş bir ziyalıdır. Onun həyat kredosu humanizm, insanlıq duyğusu, zəhmətsevərlik, xeyirxahlıq, sədaqət, elinə-gününə, doğmalarına və yaxınlarına, həmkarlarına olan qayğısı, böyük məhəbbətidir. 1941–1952-ci illərdə Qax rayon orta məktəbində təhsil alıb. 1957-ci ildə Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin "Kitabxanaşünas-biblioqraf" ixtisasını bitirib. Əmək fəaliyyətinə Universitetin kitabxanasında başlayıb, sonra M. F. Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasında (1958–1976) baş biblioqraf, məlumat-biblioqrafiya şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 1959-cu ildə müəllifin ilk biblioqrafik oçerki – "Amerika ədəbiyyatı Azərbaycan dilində" dövri mətbuatda çap olundu. Bundan sonra Azərbaycan ədəbiyyatının ayrı-ayrı xalqların dillərində nəşri vəziyyətini işıqlandıran silsilə biblioqrafik oçerkləri –"Azərbaycan ədəbiyyatı özbək dilində", "Azərbaycan-özbək ədəbi əlaqələri", "S. Vurğunun əsərləri SSRİ xalqlarının dillərində", "M. Ə. Sabir A. Tukayın tərcüməsində" və s.
Məhəmməd Əmin
Məhəmməd Əmin Rəsulzadə (az-əbcəd. محمد امین رسولزاده‎; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır.
Məmməd Əmin

Əmin Cəmayel
Əmin Cəmayel (ərəb. أمين الجميّل‎; 22 yanvar 1942, Bikfəyya[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livan dövlət xadimi. Əmin Cəmayel 22 yanvar 1942-ci ildə Bikfəyya qəsəbəsində anadan olmuşdur. O, 1970-ci ildə millət vəkili seçilmişdir. Qardaşı Bəşir Cəmayelin 1982-ci ilin sentyabrında öldürülməsindən sonra ölkə prezidenti olmuşdur. Milliyətçi olan Cəmayel ölkəsinin dinamik güvvələrinin birləşməsi və xarici qüvvələrin ölkədən sıxışdırılması üçün çalışırdı. Beynəlxalq aləmdən dəstək gözləyən Cəmayel İsrail Silahlı Qüvvələrinin Livandan geri çəkilməsi üçün 1982-ci ilin dekabrında İsrail hökuməti ilə görüşlər keçirmişdi. O, İsveçrədə "Beynəlxalq sülh konfransının" keçirilməsinin və Livanda sülhün bərqərar olmasının təşəbbüskarı olmuşdur. Cəmayel Suriya və onun Livandakı müttəfiqləri ilə kompromisə nail olmağa çalışmışdır. O, 1988-ci ildə prezidentlik müddəti bitdikdən sonra istefa vermişdir.
Əmin Razi
Əmin Əhməd oğlu Razi (az-əbcəd. امین رازی‎ ləqəbi: Ümid) — Səfəvilər dövrünə (16–17-ci əsrlər) aid Azərbaycanlı coğrafiyaşünas və yazıçı olub. Bətləmiusun Əl-Məcisti yeddi iqlim sisteminə əsaslanaraq məşhurYeddi iqlim (fars. هفت اقلیم‎ — həft iqlim) adlı coğrafi təzkirəsinin yazmışdır. Razi Səfəvi dövlətinin Rey şəhərində ziyalı ailədə anadan olmuşdur. Onun atası Mirzə Əhməd Tehrani Şah I Təhmasib tərəfindən Rey şəhərinin rəisi təyin olunmuşdur. Onun əmisi Məhəmməd Şərif şair və Xorasan vilayyətinin başçısının naziri və sonra da Şahın naziri olmuşdur. Razi qeyd edir ki, o, qamusunu hicri təqviminə görə 1002-ci ildə (1593 miladi) altı il işlədikdən sonra tamamladı, baxmayaraq ki, indiyə qədər olan əsərdə daha kiçik tarixə aid əlavələr var. Onun doğum və ölüm tarixləri məlum deyil. Səfəvi sarayının üzvü olan Əmin Razi Şah Abbas dönəmində Hindistana gedərək Cahangir şahla görüşmüşdür, başqa məlumata görə, Əkbər Şahın dövründə Muğal Hindistanına səfər etmiş ola bilər.
Aman, ayrılıq (film, 1989)
Aman, ayrılıq qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən bəhs edir. == Məzmun == Film Cənubi Azərbaycanda doğulub böyümüş məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən, Bakıda və Lənkəranda konsertlər verməsindən, tamaşaçılarla görüşlərindən bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Azər Əbilov Rejissor: Tofiq Mütəllimov Operator: Nizami Abbas, Rəfael Salamzadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sent-Aman-Monron (rayon)
Sent-Aman-Monron (fr. Saint-Amand-Montrond) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Şer (departament). Suprefektura — Sent-Aman-Monron. Rayon əhalisi 2006-cı ildə 67 468 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 25 nəf / km². Rayon sahəsi — 2670 km².
