ağdaş
ağdərili
OBASTAN VİKİ
Abad (Ağdaş)
Abad — Azərbaycan Respublikasının Ağdaş rayonunun Abad kənd inzibati ərazi dairəsində kənd. Əhalisinin sayı 1765 nəfərdir (2008). == Etimologiyası == 1809-cu ildə Avat, 1917-ci ildə Avad şəklində qeydə alınmışdır. Yerli sakinlərin dilində Avat kimi tələffüz olunur və "təmiz və bol məhsul verən yer" mənasında izah edilir. Mənbələrin verdiyi məlumata görə, avat qırğız tayfalarından birinin adıdır. Tümen vilayətində Abat, Gürcüstanda Abatxevi, Qazaxıstanda Avat, Qafqazda Avat dağ və kənd adları Abad (Ağdaş) oykoniminin avat etnonimi ilə bağlı olduğunu söyləməyə əsas verir. Türklərin Qərb yürüşlərində iştirak edən avatların XI–XIII əsrlərdə Səlcuq oğuzlarının tərkibində Azərbaycana gəlmələri ehtimal olunur. == Tarixi == Kəndin əsası 1809-cu ildə qoyulub. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Avad kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi.
Hacılar (Ağdaş)
Hacılar — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağcabədi, Bərdə rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur.
Hapıtlı (Ağdaş)
Hapıtlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Hapıtlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Orta Ləki kənd inzibati-ərazi vahidindəki Hapıtlı kəndi Aşağı Ləki kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Hapıtlı kəndi Aşağı Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Hapıtlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Quba rayonunun Hapıt kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrin ortalarında Goyçay qəzasında 736 haputlu ailəsinin məskunlaşdığı Haputlu I Məlikli, Haputlu Gideyli, Haputlu Nətəs Qacar, Haputlu Hacıhətəmli, Haputlu Mollaqasımlı kəndləri var idi. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 23 km cənubda, Şirvan düzündə yerləşir.
Ləki, Ağdaş
Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur. == Ümumi məlumat == Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir. Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı. Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir.
Mürsəl (Ağdaş)
Mürsəl — Azərbaycan Respublikasının Ağdaş rayonunun Mürsəl kənd inzibati ərazi dairəsində kənd.
Nemətabad (Ağdaş)
Nemətabad — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Nemətabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindəki Nemətabad kəndi rayonun ərazi vahidləri siyahısından çıxarılmışdır.
Ovçulu (Ağdaş)
Ovçulu — Azərbaycan Respublikasının Ağdaş rayonunun Hapıtlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Orta Ləki kənd inzibati-ərazi vahidindəki Ovçulu kəndi Aşağı Ləki kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ovçulu kəndi Aşağı Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Hapıtlı kəndi mərkəz olmaqla, Hapıtlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qaradağlı (Ağdaş)
Qaradağlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Qaradağlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndinin ərazisindən 95,05 ha (bundan dövlət mülkiyyətində olan 21,97 ha və xüsusi mülkiyyətdə olan 73,08 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Qaradeyin (Ağdaş)
Qaradeyin — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradeyin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Qaradeyin kəndi Eymur kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaradeyin kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kəndin adı tarixi türk tayfalarının adı ilə bağlıdır. Bəzi mənbələrdə bu ad qara dərili, qarabuğdayı insanlar kimi təsvir olunur. İld dəfə bu adda kənd XIX əsrdə rusçarı tərəfindən qurulur və plana əsasən bir qrup əhali köçürülərək yaşayış məntəqəsi salmaq lazım idi. Buna səbəb kimi buranın təbiətinin əlverişli olması, Kür çayının qoynunda yerləşməsi, torpağının isə çox məhsuldar olmasıdır. Bu kəndə daimə diqqət yüksək olmuşdur. 1913-cü ildə Yelivazetpol quberniyasının tərkibində yaradılan kənd əvvəl Göyçay rayonuna, sonradan qərara əsasən Ağdaş rayon tabeliyinə verildi. Kənd mürəkkəb relyefə məxsusdur. Belə ki bura Ağdaşın vahəsi demək olar, kəndin ətrafını şoranlıqlar bürüməsinə baxmayaraq kəndin içinə doğru yaşıllıqlar maksimuma çatır.
Qaraoğlan (Ağdaş)
Qaraoğlan — Azərbaycan Respublikasının Ağdaş rayonunun Pirəzə kənd inzibati ərazi dairəsində kənd.
Qumlaq (Ağdaş)
Qumlaq — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Qəribli (Ağdaş)
Qəribli — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qəribli kəndi Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qəribli kənd inzibati ərazi vahidi yaradılmışdır.
Türyançay (Ağdaş)
Türyançay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Dəhnəxəlil kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Turyançay fəhlə qəsəbəsi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir. Qəsəbə yaxınlığındakı Türyançayın adı ilə adlandırılmışdır. Qəsəbə Şirvan düzündə yerləşir.
