əzilib büzülüb
əzmli
OBASTAN VİKİ
Arif Əziz
Arif Möhübəli oğlu Əzizov (3 yanvar 1943, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru. Azərbaycan Respublikasının xalq rəssamı (2018). Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri. == Həyatı == Arif Möhübəli oğlu Əzizov (Arif Əziz) 1943-cü il yanvarın 3-də Bakı şəhərində dünyaya göz açıb. Onun erkən uşaqlıq çağları ağır müharibə dövrünə, həmçinin müharibədən sonrakı çətin, məhrumiyyət dolu illərə təsadüf edib. Lakin o, bütün bunlara baxmayaraq təhsil almış, ürəyində rəssam olmaq arzusu yetişmişdi. Doğma torpağın isti rəngləri, çağlayan Xəzərin göy suları, çılğın xəzrinin soyuq nəfəsi, Abşeronun üstü günbəzli kənd evləri, qumlu Bakı bağlarının əncir-üzümü, bol nemətləri… ta uşaqlıqdan onun gözləri önündə canlanır, onu duyğulandırır, hafizəsinə həkk olurdu. Bəlkə elə bu erkən təəssüratların, romantik duyğuların təsirindəndir ki, rəssam sonralar "Abşeron məktəbi" adlanan bədii istiqamətə, üsluba meyillənmiş, tablolarında Abşeron torpağını, Bakı görüntülərini dönə-dönə kətan üzərinə köçürmüşdür. Arif Əziz 1960–1965-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxuyur. Buranı bitirdikdən sonra o, təhsilini artırmaq üçün Moskvaya yollanır və Moskva Ali Bədii-Sənaye Məktəbinin "Qrafik dizayn" fakültəsinə daxil olur.
Əziz
Əziz — kişi adı. Əziz Dövlətabadi — Cənubi Azərbaycan dilçisi, filoloqu. Əziz Ələkbərli — filologiya üzrə fəlsəfə doktoru, dosent. Əziz Əsədov — hüquq elmləri doktoru, professor. Əziz Qubaydullin — professor, yazıçı, tarixçi, repressiya qurbanı. Əziz Mirəhmədov — ədəbiyyatşünas, tənqidçi. Əziz Sancar — ABŞ biokimyaçısı. Əziz Əliyev Əziz Əliyev (dövlət xadimi) — Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor. Əziz Əliyev (alim) — Azərbaycanlı tibb elmlər doktoru, professor. Oxşar Əl-Əziz (ər.
Kamran Əziz
Kamran Əziz (tam adı: Kamran Mehmet qızı Əziz; 1922, Nikosiya, Nikosiya rayonu[d] – 7 mart 2017, Şimali Nikosiya) — Kipr türk, bəstəkar, əczaçı. Kipr türk xalq musiqisinə verdiyi töhfələrlə bu musiqi növünün müasir qabaqcıllarından oldu. Bununla yanaşı, Kipr türkləri arasında xalq içində musiqi ifa edən ilk qadınlardan biri olaraq Jalə Dərvişlə birlikdə qərb musiqisinin icrasını və təhsilini yaydı. Kipr türk xalqının ilk qadın bəstəkarı və ilk qadın əczaçısı idi. Nikosiyada anadan olan Kamran Əziz, burada Nikosiya Amerikan akademiyasını bitirdikdən sonra Kiprdəki Britaniya rəhbərliyinin əczaçılıq proqramına qəbul oldu. 1944-cü ildə buradan məzun olub, 1945-ci ildə öz aptekini açdı, "Əziz apteki" adını verdiyi aptekində 1997-ci ilə qədər çalışdı. 1959-cu ildə da Kipr türk əczaçılar ittifaqının qurucuları arasında yer aldı, sonrakı illərdə dərmanlar anbarı yaratdı və icra fəaliyyətlərinə başladı. 1950-ci illərdə bir neçə yoldaşıyla birlikdə "Kamran Əziz və dostları" qrupunu yaratdı, bu qrupda qarmon çaldı və zaman zaman solistlik etdi. Bu qrupla birlikdə 1963-cü ilə qədər canlı radio və televiziya proqramlarında musiqi ifa etdi, Kipr türk xalqının musiqi zövqünü ənənəvi türk musiqisindən qərb musiqisinə yaxınlaşdırdı. Musiqi həyatı boyu, yetmişdən artıq musiqi bəstələdi, on beş musiqi sözləri başqa musiqiçilər tərəfəindən bəstələndi.
Kənan Əziz
Kənan Məmmədov (9 oktyabr 1946, Bakı) — Azərbaycan kinooperatoru, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000), Avropa Kino Akademiyasının üzvü (2010). == Həyatı == Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır. Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır. 1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir. 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.