Sent-Aman-de-Kot
Sent-Aman-de-Kot (fr. Saint-Amans-des-Cots, oks. Sant Amanç) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Aman-de-Kot kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12209. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 155 km şimal-şərqdə, Rodezdən isə 39 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 773 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 411 nəfər (15-64 yaş) arasında 308 nəfər iqtisadi fəal, 103 hərəkətsiz (fəaliyyət göstərici 74.9%, 1999-cu ildə 64.3%) idi.
Həkim Məhəmməd Əmin
Mehmed Əmin Paşa
Mehmed Əmin Paşa (d. 1813 - ö. 9 sentyabr 1871) — Sultan Əbdülməcid və Sultan Əbdüləziz səltənətlərində 3 dəfə - ümumilikdə 1 il 9 ay 9 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == 1813-cü ildə Kipr adasına bağlı Pafos qəzasında dünyaya gəlmişdir. Atası xəzinədar kəndxudası Mehmed Əmin Əfəndinin qardaşı Hüseyn Əfəndidir. Əmisi vasitəsilə İstanbula gəldi və Əndərunda xəzinə bölümünə alındı. Burda saray tərbiyəsi aldıqdan sonra kapitan rütbəsiylə hərbi dərslər aldı. 1833-1834-cü illərdə London və Parisdə təhsilini davam etdirdi. Döndükdən sonra mayor rütbəsi aldı ancaq hərbi təlimini tamamlamaq üçün yenidən Parisə göndərildi. Sultan Əbdülməcidin cülusunda İstanbula gəldi.
Mehmed Əmin Yurdaqul
Mehmed Əmin Yurdaqul (türk. Mehmed Emin Yurdakul; 13 may 1869, Beşiktaş, İstanbul ili – 14 yanvar 1944, İstanbul) — Türk şairi, millət vəkili. "Türk şairi", "Milli şair" kimi anılır. == Həyatı == Mehmet Əmin Yurdaqul 1869-cu ildə İstanbulun Beşiktaş məhəlləsində doğulmuşdu. Arası bir balıqçı olan Salih rəis, anası isə Ədirnədən köçüb İstanbula yerləşmiş olan Əminə xanım idi. Mehmet Əmin Yurdaqul Beşiktaş Əsgəri Rüştiyesini bitirdikdən sonra edadiyyə məktəbə davam etmiş, ancaq bitirə bilməmişdir. Bir müddət Huquq Məktəbinə də oxumuşdur. Mehmet Əmin Yurdaqul Əhməd Ağaoğlu, Dr. Fuat Salih, Əhməd Fərid kimi ziyalılarla birlikdə "Türk kültürü, dili və sənətinin gəlişdirilməsi məqsədilə" qurulan Türk ocağı adlı təşkilatın qurucuları arasında yer aldı. Təşkilatın ilk başqanı oldu.
Məhəmməd Əmin Bugra
Məhəmməd Əmin Buğra (həmçinin Muḥammad Amīn Bughra; uyğ. مۇھەممەد ئىمىن بۇغرا, محمد أمين بغرا, Муххамад Эмин Бугро; çin. 穆罕默德·伊敏 pinyin Mùhǎnmòdé·Yīmǐn; həmçinin Türkiyə ləhcəsində Mehmet Emin Buğra; 1901–1965) — Şərqi Türkistan İslam Respublikasının yaradıcılarından və liderlərindən biri, Şərqi Türkistan İstiqlaliyyət hərəkatı nümayəndəsi. Məhəmməd Əmin Buğra cədiçilik hərəkatının görkəmli liderindən biridir. 1937-ci ilin yazında Cənubi Sincanda yenidən üsyan başladı. Uyğurların bu üsyanı qaldırmasına sıra amillər təsir etmişdir. Türk müsəlmanlarını sakitləşdirmək üçün Şen Şitsai onları arasından müstəqillik tərəfdarı olmayan bəzi nüfuzlu liderləri, o cümlədən Hacı Niyazi Xocanı və Kumul üsyanının başqa bir lideri (20 fevral 1931 - 30 noyabr 1931) Yulbars Xanı Qaşqar və Urumçidə vəzifələrə təyin etmişdi. Eyni zamanda, İslamın təməl prinsiplərinə hücum edən təhsil islahatları və cənuba yayılmış ateist təbliğat proqramı yerli əhalini Şen hökümətindən daha da uzaqlaşdırırdı. Qaşqarda varlı bir müsəlman, Turfan üsyanının keçmiş lideri (1932), Şenin təyin etdiyi şəxslərdən biri olan Mahmud Sijan, hökumətə qarşı çıxışların əsas rəhbəri oldu. Bu vaxt Sərdar Məhəmməd Haşim Xanın rəhbərliyi altında Əfqanıstanda, Şərqi Türkistan İslam Respublikasının (ilk Şərqi Türkistan Cümhuriyyəti olaraq bilinən ŞTİR) sürgündəki liderlərindən biri Məhəmməd Əmin Buğra 1935-ci ildə Yaponiya səfirinə "Yaponiya protektoratı altında, silah-sursat və maliyyə ilə Tokionun təmin edəcəyi "Şərqi Türkistan Cümhuriyyəti" qurulması barədə ətraflı bir plan təklif edərək" müraciət etmişdi.

Digər lüğətlərdə