Şəkili (Ağdaş)
Şəkili — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şəkili kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Şəkili kəndi Qoşaqovaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şəkili kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd Şəkidən köçən ailələr tərəfindən yaradılıb. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Şəkili kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Nuxa qəzasının Xaldan dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qoşaqovaq kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qoşaqovaq kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Qoşaqovaq bələdiyyəsi təsis edilmişdir. 2007-ci ildə Şəkili bələdiyyəsi təsis edilmiş, lakin 2014-cü ildə bələdiyyə ləğv edilmiş və kənd yenidən Qoşaqovaq bələdiyyəsinin tərkibinə daxil edilmişdir. Şəkili kəndi Şəkili kanalı və Neymətabad kanalı sahilində yerləşir, kəndin yaxınlığında Türyançay çayı axır.
Kotavan (Ağdaş)
Kotavan — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kotavan kənd inzibati ərazi dairəsində kənd. Kür çayının sahilində, Şirvan düzündədir. == Etimologiyası və tarixi == Kotavan kəndi 1913-cü ildə Gəncə quberniyasının inzibati-ərazi bölgüsünə görə Ərəş qəzasının Kotavan kənd cəmiyyətinə tabe idi . Kənd 1926-cı ildə Azərbaycan SSR-in inzibati ərazi bölgüsünə görə Göyçay qəzasının Ləki dayağına tabe idi. İnzibati bölgü islahatlarından və qəzalar ləğv edildikdən sonra 1929-cu ildə Azərbaycan SSR-in Ağdaş rayonunda Kotavan kənd soveti yaradıldı . 1961 və 1977-ci illərin inzibati ərazi bölgüsünə görə Kotavan kəndi Azərbaycan SSR Ağdaş rayonu Kotavan kənd Sovetinin tərkibində olmuşdur . 1999-cu ildə Azərbaycan Respublikasında inzibati islahat aparıldı və Ağdaş rayonunun Kotavan bələdiyyəsi yaradıldı . Keçmişdən adını saxlayan kəndin əsasını "Qasımuşağı" nəsli qoymuşdur. Yerli əhalinin məlumatına görə, kənd əvvəlcə Qarabağda olmuş, XVIII əsrdə indiki yerə köçürülmüşdür. Hazırda Ağdam rayonunun "Boyəhmədli" və Bərdə rayonunun "Məşədi İbişli" kəndlərinin ərazisində Kotavan arxı adlı yer mövcuddur.
Ağdaş FK
Ağdaş FK — və ya rəsmi adı ilə Ağdaş Futbol Klubu. Təməli 1992-ci ildə qoyulan, Azərbaycanın Ağdaş rayonunu təmsil edən futbol klubudur. Klub 2023/2024-cü futbol mövsümündə, Azərbaycan kişi futbolunun üçüncü liqası olan Azərbaycan İkinci Liqasında çıxış edir. == Tarixi == Ağdaş futbol klubu 1995-ci ildə artıq Azərbaycan Birinci Liqasında çıxış etməyə başladı. İlk dönəmlər. yəni 1995–1996-cı illər üçün klubun adı Şirvan-Orxan idi. 1995/1996 Ağdaşı təmsilçisi bu sezondan etibarən problemlərlə qarşılaşmağa başladı. Oyunlarında bir və iki top fərqi ilə qalib gələn Şirvan-Orxan, elə həmin mövsümün ikinci yarısında liqadan uzaqlaşdırıldı. Digər oyunlarına isə texniki məğlubiyyət verildi. 2–0 Çinar Polis Akademiyasını, 2–1 Səbail klubunu məğlub etdi.
Ağdaş
Ağdaş — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsində şəhər, Ağdaş rayonunun inzibati mərkəzi. XVI əsrdən şəhərdir. 19-cu əsrin əvvəllərində "Üçqovaq" adlanırdı. == Tarixi == XIX əsrin əvvəllərində Şəki xanlığının Ağdaş mahalında kiçik bir kənd olan Üçqovaq, daha sonra "Ağdaş" adlanmışdı. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə — 1819-cu ildə, Şəki xanlığının yerində Şəki əyaləti yaradıldı. Daha sonra, 22 (10) aprel 1840 il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən, Şəki əyaləti yeni təşkil edilmiş Kaspi vilayətinin tərkibinə daxil edildi və bundan sonra "Şəki qəzası" adlandı. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, Şəki qəzası əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. Bu dövrlərdə Şəki qəzası inzibati mərkəzinin adına uyğun rəsmən "Nuxa qəzası" adlanırdı. 1873 ildə Nuxa qəzası ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edildi və Ərəş qazasının inzibati mərkəzi isə Ağdaş kəndi oldu. 1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu.
Ağdaş bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tatlar (Ağdaş)
Tatlar — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsində kənd.