Tariq Əziz
Tariq Əziz (ərəb. طارق عزيز‎; 28 aprel 1936[…], Telkafe, Neynəvə mühafəzəsi – 5 iyun 2015[…], Nəsiriyyə) — İraqın informasiya (1974–1977) və xarici işlər naziri (1983–1991). == Həyatı == 28 aprel 1936-cı ildə İraqda doğulub. 5 iyun 2015-ci ildə İraqda vəfat edib.
Vahid Əziz
Vahid Əziz (tam adı:Cəfərov Vahid Əziz oğlu; 23 noyabr 1945, Herher, Paşalı rayonu) — şair, tərcüməçi, Azərbaycan Respublikasının Xalq şairi (2019), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1974). == Həyatı == Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlamışdır (1963–1964). Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1971). "Xəbər Mətbuat Agentliyi"ndə müxbir (1971–1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976–1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982–1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989–1991) vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olmuşdur (1991–1997). Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində "Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi"nin müdiri olmuşdur. Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür (1989-cu ildən). İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni — Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil etmişdir.
İlham Əziz
Əl-Əziz
Əl-Əziz (ər. العزيز) — Allahın adlarından biri. (Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47) Allahın 'Əziz' sifəti, Onun heç bir zaman məğlub edilə bilməyəcəyini, hər vaxt qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur. Kainatdakı bütün nizamı, insanların sirrini qavramağa güc çatdıra bilmədikləri və ya yeni-yeni kəşf edə bildikləri hər cür qanunu yaradan Allahdır. Bunula yanaşı yer üzündə olan hər canlını yaradan da Odur. Allahın kainatda özünü göstərən sonsuz gücü və qüdrəti qarşısında, yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar ancaq Onun əmriylə hərəkət edə bilir, həyatlarını davam etdirə bilir, müəyyən bir nizam içində var ola bilirlər.
Əziz Alpoud
Əziz Alpoud, Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidov — 1918–1920-ci illərdə Əziz Alpoud Azərbaycanın dəmir yolları üzrə baş hakimi olub. == Həyatı == Əsl adı Mirəbdüləziz, soyadı isə Seyiddir. 1895-ci ildə bir ziyalı ailəsində dünyaya gəlib. 93 illik ömrünün 30 ili Azərbaycanda keçib. Qalan hər nə varsa "Həyatımın hekayətləri"ndədir – sevgisi də, mübarizəsi də, taleyi də, qəribliyi də… Kiçik bir arayışla 93 ili əhatə etmək təbii ki, mümkün deyil. Təsəvvür edin, onun taleyində bütün XX yüzilin əks-sədası var. O, bu dünyanın simasını dəyişən savaşların, inqilabların, sürgünlərin, ölüm-itimlərin, ayrılıqların, mühacirətin təkcə şahidi deyil, həm də bilavasitə iştirakçısıdır. O, kimlərlə görüşməyib – Ömər Faiq Nemanzadədən tutmuş Atatürkə qədər. O, kimlərlə ünsiyyətdə olmayıb – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Nağı bəy Şeyxzamanlı, Ənvər Paşa, İhsan Paşa, Xosrov bəy Sultanov, general Murad bəy Tlexas və başqaları.
Əziz Boran
Əziz Boran (tam adı: Əziz Boran Orduxan oğlu) — tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti. == Həyatı == 1954-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. 1972-cı ildə Ağdam rayonunun Mərzili kənd orta məktəbi əla qiymətlə bitirmişdir. == Təhsili və elmi adları == 1972-1976-cü illərdə Azərbaycan Pedaqoji İnstitutu Tarix fakültəsinin əyani şöbəsini əla qiymətlə bitirmişdir 1986-cü ildə "Azərbaycan SSR-də sosialist mədəniyyətinin inkişafında fəhlə sinfinin iştirakı (1971-1980-ci illər)" mövzsusunda namizədlik dissertasiyası müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Hal-hazırda "Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir == Əmək fəaliyyəti == 1976-1981-cü illər Ağdam rayonu Mərzili kənd orta məktəbində müəllim işləmişdir. 1981-1984-ci illərdə Bakı Dövlət Universitetində SSRİ tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir. 1985-ci fevral-1986-cı il dekabr SSRİ tarixi kafedrasında laborant,1986-cı ilin dekkabrından bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında müəllim işləyir. Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Filologiya fakültələrində, Tarix fakültəsinin bakalavr və magistr pillələrində Azərbaycan tarixi, Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənlərindən mühazirə və seminar məşğələləri aparır. 45 adda elmi məqalənin və 3 kitabın müəllifidir, o cümlədən "Siyasi tarix", "Azərbaycan tarixi", üzrə 3 proqramı nəşr edilmişdir. == Tədqiqat sahəsi == Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür.
