HAZIRDA

HAZIRDA – GƏLƏCƏKDƏ Göstərmə o gül çöhrəni, qoy bilməsin aləm; Hazırda bizim əsrdə cənnət yenə vardır (Ə.Vahid); Hər obada mən varam; Qəlbinizdə çağlaram; Dilinizdə qaynaram; Gələcəkdə yaşaram! (B.Vahabzadə).

HAY-KÜY
HEÇ
OBASTAN VİKİ
Hal-hazırda yaşayan yüz dahi
Hal-hazırda yaşayan yüz dahi (ing. Top 100 living geniuses) — Creators Synectics konsaltinq şirkəti tərəfindən hazırlanan, Böyük Britaniyanın Daily Telegraph qəzeti tərəfindən 28 oktyabr 2007-ci ildə dərc edilmiş və indiyədək dünyanın diqqətində olan siyahı. == Siyahının liderləri == 1-2. Albert Xoffman (kimyaçı, İsveçrə) — 27 bal 1-2. Tim Berners-Li (kibernetik, Böyük Britaniya) — 27 bal 3. Corc Soros (maliyyəçi və filantrop, ABŞ) — 25 bal ... 5-6. Nelson Mandela (siyasətçi, Cənubi Afrika Respublikası) — 23 bal ... 12-14. Əli Cavan (alimi, ABŞ) — 20 ...
Əfqanıstan müharibəsi (2001–hal-hazırda)
Əfqanıstan müharibəsi — 2001-ci ildə ABŞ-nin Əfqanıstana hücumundan sonra günümüzə qədər Əfqanıstanda davam edən münaqişələri əhatə edir. == Arxa plan == 27 may 2014 tarixində ABŞ prezidenti Barak Obama, ABŞ qoşunlarının döyüş missiyasının il sonuna qədər başa çatacağını açıqlamışdır. Geriyə 9,800 nəfərlik bir qrup qalacaq, Əfqan qüvvələri maarifləndiriləcək və məsləhət veriləcək ancaq 2015 tarixindən etibarən koalisiya qüvvələri qara toqquşmalarına qoşulmayacaq. Obama həmçinin 2016-cı ilin sonuna qədər bütün Amerika qoşunlarının ölkədən çəkiləcəyini açıqlamışdır. Ortaq Xüsusi Hərəkat Komandanlığının Taliban və Əl-Qaidəyə qarşı mübarizə edəcəyi və qrupların özlərinə etibarlı bölgələr yaratmasının qarşısına keçiləcəyi bildirilmişdir. == Münaqişələr == === 2015 münaqişələri === NATO silahlı qüvvələrini geri çəkməsindən sonra Taliban, Əfqan təhlükəsizlik qüvvələrinə hücum etməyə davam etmişdir. 2015-ci ilin may ayında Künduz vilayətinin çöllüklərində toqquşmalar intensivləşib. Xalq köç etməyə başlamış və bu bölgəyə uçuşlar ləğv edilmişdir. 22 İyunda Kabildə parlament binası hücuma məruz qalmışdır. Avqust ayında isə biri amerikalı əsgər olmaqla cəmi 50 nəfər, təlim düşərgəsinə hücum nəticəsində həyatını itirmişdir.
Qəzzədə müharibə (2023–hal-hazırda)
Qəzzada müharibə və ya HƏMAS–İsrail müharibəsi — 2023-cü ilin 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzzə zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları ilə başlayan müharibə. Qəzza-İsrail səddini aşan silahlılar qısa zamanda Qəzzə sərhəd keçid məntəqələrinin yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başladı. Paralel olaraq, təxminən 2500 fələstinli yaraqlı Qəzza-İsrail səddini aşaraq, hərbi bazalara hücum edib və qonşu İsrail icmalarında mülki əhalini qətlə yetirib. Ən azı 1400 israilli öldürüldü, o cümlədən musiqi festivalında 260 nəfər qətlə yetirildi. Silahsız mülki girovlar və əsir götürülmüş İsrail əsgərləri qadın və uşaqlar da daxil olmaqla Qəzza zolağına aparıldı. Qəfil hücum İsrailin əks hücumu ilə qarşılandı və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan etdi. Həmas tərəfindən başladılmış hərbi toqquşmalara "Əl-Əqsa fırtınası" əməliyyatı adı verilmişdir. 7 oktyabr tarixində baş tutan toqquşmalar 1948-ci ildə baş vermiş Ərəb-İsrail müharibəsindən sonra İsrail ərazisindəki ən şiddətli döyüşlər kimi tarixə keçmişdir. Döyüş əməliyyatları hadisə günün səhər saatlarında İsrailə qarşı raket hücumları və minik avtomobillərində silahlanmış yaraqlılarn İsrail ərazilərinə daxil olması, ətrafdakı yəhudi yaşayış məntəqələrinə və İsrail Silahlı Qüvvələrinə mənsub hərbi bazalara bir necə xaotik hücumlarla başlayıb.