Xosrov (Ağdaş)
Xosrov — Azərbaycan Respublikasının Ağdaş rayonunun Xosrov kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Yerli əhalinin məlumatına görə, kəndin əsasını Xosrov adlı şəxs qoyduğu üçün kənd onun adını daşıyır. Kəndə tabe Sadavad kəndi də vardır ki, bir bələdiyyəsi və icra nümayəndəliyi var. Xosrov kəndi - Ağdaş-Göyçay şossesinin 8–9 km-də yerləşir. Əhalisi təxminən 4000 nəfərdir.[mənbə göstərin] Kənddə bir mədrəsə, xəstəxana, bir məktəb fəaliyyət göstərir. Kənd ən çox Allah dostları türbələri ilə məşhurdur.[mənbə göstərin] Əsas məşğuliyyət əkinçilik və maldarlıqdır.
Yeniarx (Ağdaş)
Yeniarx — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsində kənd.
Yenicə (Ağdaş)
Yenicə — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yenicə kənd inzibati ərazi dairəsində kənd.
Yenikənd (Ağdaş)
Yenikənd — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Nemətabad kənd inzibati ərazi dairəsində kənd.
Şıxlı (Ağdaş)
Şıxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şıxlı kənd inzibati ərazi dairəsində kənd. XVI əsrin sonundan başlayaraq kəndlilərin bir qismi yaşadığı kəndlərdən daha münasib yer axtarmağa gedirdilər. Həmin kəndlilərdən bir qrupu Ağdaşın qərbində olan bu torpaqlara gəlib çıxdılar. Burada bol su, geniş torpaq sahəsi, mal-qara otarmaq və saxlamaq üçün örüş, nohur onların diqqətini cəlb etmişdir. XVII əsrin əvvəllərində Göyçayın Mallı Şıxlı kəndindən gələn ailələrin başçıları bu yerləri müəyyənləşdirdikdən sonra köçüb bu əraziyə - boş sahəyə gəlib məskunlaşmağa başlamışlar. Mallı Şıxlı kəndindən 3-4 ailə, əsasən qohum olanlar köçüb gəlib. Yeni gəlmiş ailələr bir-birindən 300-400 metr aralı yaşamağa başlayıblar. XVIII əsrin birinci yarısından başlayaraq bu əraziyə köçüb gələnlərin sayı çoxalır. Kəndə əvəllər gəlmiş babalarının Mallı-Şıxlı kəndində olan qohumlarından bir neçəsi köçüb gəliblər. Kənddə ailələrin sayı çoxalmağa başlamışdır.
Şəmsabad (Ağdaş)
Şəmsabad — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şəmsabad kənd inzibati ərazi dairəsində kənd. Şəmsabad kənd Muxtar Əfəndizadə adına tam orta məktəb fəaliyyət göstərir. Əfəndizadə Muxtar İsmayıl oğlu — şərqşünas, alim. Azərbaycanda, Krımda, Zaqafqaziyada, Türkiyədə və ərəb ölkələrində Muxtar Əfəndi adı ilə tanınıb.
89 saylı Göyçay-Ağdaş seçki dairəsi
90 saylı Ağdaş seçki dairəsi
Göyçay-Ağdaş seçki dairəsi
Məhəmməd Ağdaşi
Məhəmməd əfəndi bin Xızır əl-Öməri əl-Ağdaşi (?-?)—XVI-XVII əsr Azərbaycan tarixçisi. Məhəmməd əfəndi Ağdaşi XVI əsrin ortalarında Şirvan əyalətinin Ərəş mahalının Ağdaş kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Məhəmməd əfəndi Ağdaşi tarixçi idi. "Dərbəndnamə" adlı əsəri var. Bəzi müəlliflər bu əsərin müəllifini kumık kimi göstərirlər. Yanlış ehtimaldır. Mötəbər tədqiqatçılar müəllifin Azərbaycanlı olduğunu qeyd edirlər. V. V. Bartold "Dərbəndnamənin mənşəyinə dair" adlı məqaləsində yazır: "Rumyantsevin siyahısında son olaraq qeyd olunub ki, müəllifin adı Məhəmməd Avabi Ağdaşidir, nəinki Kantemirin, Bayerin və əvvəlcə Klaprotun yazdığı kimi Akrasi və yaxud Akraşidir". Qeyd edək ki, elm aləmində "Dərbəndnamə" haqqında ilkin sözü XVIII əsrin əvvəllərində akademik Z. Bayer söyləmişdir.
Qaradağlı bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaradeyin bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraoğlan bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qışlaq-i Ağdaşhacısaram (Biləsuvar)
Qışlaq-i Ağdaşhacısaram (fars. فشلاق اغداش حاجي سارم‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (9 ailə).
Şöhrə Ağdaşlı
Şöhrə Ağdaşlı (ing. Shohreh Aghdashloo, fars. شهره آغداشلو‎, d. 11 may 1952) — İran-ABŞ aktrisası. Soyadını ilk yoldaşı olan Aydın Ağdaşlıdan götürmüşdür.

Digər lüğətlərdə