Əziz Dövlətabadi
Əziz Dövlətabadi (1922, Təbriz - 30 aprel 2009, Təbriz) — Cənubi Azərbaycan dilçisi, filoloqu. == Həyatı == Əziz Dövlətabadi 1922-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Milli kitabxananın rəisi vəzifəsində çalışmışdı. Əziz Dövlətabadi 30 aprel 2009-cu ildə vəfat edib. == Elmi fəaliyyəti == XX əsr İran Azərbaycanın alimi Əziz Dövlətabadi «Süxənvərani-Azərbaycan» («Azərbaycan şairləri») təzkirəsinin I cildində 352, II cildində 499 fars dilində yazan Azər¬baycan şairləri haqqında məlumat vermişdir. Əziz Dövlətabadinin «Qafqazın farsca yazan şairləri» təzkirəsində isə «Şimali Azərbaycanın Bakı, Ordubad, Gəncə, Naxçıvan şəhərlərində, o cümlədən Ermənistan, Dağıstan, Gürcüstanda yaşa-yan 228-dək farsca yazan azərbaycanlı» şairlər haqqında bilgilər vardır. Əsər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri olan X.Şirvani, Z.Şirvani, A.Bakıxanov, S.Ə.Şirvani, X.Natəvan, S.Nigari və başqalarının həyat və fəaliyyətləri haqqında dəyərli məlumatlar əldə etməyə imkan verir.
Əziz İldırım
Aziz Yıldırım və ya azərbaycanlılaşdırılmış formada Əziz İldırım (tr. Aziz Yıldırım) — Fənərbaxça klubunun prezidentidir. 1998-ci ildən etibarən bu klubun prezidentidir.
Əziz Şərif
Şərifzadə Əziz Qurbanəli oğlu (28 mart 1895, Naxçıvan – 1 iyun 1988, Moskva) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1958), professor (1962), Azərbaycanın Əməkdar elm xadimi (1963). == Həyatı == Əziz Şərif 1895-ci il martın 28-də Azərbaycanın Naxçıvan şəhərində maarifçi Qurbanəli Şərifzadənin ailəsində anadan olmuşdur. 1915-ci ildə orta təhsilini Tiflisdə almış, sonra işləmişdir. "Molla Nəsrəddin" jurnalı redaksiyasında işlədiyi ilk gənclik illəri Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Əliqulu Qəmküsarla yaxın dostluq əlaqələri onu ömürlük ədəbi fəaliyyətə bağlamışdır. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə (1915-1917) rus ədəbi mühiti ilə tanış olmuşdur. Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmışdır (1920-1930). Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi olmuşdur (1925-1935). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmişdir (1943). Sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur (1950-1961). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1961-1988).
Əziz Əli
Əziz Əli (15 sentyabr 1980-ci ildə anadan olub) 2008- ci il Olimpiadasına son döyüşdə Basti Samir tərəfindən nokauta düşməsinə baxmayaraq, 2- ci AİBA Afrika 2008 Olimpiya Təsnifat Turnirində yüngül çəkidə vəsiqə qazanmış keniyalı həvəskar boksçudur . O, olimpiadada türkiyəli Bəhram Müzəffərlə ilk görüşündə 3:8 hesabı ilə uduzub .
Əziz Əliyev
Əziz Əliyev (dövlət xadimi) — Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor. Əziz Əliyev (cərrah-onkoloq) — Azərbaycanlı tibb elmlər doktoru, professor.
Əziz Ələkbərli
Əziz Yusif oğlu Ələkbərov (5 oktyabr 1960, Qaralar, Vedi rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü. Qərbi Azərbaycan İcmasının sədri. Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Əziz Ələkbərli 1960-cı il oktyabrın 5-də Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olmuşdur. 1967-ci ildə doğma kəndində orta məktəbin birinci sinfinə getmiş, 1977-ci ildə Qaralar kənd orta məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin fakültəni bitirmişdir. 1984–1987-ci illərdə təyinatla Qax rayonunun Qum kənd orta məktəbində müəllim işləmişdir. Həmin illərdə həm də Qax rayon "Gürmük nəğmələri" Ədəbi Birliyinin sədri olmuşdur.