Sudanda müharibə (2023–hal-hazırda)
Sudanda toqquşmalar - 2023-cü ilin 15 aprel tarixində günorta saatlarından etibarən əsasən ölkə paytaxtı Xartum şəhərində Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri arasında başlamış hərbi toqquşmalar. Döyüşlər hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) əsas hökumət obyektlərinə hücumları ilə başlayıb. İlk olaraq Xartumda partlayışlar və atışma səsləri eşidilib. Sudan Silahlı Qüvvələrinə rəhbərlik edən ölkənin faktiki lideri Abdel Fattah al-Burhan və Çevik Dəstək Qüvvələrinin komandanı Mohamed Hamdan Dagalo arasında Sudan televiziyasının qərargahına, Prezident Sarayına, Xartum Beynəlxalq Hava Limanına və ordu rəisinin rəsmi iqamətgahına nəzarət etmək uğrunda şiddətli döyüşlər baş verib. Hər iki tərəf sözügedən obyektlərdəki nəzarətin özlərinə aid olduğunu elan ediblər. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb. == Arxa plan == Sudanın etnik və dini müxtəlifiliyi ölkədə hər zaman silahlı toqquşmaların baş verməsinə zəmin hazırlamışdır. Qiymətli resuslara nəzarət üzərində başlayan ilk toqquşmalar oturaq fermerlər və köçəri çobanlar arasında baş vermişdir. Kənd təsərrüfatı Sudan iqtisadiyyatında və gündəlik həyatında mühüm yer tutmaqdadır.
Hal-hazırda yaşayan yüz dahi (layihə)
Hal-hazırda yaşayan yüz dahi (ing. Top 100 living geniuses) — Creators Synectics konsaltinq şirkəti tərəfindən hazırlanan, Böyük Britaniyanın Daily Telegraph qəzeti tərəfindən 28 oktyabr 2007-ci ildə dərc edilmiş və indiyədək dünyanın diqqətində olan siyahı. == Siyahının liderləri == 1-2. Albert Xoffman (kimyaçı, İsveçrə) — 27 bal 1-2. Tim Berners-Li (kibernetik, Böyük Britaniya) — 27 bal 3. Corc Soros (maliyyəçi və filantrop, ABŞ) — 25 bal ... 5-6. Nelson Mandela (siyasətçi, Cənubi Afrika Respublikası) — 23 bal ... 12-14. Əli Cavan (alimi, ABŞ) — 20 ...
Liverpul FK-nun tarixi (1985-hazırda)
1985-ci ildəki Eyzel faciəsinə görə, məşqçi Feqan istefa verdi. Co Feqandan sonra, baş məşqçilik postuna Kenni Dalqliş keçir. O, oynayan məşqçi olur. Kenninin dövründə "Liverpul" 3 dəfə liqada 1-ci olur, 2 dəfə İngiltərə kubokunu qazana bilir. 1985/86 sezonunda "Liverpul" klassik dublya imza atır. Həmin sezon "Liverpul" həm çempionatı, həm də İngiltərə Kubokunu qazana bilir. 15 aprel 1989-cu ildə "Hillsboro" faciəsi baş verir. 96 "Liverpul"lu həlak olur. 1988/89 sezonu "Liverpul" pərəstişkarları üçün ən drammatik sezon oldu. "Arsenal"ın "Liverpul"la eyni xalı olmasına baxmayaraq, top fərqində "kanonirlər" "qırmızılar"dan üstün oldular.
Rusiya–Ukrayna müharibəsi (2022–hal-hazırda)
Rusiyanın Ukraynanı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib. == Zəmin == === Postsovet münasibətləri === 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.