Əziz Əsgərov
Əsgərov Əziz Həmzə oğlu — (6 may 1907, Dərbənd — 6 iyul 1993, Bakı) — sovet və Azərbaycan hidrogeoloqu, geologiya-minerologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. Azərbaycan Dövlət Universitetində Geologiya-coğrafiya fakültəsinin (1943) ilk dekanı, Hidrogeologiya kafedrasının müdiri (1951), Hidrogeologiya üzrə Elmi Şuranın sədri (1952) olmuşdur. O Azərbaycan hidrogeologiya tarixində ilk dəfə Kurort İdarəetmə və Kurortologiya İnstitutunun (Bakı), eləcə də "Azgeokaptajminvod" Respublika ekspedisiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. "Badamlı" mineral mənbəyini şəxsi axtarışı nəticəsində kəşf etmiş (1944), daha sonra bu kəşfin öyrənilməsi üçün xüsusi ekspedisiya təşkil etmişdir (1945 və 1946-cı illər). Daha sonra 1947-ci ildə çoxlu elmi sübutları toplayaraq Moskvadan icazə alıb, Azərbaycanda birinci mineral su zavodu yaradılmasına nail olmuşdur. Azərbaycan və Dağıstan ərazisində mineral su zavodlarının, kurortlarının yaradılmasının təşəbbüskarıdır. == Bioqrafiyası == Dərbənd şəhərində ziyalı Azərbaycan ailəsində anadan olmuşdur. Atası - Həmzə Əsgərov müəllim və şair olmuş, amma zamanınn çətin və ağır vaxtlarında isə ailəni dolandırmaq üçün sənətkar kimi papaqçılıq peşəsi ilə məşğul olmuşdur. Anası - Rübabə Əsgərova ailənin yeddi oğul və bir qız övladına layiqli tərbiyə verən ziyalı xanım olmuşdur. Dərbənddə 7 illik məktəbi bitirərək, 1924-cü ildən Bakı Pedaqoji Texnikumunda təhsil almış, daha sonra "Dağıstan füqərası" adlı nüfuzlu Respublika qəzetinin şöbə müdiri, sonra isə məsul katibi vəzifələrində çalışmışdır.
Əziz Əsli
Əziz Əsli (d. 9.4.1938, Təbriz, İran) — keçmiş İranlı futbolçu. Dərayi və Persepolis klublarında oynayıb. Eləcə də İranın yığma komandasında çıxış edib.
Əziz Əsədov
Əziz İsmayıl oğlu Əsədov (v. 1991) — Alim, hərbi hüquqşunas, hərbi prokuror köməkçisi, hüquq elmləri doktoru, professor, 1952-1968 və 1972-1990-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri olmuşdur. == Həyatı və elmi fəaliyyəti == Əziz Əsədov 1916-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1932-ci ildə orta məktəbi bitirdikdən sonra Qazax rayon prokurorluğunda katib vəzifəsində çalışmışdır. 1934-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsinə daxil olmuş və 1938-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1938-1944-cü illərdə Sovet ordusu sıralarında xidmət etmiş, ona "hərbi hüquqşunas" adı verilmişdir. Müharibə illərində hərbi müstəntiq işləmiş, hərbi prokurorun köməkçisi olmuşdur. Hərbi xidmətdən sonra Respublikanın partiya və Sovet orqanlarında məsul vəzifələrdə çalışmışdır. 1949-cu ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hüquq üzrə professor elmi adı verilmişdir.
Əziz Əzizli
Əziz Əkbər (Ələkbər) oğlu Əzizli (30 sentyabr 1933, Bakı – 22 oktyabr 2005, Bakı) — Azərbaycan bəstəkarı, truba ifaçısı, dirijor, pedaqoq. == Həyatı == Əziz Əzizli 1933-cü il sentyabrın 30-da Bakıda anadan olub. 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini (tromba - E.Əfəndiyevin sinfi), 1966-cı ildə isə bəstəkarlıq kafedrasını (professor Q.Qarayevin sinfi) bitirmişdir. Uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda çalışmış, Azərbaycan Televiziyasının estrada-simfonik orkestrinin bədii rəhbəri olmuşdur. Ə.Əzizli 3 simfoniya (1986, 1988, 1989), Skripka və orkestr üçün Konsert (1985), Truba və simfonik orkestr üçün Konsert (1987), “Əfsanəvi şəhər” kantatası, “Bizim üfüqlər”, “Qadın ürəyi” simfonik poemaları, “Mart ayında musiqi”, “Görüşənədək”, “Belə də olar” və s. estrada orkestri üçün əsərlər, a capella xoru üçün 12 pyes (1991), 4 saylı simli Kvartet (1992), “Nəbi” operası (libretto - S.Rüstəm, F.Mehdiyev, 1993) və s. əsərlərin, B.Vahabzadə, N.Xəzri, F.Qoca, Y.Həsənbəy, R.Zəka, H.Ziya, C.Novruz və b. şairlərin sözlərinə yazılmış mahnıların müəllifidir.
Əziz Əzizov
Əziz Əzizov (icra başçısı) (09.12.1963) — Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı. Əziz Əzizov (əsgər) (01.03.2000) — əsgər, Vətən müharibəsi şəhidi.
Əziz Əşrəfov
Zahid Əziz
Xəlilov Zahid Əziz oğlu (5 iyul 1963, Ellərkənd, Amasiya rayonu) — şair, publisist, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), "Araz" ali ədəbi mükafatı (1997) və "Qızıl qələm" mükafatı laureatı (2003). == Həyatı == 1963-cü il iyulun 5-də Ermənistanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Orta məktəbi Güllücə kəndində bitirmişdir (1980). N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır (1980- 1985). Jurnalistika üzrə xüsusi kursda ixtisaslaşmışdır (1981-1983). Əmək fəaliyyətinə 1985-ci ildə orta məktəbdə müəllim kimi başlamışdır. Eyni zamanda şeirləri və publisistik yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Amasiya rayonundakı "Ağbaba ədəbi birliyinin" üzvü olmuşdur. Ədəbi yaradıcılığa erkən başlamışdır. İlk şeiri Amasiya rayonunda çıxan "Əmək" (1981) və ADPU-da nəşr olunan "Gənc müəllim" qəzetlərində çap olunmuşdur (1982).
Əziz Behiç
Əziz Eraltay Behiç (ing. Aziz Behich; 16 dekabr 1990) — sol cinah müdafiəçisi kimi çıxış edən Avstraliya futbolçusu. O, Şotlandiyanın "Dandi Yunayted" klubu və Avstraliya millisində çıxış edir.
Əziz Şuşa
Əziz Şuşa (ing. Aziz Shusha) — 2022-ci ildən Azərbaycan ərazisindən keçən çoxgünlük şose velosipedi yarışı. == Tarixi == Yarış 2022-ci ildə yaradılmışdır. Onun debüt turniri milli təqvim çərçivəsində keçirilmiş və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan fərdi və qrup olmaqla iki mərhələdən ibarət olmuşdur. Qalib azərbaycanlı velosipedçi Elçin Əsədov olmuşdur. 2023-cü ildə keçirilən turnir 2.2 kateqoriyasını alaraq UCI Avropa Turunun təqviminə daxil olmuşdur. Bu, Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş və onun marşrutu beş mərhələyə yüksəlmişdir.
13 saylı Əzizbəyov birinci seçki dairəsi
14 saylı Əzizbəyov ikinci seçki dairəsi
Akif Əzizov
Akif Həmid oğlu Əzizov (2 noyabr 1943, Umudlu, DQMV – 20 noyabr 2016, Bakı) — Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun direktoru, kimya elmləri doktoru, akademik. == Ümumi məlumatlar == Akif Əzizov 1943-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun (Mardakert) Umudlu kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1960-cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. 1964–1966-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. Orada polimer kimyasının əsasını qoymuş akademiklərdən V. A. Kargin və V. A. Kabanovun tələbəsi olmuşdur. 1966-cı ildə AMEA NKPİ-də əmək fəaliyyətinə başlayıb və orada aspiranturaya daxil olub. Elə həmin il Moskva şəhərinə SSRİ EA Neft-Kimya Sintez İnstitutunun məqsədli aspiranturasına göndərilir.1971-ci ildə SSRİ EA Neft-Kimya Sintezi İnstitutunun Elmi Şurasında Akif Əzizov "Haloidxinonların iştirakında nikelin π-allil kompleksləri əsaslı sistemlərin təsiri altında butadienin stereomüntəzəm polimerləş-məsinin qanunauyğunluqlarının öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsi almışdır. Akif Əzizov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 1991-ci ildə "Oliqomerləşmə və polimerləşmə proseslərinin metal-üzvi katalizində liqandların və zəif metal-liqand əlaqələrinin rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, 1992-ci ildə "Kinetika və kataliz" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
Always (Əzizə Mustafazadə)
And içirəm, əzizim (film, 2016)
And içirəm əzizim (Rom: Sanam Teri Kasam) 2016-cı ildə Radhika Rao-Vinay Sapru duetinin rejissoru olduğu və Dipak Mukutun prodüseri olduğu Hindistan romantik faciə filmidir. Baş rollarda Harshvardhan Rane və Mawra Hocane oynamışdırlar. Film Erik Seqalın “Məhəbbət hekayəsi” romanının müasir versiyasıdır. Filmdə Sarasvatinin atası onu evdən qovduqdan sonra İnder heç nəyə baxmayaraq onun yanında dayanır və bu, onları bir-birinə yaxınlaşdırır. Ancaq taleyin onları ayırmaq üçün özünəməxsus planları mövcuddur.