Azərbaycan–Ermənistan sərhəd böhranı (2021–hal-hazırda)
Azərbaycan-Ermənistan sərhəd böhranı — Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası zamanı yaranan sərhəd anlaşılmazlığıdır. Ermənistan Azərbaycan Ordusunun Qaragöl istiqamətindən irəliləyərək 3,5 kilometr ərazini ələ keçirdiyini iddia edir. Azərbaycan isə çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq Azərbaycan sərhəd qüvvələrinin Azərbaycana aid mövqelərdə yerləşdirildiyini qeyd edir. == Zəmin == Birinci Qarabağ müharibəsində Azərbaycana aid olan Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal altına salınmışdı. Lakin 2020-ci ildə tərəflər arasında baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitmiş və Azərbaycan bölgəyə nəzarəti yenidən təmin etmişdir. Sovet dövründə ölkələr arasında sərhəddə elə də önəm verilməməsi və ardınca bölgənin Ermənistan tərəfindən işğal edilməsi səbəbindən ərazidəki sərhəd xətti indiyədək təyin olunmamışdır. == Hadisələr == === May 2021 === === İyul 2021 === İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdur. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçu gizir Fərman Yaqublu Telman oğlu şəhid olmuşdur. Azərbaycan Ordusunun cavab zərbəsi nəticəsində qarşı tərəf susdurulmuşdur. === Avqust 2021 === === Sentyabr 2021 === === Oktyabr 2021 === === Noyabr 2021 === 16 noyabr 2021-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Hal-hazırda Osmanlı imperiyası ərazisində yerləşən dövlətlərin siyahısı
Osmanlı imperiyasının himayəsi və hakimiyyəti altında olmuş ölkələrin imperiyadan asılılıq müddətləri aşağıdakı kimi verilmişdir. == Osmanlı imperiyasına birbaşa tabe olan ərazilərin siyahısı == === Avropa === === Qafqaz === === Orta Şərq === === Afrika === == Digərləri == === Polşa krallığı === Osmanlı imperiyası 1576-cı ildə Şərqi Avropada Polşa krallığını himayəsi altına aldı, təsir dairəsini Belarusiya, Şimali Ukrayna, Latviya, Litva və Estoniya və Baltik dənizinə qədər genişləndirə bildi. Fransız Valua sülaləsindən olan II Henrinin taxta cıxmaq üçün Fransaya qaçmasından sonra Polşada başlayan ardıcıl döyüşlərə Sokollu Mehmed Paşa müdaxilə etdi. O dövrdə Osmanlı imperiyasına tabe olan Transilvaniya knyazı Stefan Batori "Polşa kralı" seçildi. Qeyd edilən hakimiyyətin son illərinə doğru 1586-cı ildə taxta çıxan III Siqmunt Vasanın hakimiyyəti dövründə burada Osmanlı təsiri zəiflədi və tamamilə yox oldu. === Qızıl Orda xanlıqları === Müxtəlif dövrlərdə Qazan xanlığı (1521–1531, 1533–1546, 1546–1551), Qasım xanlığı (1486–1512), Noqay Ordası (1548–1711), Həştərxan xanlığı (1532–1549) və Başqırdıstan xanlığı (1656–1738) Osmanlı himayəsinə keçmiş dövlətlər idi. === Asiya === ==== Mərkəzi və Cənub-Şərqi Asiya ==== Osmanlı imperiyası XVI əsrdən etibarən Orta Asiyada türk xanlıqlarına əvvəl İran, sonra isə Rusiyaya qarşı müqavimətdə kömək etmişdir. Orta Asiyadakı bu xanlıqlar, xüsusən XIX əsrdə onları işğal etməyə çalışan Rusiya imperiyası və Çinə (Buxara və Kaşqar xanlıqları kimi) qarşı mübarizə aparmaq üçün Osmanlı imperiyasından kömək istəmişdilər. Bundan başqa, Cənub-Şərqi Asiyada yerləşən Açe sultanlığına əvvəlcə Hollandiya, sonra isə Portuqaliya işğalına qarşı Osmanlı imperiyasının hərbi-siyası köməyi olub. ==== Daxili Ərəbistan və Oman ==== Ərəbistanın daxili əraziləri yerli sülalələr və onların şeyx və ya əmir adlanan yerli idarəçiləri tərəfindən idarə olunurdu.
Osmanlı imperiyası ərazisində hal-hazırda yerləşən dövlətlərin siyahısı

Digər lüğətlərdə