Arif Əzizov
Arif Möhübəli oğlu Əzizov (3 yanvar 1943, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru. Azərbaycan Respublikasının xalq rəssamı (2018). Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri. == Həyatı == Arif Möhübəli oğlu Əzizov (Arif Əziz) 1943-cü il yanvarın 3-də Bakı şəhərində dünyaya göz açıb. Onun erkən uşaqlıq çağları ağır müharibə dövrünə, həmçinin müharibədən sonrakı çətin, məhrumiyyət dolu illərə təsadüf edib. Lakin o, bütün bunlara baxmayaraq təhsil almış, ürəyində rəssam olmaq arzusu yetişmişdi. Doğma torpağın isti rəngləri, çağlayan Xəzərin göy suları, çılğın xəzrinin soyuq nəfəsi, Abşeronun üstü günbəzli kənd evləri, qumlu Bakı bağlarının əncir-üzümü, bol nemətləri… ta uşaqlıqdan onun gözləri önündə canlanır, onu duyğulandırır, hafizəsinə həkk olurdu. Bəlkə elə bu erkən təəssüratların, romantik duyğuların təsirindəndir ki, rəssam sonralar "Abşeron məktəbi" adlanan bədii istiqamətə, üsluba meyillənmiş, tablolarında Abşeron torpağını, Bakı görüntülərini dönə-dönə kətan üzərinə köçürmüşdür. Arif Əziz 1960–1965-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxuyur. Buranı bitirdikdən sonra o, təhsilini artırmaq üçün Moskvaya yollanır və Moskva Ali Bədii-Sənaye Məktəbinin "Qrafik dizayn" fakültəsinə daxil olur.
Aydın Əzizbəyov
Aydın Şamil oğlu Əzizbəyov — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri (1989–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini (1992). == Həyatı == Aydın Şamil oğlu Əzizbəyov 1945-ci ildə anadan olmuşdur. İxtisasca mühəndis-energetikdir. Əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun böyük mühəndisi kimi başlamışdır. 1968-ci ildən 1973-cü ilədək Elmlər Akademiyası Kibernetika İnstitutunun aspirantı, kiçik elmi əməkdaşı olmuşdur. 1973-cü ildən 1983-cü ilədək Azərbaycan SSR Dövləttəchizat Komitəsi respublika hesablama mərkəzinin direktoru işləmişdir. Aydın Əzizbəyov 1983-cü ildə Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1989-cu ilin mart ayında isə bu komitənin sədri təyin edilmişdir. O, bu vəzifədə 1992-ci ilin may ayınadək işləmiş, paralel olaraq 1992-ci ilin fevral–mart aylarında Azərbaycan Respublikası Baş nazirinin müavini olmuşdur.
Ayşad Əzizov
Ayşad Qaryağdı oğlu Əzizov (5 sentyabr 1990, Əskipara, Mirbəşir rayonu – 27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayşad Əzizov 5 sentyabr 1990-ci il tarixində Azərbaycanın Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Həyat yoldaşı Naibə ilə Yusif və Hüseyn adlı uşaqları var idi. == Hərbi xidməti == Ayşad Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Həmin gün Talış kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayşad Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayşad Əzizov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bakı komissarı Məşədi Əzizbəyov (film, 1975)
Bakı komissarı Məşədi Əzizbəyov qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Bakı komissarı Məşədi Əzizbəyovun anadan olmasının 100 illiyinə ithaf olunmuşdur. == Məzmun == Film Bakı komissarı Məşədi Əzizbəyovun anadan olmasının 100 illiyinə ithaf olunmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Püstə Əzizbəyova, Vladimir Sinitsın Rejissor: Ruslan Şahmalıyev Operator: Zaur Məhərrəmov Bəstəkar: Aqşin Əlizadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bəxtiyar Əzizli
Elbrus Əzizov
Elbrus Əzizov — Azərbaycan dilçisi, dialektoloq, türkoloq. == Həyatı == Elbrus Əzizov 1947-ci il noyabrın 25 –də Azərbaycan Respublikası Bərdə rayonunun Lənbəran kəndində anadan olub. 1954-1957-ci illərdə Ağdam rayonunun Mahrızlı kənd orta məktəbində oxuyub. 1957-1963-cü illərdə Yevlax şəhərində M.Ə.Sabir adına 2 saylı orta məktəbdə oxuyub. 1963-1965-ci illərdə Yevlax şəhərində M.F.Axundov adına 1 saylı onbirillik orta məktəbdə oxuyub və həmin məktəbi qızıl medalla bitirib. 1965-1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1971-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin türkologiya kafedrasının aspirantı olub. 1974-cü ildə "Azərbaycan dili dialekt və şivələrində saitlər ahəngi" mövzusunda namizədlik, 1990-cı ildə "Azərbaycan dilinin tarixi dialektologiyası (Dialekt sisteminin təşəkkülü və inkişafı)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Pedaqoji fəaliyyəti == 1974-cü ildən Bakı Dövlət Universitetində işləyir. 1994-cü ildən Türkologiya kafedrasının professorudur.
Eldar Əzizov
Eldar Əziz oğlu Əzizov (28 iyun 1957, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990-cı illərin ortasında Eldar Əzizov Azərbaycan Demokratik Sahibkarlar Partiyası sədrinin birinci müavini olmuş və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirmişdir.
Eldəniz Əzizli
Eldəniz Yəmən oğlu Əzizli (20 aprel 1992, Beyləqan rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 3 dəfə Dünya, 2 dəfə isə Avropa Çempionatlarının qalibi olan titullu güləşçidir. Karyerasının birinci illərində Eldəniz Əzizli 3 dəfə (2007, 2008, 2009) gənclər arasında Avropa Çempionatının, 2 dəfə (2010, 2011) yeniyetmələr arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. 2010 və 2012-ci illərdə isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Eldəniz Əzizli 2018-ci ildən etibarən ardıcıl olaraq altı dəfə Avropa Çempionatında, beş dəfə isə Dünya Çempionatında medallara sahib olub. Eldəniz Əzizli əvvəl 2018-ci ildə Rusiyada Avropa Çempionatının, Macarıstanda isə Dünya Çempionatının qalibi olmaqla mövsüm ərzində "qızıl dubl" elədi. Daha sonra 2019 və 2021-ci illərdə Dünya Çempionatını və 2019—2021-ci illərdə Avropa Çempionatını bürünc medallarla başa vuran Eldəniz Əzizli 2022-ci ildə növbəti dəfə mövsüm ərzində həm Dünya, həm də Avropa Çempionatlarının qalibi oldu. 2023-cü ildə isə Avropa Çempionatının final görüşündə məğlub olaraq gümüş medala sahib olan Eldəniz Əzizli həmin il Belqrad şəhərində üçündü dəfə Dünya Çempionatının qalibi oldu. Eldəniz Əzizli 1985-1987-ci illərdə SSRİ adına Dünya çempionu olan yunan-roma güləşçisi Məhəddin Allahverdiyev və 2014-2017-ci illərdə Azərbaycan adına Dünya çempionu olan sərbəst güləşçi Hacı Əliyevdən sonra üç dəfə Dünya Çempionatının qalibi olmağı bacaran üçün azərbaycanlı güləşçi oldu. == Həyatı == Eldəniz Əzizli 1992-ci il aprelin 20-də Beyləqan şəhərində anadan olub. Beyləqan şəhərində Mehdi Mehdizadə adına 3 nömrəli tam orta məjtəbin VII sinifə qədər təhsil alıb.
Elgün Əzizov
Elgün Elman oğlu Əzizov (8 yanvar 1990, Qurdtəpə, Şamaxı rayonu – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Əzizov 1990-cı il yanvarın 8-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 1996-2007-ci illərdə Q.Baxşıyev adına Bakı şəhər 179 saylı tam orta məktəbdə, 2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Elgün Əzizov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi altında xidmətə başlayıb. İkinci Qarabağ müharibəsinə qədər “baş leytenant” hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Elgün Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Elnur Əzizli
Elnur Şahin oğlu Əzizli (d. 25 sentyabr 2000; Biləsuvar rayonu — ö. 9 noyabr 2020; Şuşa şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elnur Əzizli 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Əzizov
Elvin Əfrail oğlu Əzizov (25 mart 1986; Masallı rayonu, Azərbaycan SSR — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Əzizov 1986-cı il martın 25-də Masallı rayonunun Qarğalıq kəndidə anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elvin Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Əzizov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əzizov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Əzizov
Elçin Yaşar oğlu Əzizov (13 avqust 1975, Bakı) — azərbaycanlı bariton opera müğənnisi, Azərbaycanın xalq artisti (2018), Dövlət Akademik Böyük Teatrın solisti (2008-ci ildən). == Həyatı == Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK yarışında çıxış edib.Bununla o, "Parni iz Baku" komandası ilə tanış olur və onlara qoşulur.Həmin il "Bakılı oğlanlar" KVN çempionu oldu və 1993-cü ildə finala yüksəldi. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin rejissorluq fakültəsinə daxil olub.2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazandı. 2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və onun konsert proqramı ilə çıxış edir. Filarmoniyada Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin yay akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb.
Elçin Əzizov (baş leytenant)
Elçin Əvəz oğlu Əzizov (30 mart 1985, Böyük Mərcanlı, Cəbrayıl rayonu – 13 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Elçin Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2018-ci il tarixli 417 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Elçin Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2019-cu il tarixli 1386 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan Elçin Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əzizov oktyabrın 13-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elçin Əzizov (müğənni)
Elçin Yaşar oğlu Əzizov (13 avqust 1975, Bakı) — azərbaycanlı bariton opera müğənnisi, Azərbaycanın xalq artisti (2018), Dövlət Akademik Böyük Teatrın solisti (2008-ci ildən). == Həyatı == Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK yarışında çıxış edib.Bununla o, "Parni iz Baku" komandası ilə tanış olur və onlara qoşulur.Həmin il "Bakılı oğlanlar" KVN çempionu oldu və 1993-cü ildə finala yüksəldi. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin rejissorluq fakültəsinə daxil olub.2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazandı. 2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və onun konsert proqramı ilə çıxış edir. Filarmoniyada Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin yay akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb.
Emin Əzizov
Emin Əzizov (29 dekabr 1984, İmişli) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Emin Əzizov 2006-cı ildə Rusiyada Avropa Çempionatını 12-ci, 2007-ci ildə Bolqarıstanda Avropa Çempionatını isə 5-ci pillələrdə başa vurdu. 2008-ci ildə Emin Əzizov Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin iyununda Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vuran Emin Əzizov avqustda olimpiadada mübarizə apardı. Emin Əzizov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil etdi. Olimpiadanın təsnifat mərhələsində Emin Əzizov İsveçrə nümayəndəsi Gregori Sarrasin ilə üz-üzə gəldi. Həmin görüşün birinci hissəsində rəqibinə 1:0 hesabı ilə qalib gələn Emin Əzizov növbəti hissədə rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Leonid Spiridonov oldu. Həmin görüşdə Emin Əzizov rəqibinə 0:2 (0:2, 0:2) hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Emin Əzizov təsəlliverici qrupda da mübarizə aparmadı və olimpiadanı 12-ci pillədə başa vurdu.
Fərid Əzizov
Fəridə Əzizova
Fəridə Əzizova (6 iyun 1995, Qusar) — Azərbaycanı təmsil edən taekvondoçu. == Karyerası == Fəridə Əzizova 2007-ci ildə Macarıstanın Budapeşt şəhərində gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu. Bu onun beynəlxalq turnirlərdə imza atdığı birinci uğuru idi. Bir il sonra, 2008-ci ildə isə Fəridə Əzizova İzmir şəhərində yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Fəridə Əzizova 2009-cu ildə İsveçin Trelleborq şəhərində yeniyetmələr arasında Avropa Çempionatını bürünc medalla başa vurdu, Xorvatiyanın Zaqreb şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2011-ci ildə Fəridə Əzizova Rusiyada Russian Open və Xorvatiyada Croatia Open beynəlxalq turnirlərinin qızıl medallarına sahib oldu. Fəridə Əzizova həm də həmin il Azərbaycanda Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vuraraq olimpiya lisenziyasına sahib oldu. 2012-ci ildə Fəridə Əzizova Las-Veqas şəhərində US Open beynəlxalq turnirinin gümüş medalına sahib oldu, Şərm əş-Şeyx şəhərində isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. Fəridə Əzizova Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. −67 Kq.
Giritli Əli Əziz Əfəndi
Giritli Əli Əziz (1749 - 29 Oktyabr 1798, Berlin ), Türk diplomat, səfir, yazıçı və şair . 1749-cu ildə Giritdə (Krit) anadan olub. Atası Giritin xəzinədarı və tarixçi Mehmed Əfəndidir. Təhsilini Giritdə etdi. Zəngin atasından miras qalan sərvəti xərclədikdən və istehlak etdikdən sonra İstanbula getdi. Hassa muşketyorlarına qoşuldu. Validə Kətxuda olan həmyerlisi Yusuf Ağaya bağlanmış və köməyi ilə Xiosa vergiyığan təyin edilmişdir. Bir müddət sonra Belqrada göndərildi. İki il orada qaldı və bəzi dövlət mülklərinin satışına uğurla nəzarət etdi. Vəzifə borcundakı bu müvəffəqiyyət sayəsində mir-i miran rütbəsi ilə 1797-ci ildə Berlin səfiri təyin edildi və Prussiya dövlətinin hüzurunda Osmanlı İmperiyasının ilk daimi və məskunlaşmış səfiri oldu.
Habil Əzizov
Habil Əzizov (tam adı: Habil Komunar oğlu Əzizov; 19 yanvar 1968, Kalininkənd, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ – 19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1968-ci il yanvar ayının 19-da Ağstafa rayonunun Kalinin kəndində (indiki Vurğun qəsəbəsi) anadan olub. Ailənin yeddi uşağından üçüncüsü idi. Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna qəbul olmuş, bir il oxuyandan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Riqada başa vurub, yenidən instituta qayıtmışdır. Qiyabi oxuyur, Ağstafada sovxoz idarəsinin fəhlə briqadasında fəhlə işləyirdi. == Qanlı Yanvar faciəsi == Hadisə vaxtı III kursda qiyabi oxuyan Habil qış imtahan sessiyası dövrü olduğundan Bakıya gəlmişdi. Faciə baş verən gün Habilin ad günü idi. İmtahandan çıxıb əmisigilə gəlib. Orada süfrə açıb, ad gününü qeyd edirmişlər.

Digər lüğətlərdə